GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

33
ZİYA BORÇALI
(1902–1965)
Ziya Borçalı kimi tanınmış Ziyəddin 
Əfəndiyev Borçalının Arıxlı  kəndində ziyalı 
ailəsində anadan olub. Ziya ilk təhsilini 
Arıxlıdakı Hüseyn Əfəndiyevin ikillik rus-tatar 
məktəbində alıb, eyni zamanda atasının xüsusi 
dərsləri onun formalaşmasında başlıca rol 
oynayıb. 1921-ci ildə Ziya döğma kəndindəki 
Vahid  Əmək Məktəbinə müəllim təyin edilir. 
O zamanlar Borçalıda yenicə müəllim kadrları 
hazırlayan kurslar açılırdı. O, 1923-cü ilin yayında Qocorda, 1925-ci ilin 
yayında isə Başkeçiddə kurslarda oxuyub.
Ziyəddin  Əfəndiyev 1925-1929-cu illərdə Tifl is  Türk  Pedaqoji 
Texnikumunun ilk tələbələrindən biri olub. Bu təhsil ocağını bitirdikdən 
sonra Ziya Sarvan yeddillik məktəbinə müəllim düzəlir. Bir il sonra 
Bakıya gedib. Azərbaycan Pedaqoji İnstitutunun  fi lologiya  fakültəsini 
bitirdikdən sonra Tifl is Türk Pedaqoji Texnikumuna müəllim təyin olunur. 
1933-1936-cı illərdə Zaqafqaziya Kənd Təsərrüfatı Texnikumunda, 
1934-1938-ci illərdə Zaqafqaziya Dəmiryol  İnstitutunda, 1935-44-cü 
illərdə Tifl is Dövlət Universitetinin qiyabi pedaqoji şöbəsində dərs deyir. 
Daha sonra Ziya Əfəndiyev ömrünün sonunadək A. S. Puşkin adına Tifl is 
Dövlət Pedaqoji İnstitutunda işləyib.
Ziya Borçalının Vətən məhəbbəti ilə  aşılanan  şeirləri “Yeni fkir,” 
“Yeni kənd” qəzetlərinin, “Qızıl  Şəfəq,” “Dan Ulduzu,” “Yeni qüvvə,” 
“Gənc nəsl” dərgilərində dərc olunub.
1926-1930-cu illərdə “Qızıl  şəfəq” dərgisində, “Qızlar  şərqisi” 
(1927,№ 7-8), “Bahar” (1928, № 3), “Zəkəriyyə” (1928, 8-9), “İki yetim” 
(1928, 10), “Gözəl məktəb” (1928, 11), “Qış” (1928 12) və s. bir çox 
şeirləri və müxtəlif publisistik yazıları “Ziya Əfəndiyev,” “Ziya,” “Ziya 
Borçalı” və s. imzalarla dərc olunub.
Ziya Borçalının Tifl isdə Azərbaycan-Türk mətbuatı tarixinə, Cəlil 
Məmmədquluzadənin yaradıcılığına aid çox sayda məqalələri çap 


34
olunub. Onun “Sovet Gürcüstanı” və başqa qəzetlərdə ədəbiyyatımızın, 
maarifi mizin mühüm məsələlərinə dair çox sayda yazıları da vardır. 
Ziya Borçalı 1965-ci ildə  vəfat edib və döğma kəndi Arıxlıda dəfn 
olunub.


35
VƏLİ  ƏLİYEV
(1927-1984)
Vəli  İsa oğlu  Əliyev 1927-ci ildə Borçalının 
Qaçağan kəndində ziyalı ailəsində anadan olub. 
Onun atası  İsa Borçalının bir sıra kəndlərindəki 
məktəblərdə müəllim, direktor müavini, direktor 
işləyib. 
Vəli  İsa öğlu orta məktəbi bitirdikdən sonra 
təhsilini davam etdirmək üçün Bakıya gedir, 
ADU-nun tələbəsi olur. Universiteti bitirdikdən 
sonra fasilələrlə bir sıra yerlərdə çalışan Vəli 
Əliyev 1960-cı ildə “Sovet Gürcüstanı” qəzeti nəşrə başlayanda 
redaksiyaya dəvət olunur və ilk vaxtlardan başlayaraq,  şöbə müdiri 
vəzifəsində çalışır. V. Əliyevin qələmə aldığı oçerklər, publisist yazılar, 
eləcə də onun hekayələri oxucular tərəfi ndən rəğbətlə qarşılanıb, maraqla 
oxunub.
Vəli  İsa oğlu hələ universitet tələbəsi olarkən  ədəbi yaradıcılıqla 
məşğul olub. Onun hekayələri tələbəlik illərində  mətbuatda işıq üzü 
görüb. Ədibin “Dostlar” adlı ilk hekayələr kitabı 1968-ci ildə Bakıda nəşr 
olunub.
V. Əliyev 1963-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub. Onun 
ədəbi-bədii yaradıcılığında ədəbiyyat və mədəniyyət məsələləri əsas yer 
tutduğuna, səmərəli, faydalı  və  dəyərli jurnalist fəaliyyəti Gürcüstan 
hökuməti tərəfi ndən yüksək qiymətləndirilib. O, Gürcüstan SSR Əməkdar 
Mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Vəli  İsa öğlu ömrünün sonuna kimi “Sovet Gürcüstanı” 
qəzetində  ədəbiyyat və incəsənət  şöbəsinə  rəhbərlik edib. 
1986-cı ildə  ədibin “İkinci görüş” kitabı  işıq 
üzü 
görüb.                                                                                                                                           
    Vəli Əliyev 1984-cü ildə vəfat edib.


36
SÜLEYMAN SÜLEYMANOV
(1935-2014)
Süleyman Məhəmməd oğlu Süleymanov 
1935-ci il mayın 5-də Gürcüstanın Marneuli 
rayonunun Kürdlər kəndində anadan olub. O, 
Marneuli  Pedaqoji Texnikumunu və 1960-cı ildə 
Tifl is Dövlət Pedaqoji  İnstitutunun  Azərbaycan 
dil-ədəbiyyat və tarix fakültəsini bitirib . 
S.Süleymanov 1962-ci ildə Marneuli Rayon 
Komsomol Komitəsinin birinci katibi vəzifəsinə 
seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində  təlimatçı, 
təbliğat və  təşviqat  şöbə müdiri, təşkilat  şöbə müdiri, rayon partiya 
komitəsinin katibi vəzifələrində çalışıb, büro  üzvü və  dəfələrlə rayon 
sovetinin deputatı seçilib.
 O, 1972-ci ildən ömrünün sonunadək “Sovet Gürcüstanı”  və 
onun davamı kimi 1990-cı ildən “Gürcüstan”  qəzetinin baş redaktoru 
vəzifəsində çalışıb. 94 illik şərəfl i tarixə malik olan “Gürcüstan” qəzeti 
sovetlər dönəmində  də, ondan sonra da Gürcüstanda anadilli mətbuat 
işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs 
və başlanğıclarla fərqlənib, müəllifl ik  mükafatlarına layiq görülüb. 
Onlardan biri- 1979-cu ildə  qəzetin Moskvada Ümumittifaq Xalq 
Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı 
əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub.
 S.Süleymanov Gürcüstan KP MK- nın 23, 24, 25- ci qurultaylarında 
Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan Ali Sovetinin deputatı 
seçilib. 1981-ci ildə  “Şərəf  nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın 
“Şərəf” ordeni ilə təltif olunub. S.Süleymanov Gürcüstan Ali Sovetinin 
Fəxri fərmanı  və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adlarina 
layiq görülüb.
Qırx iki illik qəzet redaktoru  vəzifəsini yerinə yetirmək dövründə 
“Gürcüstan” qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin 
fəal vətəndaşları olmaları, öz hüquq və  vəzifələrini yerinə yetirmələri 
sahəsində  əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə