H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   2   3   4   5   6   7   8   9   10   ...   88

__________________________________________________ 
 
21 
63. Bakı Dövlət Universiteti  (BDU)- Azərbaycanda elmi-
pedaqoji kadrlar hazırlayan  ən böyük ali təhsil ocağı, elmi-
tədqiqat müəssisəsi. 1919-cu ildə yaradılmışdır.  İlk vaxtlar Tibb 
və Tarix-filologiya fakültələri fəaliyyət göstərmişdir. Hazırda 
BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat 
laboratoriyası və s. var. C.1-168; C.2-539, 540-547, 570; C.3-147; 
C.6-127, 128, 130, 341- 345; C.8-434-436;  C.9-209, 211, 212, 
214, 220, 222, 356, 422; 
64. “Bakı  fəhləsi” zavodu- neft maşınqayırma sənayesinin 
böyük müəssisələrindən biri. 1900-cü ildə keçmiş “Benkendorf” 
neft  şirkətinin mexaniki emalatxanası  əsasında yaradılmışdır. 
1928-ci ildən “Bakı fəhləsi” adlanan zavod “Oklahoma”, 1934-cü 
ildə isə “Fetti” tipli dəzgahlar buraxırdı. C.3-407, 408; C.6-223; 
65. Bakıxanovlar sülaləsi – Bakıxanovlar nəslindən olan 
hərbçilər. Bu nəsildən XIX əsrdə 17 hərbçi olub. Bunlardan Cəfər 
qulu ağa Bakıxanov (1799-1867) general-leytenant, Həsən ağa 
Bakıxanov (1834-?) general-mayor, Abdulla ağa Bakıxanov (?-
1878) general rütbəsinə qədər yüksəlmişlər. C.5-315; 
66. Balaş Azəroğlu, Balaş Allahbaxış  oğlu Abizadə (1921)- 
şair,  ədəbiyyatşünas. Azərbaycanın Xalq şairi. Azərbaycan 
Respubılikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.9-31; 
67. Bastiliyanın alınması- Parisdə qala, 1370-1382-ci illərdə 
tikilmişdir. XV əsrdən həm də dövlət həbsxanası idi. Bastiliyada 
əsasən siyasi dustaqlar saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris 
üsyançıları Bastiliyanı hücumla aldılar. Bu, böyük Fransa 
inqilabının başlanğıcı idi. Bastiliyanın alındığı gün Fransanın milli 
bayramı (1880) kimi qeyd olunur. C.1-31; C.2-59, 77; 
68. Belçika, Belçika Krallığı- Qərbi Avropada dövlət. Sahəsi 
30,5 min km
2
, əhalisi 10,2 milyon nəfərdir. Belçika konstitusiyalı 
monarxiyadır. Dövlət başçısı kral, Qanunverici orqanı ikipalatalı 
Parlamentdir. Paytaxtı Brüsseldir. C.1-546, 551; C.3-370, 381, 
383; C.6-157, 158, 160, 210, 215; C.7-21; C.8-322, 325; 
69. Benyamin Netanyahu (1949)- İsrailin siyasi və dövlət 
xadimi. 1988-ci ildən “Likud” Partiyasından Knessetə deputat 
seçilmişdir. 1993-cü ildə “Likud” Partiyasının sədri seçilmişdir. 
1996-1999-cu illərdə İsrailin Baş naziri idi. C.8-125; 


__________________________________________________ 
 
22 
70. Beynəlxalq Ahıllar Günü- BMT-nin İnkişaf proqramında 
son illər  ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin 
aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar 
üzrə II Ümumdünya məclisinin keçirilməsi də buna misaldır. 
2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” 
Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1 
respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. 
C.1-198; 
71. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası 
ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə 
yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır.  İdarə heyəti 
Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun üzvüdür. 
Nizamnaməsinə görə  məqsədi beynəlxalq valyuta əməkdaşlığına 
yardım etmək, ölkələr arasında valyuta-hesablaşma 
münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə 
balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini 
tənzimləməkdən ibarətdir. 1922-ci ildə Azərbaycan Respublikası 
Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur.  C.2-165, 313, 
314; C.3-260, 261, 412- 414, 462, 463; C.4-176, 212, 492; C.5-
29, 116, 122, 130, 131, 246, 452, 453-455; C.6-90, 233; C.7-131, 
361; C.8-166, 259, 297; 
72. Bəxtiyar Vahabzadə, Bəxtiyar Mahmud oğlu Vahabzadə 
(1925)- Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas. 
Azərbaycan Dövlət mükafatı laureatı, 1991-ci ildən Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli EA-nın 
akademikidir. Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə 
təltif olunmuşdur.  C.1-342, 381; C.2-355, 356; C.3-123, 284, 
362-365, 367, 368; C.4-350, 426, 445; C.8-331-341; 
73. Bəkir Nəbiyev,  Bəkir  Əhməd oğlu Nəbiyev (1930)- 
ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan 
Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü. 
Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan 
Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.3-76; 
74. Bibiheybət ziyarətgahı- Bakının  Şıx kəndində türbə. 
Rəvayətə görə, türbədə  şiələrin yeddinci imamı Museyi Kazımın 


__________________________________________________ 
 
23 
qızı Hökumə  və onun Heybət adlı nökəri dəfn olunmuşdur. 
“Bibiheybət” adının da buradan yarandığı güman edilir. Başqa 
rəvayətə görə, səkkizinci imam Rzanın qızı  və bacısı Bakı 
yaxınlığında məskən salmış, burada da vəfat etmişlər. Onların 
dəfn olunduğu yerdə türbə, onun yanında isə 20 metrlik minarəsi 
olan məscid tikilmişdi. Məscidin XIII əsrin sonunda tikildiyi 
ehtimal edilir. 1994-1996-cı illərdə  məscid yenidən bərpa 
edilmişdir. C.1-574; 
75. Bi-Bi-Si,  Britiş Brodkastinq Korporeyşen – Böyük 
Britaniya radioverilişləri korporasiyası.  Əsası 1927-ci ildə 
Londonda qoyulmuşdur. 1936-cı ildə televiziya ilə verilişlərə 
başlamışdır. 1932-ci ildən xarici verilişlər  şöbəsi bütün sutka 
ərzində ingilis və 37 xarici dildə dünyanın hər yerinə  xəbərlər 
yayır. C.5-36, 65-69; 
76. Bilkənd Universiteti- 1984-cü ildə  İhsan Doğramacı 
tərəfindən yaradılmışdır. Universitetin yaradılmasında təhsil 
fondu, təhsil və elm fondu, sağlamlıq fondunun iştirakı olub. 
Təhsil ocağı Parlament aktı əsasında yaradılmışdır. Bu universiteti 
yaratmaqda  əsas məqsəd təkmilləşdirmə  və elmi axtarışların 
aparılmasına yardım etməkdir.  C.1-380, 382; C.2-458;  C.9-305, 
306; 
77. Bill Klinton, Uilyam Ceferson Blyad (1946)-  ABŞ-ın 
siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000). 
Klinton xarici siyasətində SSRİ dağıldıqdan sonra yeni 
müstəqillik qazanmış dövlətlərlə, o cümlədən Azərbaycan 
Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına mühüm 
əhəmiyyət vermişdir. C.1-17, 125, 583; C.2-57, 69, 203, 276, 278, 
287, 290, 293, 302, 318-321, 324, 325, 327, 330-332, 346, 370, 
472, 572, 579, 580; C.3-12, 153, 386, 413, 419, 420, 450; C.4-80, 
315, 316, 381, 382, 383, 386, 388, 391, 392, 396, 397, 402-404, 
408, 409; C.5-80, 106, 244; C.6-28, 440, 442, 443; C.7-18, 60, 
187; C.8-19, 122, 152, 166, 172, 179, 335; C.9-95, 379, 403, 440, 
441; 
78. “Bir cənub  şəhərində” filmi- 1969-cu ildə 
“Azərbaycanfilm” kinostudiyası  tərəfindən çəkilmişdir. Filmdə 
insanın mənəvi azadlığa necə böyük çətinliklərlə  çıxmasından 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə