H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   2   3   4   5   6   7   8   9   ...   88

__________________________________________________ 
 
18 
mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və 
daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı  əvvəlcə 
Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 
sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren  
dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə 
çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli Fərmanı ilə 
respublikada dövlət dili türk dili elan edildi. İctimai həyatın digər 
sahələrinin milliləşdirilməsi sahəsində xeyli iş görüldü. 
Azərbaycan Respublikasının Parlamenti 1919-cu il avqustun 11-
də Azərbaycan vətandaşlığı haqqında Qanun qəbul etdi. Xalq 
maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. 
Qori müəllimlər seminariyasının Azərbaycan  şöbəsi Qazaxa 
köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə 
kadr hazırlığı  məqsədi ilə 1919-1920-ci tədris ilində 100 nəfər 
gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. 
Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, 
savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan 
Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üç rəngli bayraq, gerb, 
himn) milli Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin 
martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri 
bərpa edildi. C.1-9, 168, 170, 181; C.2-540, 571; C.5-319, 321, 
409, 421-423; C.6-307, 308, 310;  
54. Azərbaycan Milli Dram Teatrı- Azərbaycanın ən qədim 
dram teatrı. Tarixi 1873-cü ildə Bakıda səhnəyə qoyulmuş 
M.F.Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” 
komediyalarının tamaşası ilə başlanır. Bu teatr 1880-1890-cı 
illərdə C.Zeynalovun ev tamaşaları, H.Mahmudbəyovun və 
H.B.Zərdabinin teatr truppaları əsasında yaradıllmışdır. 
Azərbaycan SSRİ XKS-nin 1920-ci il 1 iyul tarixli Qərarı ilə 
Birləşmiş Dövlət Teatrı yaradıldı və buraya bütün teatr truppaları 
daxil oldu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət 
Teatrından ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı.  C.2-
100, 101; C.9-12, 19; 
55. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
(ARDNŞ)- Respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına 
və emal edilməsinə  rəhbərlik edən qurum. 1991-ci ildə  təşkil 


__________________________________________________ 
 
19 
edimişdir.  Şirkət neft və qaz quyularının qazılması  və istifadəyə 
verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra iri neft 
şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır.  C.1-82, 135, 407, 
412, 554, 570, 590, 595; C.2-15, 163, 164, 195, 197, 202, 226-
228, 230, 242, 254, 255, 258-262, 266, 277, 278, 285, 294, 299, 
320, 331, 403, 430; C.3-96, 143-145, 261, 327-329, 385-387, 413, 
450; C.4-203, 289, 293, 294, 297, 298, 300, 301, 303, 381, 388, 
493, 499, 502, 503; C.5-27, 28, 38, 56, 73, 115, 269, 270, 336; 
C.6-167, 196; C.7-49, 112, 133-136, 238, 242, 322, 386-388, 394, 
396, 398; C.8-62, 154, 155, 163, 167, 169, 170, 171, 174, 177, 
243, 244, 251, 254, 259, 268, 273, 274, 278, 281, 284, 303, 323, 
345, 374, 468, 469; C.9-6, 9, 10, 88, 99, 101, 120, 128, 134, 230, 
250, 319, 447; 
56. Azərbaycan Respublikasının Konstitusiyası- 1995-ci il 
noyabrın 12-də Azərbaycan xalqı Referendum yolu ilə öz 
dövlətinin  əsas Qanununu- Konstitusiyasını  qəbul etdi. Bu 
Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk 
milli Konstitusiyasıdır. C.1-70, 78, 114, 117, 122, 207, 209, 394, 
455, 462; C.2-124, 245, 280, 347, 388; C.3-258, 394, 402, 462; 
C.4-42, 112, 125, 165, 312, 316, 351, 352, 353, 365, 398, 446, 
454, 456, 461, 473, 474, 475, 477, 480, 498, 509, 511; C.5-5, 10, 
12, 14, 15-17, 26, 27, 43, 58, 66, 86, 105, 109, 110, 115, 123, 145, 
242, 250, 255, 256, 259, 308-310, 322, 323, 440, 456; C.7-30, 35, 
41, 42, 101, 132, 158, 168, 218, 286, 310, 358, 377, 404, 413, 
415, 487-489, 504; C.8-34, 35, 90, 229, 250, 261, 264, 285, 403;  
57. Azərbaycan Tarix Muzeyi- 1920-ci ildə Bakıda 
yaradılmışdır. 8 şöbəsi, 2 laboratoriyası, 11 fondu, elmi arxivi və 
kitabxanası var. Muzeyin ekspozisiyası 35 zalda yerləşdirilmişdir. 
Burada Azərbaycanın mədəni, tarixi və maddi mədəniyyət 
abidələri toplanılır və qorunub saxlanılır. C.3-141; C.6-15; 
58. Azərbaycan Yazıçılar Birliyi (AYB)- könüllü ictimai 
təşkilat. Azərbaycan yazıçılarının yaradıcılıq birliyi. 1932-ci ildən 
1990-cı ilə kimi Azərbaycan Yazıçılar İttifaqı adı altında fəaliyyət 
göstərmişdir. AYB-nin 1200 nəfərdən çox üzvü var. AYB 
müstəqillik, mənəvi azadlıq və  sərbəstlik  şəraitində  fəaliyyət 


__________________________________________________ 
 
20 
göstərir. AYB-nin Ali orqanı Qurultaydır. C.2-96; C.3-324, 368, 
432; C.4-432, 433, 436, 447; 
59. “Azərenerji” Dövlət  Şirkəti- Respublikamızın  ən iri 
enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı  şəbəkələr və elektrik 
verilişi xətlərinin sayına və uzunluğuna görə  də regionda lider 
mövqe tutur. Hazırda “Azərenerji”nin elektrik verilişi xətlərinin 
ümumi uzunluğu 150.000 km-ə yaxındır. C.1-492; C.5-267; C.7-
112, 151; 
60. “Azərkimya” Dövlət  Şirkəti-  Rəhbər orqanları  və 
katibliyi Azərbaycan Respublikasının Sumqayıt  şəhərində 
yerləşir. C.7-112; 
 

 
61. Babək, Babək  əl-Xürrəmi (təqr. 795/798-838)- 
Xürrəmilər hərəkatının rəhbəri, görkəmli Azərbaycan sərkərdəsi 
və siyasi xadimi. Babək Azərbaycan xalqının ərəb istilaçılarına və 
Xilafətə qarşı azadlıq mübarizəsinə başçılıq etmişdir.  
Babəkin rəhbərliyi ilə xürrəmilər 20 ildən çox yadellilərə qarşı 
mübarizə aparmışlar. Babək hərəkatı Abbasilər xilafəti üçün ciddi 
təhlükəyə çevrilmişdir. Buna görə də Babək hərəkatının getdikcə 
güclənməsindən qorxuya düşən Xəlifə Mütəsim Bizans dövləti ilə 
sülh bağladı və Xilafətin bütün hərbi qüvvələrini xürrəmilərə qarşı 
göndərdi. 838-ci ildə xəyanət nəticəsində Babəki ələ keçirdilər və 
işgəncə ilə öldürdülər. C.5-185; 
62. “Babək” filmi- 1979-cu ildə “Azərbaycanfilm” 
kinostudiyası  tərəfindən çəkilmişdir. Tarixi janrda çəkilən film 
görkəmli sərkərdə  və siyasi xadim, orta əsrlərdə Yaxın və Orta 
Şərqdə  ən qüdrətli antifeodal hərəkatın başçısı Babəkə ithaf 
olunmuşdur. Filmin yaradıcı heyəti: ssenari müəllifi-  Ənvər 
Məmmədxanlı, quruluşçu rejissor- Eldar Quliyev, Quruluşçu 
operator- Rasim İsmayılov, bəstəkar- Polad Bülbüloğlu və b. 
Rollarda: Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, 
Tamara Yandiyeva, Şahmar  Ələkbərov, Məmməd Verdiyev
Ənvər Həsənov və b. çəkilmişlər. C.5-185; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə