H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə2/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Titul və tapşırıq vərəqləri - buraxılış və kurs işləri (layihələri) üzrə Universitet tərəfindən vahid formada tərtib edilir və tələbələrə təqdim olunur.

Referat - işin məzmununun qısaldılmış ifadəsidir. Həcmi 1-2 səhifə nəzərdə tutulur.Referatda işin həcmi - səhifələrin, cədvəl, illüstrasiya, formula, əlavə və istifadə edilən ədəbiyyatın sayı əks olunur. Referatın mətnində: tədqiqat obyekti, işin məqsədi və bölmələrin qısa məzmunu şərh olunmalıdır.

Mündəricat - bütün bölmə və altbölmələrin adlarının başlanğıc səhifələrinin nömrələrini özündə əks etdirir.

Girişdə buraxılış və ya kurs işinin mövzusunun aktuallığı, onun nəzəri və praktiki əhəmiyyəti əsaslandırılır və işin məqsəd və vəzifələri formalaşdırılır.Girişdə həmçinin,tədqiqat obyekti, tədqiqatın metodoloji əsası və istifadə edilən ədəbiyyat və digər mənbələr haqqında məlumat verilir.Girişin həcmi 2-3 səhifə nəzərdə tutulur.

İşin əsas hissəsini texnoloji hesabat, planlaşdırma məsələləri və qrafiki hissə təşkil edir.

Buraxılış işlərinin izahat - hesabat hissəsinin həcmi 40- 45 səhifə (A4 formatda) olması qənaətbəxş sayılır. Qrafiki hissə 3-4 vərəq olmaqla A1 formatda yerinə yetirilir. Cizginin birinci vərəqində istehsalat binasının və ya baş planın layihəsi, ikinci vərəqdə istehsalat zonası və ya şöbəsinin avadanlıqla planı, üç və dördüncü vərəqlərdə isə konstruktor hissəsinin əsas görünüşü, düyün və ya qovşağın görünüşü, texnoloji xəritə, blok-sxem, elmi tədqiqat işinin nəticələri, o cümlədən, paylanma funksiyalarının qrafikləri və s. əks oluna bilər.

Bütün qrafiki işlər miqyasla tərtib olunmalı, karandaşla və ya kompüterdə çəkilə bilər.

Qrafiki hissədə istehsal binasının planı 1:50; 1:100; 1:200, istehsal şöbələri 1:20; 1:25; 1:50, baş plan 1:200; 1:250; 1:500 miqyaslarda işlənilməlidir.

Konstruktor hissəsinin işlənməsində isə 1:1; 1:2; 1:5; 1:10 miqyaslarından istifadə oluna bilər. Bütün qrafiki vərəqlər xüsusi tələblər üzrə işlənməlidir. Cizgi vərəqlərində ölçülər, şərti işarələr, eksplikasiya, xarakteristik göstəricilər cədvəli və s. əks olunmalıdır.

Buraxılış işlərində əmək mühafizəsi, yanğına qarşı tədbirlər, mülki müdafiə, iqtisadi qiymətləndirmə və s. məsələlərin qısa şəkildə verilməsi məqsədəuyğun sayılır.

Nəticədə buraxılış işinin yerinə yetirilməsində əldə edilən yeniliklər, eləcə də layihə edilən müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üzrə tövsiyə və təkliflər əks olunmalıdır. Əsaslandırılmış nəticə və təkliflər görülən işin qiymətləndirilməsində mühüm rol oynayır. Həcmi 1-2 səhifə nəzərdə tutulur.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə