50
qurudulmalıdır. Təmizlik zamanı bakteriuriyanın səviyyəsinə ehtimal edilən təsiri
aradan qaldırmaq üçün dezinfeksiyaedici vasitələrin istifadəsinə icazə verilmir;
müayinə üçün sidiyin orta porsiyası yığılır. Bu tələbə düzgün əməl etmək üçün
xəstə siyimədən əvvəl sidik kisəsinin dolmasını hiss etməlidir. Bu zaman sidiyin ilk
porsiyası (uretranı yuyan) ayaqyoluna axıdılır, orta porsiyası siyiməyə fasilə
vermədən steril laborator qaba yığılır, qalan sidik porsiyası da həmçinin ayaqyoluna
axıdılır;
hamiləliyin gecikmiş vaxtlarında bəzi (xüsusilə kök) qadınlar sidiyi toplayarkən
müəyyən çətinliklə rastlaşa bilər. Belə hallarda sidik nümunələrinin əldə edilməsinə
dair yuxarıda sadalanan şərtlərə əməl edilməsi üçün orta tibb heyətinin yardımına
ehtiyac yarana bilər.
Hazırkı dövrdə, şübhəsiz, aparıcı uroloqlar, nefroloqlar və mamalar tərəfindən
söylənilən bir fikir birmənalıdır - hamilə qadınlarda sidik kisəsinin kateterizasiyası
sidik-ifrazat sisteminin (SİS) infeksiyalarının , o cümlədən klinik əlamələrlə müşayiət
olunan infeksiyaların iknişafında başlıca yatrogen risk amili kimi nəzərdən keçirilir.
Hamilə qadınlarda bu metod vasitəsilə müayinə üçün sidiyin əldə olunması yalnız o
hallarda özünü doğruldur ki, sidik kisəsinin kateterizasiyası ciddi göstərişlər
olduqda yerinə yetirilir.
Bakteriuriyanın müayinəsinin informativlik dərəcəsi sidik nümunələrinin
təkrar müayinəsi zamanı xeyli artır. Əldə olunmuş nümunələrin maksimal sürətlə
laboratoriyaya daşınması bakteriuriyanın qiymətləndirilməsi zamanı kritik vacib
məsələ sayılır. Bu, uropatogenlərin yüksək replikasiya qabiliyyəti ilə izah edilir
(Escherichia coli otaq temperaturunda hər 15-20 dəqiqədən bir replikasiya etmək
qabiliyyətinə malikdir) ki, bu da onların sidikdə miqdarının real qiymətləndirilməsini
çətinləşdirir. Sidik nümunələrinin laboratoriyaya tezliklə daşınması imkanı
olmadıqda onların +4
0
C-yə qədər soyudulması məsləhət görülür (bu zaman
uropatogenlər lizisə uğramır, onların replikasiya qabiliyyəti isə bloklaşdırılır). Sidiyin
soyudulmasından sonra onun müayinəsi 20-24 saat ərzində həyata keçirilməlidir .
Bakteriuriyanın kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsini təmin edən ən
dəqiq və informativ metod sidiyin bərk qidalı mühitlərə əkilməsi sayılır. Həmçinin
51
ekspres-diaqnosikanın müxtəlif metodları təklif olunmuşdur ki, onlar sidiyin əkilməsi
metodundan geri qalır (bir qayda olaraq həssaslığına və spesifikliyinə görə), lakin
sadəliyinə və yerinə yetirilməsi sürətinə, həmçinin ucuzluğuna görə ondan xeyli
üstündür .
Böyrək patologiyasının diaqnostikası üçün qanda ümumi zülal və zülal
fraksiyalarının, xolesterinin, elektrolitlərin, turşu-qələvi vəziyyətinin, azotemiyanın
təyin edilməsi mühüm əhəmiyyət daşıyır. Qanın biokimyəvi müayinəsi zamanı
adətən hipoproteinemiya və disproteinemiya (albuminlərin miqdarının azalması və
qlobulinlərin səviyyəsinin artması sayəsində) aşkar edilir. Sidik cövhərinin və
kreatinin miqdarının qısa müddət ərzində və orta səviyyədə artması nəzərə çarpa bilər
ki, bu da böyrəklərin funksiyasının pozulmasından xəbər verir.
Müxtəlif orqanların, o cümlədən SİS-nin iltihabi xəstəliklərinin diaqnostikası
zamanı son illər sitokinlərin səviyyəsinin təyin edilməsinə böyük diqqət verilir.
Sitokinlər – əsasən immun sistemin aktivləşmiş hüceyrələri tərəfindən hasil edilən,
antigenlərə münasibətdə spesifikliyi olmayan və immun cavab, hemopoez, iltihab
zamanı hüceyrəarası qarşılıqlı əlaqələrin mediatorları sayılan zülallardır.
HAMILƏLIK ZAMANI SİS-NIN INFEKSIYALARININ DIAQNOSTIKASI
ZAMANI APARILAN INSTRUMENTAL MÜAYINƏLƏR
Müayinənin başlanğıc mərhələlərində böyrəklərdə olan iltihab prosesinin
diaqnostikası metodlarından biri termoqrafiyadır ki, o zədələnmiş orqan nahiyəsində
bədənin temperaturunun qeydə alınmasından ibarətdir. Bu, qeyri-invaziv metod
ekspress-diaqnostika metodu qismində istifadə edilə bilər ki, bu da xəstəliyin artıq
erkən mərhələlərində böyrəklərin patologiyasını digər orqanların xəstəliklərindən
diferensiasiya etməyə, həmçinin növbəti mərhələdə xəstələrin məqsədyönlü
müayinəsini müəyyən edən və müalicənin effektivliyi üzərində nəzarəti təmin edən
test kimi işlətməyə imkan verir. Lakin termoqrafiya böyrəklərin zədələnməsinin
səbəbini və xarakterini üzə çıxarmır.
52
SİS-nin xəstəlikləri olan hamilə və zahı qadınların standart müayinəsi
kompleksinə ultrasəs skanlaması (ultrasonoqrafiya) aiddir. Müayinələr böyrəklərin
qabıq qatının qalınlığını, ölçülərini və KLS-ni təyin etməyə, böyrəklərin inkişaf
qüsurlarını və yenitörəmələri aşkar etməyə, sidik daşı xəstəliyinin, hidronefrozun
olmasını və s. təyin etməyə imkan verir. Bu metod ana və döl üçün zərərsizdir və
hamiləlik müddətində dəfələrlə istifadə edilə bilər.
Ultrasəs müayinəsi (USM) - hamilə qadınlarda SİS-nin infeksiyaları zamanı ən
geniş yayılmış metoddur ki, bu da onun kifayət qədər yüksək informativliyi,
ionlaşdırıcı şüalanmanın ekspoziyasının olmaması və dinamik müayinələrin təkrar-
təkrar aparılması imkanı ilə şərtlənmişdir. USM böyrəklərin və onların kasacıq-
ləyən aparatının strukturunun, funksiyasının anadangəlmə və qazanılmış
xüsusiyyətlərini (böyrəklərin sayının və yerləşmə anomaliyaları, böyrəklərin
polikistozu və multikistozu zamanı kistalar da daxil olmaqla) təyin etməyə imkan
verir. USM kasacıq-ləyən aparatının strukturlarında konkrementlərin olmasını,
yerləşməsini, həndəsi xüsusiyyətlərini və məkan ölçülərini qiymətləndirməyə,
həmçinin hidronefrozun olmasını və ağırlıq dərəcəsini təyin etməyə imkan verir. Bir
çox hallarda hamiləlik zamanı böyümüş uşaqlığın bağırsaqları yan tərəfə
sıxışdırması nəticəsində USM vasitəsilə sidik axarlarının vizuallaşması yaxşılaşır,
halbuki hamilə olmayan qadınlarda o, sidik axarlarını örtür və onların
vizuallaşmasına mane olur. Bununla belə, sidik axarlarında yerləşmiş
konkrementlərin USM vasitəsilə aşkar edilməsi, həmçinin müəyyən edilən
hidronefrozun interpretasiyası bəzən böyük çətinliklər törədir.
Hestasiya vaxtı fizioloji hidronefrozun və SİS-nin obsturksiyası zamanı
hidronefrozun diferensial diaqnostikası məqsədilə bir sıra əlavə ultrasəs metodları
təklif olunmuşdur. Belə metodlardan biri böyrəklərin damar rezistentliyi
qiymətləndirilməklə və intrarenal damarların rezistiv əmsalı hesablanmaqla aparılan
doppler ultrasonoqrafiyası sayılır. Hestasiya zamanı SİS-nin obstruksiyasının təyin
edilməsində sidik axarlarının rəngli doppler skanlaması müəyyən rol oynayır .
Hestasiya zamanı SİS-nin infeksiyalarının instrumental diaqnostika metodları
arasında digər metodlar, ilk növbədə SİS-nin obstruksiyasının təyin edilməsi zamanı
Dostları ilə paylaş: |