H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə14/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

II


Sex işləri






















1.

Aqreqat






















2.

Çilingər-mexaniki






















3.

Elektrotexniki






















4.

Akkumulyator






















5.

Qida sistemi






















6.

Şin quraşdırma






















7.

Vulkanizasiya






















8.

Dəmirçi-ressor






















9.

Misgər-radiator






















10.

Armatur






















11.

Qaynaq-tənəkəçi






















12.

Üz çəkmə






















13.

Boru kəməri






















14.

Təmir -inşaat























3.9. İstehsal işçilərinin sayının təyini

Avtonəqliyyat müəssisələrində istehsal işçilərinə hərəkət tərkibinin TX və CT işlərini bilavasitə yerinə yetirən zona və şöbələrin işçiləri aid edilir. İstehsal işçiləri texnoloji cəhətdən tələb olunan və siyahı (ştat) üzrə növlərə bölünür.

Texnoloji cəhətdən lazım olan işçilər gündəlik, ştat üzrə işçilər isə TX və CT üzrə illik istehsal proqramını yerinə yetirirlər.

Texnoloji cəhətdən lazım olan işçilərin sayı aşağıdakı ifadə ilə təyin edilir:

Pt = ,

burada ∑T - TX və CT zona və ya şöbələri üzrə illik iş

həcmi, adam saat;

Ft - bir növbəli işdə çalışan texnoloji cəhətdən

lazım olan fəhlələrin illik vaxt fondudur, saat.

İşçi yerinin illik vaxt fondu həftənin iş günlərinin sayından asılı olaraq aşağıdakı kimi təyin edilir:


  • Altı günlük iş həftəsi üçün

Ft = (Dtg – Dbz – Dby)∙ 7 – Dbq∙1 , saat .

  • Beş günlük iş həftəsi üçün

Ft = (Dtg – Dbz – Dby)∙ 8,2 – Dbq∙1 , saat ,

burada: Dtg - il ərzində təqvim günlərinin sayı (365 gün);



Dbz - il ərzində bazar günlərinin sayı;

Dby - il ərzində bayram günlərinin sayı;

Dbq - il ərzində şənbə və bayramqabağı günlərin

sayıdır.7; 8,2- altı və beş günlük həftələrdə iş

günlərinin uzunluğu, saat;

1 - şənbə və bayramqabağı günlərdə

qısaldılan iş saatıdır.

İstehsal işçilərinin siyahı sayı (ştat üzrə)



Pşt = ,

burada Fşt - ştat üzrə fəhlələrin illik vaxt fondudur, saatla.

Ştat üzrə fəhlələrin illik vaxt fondu hesablanarkən fəhlələrin məzuniyyətdə (Dm) və üzirli səbəblərdən işə çıxa bilmədiyi günlər (Düz ) nəzərə alınır.

Fşt = Ft - ( Dm + Düz ) ∙ 7 .

Ümumiyyətlə, normal iş şəraiti olan şöbələrdə işləyən fəhlələr üçün 40 saat, ziyanlı şöbələrdə çalışan fəhlələr üçün isə 36 saatlıq iş həftəsi nəzərdə tutulur.

Müəssisə üzrə ştat əmsalı fəhlələrin sayına və illik vaxt fondlarının qiymətlərinə görə təyin edilir.

ηşt = = ∙

Ştat əmsalı işçilərin peşəsindən asılı olaraq



ηşt = 0,90 0,95 arasında dəyişir. Praktikada texnoloji

cəhətdən lazım olan fəhlələrin illik vaxt fondu, normal iş şəraitində 2070 saat, zərərli iş şəraitində işləyən fəhlələr üçün isə 1830 saat qəbul edilir.



4. Texniki xidmət və cari təmir işlərinin təşkili

4.1. Texniki xidmət və cari təmir işlərinin təşkili

metodları
Texniki xidmət növlərinin təşkili metodlarının (universal postlar və ya axın üsulu) seçilməsində əsas meyar kimi hər bir xidmət növünün ( GX, TX) sutkalıq proqramı qəbul edilir.

Əgər ANM-də 100 ədəddən artıq eyni tip hərəkət tərkibi olarsa, onda gündəlik xidmətin axın üsulu ilə təşkili məqsədəuyğun sayılır. TX işlərinin sutkalıq proqramı 11-12 dən böyük olduqda axın üsulundan istifadə tövsiyə edilir.

Lakin son zamanlar TX-nin sutkalıq proqramından asılı olmayaraq universal postlarda aparılmasına-təşkilinə daha çox üstünlük verilir.

ANM-in texnoloji layihələndirilməsində işçi postların sayının təyin edilməsi ən vacib məsələlərdən biri hesab eidlir. Məhz işçi postlarının sayına görə müəssisənin planlaşdırma məsələləri həll edilir. TX və CT işlərinin 50 %- dən çoxu postlarda yerinə yetirilir.

Postların sayı texniki təsirlərin növündən, proqram və əmək tutumlarından, TX və CT işlərinin təşkil metodlarından, istehsal zonalarının iş rejimlərindən və s. asılıdır.

Texnoloji təyinatına görə texniki xidmət postları universal və ixtisaslaşdırılmış növlərə bölünür. Universal postlarda texniki xidmətin və ya cari təmirin əksər və ya bütün əməliyyatları yerinə yetirilir. İxtisaslaşdırılmış postlarda isə bir və ya bir neçə əməliyyat icra olunur.

Universal və ixtisaslaşdırılmış postlardan istifadə olunmanın məqsədəuyğunluğu istehsalın rejimindən və proqramından asılıdır.

Hərəkət tərkibinin yerləşdirilməsindən asılı olaraq postlar dalanvari və keçidli növlərə bölünür.

Texniki xidmət və təmir zonalarının iş rejimləri hərəkət tərkibinin xətdə işləmə rejimindən, o cümlədən illik iş günlərinin sayından, iş növbələrinin sayı və müddətindən, iş növbələrinin başlanğıc və son vaxtından və s. asılıdır. Zonanın iş müddəti, həmçinin texniki xidmət və cari təmirin istehsal proqramının gündəlik sayından asılıdır.

Məlumdur ki, TX və CT işləri növbələrarası vaxtda yerinə yetirilir. Xidmət zonasının növbələrarası vaxtının müddəti isə avtomobillərin giriş və çıxışının qarajdaxili qrafikinə əsasən təyin edilir. Əgər avtomobil xətdə 1,0; 1,5 və ya 2,0 iş növbəsində işləyərsə, onda TX və CT işləri sutkanın qalan (növbələrarası) vaxt müddətində yerinə yetirilir.

Növbələrarası vaxtın müddəti, avtomobillərin xəttə müntəzəm çıxışı təşkil edildikdə, aşağıdakı ifadə ilə təyin edilir

Tna = 24 - ( Tn + Ts + T ) , saat

burada Tn - avtomobillərin xətdə işləmə müddəti,saat;



Ts - sürücünün nahar müddəti, saat;

T - avtomobillərin xəttə çıxma müddətidir, saatla.

Diaqnostika zonasının iş rejimi texniki xidmət və təmir zonalarının iş rejimlərindən asıldır. Diaqnostika işləri texniki xidmət və təmir işlərinin tərkibinə daxil olduğu üçün eyni rejimdə yerinə yetirilir. Lakin tələbatdan asılı olaraq diaqnostika işləri bir və ya iki növbədə təşkil edilə bilər.

CT işləri, adətən iki, bəzən üç növbədə təşkil edilir. Birinci növbədə bütün istehsal və köməkçi şöbələr, eləcə də cari təmirin post işçiləri çalışır. Sonrakı iş növbələrində isə TX və diaqnostika zamanı aşkar edilən və ya sürücünün məlumatına əsasən lazım gələn cari təmirin post işləri yerinə yetirilir.
4.2. Texniki xidmət postlarının sayının təyini
Texniki xidmət postlarının sayı istehsalın ritmi və postun taktına görə təyin edilir. Texniki xidmət zonasının iş rejimi və texniki xidmətin gündəlik istehsal proqramı məlum olarsa, istehsalın ritmini təyin etmək olar

İstehsalın ritmi bir TX - nin yerinə yetirilməsi üçün tələb olunan müddətə deyilir. Başqa sözlə, eyni növ texniki xidmət keçən iki ardıcıl avtomobil arasındakı vaxt intervalına istehsalın ritmi deyilir:

R = ,

burada Tn - iş növbəsinin müddəti, saat;

C - iş növbələrinin sayı;

Nis - hər bir TX və diaqnostikanın ayrı-ayrılıqda

istehsal proqramıdır.

Universal postların sayının təyin edilməsində başlanğıc kəmiyyət kimi postun taktı hesablanır.

Postun taktı xidmət zamanı avtomobilin postda dayanma müddətinə deyilir. Postun taktı hesablanarkən həm avtomobilin postda dayanma müddəti, həm də avtomobilin posta və ya qaldırıcıya qaldırılıb endirilmə müddəti nəzərə alınır.

τi = + tp

burada tip - verilən xdmət növünün postda yerinə



yetirilən əmək tutumu, adam-saat;

tp - avtomobilin postlar arasında yerdəyişmə

və ya postda qaldırılıb-endirilmə müddəti, dəq.

(avtomobilin qabarit ölçülərindən asılı

olaraq tp = 1-3 dəqiqə qəbul edilir);

Pp - postda eyni müddətdə işləyən fəhlələrin

sayıdır.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə