H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   2   3   4   5   6   7   8   9   ...   88

__________________________________________________ 
 

Azərbaycan və SSRİ Dövlət mükafatları laureatıdır. Azərbaycan 
SSR Ali Sovetinin və SSRİ xalq deputatı olmuşdur. 1995-ci ildən 
Milli Məclisin deputatı və Mədəniyyət məsələləri komissiyasının 
sədridir. 1987-ci ildən Azərbaycan Respublikası Yazıçılar 
Birliyinin sədridir. Azərbaycan Respublikasının “İstiqlal” ordeni 
ilə  təltif olunmuşdur.  C.2-92, 98, 102; C.4-445;  C.5-190, 201; 
C.7-167, 169; C.8-237, 340;   
19. Ankara (ilkin adı Anqora, qədim adı Ankira)- Türkiyənin 
paytaxtı. Ankara Anadolu yaylasında, 891 m yüksəklikdə, Anqara 
və Zubuq çaylarının (Sakarya çayının hövzəsi) qovuşduğu 
yerdədir.  
Iqlimi kontinentaldır.  İstanbuldan sonra ölkənin ikinci böyük 
şəhəridir. 1920-ci il aprelin 23-də burada ilk dəfə Türkiyə Böyük 
Millət Məclisi toplanmış və milli hökuməti təşkil etmişdir. 1923-
cü il oktyabrın 29-dan Türkiyə Respublikasının paytaxtıdır. 
Ankara ölkənin siyasi, iqtisadi və  mədəniyyət mərkəzidir. 
Ankarada universitetlər, konservatoriya, 6 teatr (opera-dram, uşaq, 
kamera və s), arxeologiya və etnoqrafiya muzeyləri, Milli 
kitabxana var. C.1-59, 361-363, 376, 383, 386, 406, 431, 557; 
C.2-15, 17, 52, 291, 399, 400, 401, 406, 411, 454, 458, 468, 474, 
479, 486; C.3-331, 332, 348, 389; C.4-41; C.5-46, 160, 161, 173; 
C.6-117;  C.7-431, 432, 434; C.8-5, 23, 50; C.9-282, 286, 294, 
296-299, 301, 305, 308, 329, 340, 343, 346, 350, 366, 368, 377, 
397, 407
20. Aralıq dənizi- Atlantik okeanının Avrasiya və Afrika 
materikləri arasında dəniz. Sahəsi 2,5 mln km
2
, suyunun həcmi 
3754 min km
2
, orta dərinliyi 1541 m. Körfəzləri Volensiya, Lion, 
Taranto, Genuya, Qabes. C.2-265, 476; C.6-115, 465; C.7-44, 
433; C.8-254; C.9-444; 
21. Arif Heydərov- Arif Nəzər oğlu Heydərov (1926-1978)- 
general-leytenant. II Dünya müharibəsinin iştirakçısı. 1968-1971-
ci illərdə SSRİ-nin Türkiyə səfirliyində baş konsulu, 1971-1978-ci 
illərdə Azərbaycan SSR-nin Daxili İşlər naziri vəzifəsində 
işləmişdir. C.6-484, 486-492; 
22. Arif Məlikov, Arif Cahangir oğlu Məlikov- Azərbaycanın 
görkəmli bəstəkarı, incəsənət xadimi (1965), xalq artisti (1978). 


__________________________________________________ 
 
10 
“Məhəbbət  əfsanəsi” baleti ona şöhrət qazandırmışdır.  C.1-138, 
331, 381; C.3-158-162; C.6-347; C.7-164; 
23. Arif Rəhimzadə, Arif Qafar oğlu Rəhimzadə- 1941-ci ildə 
anadan olub. Azərbaycanın siyasi və dövlət xadimi. 1990-cı ildən 
Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1994-cü ildən 
Milli Məclis sədrinin birinci müavini olub. C.1-535, 543; C.2-36, 
130, 131, 268, 382, 494; C.3-65, 68; C.4-221; C.6-53, 58, 59, 66-
69, 474, 476, 477, 483; C.7-83, 84, 89, 97; C.9-172; 
24. “Arşın mal alan” filmi- Dahi Azərbaycan bəstəkarı Ü. 
Hacıbəyovun eyni adlı  əsəri  əsasında çəkilmiş film. İlk dəfə bu 
film 1916-cı ildə Bakıda “Film” aksioner cəmiyyətinin təşəbbüsü 
ilə rejissor Svetlov tərəfindən çəkilmişdir. Lakin bu film çox 
sönük və  təhrif edilmiş  şəkildə alınmışdır.  İkinci uğursuz addım 
1917-ci ildə kino sənəti ilə heç bir əlaqəsi olmayan Belyakov 
tərəfindən atılmışdır. Demək olar ki, bu çəkilişdə o dövrün heç bir 
məşhur aktyoru iştirak etməyib və film musiqisiz və dekorasiyasız 
çəkilib. Üçüncü dəfə “Arşın mal alan” Böyük Vətən 
müharibəsinin  ən ağır illərində Rza Təhmasib tərəfindən kinoya 
çəkilir. Rza Təhmasib həmin filmdə gözəl aktyor ansamblı seçmiş 
və rol bölgüsündə heç bir səhvə yol verməmişdir. Rəşid 
Behbudov, Münəvvər Kələntərli,  İsmayıl  Əfəndiyev,  Ələkbər 
Hüseynzadə, Lütfəli Abdullayev, Leyla Cavanşirova (Bədirbəyli), 
Fatma Mehrəliyeva və başqalarının yaratdıqları obrazlar 
tamaşaçıların xatirindən uzun illərdir ki, silinmir. Dördüncü dəfə 
“Arşın mal alan” filmi Tofiq Tağızadənin quruluşu əsasında 1965-
ci ildə  çəkilmişdir. Rollarda: Ağadadaş Qurbanov, Nəcibə 
Məlikova, Həsən Məmmədov, Leyla Şıxlinskaya və b. 
çəkilmişdir. C.5-185; 
25. Asiya- Assuriya dilində  asu-  şərq sözündən 
götürülmüşdür. Planetimizdə  ən böyük qitədir. Qurunun təqribən 
30 %-ni təşkil edir. Şimal yarımkürəsinin coğrafi qurşaqlarını 
tutur. Şimaldan cənuba 8200 km, şərqdən qərbə 8500 km-ə qədər 
uzanır. C.1-321, 423, 467, 471, 472; C.2-96, 304, 307, 410, 421; 
C.3-19, 20, 27-29, 37, 39, 99; C.4-42, 75; C.5-22, 35, 61, 119, 
123, 130, 186, 319, 444, 466, 473; C.6-97, 103, 158, 340, 350; 
C.7-38, 52, 56, 289, 331, 334, 407, 411, 412, 432, 460; C.8-32, 


__________________________________________________ 
 
11 
252, 261, 423; C.9-44, 56, 77, 201, 231, 233, 239, 255, 309, 403, 
442, 443; 
26. Asya xanım, Asya Manafova (1941)-1991-ci ildən 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1995-ci ildən 
isə “Təbii ehtiyatlar, energetika və ekologiya” məsələləri daimi 
komissiyasının sədridir. C.3-205, 207, 208; 
27. Aşqabad vilayəti- Türkmənistanda vilayət. 1973-cü il 
dekabrın 27-də  təşkil edilib (21.11.1939-25.05.1959-cu illərdə 
vilayət olub). Sahəsi  97,5 min km

. Mərkəzi Aşqabad şəhəridir. 
C.1-305, 317, 318, 324, 347, 372, 410, 425, 514, 524; C.2-24, 
414, 420-422, 427, 463, 496, 497, 568; C.3-348, 411; C.4-347; 
C.5-462, 474, 479, 480; C.6-277, 279, 283, 284; C.8-139, 140; 
C.9-203, 295, 365, 439, 442, 444;    
 28. Atabəylər dövləti– Azərbaycanda Eldəgizlər 
sülaləsinin idarə etdiyi qüdrətli feodal dövlət (1136-1225). 
Azərbaycan Atabəyləri dövlətinin  əsasını Azərbaycanın da bir 
vilayət kimi daxil olduğu  İraq Səlcuq sultanlığının başçısı 
Şəmsəddin Eldəgiz qoymuşdur. Azərbaycan Atabəyləri dövlətinin 
yaranma tarixi Sultan Məsudun (1135-52) Arranı (Bərdəni) bir 
iqta kimi Şəmsəddinə verməsi ilə bağlıdır. Paytaxtı müxtəlif 
vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olmuşdur. C.5-319; 
29. ATƏM- Avropada Təhlükəsizlik və  Əməkdaşlıq 
Müşavirəsi. Müşavirənin Yekun aktı 1975-ci ildə Finlandiyanın 
paytaxtı Helsinkidə, Avropanın 33 ölkəsi, ABŞ  və Kanadanın 
dövlət və hökumət başçıları  tərəfindən imzalanmışdır. Bu sənəd 
gərginliyin zəiflədilməsi, xalqların yaxınlaşması, Avropada 
əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm 
əhəmiyyətə malik olmuşdur. 
1990-cı ildə Yeni Avropa üçün Paris Xartiyasının imzalanması 
və bir sıra yeni institutların yaradılması ilə ATƏM-in 
fəaliyyətində yeni dövr başlandı. Berlində (1991), Praqada (1992), 
Stokholmda (1992), Romada (1993), Budapeştdə (1994), 
Lissabonda (1996) keçirilmiş görüşlər, qəbul olunmuş  sənədlər 
ATƏM-in fəaliyyətində əsaslı dönüşə səbəb oldu.  
1994-cü ildə Budapeştdə keçirilən dövlət və hökumət 
başçılarının Zirvə toplantısında ATƏM təşkilat statusunu itirərək 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə