Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №3 2010 17



Yüklə 399,92 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü399,92 Kb.
#54667


Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

17

 

 

LƏTİFƏ HƏSƏNOVA  



t.e.d. BDU, Azərbaycan tarixi  

(humanitar fakültələr üzrə)  

kafedrasının professoru  

BORAN ORDUXAN OĞLU ƏZİZ

t.e.n., BDU, Azərbaycan tarixi kafedrasının  

(humanitar fakültələr üzrə) dosenti 

E-mail: 

Midush90@rambler.ru

boraneziz@box.az 

 

 

 ABDAL: MƏNASI VƏ YAYILDIĞI AREAL 



 

Açar sözlər: Abdal, sufi, qızılbaş, Şah İsmayıl Xətai,etnonim 

 

Ключевые слова: Абдал, суфи, кызылбаш, Шах Исмаил Хатаи, этноним 

 

Key words: abdal, sophist, gizilbash, Shah Ismail Khatai, ethnonym 

 

 

Qloballaşmanın gücləndiyi bir zamanda milli mənəvi dəyərlərin və özünəməxsusluğun qorunub 

saxlanması getdikcə  çətinləşir.  Şouların ,çal-çağırların baş alıb getməsi də bu prosesə açıq-aydın 

kömək edir. Bu səbəbdən televiziyalarda düşündürücü, maarifləndirici verilişlərin artması çox 

vacibdir. Yaxşı haldır ki, İctimai televiziyada bu istiqamətdə bir sıra verilişlər hazırlanır. Bu verilişlər 

gənc nəslin milli özünüdərkinin güclənməsinə, qan yaddaşının təzələnməsinə yardımçı olur. Belə 

verilişlərdən biri də “Bir kəndin nağılı” dır. Milli ruhda hazırlanan bu verilişdə xalqımızın 

etnogenezisinin müxtəlif aspektləri, ayrı-ayrı tayfaların, yaşayış  məntəqələrinin adlarının mənası, 

yayılma arealı bütövlükdə türk və müsəlman dünyası ilə bağlılığı və s. tamaşaçılara çatdırılır. Yaxşı 

haldır ki, bu zaman onlar problemlə bağlı elmi fikir bildirə bilən müxtəlif ixtisas sahiblərinin –

tarixçilərin, dilçilərin, coğrafiyaşünasların fikirlərini tamaşaçılara çatdırırlar. Bəzən onların 

fikirlərində müəyyən fərqlər də gözə  dəyir. Ancaq belə verilişləri izləyib ziddiyyətli fikirlərə rast 

gələnlər, ya müvafiq ensiklopediyalara, kitablara , buna əli çatmırsa tanıyıb inandığı elm adamlarına 

müraciət edib müvafiq bilgi alaraq fikir mübadiləsi aparırlar. Yəni bu verilişlər insanları düşünməyə, 

fikir mübadiləsi aparmağa vadar edir. Şahidiyəm ki, hətta mütəxəssislərin özləri də bu verilişdə 

səslənən mülahizələri saatlarla müzakirə ediblər. Əslində maarifçilik də elə budur. Bundan başqa ayrı-

ayrı tayfaların, yaşayış  məntəqələrinin adı izah edilərkən digərləri də  həm özlərinin, həm də 

kəndlərinin tarixi haqqında düşünməyə məcbur olur. Mən kiməm, qohum-əqrabalarım kimdir, köküm 

haradadır sualını özünə verir. Çar və Sovet Rusiyası dönəmində  qəsdən kimliyi dolaşdırılan , təhrif 

edilən mövzular istiqamətində xalqa ardıcıl elmi məlumatlar çatdırılması  həm də milli mənəvi 

borcdur. Verilişdə respublikamızdakı müxtəlif toponimlərin, etnonimlərin bütün türk dünyası, o 

cümlədən Türküstan , Anadolu, Güney Azərbaycan, Gürcüstan, Ermənistan və s. yerlərdəkilərlə 

bağlılığının izah edilməsi də yaxşı haldır. 

Bu yaxınlarda “Bir kəndin nağılı”nda abdallar haqqında veriliş də maraqla qarşılanmış və xeyli 

müzakirəyə  səbəb olmuşdur. Bu müzakirələrin bir qismində  iştirak edərkən belə  qənaətə  gəldim ki, 

obyektiv və ya subyektiv səbəblərdən bu sözün mənası sonadək tamaşaçıya çatdırılmayıb. Ona görə 

bir daha abdal etnoniminin izahına qayıtmalı olduq. 

Qeyd edim ki, xalqımızın etnogenezisində  iştirak etmiş tayfalardan biri də abdallar olmuşdur. 

Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə  mənbələrdə 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

18 

xeyli məlumatlar mövcuddur. Belə müəlliflərdən biri olan VI əsrdə yaşamış Suriyalı Zaxari Ritor 

abdalların adını hun tayfaları ilə birlikdə çəkir və onların Dağıstan hüdudunda yaşadığını qeyd edir. O, 

burada 13 tayfadan birinin də abdallar olduğunu göstərərək yazır ki, onlar “... çadırda yaşayırlar, 

dolanışıqları mal-davar əti, balıq, vəhşi heyvanlar və silah hesabınadır” (1, 665) . Maraqlıdır ki, 

görkəmli rus şərqşünası V.V.Bartold və “Türkmənistan SSR tarixi” nin müəllifləri də abdalları hun 

tayfalarından biri hesab etmişdilər. Bundan başqa qazaxların, başqırdların, qaraqalpaqların da 

tərkibində eyni adlı tayfa olmuşdur. (2,180; 3,141; Daha sonra bax: 4, 194). Mənbələrdə heftal, heptal, 

eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır. 

Elmdə Hunların abdal qolunun bir hissəsinin Anadoluda yerləşməsi barədə də məlumatlar var. 

Məsələn, Səfəvilər dövrü tarixçilərinin  ən görkəmli nümayəndəsi olan İsgəndər bəy Münşi 1629-cu 

ildə tamamladığı “Tarixi- aləm –ara-yi Abbasi” adlı  əsərində 1628- ci il hadisələrdən bəhs edərkən 

yazır ki, “Şamlı elinin əbdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın yerinə 

Xorasan bəylərbəyidir” .(5, 137) Qeyd edim ki, orta əsrlərdə Səlqcuqlara qədər və Səlcuqlar dövründə 

Hələb bölgəsində yaşamış türkmən oba və elləri ərəb mənbələrində “ətraki şamlı”, fars mənbələrində 

“türkmane  şamlı,  şam türk- mənləri, türk mənbələrində isə sadəcə  “şamlı” kimi 

göstərilmişdir.Tanınmış rus alimi V.A.Qordlevski Anadoluda “taifə abdalan”, “abdalani Rum” və s. 

sözlərinə  təsadüf etdiyini yazır. Doğrudur, görkəmli tədqiqatçı Fuad Köprülü, Anadolu abdallarını 

(abdalan-i Rum) Babailik cərəyanının daha sonrakı görünüşündən başqa bir şey hesab etmir.Ancaq , 

Türkiyədə Bursa-Mudanya yolu üzərində Nülufər çayı üstündə XVII yüzilə aid Əcəmlər körpüsü 

adıyla bilinməkdə olan Abdal körpüsü mövcuddur. Osmanlı dövlətinin quruluşuna aid mənbələrdə adı 

keçən Anadolu abdallarından biri Abdal Kumral, yaxud Kumral Abdal olmuşdur. Osmanlı 

mənbələrində Sultan II Murad dövründə yaşayan Anadolu abdallarından Abdal Mehmed, Abdal 

Murad,


 

bəktaşi


 

ənənəsində önəmli yeri olan Abdal Musa, Antalyanın Elmalı ilçəsinə bağlı  Təkkə 

(Təkə) kəndində XIV yüzildə qurulmuş  Bəktasi təkkəsi olan Abdal Musa Təkkəsi,  İstanbulda 

Davutpaşa və Qoca Mustafapaşa səmtləri arasındakı Həkimoğlu Əli paşa Külliyəsi içində qalan XVII 

yüzilə aid abdal Yakup təkkəsi haqqında da xeyli məlumatlar vardır. (12, 62-66). Anadoludakı 

qızılbaşların durumundan bəhs edərkən bu problemin ən yaxşı araşdırmaçılarından olan İren xanım 

Melikoff məsələyə başqa prizmadan yanaşaraq yazır: “Yerleşik hayat tarzı, dervişlerin  şehir ve 

kasabalara yakın yerlerde bulunan tekkelere yerleşmesine neden oldu. Bu dervişler, Osmanlı 

hakimiyyetinin ilk üç yüz yılı boyunca, kendilerine insanlarda bulunan, timarlar veren padişahlar 

tarafından korundular. Osmanlılar yeni fethettikleri toprakların kolonileşmesinde de tarikatarı 

kullanmışlardır. Osmanlılar tekkeleri Anadolunun kutsal kesimlerindeki heterodoks və karğaşa 

çıxaran unsurları denetim altına almak için de kullandılar; bu yörelerde, bazı anarşist derviş qrupları 

ortaya çıkmışdı: Abdallar, Torlaklar, İşıklar və daha genel bir isim ilə Kalendar adıyla bilinen qruplar. 

Bu qrupların kendi dini liderleri, yerel evliyaları vardı. Fakat kısa bir zaman sonra Osmanlı 

hükümdarlarının çabaları sonucu bu evliyaların hepsi tek bir şahsiyetin adı altında toplandılar: Halkın 

dinsel yaşamına hakim olan Hacı Bektaşi Veli” (11, 8-9). A.A.Bakıxanov da azərbaycanlıların 

tərkibində abdal tayfasının olduğunu qeyd etmişdir. Azərbaycan tarix elminin inkişafında böyük 

xidmətləri olan A.A. Bakıxanov 1739-1740-cı ildə Car-Balakəndə baş verən hadisələrdən bəhs 

edərkən yazır: “Hicri 1151-ci (1739) ildə Nadir şah Hindistan səfərində olduğu zaman, Car və Tala 

ləzgiləri yerlərinin möhkəmliyinə güvənərək üsyan etdilər. ...İbrahim xanın qoşununu məğlub etdilər 

və onlardan bir çoxu öldürüldülər.  

Nadir şah Hindistanı fəth etdikdən sonra, Əfqanıstana gəldi. Hicri 1152 (1740) ildə Nadirbaddan 

Qəni xan abdallını , öz tayfası ilə Türküstan səfərindən azad edib Şirvana göndərdi.  

Abdallı igidləri könüllü olaraq, qoşunun ön dəstəsində gedirdilər. Səhərdən axşama qədər 

şiddətli döyüş davam etdi. Hər iki tərəfdən bir çox adam tələf oldu. Ləzgilər daş yumbaladıb, tüfəng 

atmaqla özlərini müdafiə etdilər, ancaq bundan bir fayda hasil olmadı. Abdallılar gecə yarısına qədər, 

həmin dağı qalxıb, 100 nəfər tələfat verməklə, o səngəri də tutdular” (6, 172-173). 

Başqa bir mənbədə “Tarix-i Nadir”də  və prof İ.Məmmədovun  İstanbulda çap olunmuş 

“Azərbaycan tarixi” kitabında da bu hadisələrdən-Çar və Talada baş verən üsyanlardan bəhs edilmiş 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

19

və abdalların adı çəkilmişdir”... Nadir durumu Hindistanın Peşaverində öğrenince, Emir Arslan Han 

komutasında Kırklı Afşarlarından bir miktar askeri bölgeye sevk etdi. Çıkardığı bir fermanla da 

Gürcüstan hakimi Safi Han Begağırı  İbrahim Hanın yerinə atadı. Ardından Nadirin emriyle Koca 

Ahmedlilerden Feth Ali Han, Kırklı Afşarlarından Muhammed Ali Han, Gürcüstan hakimi Safi Han 

birlikləri və onlara gönüllü katılan Çar və Gence bölgesinde oturan Abdallı Türklerinden oluşan 

kalabalık ordu, üsyan edən Dağlı qrupları sert biçimde cezalandırdıkları gibi, onlara katılan qrupları 

da etkisiz hale getirdiler”.(8, 433). 

Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatuklu VII yüzildə yazdığı “Albaniya 

tarixi” adlı  əsərində abdalların adını qeyd etmişdir. Onun fikrincə abdallar (heptallar) IV əsrdə 

Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə (e.ə. 336-323-cü illər) buraya köçürülmüşdür. 

Bununla yanaşı orta əsrlərdə Yaxın və Orta Şərqdə o cümlədən Azərbaycanda əbdal (abdal) adlı 

sufi dərviş icması da mövcud olmuşdur.  İslam ensiklopediyasında yazılır ki, abdal “Dünya 

ilgilerinden kurtularaq kendisinin Allah yoluna adayan və ricalül-qayb diye adlandırılan evliya 

zümrəsi içində yer alan sufi veya erenler hakkında kullanılır. Abdal kelimesi Arabcada, ikisi də 

“karşılık, birinin yerinə keçen” manalarına gelen bedel və bedil kelimelerinin çoğulu olmakla birlikte, 

zamanla Farsca və Türkcede tekil manasında kullanılmış və Farscada “abdalan”, Türkcədə “abdallar” 

şeklində çoğul yapılmış: ayrıca tasavvüf terminolojisinde abdalla birlikde, aynı manada olmak üzere 

budela kelimesi de kullanılmışdır. Bu kelimelerden hiçbiri, sonradan tasaffüvun abdal geleneğinde 

ihtiva etdiyi mana ilə Kurani-i Kerimde yer almamışdır. Ancak hadis diye ziyaret edilen... bazı 

sözlerde hem abdal və budela kelimeleri geçmekte, hem de bunların nitelikleri, sayıları və yaşadıkları 

yerlerden söz edilmektedir”. (12, 159). Məlumdur ki, tarixən “dərviş” sözü farscadan “qapı-qapı 

dolaşan”, “dilənçi” anlamındadır.  İslam ölkələrində bu söz “təriqət adamı” , “təriqətə  mənsub olan 

kimsə” mənası almışdı. Oturaq həyat keçirən dərvişlərlə yanaşı, onların müsafir həyat sürən, “abdal-

qələndər” qolları da vardı. Bu sonuncular da daimi yaşayış yerləri ilə bağlı idilər. Ancaq zaman-zaman 

mahal və vilayətləri, hətta ölkələri gəzən bu təriqət adamları, yəni “yol” adamı kimi dolaşmalı, 

“təriqət “sözünü” insanlara yetirməli idilər. XIV yüzildə  dərviş icmaları, xüsusilə abdal qələndəri 

dərvişləri Azərbaycanın  Ərdəbil  əyalətində  və Gündoğar Anadoluda dövlətə qarşı bir sıra təhlükəli 

çıxış  və üsyanlar keçirərək böyük nüfuz qazanmışdılar. O zaman dərvişlər, sonralar (XYI yüzilin 

ortalarından başlayaraq) olduğu kimi, aşağı zümrə deyil, nisbətən yüksək yaşayış tərzi olan insanlardı. 

Abdal-qələndər və ya “dərvişi-qələndəriyyə” sufiləri həm də  işıq adlanırdılar” (7, 302). Tanınmış 

tarixçi, əməkdar elm xadimi S.Əliyarlı yazır: “Ola bilsin ki, əski hun “abdal” soyadı burada “əbdal” 

(ərəbcədən “bədəl” sözünün cəmindən alınması ehtimal olunur) sufi dərviş termini ilə çulğaşıq bir 

sintez keçmiş, nəticə etibarilə  qədim “abdal”a aid olan etnik məba bir növ təsəvvuf yosunu ilə 

“hörülüb” dəyişilmişdir” (4,194). Bu görkəmli tədqiqatçı doğru olaraq göstərir ki, “... Nəsimi və Xətai 

yaşayan yüzillərdə  əbdal artıq təriqətə  təmənnasız xidmət edən sufi, gəzəri, dərviş-qələndərdir” 

(4,194). 

İslam ensiklopediyasının I cildində  (İstanbul, 1988) yazılanlara görə o zamankı sufiliyin on 

mərtəbəli silsiləsində Anadolu abdalları dördüncü mərtəbəyə aiddir. “Osmanlı Dövletinin 

kuruluşunda, qaziler (veya alp-erenler), ahiler (əxilər B.Əziz, L.Həsənova), baciyan-i Rum ile birlikte 

büyük hizmetleri görülen dördüncü sosiyal zümrədir” (.12, 61; 4, 194). Abdal təriqətinin yarandığı yer 

barəsində elmdə müxtəlif fikirlər mövcuddur. Məsələn, bunlardan birində yazılır:” ... bu esrarengiz 

insanların Suriye və  İrak ahalisinden olduklarını belirtmekdedir. Şüyütüye göre kırk abdalın iyirmi 

ikisi Suriyede, on sekkizi İrakta ikamet eder. Başqa bir revayette isə abdalların kırkının da Suriyede 

olduğu kaydedilmiş və bunların iyirmi beşi Humusta, on ikisi Şamda, üçü de Beysanda gösterilmişdir. 

Abdalların bu suretle bir iki ülkede veya bir ülkenin değişik şehirlerinde gösterilmesi, bu bölge halkı 

için bir şeref sebebi sayılmış, bu yüzden öteki bazı ülkeler de böyle bir şeref kazandırabilmek için , 

abdalların dışında başka faziletli ve manavi nüfuz sahibi uluların da buralarda bulunduğundan söz 

edilmişdir” (12, 60). 

Bu təriqətin dünyagörüşünün mərkəzində haqsızlığın,  ədalətsizliyin baş alıb getməsinin səbəbi 

insanların dünya malına hərisliyi, tamahkarlığı, var-dövlət qazanmaq üçün hər hansı bir əxlaq 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

20 

qaydalarını gözləməməsi, başqasının, hətta bir sıra hallarda öz yaxınlarının belə alın təri, əlinin qabarı 

ilə qazandığını insaf, mürvət gözləmədən, allahsızcasına qamarlamasıdır. Ona görə abdallar insanlarda 

təmənnasız yaxşılıq etmək,  əl tutmaq, nəfsini boğa bilmək, gözü-könlü tox olmaq, halallıq, 

düzgünlük, həqiqətsevərlik  əxlaqını formalaşdırmağı vacib hesab edirdilər. “Şəriət, təriqət yoldur 

gedənə, həqiqət, mərifət ondan içəri” düşüncəsində alan abdallar bütün hallarda çətinliklərə 

baxmayaraq insanları həqiqətə söykənməyə çağırırdılar. Ancaq onlar bütün əhalini bu kultun düşüncə 

sahibi edə bilməyəcəyini anlayıb, onlara ehtiramla yanaşan Qızılbaşlara qoşulub onun bir qatını təşkil 

etdilər. Çünki, Qızılbaşlar xalqın məhz belə əxlaqa sahib olmasına çalışdıqlarını bildirirdilər və XV 

əsrin ortalarında siyasi bir qüvvəyə çevrilmişdilər. Sonralar hətta Osmanlı Sultanı Sultan Səlim 

Qızılbaşlara, həmçinin abdallara qarşı  şərt cəza tədbiri görəndə belə onları yollarından döndərmək 

mümkün olmadı: Pir Sultan Abdal yazırdı: 

 

Qadılar, müftilər fitva yazarsa, 



İstə kəmənd, istə boynum saarsa, 

Dönən dönsün, mən dönməzəm pirimdən. 

 

Abdalların belə həyat tərzi, dünyagörüşləri, yaşam prinsipləri dövrünün görkəmli adamlarının, 



şair və yazıçılarının, elm adamlarının diqqətini çəkmiş,  əsərlərində onları  dəfələrlə hörmətlə yad 

etmişdir. Məsələn, Təvəkkül ibn Bəzzaz tərəfindən XIV əsrin II yarısında yazılmış “Səffat  əs-səfa” 

əsərində əbdal xeyirxah 

adamlar,  şərif (müqəddəs)  şəxsiyyətlər, Peyğəmbərə yaxın adamlar mənasında 

işlənmişdir.Onun fikrini başqa bir mənbə  də qüvvətləndirir: “Abdal telakisi, ilk defa ortaya çıktığı 

sıralarda, abid və zahidlerle birlikte muhaddis və fakihler için de kullanılmaktaydı. Nitekin itimada en 

yakın bilinen abdal hadislerini nakleden Ahmed b. Hanbel, yüryüzünde muhaddislerden başka abdal 

tanımadığını söylemişdir (12, 59).  

İbnül  Ərəbiyyə görə isə Allah yeddi iqlimi yeddi abdal vasitəsiylə qoruyur”... Yedi semanın 

ruhaniyyeti bunlara bağlıdır və her abdal güçünü , her biri yedi samanın birinde bulunan 

peygamberlerden alır ki, bunlar İbrahim, Musa, Harun, İdris, Yusif, İsa və Ademdir. Ayrıca 

peyqamber Yahya da İsa ilə Harun arasında gidip gelerek bu peyqamberlerden aldığı hakikatleri yedi 

abdalın kalbine indirir”. Bundan başqa , İbnül-Ərəbi həftənin yeddi günündə olacaq hadisələrin yeddi 

iqim və yeddi peyğəmbər vasitəsilə abdallara çatdıran yeddi abdalın aşağıdakılar olduğunu 

göstərmişdir”... Abdülhay, Abdülhalim, Abdülmürid, Abdulkadir, Abdulkahir, Abdüssemi və 

Abdülbaşır” (Bax: 12, 59). 

Bundan başqa A.A.Bakıxanov Bakı  kəndlərindən birində yaşayan  Şeyx  Əbu Səid Abdal 

Bakuvidən bəhs edərək yazmıdır:”Yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış  və son dərəcə 

əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir sovməzdə oturub ibadətlə məşğul idi. Azacıq 

olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanları mücibincə  Şibani nefti və 

əkinləri onun türbəsinin məsarifinə  məxsus idi. Axırda bu ölkənin vəziyyətində  əmələ  gələn iğtişaş 

nəticəsində onun məscid və mehmanxanası xarab olub, qəbri və ibadət ediyi yer torpaq altında 

qalmışdır. Bu yerdə olan bir neçə ev “Xəlifə damı” adı ilə məşhurdur.O, öz həyatı və gəlib-gedənlərin 

xərcini bir quyunun mədaxili ilə  təmin edirdi. Bir gün Sultan buraya gəldi (Hülaki xanın nəvəsi, 

Elxanilər dövlətinin hökmdarı Olcaytu Məhəmməd Xudabəndə (1304-1316-cı illər) nəzərdə tutulur-

B.Əziz, L.Həsənova)”... Sultan ona bəxşiş vermək istədi. Dərviş razı olmayıb dedi: Bu miqdar ilə 

rüzigarım keçir, bundan artığına ehtiyacım yoxdur. Onun sözü Sultana xoş  gəlib, necə yaşadığını 

bilmək istədi. Onun hal və  əhvalı sultana məlum olunca: “Sənin səltənətinə afərin olsun” dedi. O, 

dərviş ilə qardaşlıq əli tutub buyurdu: məni yaddan çıxartma. Dərviş sultanın xatirini saxlayıb, hər il 

onun üçün hədiyyə göndərirdi. Sultan da hədiyyələri öz böyük xidmətkarlarından Qara Məhəmməd 

adlı birinə tapşırırdı ki, onları satsın və gələn mədaxili onun üçün kəfən pulu saxlasın.(6-244-245) 

Professor S.Əliyarlı yazır: “Nəsimi abdal və qələndər adını daşıyanları ehtiramla dilinə gətirir. 

Çünki, hər ikisi “vücüdun tanımış”, “nəfsini bilmiş” haqq aşiqi, arif, əhli həqdir. 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

21

 Aşiqin adı nədən abdal imiş? 

 Anda kim, hərfi həmişə dal imiş 

 Hərfi dal olmuş vücudun tanımış 

 Kim ki, bildi nəfsini abdal imiş” (4, 195) 

Məlumdur ki, Səfəvi dövlətinin yaranmasında ictimai-siyasi, iqtisadi amillərlə yanaşı 

Azərbaycan və qonşu ölkələri də  əhatə etmiş  qızılbaş  hərəkatı da mühüm rol oynamışdır. Müxtəlif 

qatlardan ibarət olan bu hərəkat ideoloji baxımdan saflıq uğrunda mübarizə üçün uyğunlaşdırılmış 

şiəlik bidətçiliyi bayrağı altında çıxış etmişdi. 

Azərbaycan Səfəvi dövlətinin qurucusu olan Şah  İsmayıl bu hərəkat siyasi cəhətdən uğur 

qazandıqdan sonra yaranan dövrü mehdilik səltənəti (“İrişdi vədəsi Sahibi zamanın...”) kimi 

xarakterizə etmişdir.(7, 367-368). 

Səfəvi dövlətinin yaranmasında mühüm rolu olan, Qızılbaş  hərəkatına qoşulub sonradan onun 

içərisində bir növ “əriyən” sufi-dərviş təriqətlərindən bəhs edərkən Şah İsmayıl Xətai yazırdı: 

“Şahin övladına iqrar edənlər 

 Əxilər, qazilər abdallar oldu” (7, 368) 

Qeyd edim ki, Nəsimi və Şah İsmayıl Xətainin abdal təriqətinə münasibətində incə bir fərq də 

var. Süleyman müəllim yazır: “Nəsimi abdallara münasibətini “qələndər surətəm”  şəklində ifadə 

etmişsə, Xətai “qələndər dərvişəm meydana gəldim” kimi ifadələri ilə özünü abdal etiqadının 

nümayəndəsi kimi qələmə verirdi: 

 Xətaiyəm, bir haləm 

 Əlif üstündə daləm, 

Sufiyəm təriqətdə 

 Həqiqətdə abdaləm”. (4, 195)  

Bu təriqət Şah İsmayıl Xətaidən sonra iki dəfə 1535 və 1554-1555-ci illər siyasi mübarizələrində 

də ön cərgədə olub. 

Abdal təriqətini qəbul edənlər Səfəvi hökmdarı  Şah Abbasın dövründə  də ona yaxından 

köməklik etmişdi. Məsələn,  Əfqanıstanda Gilzayi tayfaları  Səfəvi dövləti üçün ciddi təhlükə 

yaratmışdılar. Bunu aradan qaldırmaq üçün Şah Abbas abdalların bir hissəsini Qəndəhara 

göndərmişdi. Ancaq sonralar mərkəzi hökumət abdallara lazımı köməklik göstərmədiyi üçün onlar 

Herata gəlməyə və burada məskunlaşmağa məcbur oldular. (Bax: 8, 422; 9,179, 183-184). 

Dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti” nin 2006-cı ildə çap edilmiş I cildində də abdallar 

haqqında məlumat verilmişdir. Orada abdal sözünün yalnız iki mənada işləndiyi göstərilərək 

yazılmışdır: “1. Sərsəri, avara, dərbədər. Gözəllərin bir xümsü zəkatı; Nə aşiqə nə abdala yetişməz. 

Aşıq  Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli 

Məhəmməd// Söyüş  mənasında (Oğuz) Baxınıb durma, haydı kisəni al! Gəl işim var səninlə, gəl 

abdal! H.Cavid // köhn. Dərviş, qələndər. Sufiyəm,  əmma nə bu abdaldən; Haq sevən insanəm, o 

şirvanlılar M.Ə.S. 

2. Köhn. Dərviş qələndər” (13, 28) 

Göründüyü kimi burada ciddi səhvə yol verilərək abdal sözünün etnonim kimi mənası barədə bir 

kəlmə də olsun yazılmayıb. Abdal tayfası və onların etnik kimliyi barədə yuxarıda bəhs etdiyimizdən 

bir daha onun üzərinə qayıtmayıb deməliyik ki, verilən  şerlər də bu sözün göstərilən mənasını tam 

açmır. Fikrimizcə abdal sufi-təriqət dünyagörüşünə malik olan insanların yaşam tərzi, ideologiyaları 

ətrafdakı adamlar tərəfindən qəbul edilmədiyi, yaxud başa düşülmədiyi üçün onlara lüğətdə göstərilən 

birinci mənadakı sözlər deyilmişdir. Görünür abdallara bu adın verilməsində onların qızılbaş 

ideologiyasını  qəbul etməsi, Səfəvilər dövlətində oynadığı rolun da təsiri olmuşdur.” Beləliklə o 

zaman (XIV-XV yüzillər-B.Əziz, L.Həsənova) dərviş icmaları asketlik, “tərki-dünyalıq” yaşayış 

qanunu ilə bağlı olsa da, hələ həqarət və miskinlik təcəssümü deyil, daha çox pərəstiş, inam, işıq ocağı 

idi. Çünki, dərviş kamil insan toplumundandır. Bu topluma isə  Məhəmməd peyğəmbərdən sonra 

kütüblər, müqəddəs pirlər, abdallar, dərvişlər və mürid-yoldaşlar daxil idilər. Bir kamil insan olmaqla 

dərviş içindəki kini, nəfsi, tamahı, acgözlüyü, ehtirası, amansızlığı, bir sözlə bütün pislikləri tərk 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

22 

etmiş, rəhmdil, xeyirxah, yazıqlara əl tutan bir dünya bulmuşdur. Nəsimi sözləri ilə söyləsək , abdal , 

aşiq, “hərfi dal olmuş, vücudun tanımış”, nəfsini bilmiş bir insandır” .(7, 303). 

Kembric universitetinin professoru L.Lokhart 1958-ci ildə  nəşr etdirdiyi “Səfəvi sülaləsinin 

tənəzzülü və  İranın  Əfqanlar tərəfindən işğalı” adlı monoqrafiyasında bu hadisələrdən geniş  bəhs 

etmiş və abdalları...”çox comərd və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd 

edirdi ki, Səfəvi dövlətinin  şərqində”...  ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar idi. 

Birincilər Qəndəhar ətrafı ərazilərdə, sonuncular isə Herat vilayətində yaşayırdılar”. (10, 10-11, daha 

sonra bax: 9, 179-183;). 

Lokhart daha sonra yazır: “Şah I Abbasın 1597-ci ildə abdalların ən nüfuzlu tayfalarından biri-

popolzaylardan (popolzai) olan Sadonu (Sado) abdalilərin başçısı təyin edib, ona “Miri Afaqina”, yəni 

əfqanların lideri titulu verməsi”-ilə sonuncuların gilzaylardan azad olması təsdiqlənmişdi. Buna görə 

minnətdar olan abdallar sonralar, daha dəqiq 1622-ci ildə Qəndəharın moğollardan alınmasında şaha 

yardım göstərmiş, əvəzində Şah I Abbas Sadoya Sultan titulu bəxş etmişdi. Abdallar da gilzaylar kimi, 

ortodoks moğoldansa, bidətçi də olsa tolerant Səfəvi hökmdarına üstünlük verirdilər” .(10, 96) 

Mənbələrin müqayisəli təhlili göstərir ki, təriqəti az da olsa qeyri-türk əhalisi də qəbul etmişdi. 

Hətta onların bir qismi Səfəvi dövlətinin rəsmi ideologiyası olan şiəlikdən fərqli olaraq sünni 

olmuşdur. Məhz bunu nəzərə almayan bəzi Avropa tədqiqatçıları abdal təriqətinə  mənsub olan 

tayfaların mənşəyi barədə bəzən yanlışlıqlara yol veriblər. Məsələn, Gilzayların mənşəyi barədə elmdə 

müxtəlif fikirlər mövcuddur. Tarixçilər onları Türk və ya Əfqan kökənli hesab etməkdədir. Qeyd edək 

ki, Qərzayi adıyla bilinən bu tayfanın təmsilçilərindən biri olan Həmid Qərzayi ABŞ-ın Əfqanıstana 

müdaxiləsindən sonra devrilən Taliban hökuməti yerinə 2001-ci ildən bəri  Əfqanıstanın rəhbəridir. 

Lokhartın fikrincə  Qərzayilər(Gilzayilər) “...əfqanlaşmış abdal boyları idi... Abdallar sərbanilərdən 

(sarbani) törəndiklərini iddia edirlər. Bu tayfanın ortaya çıxması Abdal ibn Tarın ibn Şərhbun ibn 

Sarvan ibn Qeysin Çistiyyə təriqətinə girən və abdal olan şəxsin adı ilə bağlıdır”.(Bax: 8, 422; 9, 184; 

10, 95)


 

Görkəmli rus tədqiqatçısı professor İ.P.Petruşevski mənbələrə istinad edərək XVIII yüzildə 

Səfəvi dövlətinin Azərbaycana aid olan bəylərbəyliklərinin sərhədləri, gəlirləri, əsgəri gücü, əhalisinin 

sayı haqqında çox maraqlı cədvəl tərtib etmişdir. Həmin cədvəldə Azərbaycan bəylərbəyliyinin Təbriz 

mahalında yaşayan abdalların 500 eldən ibarət olduğu, onların hakiminin gəlirlərinin 88 tümən 5.723 

dinar, əsgəri gücünün 100 nəfər olduğu göstərilmişdir. (8,449) Hazırda Ağdam, Sabirabad, Göy-Göl, 

Oğuz, Tovuz, Qubadlı rayonlarında “Abdal”, “Abdallı”, “Abdalanlı” və s. adlı  kəndlər, Tiflis 

quberniyasının Borçalı  qəzasında “Abdallı” kəndi, Naxçıvanda və  Şimali Qafqazda “Abdal dağı”, 

Tovuz rayonundakı çayda bu ad yaşamaqdadır. (14,8) Qeyd edək ki, 1923-cü ilə  qədər Laçın 

rayonunun inzibati mərkəzi “Abdallar” olmuşdur. Mənbələrin tədqiqi göstərir ki, bu toponimlər abdal 

tayfasının adından götürülmüşdür. 

 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT: 

 

1.

 



Пигулевская  Н.В.  Сирийские  источники  по  истории  народов  СССР.  Хроника  Захария 

Ритора. М-Л, 1941. 

2.

 

Бартольд В.В. Сочинения, т.2, ч.1, М.,1963 



3.

 

История Туркменской СССР. т.1, ч.1, Ашхабад, 1957. 



4.

 

Əliyarov S. Azərbaycanda bidətçilik hərəkatına dair ədəbi mənbələrin araşdırma 



təcrübəsindən.- Azərbaycan filologiyası məsələləri. B., 1983. 

5.

 



İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi. I c., B., 2009. 

6.

 



Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər.II nəşr. B.,2009 

7.

 



Mehmetov  İ. Türk Kavkasında siyasi ve etnik yapı.Eski çaglardan günümüze Azerbaycan 

tarihi.İstanbul 2009 

8.

 

Dadaşova R.Səfəvilərin son dövrü.B.,2003 



9.

 

Lokhart L.Səfəvi sülaləsinin tənəzzülü və  İranın  Əfqanlar tərəfindən işğalı.Kembric 



1958,(ingiliscə) 

10.


 

Melikoff İ.Bek taşilik.Kızılbaşlık:Tarihi bölünme ve sonucları,Alevi kimligi, 

Tarih Vakfı Yurd Yay.İstanbul 1999 



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №3 2010 

 

23

12.İslam Ansiklopedisi,c.,1,İstanbul 1988 

13.Azərbaycan dilinin izahlı lügəti.Dörd cilddə,I c.,B.,2006 

14.Azərbaycan toponimləri.Ensiklopedik lügət.B..1999 

 

 Д.и.н. ГАСАНОВА ЛЯТИФА 

 К.и.н. АЗИЗ БОРАН ОРДУХАН ОГЛЫ

БГУ, Кафедра Истории Азербайджана  

(для гуманитарных факультетов) 

E-mail: 

Midush90@rambler.ru

boraneziz@box.az 

 

“АБДАЛ: ЗНАЧЕНИЕ И АРЕАЛ ПРОЖИВАНИЯ” 

 

Проведение  исследований  сфальсифицированных  во  время  царской  и  советской  России 

вопроса этногенезиса имеет важное научное и воспитательное значение. Одним из племен уча-

ствующих в формировании нашего народа были абдалы. На основе источников, исследователь-

ских работ и сравнительного анализа энциклопедий исследованы и этноним слова aбдал, рели-

гиозно-суфистское, значение, а так же ареал проживания. 

 

d. h. s. LATIFA HASANOVA, 

c. h. s. B. O. AZIZ. 

BSU Department of Newtime  

and modern Histtory of Azerbaijan. 

E-mail: 

Midush90@rambler.ru

boraneziz@box.az 

 

 



“ABDAL: THE MEANING AND THE AREA OF SPREADING” 

 

Conducting research on ethno genesis a subject which has been falsified during the times of 



Chariest Empire and Soviet Union has scientific importance. Abdals are one of the nations that 

have been involved in the forming of our nations. In this article the sophist and ethnonymical 

meanings of abdal have been researched by using comparative researches of different the 

resources, researches and encyclopedias. 



 

 

 

Ðÿé÷èëÿð: ò.å.ä. È. Çåéíàëîâ, ò.å.ä. È.Ì. Ìÿììÿäîâ  

Áàêû Äþâëÿò Óíèâåðñèòåòèíèí Òàðèõ ôàêöëòÿñèíèí «Àçÿðáàéúàí òàðèõè» (ùóìàíèòàð ôàêöëòÿëÿð 

öçðÿ) êàôåäðàñûíûí 30 ñåíòéàáð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð. 

(ïðîòîêîë ¹2) 

Yüklə 399,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə