Гязянфяр пашайев 75



Yüklə 399 Kb.
səhifə4/4
tarix22.07.2018
ölçüsü399 Kb.
#58420
1   2   3   4

Möhsün Nağısoy: Hörmətli elm adamları, mən də bir ev sahibi kimi sizin hamınızı salamlayıram, «xoş gəlmisiniz» deyirəm. Hamınız bilrsiniz ki, bu bina adi bir bina deyil, bu­ra­da çox böyük insanların ruhları yaşayır: Hüseyn Cavidin, Məm­mədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və s. Bu da əlamətdardır ki, Qəzənfər müəllim adi bir adam deyil, böyük bir şəxsiyətdir. Ona görə bizim üçün şərəfdir ki, onun yubileyi məhz bizim binada keçirilir. Bu tədbiri Folklor İns­ti­tutu keçirir və minnətdaram ki, insanın qədrini sağlığında bilmək lazımdır. Bu ənənəni yaşatmaq lazımdır.

Tədbiri Folklor İnstitutunun keçirdiyinə görə bir atalar sözü ilə başlamaq istəyirəm: «İgidin adını eşit, özünü gör». Mən Qəzənfər müəllimin adını eşitmişdim, kitablarını oxu­muş­dum. Özüm də 10 il Əfqanıstanda tərcüməçi işləmi­şəm və qürbətdə yaşayan adam vətənin qədrini daha yaxşı bilir. Ona görə o kitabı («Altı ilə Dəcla-Fərat sahillərində» – tərtibçi) oxuyanda sanki mən öz həyatımı yaşadım. Bir də atalar sözü var. Deyirlər: «Filankəsi tanıyırsan? Deyir, yox, onunla yol yoldaşı olmamışam». Qəzənfər müəllimlə biz bir dəfə yol yol­daşı olmuşuq. Mən uzun müddət Naxçıvan Dövlət Uni­ver­si­tetinin Müdafiə Şurasının üzvü olmuşam. Bir dəfə Qəzənfər müəllim orada opponent kimi iştirak edirdi. Onda mən gör­düm ki, Qəzənfər müəllim həm böyük alimdir, həm də böyük insandır. Atalar deyir: «Alim olmaq asandır, insan olmaq çə­tin­dir». Doğrudan da, Qəzənfər müəllim əsl Azərbaycan ziya­lı­sının nümunəsidir.

Siz folklorşünaslar onun fəaliyyətini folklorşünaslıq ba­xı­mından hər tərəfdən, hər yöndən işıqlandırdınız. Bizim də ins­titutun əsas istiqaməti mətn hazırlamaqdır, mətnşü­nas­lıq­dır. Qəzənfər müəllim həm də mətnşünasdır. İmadəddin Nəsi­mi­nin İraq divanının nəşrə hazırlanmağı, elə bil ki, bizim işi­mi­zə bir köməkdir, təkandır, həm də bizi ruhlandırır. Qəzən­fər müəllimin baxmayaraq ki, maşallah, 75 yaşı var, bu yaxın­larda mən «Ədəbiyyat qəzeti»ndə onun Hindistan səfəri haq­qında yazdığını gördüm və bu, sübut edir ki, Qəzənfər müəl­lim cavanlıq ruhuyla yaşayır və yaşayacaqdır. Doğrudan da, Azərbaycan-Hindistan əlaqələri ayrıca dissertasiya mövzusu­dur və Qəzənfər müuəllim öz yazısıyla o sahədə də artıq bir cığır açır.

Qəzənfər müəllim, mən çox minnətdaram, sevinirəm və hesab edirəm ki, bu gün həyatımda ən xoş günlərdən biri ola­caq. Yaşayın, yaradın və nümunə olun. Sağ olun, var olun.



Qurban Bayramov: Bir az əvvəl qeyd olunduğu kimi, Qəzənfər müəllimin yubileyini tarixi bir yerdə, Azərbaycan dövlətçiliyinin, Azərbaycan millətinin fəxr elədiyi bir binada qeyd edirik. Qəzənfər müəllimin 75 illiyi ilə əlaqədar bu il bir neçə tədbir keçirilib. Mən demək olar ki, onların hamısının iştirakçısı olmuşam. Onların heç birinin səmimiyyətinə, istili­yi­nə xələl gətirmədən burdakı istiliyin, burdakı elmi atmos­fe­rin, burdakı münasibətin, burdakı səmimiyyətin daha yüksək sə­viyyədə olduğunu qeyd edirəm. Burda çıxış edənlər də Qə­zənfər müəllimi müxtəlif parametrlərdə təhlil elədilər. Qə­zən­fər müəllimin bir kitabı var, onun haqqında yazılan mə­qa­lə­lərin toplusudur. Həmin kitabda onun haqqında olan məqa­ləm­də belə yazmışam: “Qəzənfər Paşayev fenomeni müasir­lə­rinin gözündə və sözündə”. Bax o ədəbi mühiti mən burda gör­­düm. Burda elmin sayılan-seçilən imzaları var, şəxsiy­yət­ləri var. Onların hamısının sözü səlahiyyətli sözdür, düzgün söz­dür, qüvvətli sözdür. Həm səmimiyyət var, istilik var, həm də elmi dərinlik var.

Qəzənfər müəllim haqqında danışanda nəyə görə həmişə Kərkük yadımıza düşür? Rəhmətlik Bəhlul Abdulla onu “Kər­kük pərvanəsi” adlandırmışdı. Sonra oxudum ki, Azər­bay­ca­nın 114 ən görkəmli alimi, ən görkəmli şəxsiyyəti, şairi Qə­zən­fər Paşayev haqqında gözəl sözlər, gözəl məqalələr ya­zıb­lar.

Qəzənfər müəllimi mən 70-ci illərdən tanıyıram. Ədə­biy­yat İnstitutuna gəlib-gedərdi, Qasım müəllimlə, Abbas müəl­limlə, Məmməd Cəfər müəllimlə, Mirzağa müəllimlə dost­luq edərdi. Ona qeybdən gələn bir səs kimi baxırdıq. Doğ­rudan da, Qəzənfər müəllim qeybdən gələn bir səs kimi bizə qeyb olan, bizdən uzaq olan bir məmləkətimizi bizə təq­dim elədi, tanıtdı. Rəhmətlik Yaşar Qarayevin məşhur bir sö­zü var. Deyir ki, Azərbaycan dövləti çox böyük dövlət idi, si­ya­si sərhədlər parçalandı, doğrandı getdi. Folklor yeganə sahədir ki, Azərbaycan məmləkəti ilə türk dünyasını siyasi sərhədlərsiz birləşdirə bilir. Yəni sərhədlərin ona dəxli yox­dur. Bu mənada Qəzənfər müəllim bizim pozulmuş, məhv ol­muş sərhədlərimizi Kərkük müstəvisində birləşdirdi. Folklor elə bir sehrli dünyadır ki, heç bir qəvi düşmən folklorumuzu əlimizdən ala bilməz. Bu mənada Qəzənfər müəllim çox bö­yük iş görüb.

Bu zalda olan adamların hamısı özünü elmdə təsdiq elə­miş adamlardır. Amma bir də var ki, sözün səlahiyyətini başa düşüb, qeyri-adi mövqeyə yüksələn şəxsiyyətlər. Misal üçün, mən Abbas müəllimi o cür şəxsiyyət kimi qəbul edirəm. KQB-nin, Sovet hökumətinin ciddi məqamlarında o, adicə poçt yolu ilə sərhədləri məhv eləmişdi, bizim ədəbiyyatımızı, bizim kitablarımızı bütün Şərqdə, bütün dünyada yaymışdı. Həmən yolun davamçısı Qəzənfər müəllim oldu. Mən Qəzən­fər müəllimi, tutaq ki, Məmməd Arif, Məmməd Cəfər müəl­lim, Cəfər Cəfərov, Yaşar Qarayev, Abbas Zamanov səviy­yə­sin­də, miqyasında duran canlı ensiklopedik, fenomenal bir şəx­siyyət kimi qəbul edirəm. Eşq olsun ona. Onu təbrik edi­rik, ona can sağlığı arzulayırıq.

Qəzənfər müəllim folklorşünasdır, dilşünasdır, neçə dil­lər bilir: ingilis dili, fars dili, ərəb dili, rus dili. Lap bu yaxın­larda Hindistan kimi qədim tarixə, mədəniyyətə malik bir öl­kə­də böyük klassikimiz Nizaminin yaradıcılığını, həyatını in­gilis dilində təqdim elədi. O şəxsiyyət ki, Azərbaycan ədə­biy­­yatını, Azərbaycan mədəniyyətini, Azərbaycan millətini, xal­qını bütün səviyyədə təqdim eləməyi bacarır və təqdim edir, o adamın qədrini bilmək lazımdır. Folklor İnstitutu da sağ olsun ki, belə insanları qiymətləndirir, onlara belə təd­bir­lər həsr edir. Qəzənfər müəllim, öpürəm səni, can sağlığı arzulayıram, uzun ömür arzulayıram.
Vaqif Sultanlı: Hamının yorulduğu vaxtda mən çox danışmaq istəmirəm. Amma belə fikirləşirəm ki, bu cür təd­bir­lərin keçirilməsi təkcə bir yaradıcı şəxsin həyat yoluna işıq salmaq üçün deyil, bütövlükdə ədəbiyyat haqqında, elm haq­qında, sənət haqqında söhbət üçün imkanlar verir. Bu mənada Qəzənfər Paşayevin yaradıcılığı da çox uyğun gəlir. Qəzənfər müəllim elmdə bir ənənə yaradan şəxsdir. Yəni onun fəaliy­yəti, alimliyi yalnız elmlə məhdudlaşmır. Bu alimliyin içə­ri­sində elmlə yanaşı bir əxlaq, insanlıq, cəsarət, həqiqət, vicdan var. Bu, Qəzənfər Paşayevin yaradıcılığı üçün səciyyəvi olan bir cəhətdir.

XX əsrin elminin ən böyük qüsurlarından biri onun emo­siyalardan məhrum edilməsidir. Yəni quru nəzəri müha­ki­mələrə söykənilməsidir. Qəzənfər Paşayevin yaradıcılığında elmlə bədiiyat birləşdirilir. Elm bədii düşüncə ilə hor­mo­ni­ya­da təqdim olunur. İkincisi, bizim elmimizin XX əsrdə, xüsu­sən sovet dövründə ən böyük qüsurlarından biri onun türk dün­ya­sından, türk sevgisindən, türk ruhundan məhrum edil­mə­si idi. Qəzənfər Paşayevin yazılarında biz bunu görmürük. Onun tədqiqatları türk coğrafiyasını əhatə edir və türk sev­gi­sini gətirir. Türk sevgisi varsa, orda, şübhəsiz ki, bir milliyətçi düşüncə olacaqdır. Mən Qəzənfər Paşayevə böyük və yeni yaradıcılıq uğurları arzulayıram.


Muxtar Kazımoğlu: Vaqif müəllim dedi ki, Qəzənfər müəl­lim elm ilə bədiiyyatı birləşdirir. Deyirəm, Vaqif müəl­limin sözünə qüvvət verib, məclisin ovqatına bir az poeziya qataq. Mən bilmirəm, Adil Cəmil şeir deyəcək, deməyəcək. Ar­zu edək ki, çıxışının gözünə bir balaca şeir də qatsın.
Adil Cəmil: Mən çox danışmayacam, çünki Qəzənfər müəllim haqqında olan fikirlərimi elə Qəzənfər müəllimin özünə demişəm.. Daha bu camaatı, bu insanları yormaq fik­rin­də də deyiləm. Amma bir misal çəkəcəyəm. Bir nəfər Məş­hədə gedir. Bir qapını döyüb deyir ki, Məşədi, burda Məşəd ziyarətgahı hardadı? Bu adam da çıxır deyir ki, ziyarətgah ordadı, amma mən məşədi deyiləm. Deyir, ə, nətəər? Mən gör haralardan gəlmişəm, məşədi olmaq istəyirəm. Burdan bura niyə Məşhədə getməmisən? Deyir, mən ona hələ hazır deyü­ləm. Mənim amalımla əməlimin arasında bir ziddiyət var. Bu baxımdan, Mən Qəzənfər müəllimlə tanış olduğum gündən, ama­lıyla əməlinin vəhdətdə olduğunu görmüşəm. Amalıyla əmə­li bir olan insanlar çox azdır.

İndi mən sizi yormadan Qəzənfər müəllimə həsr olun­muş bir şeirimi oxumaq istəyirəm:

Abu-zəmzəm qaynağı var,

O səhralar qurax deyil.

Düz deyirsən, professor,

İraq bizə iraq deyil


Dağıldı durna qatarı,

Sovuldu xurma qatarı,

Səpildi qırma qatarı,

Yersiz ölüm sınaq deyil.

Dərdimiz var, dağ adlayan,

Ahımız var, qəlb odlayan,

Başımızda bu çatlayan

Kim deyir ki, çanax deyil.


Nələr oldu, Allah, oy dad,

Kimsədən gəlmədi imdad,

Korun-korun yandı Bağdad,

Bu alov çil-çıraq deyil.


Qoparmadıq haray-həşir,

Dedik, dünya fikirləşir.

Sülh məramlı o mürdəşir

Xoş niyyətli qonaq deyil.


Füzulinin qəbri qərib,

Baş daşında qəm göyərib.

Bu dərd bizi yuyub-sərib,

Günümüz kef-damaq deyil.


Dəyişibdi orda həyat,

Qanlı axır Dəclə, Fərat.

Alim qardaş, sən yaz, yarat,

Gələcək gün uzaq deyil.


Muxtar Kazımoğlu: Bu gün Qəzənfər müəllim folklor­şü­naslıq üzrə Problem Şuranın sədridir. Həmin şuranın sədr müavini Mahmud Allahmanlı söz istəyir.
Mahmud Allahmanlı: Qəzənfər müəllimdən çox adam­­­lar xeyirxahlıq görübdür: onlardan biri də mənəm. Nəs­rəddin Tusi “Əxlaqi-Nasiri” əsərində yazırdı ki, elm adamla­rı­nı elmlərinin çoxluğu ilə deyil, işlərinin xeyirxahlığı, gör­dük­lərinin faydalılığı ilə ölçün. Qəzənfər müəllimdə də həm elm, həm xeyirxahlıq, həm də faydalılıq birləşibdir. Qəzənfər müəl­limi nəinki tanıyanlar, onunla qarşılaşanlar, hətta ondan kənar olanlar da onun adından yararlana biliblər. Qəzənfər müəllim bu cür böyük adamlardandır. Əbdüllətif Bəndəroğlu Qəzənfər müəllimin «İraq-Türkman folkloru» kitabı ilə bağlı belə bir fikiri vurğulayır ki, belə bir kitabı nəinki türkman elm adamları, hətta xarici alimlər də yazmayıbdır. Qəzənfər müəl­li­min təkcə «İraq-Türkman folkloru» kitabı yox, bütün kitab­ları bu mənada çox böyükdür. 1968-ci ildə çıxan «Kər­kük ba­ya­tıları»ndan başlayaraq onun əsərləri və şəxsiyyəti haqqında yazılan yazıların hamısı Qəzənfər müəllimin böyüklüyünü, bir şəxsiyyət kimi nələrə, hansı amallara xidmət etdiyini ay­dınlıqla göstərir. Qəzənfər müəllim bu mənada bizim üçün, ədəbiyyatımız üçün, ictimai-siyasi mədəni mühitimiz üçün nü­munədir. Qəzənfər müəllimin ayrı-ayrı kitabları, yaradı­cılı­ğı, onun gördükləri, bir şəxsiyyət kimi elədikləri hamımıza ör­nəkdir və bizim hamımız ondan lazımınca bəhrələnmişik. Qəzənfər müəllim Azərbaycan elmində, Azərbaycan ədəbiy­ya­tının bugünkü vəziyyətində həm klassik ədəbiyyatımızı, həm folklorumuzu, həm tərcümə məsələlərimizi bütün tərəf­lə­ri ilə özündə birləşdirən çox az-az şəxslərdəndir. Bunların üzə­­rinə Qəzənfər müəllimin bir şəxsiyyət kimi xeyirxahlıq­la­rı­nı gələndə Qəzənfər müəllimin ucalığı, böyüklüyü qeyri-adi dərəcədə görünür. Həm də ictimai-siyasi mühitin bir qədər çətinliklərlə dolu olduğu vaxtlarda belə şəxslərə, belə şəx­siy­yət­lərə ehtiyac daha çox artır. Qəzənfər müəllim məhz, elə bil, Tanrının bu məqamda Azərbaycan ictimai-siyasi, mədəni mü­hitinin çətinliklərlə dolu olduğu vaxtlarda nümunə olaraq göndərdiyi şəxslərdəndir. Bu mənada, mən Qəzənfər müəllimi həmişə uca tutmuşam və ona uğurlar arzulayıram. Qəzənfər müəllim o uğurlarını, o böyüklüyünü bizə yaşatsın, bizə daha da görsətsin. Onun uğurlarına daha ətraflı sevinək.
Muxtar Kazımoğlu: Qəzənfər müəllim neçə-neçə həm­karımızın elmi rəhbəri olub. Şəxsən mənim və mənim kimi ne­çə-neçə adamın opponenti olub. İstəyirəm ki, Qəzənfər müəl­­limin yetirmələrindən birinə söz verim. Alimlər cərgə­si­nə Qəzənfər müəllimin elmi rəhbərliyi ilə qoşulan Səkinə Qaybalıyeva.
Səkinə Qaybalıyeva: Burda alimlərimiz Qəzənfər müəl­­­limin zəngin elmi fəaliyyətindən danışdılar. Qəzənfər müəl­lim Kərküklə bağlı, Bəndəroğlunun təbirincən desək, hər biri bir şah əsər olan tədqiqatların müəllifidir. Qəzənfər müəl­lim sovet dönəmində, çox ağır bir dönəmdə, «milli» sözünün çox çətinliklə işləndiyi bir dövrdə vətənpərvərlik nümunəsi göstərərək çox böyük işlər görüb.

Mən istər bir insan kimi, istərsə də bir alim kimi çox şadam ki, Qəzənfər müəllimin yetirməsiyəm, onu daha yaxın­dan tanımaq imkanım olubdur. Kiçik bir detala toxunmaq is­tə­yirəm. İnstitutumuz tərəfindən Qarabağ bölgəsində eza­miy­yətdə olanda orada qaçqınlarnan görüşmüşdük. Onda Hə­şim Məmmədli adlı bir insanın da evində olduq və ondan çox gö­zəl nümunələr topladıq. Həşim dayı biləndə ki, biz Folklor Institutundan gəlmişik, çox maraqlı bir hadisə danışdı. O dedi ki, siz Qəzənfər müəllimi tanıyırsız, Qəzənfər Paşayevi? Mən dedim ki, əlbəttə, tanıyırıq, O dedi ki, biz Abdal Gülablıdan qaç­qınıq. (Düzdü, bu insan elm aləmi, tədrislə əlaqəsi olma­yan bir insandır, zəhmətkeş bir insandır.) O dedi ki, mənim Ab­dal Gülablıda çox böyük bir kitabxanam qalıbdır. Sovet dö­nəmində yeni çıxan kitabları alardım, ancaq kitabxanamda xüsusi yer ayırdığım Qəzənfər müəllimin kitabları idi. Mən çox təəssüf edirəm ki, o kitablar orda qaldı, ancaq mən Bakı­ya gedib o kitabların hamısını əldə elədim və gətirib kitab­xa­na­ma qoydum.

Mən demək istəyirəm ki, Azərbaycanda çox tanınan şair­lər, yazarlar var. Ancaq Qəzənfər müəllim bir alim kimi, hə­qiqətən də, böyük bir iş sahibidir, böyük bir elm adamıdır ki, onu bütün ictimaiyyət tanıyır.

Mən Qəzənfər müəllimə can sağlığı arzulayıram, uzun ömür arzulayıram.


İslam Sadıq: Qəzənfər müəllimin bu tədbirində çıxış eləməmiş getsəydim, yəqin ki, bunu ömrüm boyu özümə bağışlamazdım. Qəzənfər müəllimin haqqında hamının ürəyi doludu, hamının deməyə sözü var, özü də hətta hiss edirəm ki, sanki leksikonumuz çatışmır. Adamlar ürəyindəkini ifadə etməyə çətinlik çəkirlər.

Qəzənfər müəllim xoşbəxt bir ulduzun altında doğulub. Ona görə xoşbəxt adamdı. Mən bu günə qədər Qəzənfər Pa­şa­yevdən söz düşəndə kiminsə dilindən xoşagəlməz bir söz eşit­məmişəm. Belə xoşbəxtlik hamıya nəsib olmur. Qəzənfər müəl­lim ən işıqlı ulduğun altında doğulub, o ulduzun bütün nu­ru, işığı Qəzənfər Paşayevin varlığına, ruhuna hopub. Qə­zən­fər müəllim gecənin zil qaranlığında da olsa, hər yerdən görünəcək, dörd bir ətrafa işıq saçacaq.

Biz uşaq olanda kəndimizin göylərində yazda, bir də pa­yızda durnalar görünərdi. O durnalar yazda gəlirdilər, pa­yız­da qayıdırdılar. Böyük adamlar bizə deyirdilər ki, bu dur­na­lar Bağdaddan gəlir, İraqdan gəlir, Kərkükdən gəlir. Pa­yız­da da deyirdilər ki, bu durnalar Kərkükə qayıdır, Bağdada qa­yıdır, İraqa qayıdır. Ancaq o durnaların niyə gəlib-getdikləri haqqında bizə heç nə demirdilər. Bir müddət keçəndən sonra o durnalar yoxa çıxdılar və bunu müxtəlif səbəblərlə yoz­du­lar. Ancaq mən bunun səbəbini tapdım. Həmin durnaları Azər­baycandan «küsdürən» Qəzənfər Paşayev oldu.

1986-1987-ci illərdə «Azərnəşr»də Qəzənfər Paşayevin «Kərkük folkloru antologiyası» kitabı çapa hazırlanırdı. Onda Qəzənfər müəllim tez-tez «Azərnəşr»ə gəlirdi. Kərküklə bağlı onu sorğu-suala tutur, maraqla dinləyirdik. Kitabın hələ əl­yaz­masını oxuyurduq. Ordakı hər bayatıdan, hər atalar sözün­dən, lətifədən Kərkükün ətri, qoxusu gəlirdi. Doğma bir nəfəs duyulurdu.

Bundan əvvəl Qəzənfər Paşayevin «Alıtı il Dəclə-Fərat sahillərində» kitabı çıxmışdı və əl-əl gəzirdi. O kitab oxucu­lara Kərkük haqqında nələr söyləmirdi! Bu kitabların hərəsi bir durnaya bənzəyirdi. Onların sayı günbəgün çoxalırdı. Elə o vaxtdan Qəzənfər Paşayevin öz «durnaları» qatar-qatar olub Azərbaycanı gəzdilər, evlərimizə gəldilər, stolüstü kitabla­rı­mız oldular. Sən demə, vaxtı ilə o durnalar Kərkükdən bizə xə­bər gətirirmişlər. Bax o xəbərləri o durnalardan daha geniş mənada Qəzənfər Paşayev gətirdi və biz onları artıq durna di­lin­də yox, öz dilimizdə oxuduq. O informasiyaları Qəzənfər Pa­şayevin kitablarından aldıq.

Hər bir söz adamının, yaradıcı adamın bir şah əsəri olur. Qəzənfər Paşayevin də çox əsərləri var, ancaq onun ən böyük, şah əsəri dünyada ən uzun körpü oldu. Dünyada ən uzun kör­pü: İraqdan Azərbaycana, Kərkükdən Azərbaycana, Azərbay­candan Kərkükə. Bu elə bir körpüdür ki, heç bir təbii fəlakət, heç bir insan gücü onu dağıda bilməz.

Qəzənfər Paşayevə öz durnalarının ömrü qədər ömür ar­zu­layıram və durna haqqında bir şeirimlə fikrimi tamam­la­maq istəyirəm:

Əl çatmaz, ün yetməz sanma o yeri,

Babamın qəbri var bilirəm orda.

Gecələr xəyalım gəzib dolaşır,

Səhərlər qayıdıb gəlirəm ordan.
Yaşıyır hələ də tarixim mənim

Durna yaddaşında, durna sözündə.

Bilmirəm, babamı görüb, görməyib,

Babamın əksi var durna gözündə.


Babamın dəftəri o gil lövhələr,

Babamın qələmi durna lələyi.

O gil lövhələrə dəymə, amandı,

Amandı, toxunma, qırma lələyi.


Durnalar – babamın ruhumu görən?!

Hər il gəlib bizə, dəyib qayıdır.

Durna ləhcəsində, durna dilində

Babamın sözünü deyib qayıdır.

Dilim «Kərkük» dedi, «Kərkük» söylədi,

Bu kəlmə ağzımda nə şirin daddı!

Nə bura qürbətdi durnalar üçün,

Nə durnalar bizə yad oğlu yaddır.


Hacı Loğman: Qəzənfər müəllimi gənclik illərindən tanıyırıq, «Altı il Dəclə Fərat sahillərində»n. Mənim düşün­cəmə görə, mədəniyyətin ən böyüyü özünü qorumağı bacar­maq­dır. Özünü qorumağı bacarmayan insan nə mədəniyyəti qoruya bilər, nə özünü qoruya bilər, nə də ünsiyyəti qoruya bilər. Qəzənfər müəllimin Füzuliyə dair araşdırmalarında, dahi insanları üzə çıxarmaq sahəsindəki tədqiqat işlərində o xətti davam etdirən bir şəxsiyyət olduğunun şahidi oldum. Bunların fonunda çox danışmayacam, bircə şeyi bildirəcə­yəm. Mən İlyas müəllimlə çox söhbət eləmişəm. O, əxlaqlı insanlardan danışanda öndə gedən bir insan kimi Qəzənfər müəl­limi qeyd edirdi. Bu gün bizdə cəmiyyətin aşınması ge­dən bir dövrdə bu cür insanların həyatının tədqiq edilməsi, araş­dırılması, gəncliyə təbliğ olunması çox önəmli bir şeydir. Əxlaq əldən gedərsə, hər şey əldən gedə bilər. Ona görə də Qəzənfər müəllimin bu əxlaq örnəyi və onun ailəsində, icti­maiy­yətdə tutduğu mövqe olduqca önəmlidir. Elm də, ədə­biyyat da – bu şeylər hamısı nisbi şeylərdir, ancaq əxlaq də­yiş­məyən, əbədi, nə dəbdən düşməyən, nə də dəbə min­mə­yən, nə dəbdən salınmayan, bir ölçüyə qoyulmayan bir şeydir. Öz ölçüsü, nizamı var. Ona görə də böyük bir ağ­saq­qal kimi Qə­zən­fər müəllimdən öyrənəcəyimiz çox şeylər var. Qə­zənfər müəllim bu mənada əbədiyyəti düşünən, tarixdə ki­min xa­ti­rin­də nə cür qalmağı düşünən bir insandır. Qəzənfər müəllim, bu uğurlara görə mən sizi ürəkdən təbrik edirəm.

Mən də Sizə bir neçə şeir həsr etmişəm. Onlardan birini oxumaq istəyirəm:

Qəzənfər Paşayev bir müdrik insan,

Gör neçə ölkələr dolanıb gəlib.

Mosuldan, Ərbildən, Kərkükdən keçib,

Tarixin içinə boylanıb gəlib.


Dərdini gördükcə ağır ellərin,

Taxtı taxt dolanmış fağır ellərin,

Ayrılıq qəlbini sıxıb ellərin,

Dərdini duyduqca içindən talanıb gəlib.


Ömrümün hər anı dönüb mənaya,

Türk eli şam olub o pərvanəyə,

Baş vurub hər yurda, hər bir xanəyə,

Sönmüş ocaqlara qalanıb gəlib.


Dəclədə, Fəratda xəyala dalmış,

İtmiş doğmaların sorağın almış.

Tarixin altında pas atıb qalmış

Neçə həqiqətə yol alıb gəlib.


O sübut etdi ki, Kərbalasında,

Füzuli dəfn olub öz obasında,

Həqiqət uğrunda, söz qovğasında

Türkün tarixinə calanıb gəlib.


Daim cavabdehdi xalqı önündə,

Yandırıb kiminsə şamı sönəndə,


Yas tutub ellərin yaslı günündə,

Toyda qol qaldırıb şadlanıb gəlib.


Böyüyə, kişiyə örnək, ibrətdir,

Ar-namus bilənə namus, qeyrətdir,

Dostluqda tükənməz şeir, ülfətdir,

Loğmanın şerində hallanıb gəlib,

ballanıb gəlib.
Seyfəddin Rzasoy: Professor Qəzənfər Paşayevin – Azər­baycan hümanitar-filoloji fikrinin bü görkəmli nüma­yən­də­sinin ömür yolu bu gün burada bir kitab kimi oxundu. Muxtar müəllim bu kitabı fəsillərə böldü: folklorşünaslıq, ədə­biyyatşünaslıq, dilşünaslıq, tərcüməçilik, mətnşünaslıq, in­san­şünaslıq və s. Bu fəsillərin hər biri haqqında burada iştirak edən insanlar öz sözlərini dedilər. Və Qəzənfər müəllimin ne­cə bir çoxyönlü, çoxşaxəli fəaliyyətə sahib alim olması bura­da bir daha canlandı. Təbii ki, bizim hər birimizin məşğul olduğu konkret elm sahəsi var. Biz öz elmi fəaliyyətimizdə sonralar digər oxşar, qovuşuq sahələrə meyllənə bilsək də, bir sahə – əsasında, üzərində, bazasında yetişdiyimiz, formalaşdı­ğı­mız sahə hər birimiz üçün profil, aparıcı sahə olaraq qalır. Lakin Qəzənfər müəllimin fəaliyyətində humanitar-filoloji el­min bütün əsas sahələri mükəmməl şəkildə ifadə olunub. Bu mənada, Qəzənfər müəllimin bu çoxyönlü fəaliyyətini konk­ret bir terminlə ifadə etməkdə mən də çətinlik çəkdim. Ancaq prof. İsrafil Abbaslı öz çıxışında Qəzənfər müəllimi «Azər­baycanşünas» adlandırmaqla bu çətinliyi mənim üçün aradan qaldırdı. Azərbaycanşünas olmaq milli elmi düşüncə tarixi­miz­də hər kəsə nəsib olan məqam deyil. Qəzənfər müəllim bu məqama gedən yolun qaranlıq, çətin, dar çığırlarına öz öm­rünün illərini yandıraraq işıq salıb, bu zirvəyə qəlbindəki və­tən və millət sevgisinin işığı ilə qalxa bilib. Elə bu səbəbdən burada prof. Qəzənfər Paşayevin zəngin və çoxşaxəli fəaliy­yətinin filoloji profilli institutlarda elmi şəkildə öyrənilməsi haqqında şair-naşir Əlirza Xələfli tərəfindən səsləndirilmiş təklifi çox faydalı sayıram.

Əlbəttə, Qəzənfər müəllim haqqında burada çox dəyərli sözlər, bənzətmələr, epitetlər dedilər. Təbii ki, bunlar insan­ların onun haqqında demək istədiklərinin hamısı deyil. Söz­lərin çoxu İslam Sadığın bir az əvvəl dediyi kimi, ürək­lər­də qaldı. Mənim də ürəyimdə bir sözüm var. Qəzənfər müəl­limin hər bir azərbaycanlı kimi mənim də ömür yoluma ilk dəfə «Al­tı il Dəclə-Fərat sahillərində» kitabı ilə işıq tutan bu fəaliy­yətini nə üçünsə arxeoloqun taleyinə bənzədirəm. Ar­xeoloqlar bütün elmi fəaliyyətləri boyunca hansısa mədəni la­yı tapmağın ümidi ilə yer qazırlar. Belə bir layı tapan ar­xeoloqun adı həmin layla birgə elmin tarixinə yazılır. Prof. Qəzənfər Paşayev Azərbaycan milli düşüncə tarixində «Kər­kük-Türkman» layını üzə çıxarmış və bununla da milli dü­şün­cəmizin sərhədlərini etnik kamilliyin tarixi hüdudlarına qədər genişləndirmiş alimdir. Bu mənada, onun xidmətləri əvəz­sizdir və belə hesab edirəm ki, prof. Qəzənfər Paşayevin alim­ və insan ömrü Azərbaycan elm tarixində alimliyin və insan­lığın nümunəsi kimi əbədi qalacaqdır.


Qəzənfər Paşayev: Mən yetmiş illik yubileyimi ke­çir­mədim. Bir az zəif idim, qorxdum ki, tərifləyələr, ürəyim ya­tar. Ancaq indi yaxşıyam, özümü yaxşı hiss edirəm. Ona gö­­rə dedim, keçirək. Zarafat öz yerində qalsın, mən çox min­nət­daram, Muxtar müəllim, sizə, Əlyazmalar institutunun direk­toru Paşa Əlioğluna – bizim öz sağlığında və bu gün də sevi­lən görkəmli şairimizin oğluna. Paşa Əlioğlu özünü cəmiyyət içində ləyaqətlə, çox gözəl mədəniyyətlə, ziyalılıqla göstərir.

Deyim ki, mənim bütün yubileylərimi Folklor İnstitutu keçirib. Yaxşı yadımdadır, hətta akademiyanın o dəyirmi sa­lo­nunda beynəlxalq konfrans keçirilirdi. Orda yüksək səviy­yədə mənim yubileyim qeyd olundu. Ona görə də Folklor İns­titutunu heç vaxt unutmuram. Mən bu institutu çox istəyirəm, yəqin, bu münasibət qarışıqlıdır. Mən burda hiss edirəm ki, mə­nə münasibət mən istədiyim qədərdir, heç də əksik deyil. Mən sizə təşəkkür edirəm.

Mən bütün çıxış edənlərə o səmimi sözlərə görə min­nət­darlığımı bildirirəm. Hafizəmdən çıxmasın deyə mən o sözləri qeyd etdim ki, biblioqrafiyam çıxanda o dəyərli sözləri müt­ləq verəcəyəm. Həqiqətən də, çox dəyərli sözlər, çox dəyərli fikirlər var ki, mən yeni eşitdim onları. Məsələn, Muxtar müəl­lim deyəndə ki, Qəzənfər müəllim hər kitabı tərcümə eləmirdi, haqlı idi. Bəli, mən “Axundovun ədəbi tənqidi” adlı kitabı tərcümə eləmişəm. Bu kitabı 1989-cu ildə Yaşar müəl­lim verdi. Amerikada çıxmış bir kitabdır və möhtəşəm bir ki­tabdır. Axundovu qaldırıb göylərə ki, o, Şərqdə təkcə drama­tur­giyanın əsasını deyil, tənqidin əsasını qoyan bir şəxsdir. Bu­nu bizdə demirdilər çox vaxt. Bu kişi dedi, mən də onu tər­cümə elədim. Muxtar müəllim də bunu vurğuladı. Hamınız gözəl fikirlər dediniz, mən yazmışam. Yəqin ki, bir kitabda çap olunacaq. Mən heç nəyi elə-belə qoymuram qalsın, qal­mır, biləsiniz. Mən hamınıza təşəkkür edirəm.

Mənim 60 illik yubiley tədbirlərim Folklor İnstitutunda başladı, o vaxtkı Elm Mərkəzində. Bax, bu cavan oğlan – Ne­mət burda əyləşib, saz çalırdı, xalq valeh olmuşdu. Bu gün də, yəqin, saz çalacaqsan, Nemət, bu da yubileyimdi mənim.

Mən bir 10 il Bakı Dövlət Universitetində işlədim, ora­nın professoru oldum. Mənim yubileyim orada da keçirildi. Keçiriləndən sonra xahiş elədim, dedim ki, avtobuslar aşağıda dayanıb, hamımız gedəcəyik Gülüstan sarayına. Allah mənə o qisməti verdi. Mənim həmişə ruzum səmadan gəlir, yəqin, o ul­duz mənə o payı da verib, ay İslam Sadıq. Məni sizi onda daha çox istəyəcəyəm ki, hamımız bir yerdə bu saat çıxıb Ni­zami küçəsiynən gedəcəyik aşağı, orda «Sultan» restoranı var, ora. Kim getməsə, vallah, ürəyimdə niskil olacaq, inciyəcəm. Bax bunu deyirəm sizə. Muxtar müəllim mən sizə çox təşək­kür edirəm, bütün bu diqqətinizə görə, qayğınıza görə, icazə verəsiniz sizi öpüm. Sağ olun.
Muxtar Kazımoğlu: Qəzənfər Paşayevin tərcümə elə­di­yi əsərlərdən birinin adı belədir: «Necə yaşayasan, yüzü haq­layasan?» Bu başlığı Qəzənfər Paşayevin bizə verdiyi bir sual kimi qəbul etsək, onda gərək həmin suala cavab verək. Və deyək: «Qəzənfər müəllim, bu vaxta qədər necə yaşamı­sı­nızsa, elə də yaşayın!»
13 dekabr 2012-ci il

Qəzənfər Paşayev – 75.

Bakı, “Elm və təhsil”, 2013.

Nəşriyyat direktoru:

Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Səbinə İsayeva
Kompyuterdə yığdı:

Səadət Əliyeva
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Ramin Abdullayev

Kağız formatı: 60/84 1/32

Mətbəə kağızı: №1

Həcmi: 90 səh.

Tirajı: 500

Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Redaksiya-nəşr bölməsində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” NPM-də ofset üsulu ilə



hazır deopozitivlərdən çap olunmuşdur.



Yüklə 399 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə