GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

29
MURTUZ MURADOV
Murtuz Məşəditağı  oğlu Muradov 1909-
cu ildə Ermənistanda anadan olub. 9-cu sinifi  
bitirdikdən sonra Moskvada  jurnalistika 
kursunda təhsil alıb və sonra Tifl sə  gəlib. 
İlk  əmək fəaliyyətinə “Sovet Gürcüstanı” 
qəzetində  mətbəə  işçisi kimi başlayıb. Sonralar 
qəzetin məsul katibi işləyərkən qısa hekayələr, 
felyetonlar, oçerklər yazıb və rus ədəbiyyatından 
tərcümələr edib. O, qəzet bağlanana qədər bu 
vəzifədə əsl jurnalist kimi özünü göstərə bilib. Sonra o, “Zarya Vostoka” 
qəzetinin tərcüməsi  olan “Şərqin Şəfəqi” qəzetində çalışıb.
1960-cı il avqust ayından yenidən nəşrə başlayan “Sovet Gürcüstanı” 
qəzetinin redaktoru vəzifəsinə  təyin olunub. M. Muradov yorulmaq 
bilmədən məqalələri dönə-dönə oxuyur, bəzi məsələlərdə  qəzet 
əməkdaşları  və digər yoldaşlarla məsləhətləşərdi. O, bilmədiyini 
soruşan və qayğıkeş insan olub. Onun xasiyyətində yumorla danışmaq 
da vardı. Hərdənbir baməzəlik edib redaksiya işçilərini güldürmək kimi 
xasiyyəti də olub. O, çoxlu qaravəlli və lətifələr danışmağı bacarırdı. Kin 
saxlamaq onun xasiyyətinə yad olan xüsusiyyət idi. Redaksiya işçilərini 
danlayandan sonra gülməli bir lətifə danışıb hamının könlünü alardı, 
heç kim ondan narazı qalmazdı. Sadə, mehriban və gülərüz  bir  insan  idi.                                                                                                                                             
      Murtuz Muradov anadan elə əsl redaktor kimi doğulmuşdu. 


30
DÜNYAMALI KƏRƏM
Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 
28-də Borçalının Qoçulu kəndində anadan olub. O, 
ilk təhsilini doğma kəndində, orta təhsilini isə qonşu 
kənd orta məktəbində alıb.
1937-1940-cı illərdə Tifl isdəki Pedaqoji 
Məktəbdə  təhsil alıb və bu maarif ocağını 
bitirdikdən sonra təyinatla  İmirhəsən və Qoçulu 
kənd məktəblərində direktor vəzifəsində çalışıb.
D. Kərəm 1949-cu ildə Azərbaycan Dövlət 
Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1954-cü ildə 
universiteti bitirdikdən sonra bir müddət “Kommunist” qəzetində 
müxtəlif vəzifələrdə çalışıb, sonra isə doğma vətəni Borçalıya qayıdıb. 
Gürcüstana qayıtdıqdan sonra Dünyamalı Kərəm 1961-ci ildən yenidən 
fəaliyyətə başlayan və müxtəlif fasilələrlə nəşr edilən “Sovet Gürcüstanı” 
qəzetində jurnalistlik fəaliyyətini davam etdirib. Dünyamalı  Kərəm bu 
qəzetdə ən çox və eyni vəzifədə (məsul katib) çalışan bir jurnalist olub.
Gürcüstanda Azərbaycan dilində  nəşr olunan mətbuat orqanlarının 
inkişafında və  gənc jurnalistlərin yetişməsində Dünyamalı  Kərəmin 
böyük rolu olub.
Dünyamalı  Kərəm tanınmılş bir publisist kimi Borçalıda həyatın 
bütün sahələrini işıqlandıran məqalələr qələmə alıb və eyni zamanda 
tərcüməçiliklə  də  məşğul olub. O, qəzetdə müntəzəm olaraq şeirlərini 
çap etdirib, şair kimi oxucuların sevimlisinə çevrilib. 1994-cü ildə onun 
“Borçalım mənim” adlı şeirlər kitabı nəşr olunub, sonralar “ Mən atamın 
oğluyam” və s. kitabları Tifl is və Bakı şəhərlərində çap olunub.
Dünyamalı  Kərəm 1994-cü ildən Gürcüstanın  Əməkdar Jurnalisti 
fəxri adına layiq görülüb. 2003-cü ildə Gürcüstan dövlət prezidentinin 
sərəncamı ilə qocaman jurnalist “Şərəf” ordeni ilə təltif olunub.
Hal-hazırda 95 yaşı tamam olan qocaman jurnalist yenə  qələmini 
əlindən qoymur, istər Gürcüstanda nəşr olunan Azərbaycandilli mətbuat 
səhifələrində, istərsə də Azərbaycanda çıxan qəzetlərdə, internet saytlarda 
maraqlı və tarixi özündə əks etdirən məqalələr çap etdirir, imzası görünür 
imazalar içində. Bu il qocaman jurnalistin 95 illik yubileyi onun anadan 
olduğu Qoçulu kəndində təntənəli şəkildə qeyd olunub, yubilyara müxtəlif 
fəxri fərmanar verilib.


31
RİZVAN ƏLİYEV
Rizvan Musa oğlu Əliyev 1922-ci il fevralın 
1-də Tifl is  şəhərində ruhani ailəsində anadan 
olub. Tifl isdəki Azərbaycan orta məktəbini  əla 
qiymətlərlə başa vurduqdan sonra, çox gənc 
yaşlarında onu Bolnisinin kəndlərindən birinə 
ibtidai sinif müəllimi göndərirlər.
R.  Əliyev 1940-cı ildə Tifl is  Pedaqoji 
İnstitutunun riyaziyyat fakültəsinə daxil olub. 
Böyük Vətən Müharibəsi başlayanda isə 
ordu sıralarına çağırılıb. Onu Azərbaycan, gürcü və rus dillərini yaxşı 
bildiyi üçün hərbi komissarlıqdan birbaşa təlimatçılar hazırlayan kursa 
göndəriblər.
R. Əliyev ordudan qayıtdıqdan sonra yarımçıq qalan təhsilini davam 
etdirib. O, 1948-ci ildə Marneuli Pedaqoji Texnikumda dərs hissə müdiri 
işləyib, eyni zamanda parallel olaraq daha bir humanitar ali məktəbi də 
bitirib.
R.  Əliyev 1955-ci ildən Gürcüstan Radiosunun Azərbaycan dilində 
verilişlər redaksiyasında, sonra “Şərqin şəfəqi” (“Zarya Vostoka”), daha 
sonra “Sovet Gürcüstanı” qəzetində ədəbi işçi və ən yüksək vəzifələrdə 
çalışıb.
O, 1963-1964-cü illərdə Sov. İKP. MK-nın Zaqafqaziya bürosunda 
işləyib və yenidən mətbuat sıralarına qayıdıb. 
Həmin illər Rizvan Əliyev eyni zamanda tərcüməçi kimi də fəaliyyət 
göstərib və Gürcüstan tarixi və coğrafi yasına dair Azərbaycan dilində 
olan orta məktəb dərsliklərinin hazırlanmasında yaxından iştirak edib.
R.  Əliyev 1967-ci ildə  Bakı  şəhərinə köçüb və müxtəlif məsul 
vəzfələrdə  şalışıb. O, təqaüdə  çıxdıqdan sonra Azərbaycan radiosunun 
gürcü dilində verilişlər redaksiyasında redaktor vəzifəsində çalışıb.
Rizvan Musa oğlu Əliyev 2001-ci il sentyabrın 1-də Bakı şəhərində 
vəfat edib və bu şəhərdə də dəfn olunub.


32
TEYMURAZ CƏFƏRLİ  
Teymuraz Məmməd oğlu Cəfərli 1922-ci 
ildə Tifl is  şəhərində ziyalı ailəsində anadan 
olub. Atası  Məmməd kişi  əslən Borçalının 
Sarvan kəndindən idi. Məmməd Cəfərli ünlü 
Borçalı ziyalılarından olub və bir çox rəhbər 
vəzifələrdə-əvvəlcə  qəza, sonra rayon partiya 
komitəsinin birinci katibi vəzifəsində  işləyib.                                                                                                                                         
    Teymurazın valideynləri 1937-ci ildə repressiya 
qurbanı olub. O, Tifl isdəki qohumlarının himayəsi 
altında böyüyüb və orta məktəbi Tifl isdə bitirib. T. Cəfərli Tifl is Dövlət 
Universitetinin  fi lologiya  fakültəsinə daxil olaraq, 1945-ci ildə bu ali 
məktəbi başa vurduqdan sonra müxtəlif mətbuat orqanlarında çalışıb.
1952-ci ildə Tifl is Şəhər Sovetinə təlimatçı vəzifəsinə qəbul olunub. 
Həmin vaxtdan etibarən paralel olaraq pedaqoji sahədə  də çalışmağa 
başlayıb. A.S. Puşkin adına TDPU-də (indiki İlya Universiteti) estetika 
və etika kafedrasının müdiri seçilib.
1972-ci ildə “Etik kateqoriyaları, tarixi və ümumi məsələləri” 
mövzusunda doktorluq dissertasiyası müdafi ə edərək fəlsəfə elmləri 
doktoru elmi dərəcəsini alıb.
T, Cəfərli 1974-1981-ci illərdə Gürcüstan KP MK-nın 
təbliğat-təşviqat  şöbəsinin müdir müavini vəzifəsində  işləyib.                                                                                                                               
Professor T. Cəfərli sonrakı  həyatını yenidən mətbuata bağlayıb və o, 
1984-cü ildən başlayaraq ömrünün sonuna kimi “Sovet Gürcüstanı” 
(“Gürcüstan”) qəzetinin redaktoru olub.
Professor T. Cəfərliinin nüfuzlu mətbuat orqanlarında yüzlərlə elmi, 
elmi-kütləvi məqalələri və 25-ə qədər sanballı və məzmunlu kitabları çap 
olunub.  İstedadlı alim 60-dan artıq beynəlxalq konfransda dəyərli elmi 
çıxış edib.
Teymuraz Məmməd oğlu Cəfərli 1988-ci ildə “Sovet Gürcüstanı” 
qəzetində çalışarkən vəfat edib və Tifl isdəki tanınmış  şəxsiyyətlərin 
qəbiristanlığında dəfn edilib.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə