H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

__________________________________________________ 
 
27 
musiqili teatrı tarixində mühüm bir mərhələ  təşkil edir. Bülbül 
Azərbaycan xalq mahnılarını, təsnifləri böyük sənətkarlıqla ifa 
etmişdir. Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. SSRİ Xalq 
artisti və SSRİ Dövlət mükafatları laureatı idi. C.1-580; C.2-223, 
251; C.4-283, 284; C.6-240, 241; C.8-340; C.9-262; 
91. Ziya Bünyadov, Ziya Musa oğlu Bünyadov (1921-1997)- 
görkəmli Azərbaycan alimi, şərqşünas-tarixçi, ictimai xadim. 
Böyük Vətən müharibəsi (1941-1945) iştirakçısı. Sovet İttifaqı 
Qəhrəmanı, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü. 1989-
1997-ci illərdə Azərbaycan Respublikası EA-nın vitse-prezidenti, 
1995-ci ildən Milli Məclisin deputatı olmuşdur. 1997-ci ildə 
Azərbaycanın dövlətçiliyinə  və müstəqilliyinə düşmən olan 
qüvvələr tərəfindən xaincəsinə  qətlə yetirilmişdir.  C.1-152, 162, 
291;  C.2-102;  C.3-308, 317; C.4-256;  C.5-315;  C.6-266, 268-
270; C.8-372, 375, 376, 447-460;  
 

 
92. Cahangir Cahangirov, Cahangir Şirgəşt oğlu Cahangirov 
(1921-1992)- Azərbaycan bəstəkarı. SSRİ Xalq artisti, SSRİ 
Dövlət mükafatı laureatı idi. C.2-98; C.3-162; C.8-27; 
93. Cenevrə konvensiyası- müharibə qurbanlarının müdafiəsi 
haqqında dörd beynəlxalq konvensiya. 1949-cu il avqustun 12-də 
imzalanmışdır. C.1-124; C.4-273; 
94. Ceyhan limanı- Aralıq dənizi sahilində liman. Uzunluğu 
1695 km olacaq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi 
nəzərdə tutulmuşdur. 1998-ci il oktyabrın 29-da Azərbaycan, 
Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və 
ABŞ-ın Energetika naziri Bakı-Tbilisi-Ceyhan marşrutunu 
müdafiə edən “Ankara bəyannaməsi” ni imzalamışlar.  C.5-159; 
C.6-115;  C.8-53, 145, 254; C.9-324, 330, 333, 345, 372, 373, 
386, 416
95. Cəbrayıl- Azərbaycanın işğal olunmuş rayonu (1993-cü il, 
23 avqust). Sahəsi 1050 km
2
.  Əsası 1930-cu ildə qoyulmuşdur. 
C.1-16, 20, 28, 38, 89, 90, 91, 111, 112, 126, 129, 131, 134, 172, 


__________________________________________________ 
 
28 
202, 213, 216, 227, 228, 229, 239, 284, 285, 294, 297, 316, 317, 
344, 348, 424, 433, 462, 498, 501, 503, 512; C.2-291, 309, 437, 
574;  C.4-115, 116, 129, 134, 346; C.6-131, 217, 249; C.7-191, 
266, 271-273, 278, 279, 288; C.8-215; C.9-222; 
96. Cəfər Cabbarlı, Cəfər Qafar oğlu Cabbarlı (1989-1934)- 
böyük Azərbaycan yazıçısı, dramaturq. Cabbarlı saysız-hesabsız 
lirik və satirik şeirlərin, hekayə və dram əsərlərinin müəllifidir.  
Cabbarlı yaradıcılığı Azərbaycan  ədəbiyyatının inkişafına 
böyük təsir göstərmiş, istedadlı dramaturqlar nəslinin 
yetişməsində mühüm rol oynamışdır. Cabbarlının zəngin irsi 
Azərbaycan  ədəbiyyatı tarixində layiqli yer tutur. C.1-159, 175; 
C.2-7, 101, 251; C.4-7; C.6-310, 311; C.7-163, 164; C.9-21, 158; 
97. Cəfər Vəliyev,  Cəfər Cəbrayıl oğlu Vəliyev (1930)- 
hüquqşünas. 1953-1978-ci illərdə müxtəlif məsul vəzifələrdə 
çalışmışdır. 1979-1987-ci illərdə Azərbaycan Respublikasının 
Daxili  İşlər naziri olmuşdur. 1992-1999-cu illərdə Azərbaycan 
Respublikası  Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində 
çalışmışdır. C.4-127, 128, 172, 192, 362, 363, 470, 479; C.5-14, 
16; 
98. Cəhri- Naxçıvan MR. Bəbək rayonunda kənd. Rayon 
mərkəzindən 24 km şimalda, Cəhri çayının sahilində, dağ 
ətəyindədir. C.6-476; 
99. Cəlil Məmmədquluzadə,  Mirzə  Cəlil Hüseynqulu oğlu 
Məmmədquluzadə (əbədi təxəllüsü Molla Nəsrəddin; 1866-1932)- 
böyük Azərbaycan yazıçısı, jurnalist, ictimai xadim. Mirzə Cəlilin 
ictimai-ədəbi fəaliyyəti XİX  əsrin 80-cı illərinin axırından XX 
əsrin 30-cu illərinə qədərki böyük tarixi dövrü əhatə edir. 40 illik 
yaradıcılığı boyu müxtəlif janrlarda yazdığı  əsərləri ilə Mirzə 
Cəlil Azərbaycan realist ədəbiyyatının yüksək pilləyə 
qalxmasında müstəsna rol oynamışdır. 1906-cı il aprelin 7-də 
çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Mirzə 
Cəlil Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın 
əsasını qoymuşdur. O zamandan Mirzə Cəlil Molla Nəsrəddin adı 
ilə məşhur oldu. C.1-175; C.2-7, 251, 586; C.3-73, 74, 76-82, 84; 
C.4-7, 434, 435, 452, 453, 459, 460; C.5-191, 201, 320, 444, 480; 
C.8-339; 


__________________________________________________ 
 
29 
100. Cəmil Quliyev, Cəmil Bahadur oğlu Quliyev-   tarix 
elmləri doktoru, professor. “Azərbaycan tarixi” kitabının (cild III, 
1963) müəlliflərindəndir. 1975-ci ildə “Azərbaycan Sovet 
Ensiklopediyası” nın redaktoru işləmişdir. C.6-449, 454; 
101. Cəmşid xan Naxçıvanski,  Cəmşid xan Səfərqulu oğlu 
Naxçıvanski  (1895-1935) – hərbi xadim, briqada komandiri. 
Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş 
süvari eskadronun komandiri olmuş, şücaətlə vuruşmuş, dördüncü 
dərəcəli “Müqəddəs Georgi” ordeni ilə  təltif olunmuşdur. 
Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan inamla 
vuruşmuşdur. 1920-ci ilin martında onun alayı Qarabağda 
daşnaklara qarşı döyüş  əməliyyatlarında fəal iştirak etmişdir. 28 
aprel (1920) çevrilişindən sonra Azərbaycanın ilk milli atıcı 
diviziyasının komandiri təyin olunmuş, yüksək ixtisaslı kadr 
hazırlığında mühüm rol oynamışdır. 30-cu illərin axırlarında 
Cəmşid xan guya başçılıq etdiyi “casus təxribatçı  dəstəsi” ilə 
mühacirətdə olan qardaşları  (İran) ilə  əlaqə saxlamaqda 
təqsirləndirilərək repressiya qurbanı olmuşdur. C.1-177; C.3-469, 
471; C.5-315; C.9-428; 
102. Con Porter (01.06.1935, Evantson ş.)- 1953-1954-cü 
illərdə Massaçusets Texnologiya İnstitutunda oxumuşdur. 1957-ci 
ildə  Şimal-Qərb Universitetini (bakalavr), 1961-ci ildə Miçiqan 
Universitetini (hüquq doktoru) bitirmişdir. 1973-1979-cu illərdə 
ABŞ Konqresi Nümayəndələr Palatasının  İllinoys  ştatından üzvü 
olmuşdur. 1978-ci ildə ABŞ Konqresi Nümayəndələr Palatasına 
seçkilərdə Respublikaçılar Partiyasından namizəd göstərilmişdir. 
1980-cı ildən  İllinoys  ştatından ABŞ Konqresi Nümayəndələr 
Palatasının üzvüdür. Respublikaçıdır. C.6-440, 441, 443; 
103. Corc Vaşinqton (22.02.1732-04.12.1799)- Şimali 
Amerikada istiqlaliyyət müharibəsi (1775-1783) zamanı Amerika 
ordusunun Baş komandanı. ABŞ-ın ilk Prezidenti (1789-1797). 
Varlı plantasiya sahibi ailəsində doğulmuş, üsyançı ordusunda 
komandirlik etmiş, 1759-cu ildə polkovnik rütbəsində istefaya 
çıxmış, 1759-1774-cü illərdə Virciniya Qanunvericilik Məclisinin 
deputatı olmuşdur. 1775-ci il iyunun 15-də üsyançı ordunun Baş 
komandanı seçilmiş və nizami ordu yaradaraq İngiltərə ordusunu 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə