H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə6/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

2. 3. Layihələndirmə mərhələləri

Yeni ANM-in layihələndirilməsi və ya mövcud ANM-in rekonstruksiya edilməsi sənaye-istehsal müəssisələrinin ümumi layihələndirmə qaydaları və prinsipləri ilə eynidir.

Müəssisələrin, binaların, digər tikinti və qurğuların layihələndirilməsi respublikanın müxtəlif iqtisadi rayonlarında müvafiq qaydada təsdiq edilmiş, istehsal qüvvələrinin və ANM-in yerləşdirmə və inkişaf sxeminə uyğun olaraq yerinə yetirilir.

Layihələndirmə prosesi fərdi və ya tipik layihə tapşırığının tərtibindən, eləcə də dövlət, nazirlik və müəssisə tərəfindən təsdiq edilməsi ilə başlanır.

Layihə tapşırığı bir qayda olaraq, sifarişçi tərəfindən işlənir və təsdiq edilir, lakin layihə təşkilatı ilə razılaşdırılır.

Layihə tapşırığında: layihələndirməni başlamaq üçün əmr və ya qərar, əsas texniki-iqtisadi göstəricilər, müəssisənin təyinatı və funksiyası, onun tikiləcək yeri, müddəti, enerji və su ilə təminat mənbələri və ilkin qiyməti öz əksini tapmalıdır.

ANM-in layihələndirilməsi bir və ya iki mərhələli prinsip üzrə yerinə yetirilir. Tipik layihələr üzrə tikiləcək ANM - lər bir mərhələli layihələndirilir. Digər hallarda iki mərhələli layihələndirmədən istifadə edilir.

Bir mərhələli layihələndirmədə işçi layihə tərtib edilir. İşçi layihə hesablama-izahat vərəqlərindən və qrafiki hissədən (cizgilərdən) ibarət olur. Layihənin hesabat-izahat hissəsində: ümumi, istismar, texnoloji, energetik, xüsusi (konstruksiya) və iqtisadi hissələri, eləcə də əmək mühafizəsi, mülki müdafiə məsələləri əhatə oluna bilər.

Layihələndirmə mərhələlərinin ardıcıllığı aşağıda göstərilmişdir.

ANM-in texnoloji layihələndirilmə mərhələlərinə aiddir:

  • layihənin əsaslandırılması;

  • başlanğıc göstəricilərin seçilməsi:

  • hərəkət tərkibinin tipi və sayının təyin edilməsi ;

  • hərəkət tərkibinin orta gündəlik yürüşü və xidmət müddətinin (texniki vəziyyətinin) təyin edilməsi və ya seçilməsi;

  • istismar şəraitinin kateqoriyasının seçilməsi;

  • təbii - iqlim şəraitinin seçilməsi;

  • hərəkət tərkibinin iş rejiminin təyin edilməsi;

  • TX və CT zonalarının iş rejimlərinin təyin edilməsi;

  • TX üzrə yürüş normalarının seçilməsi və korreksiya edilməsi;

  • TX və CT üzrə illik istehsal proqramlarının hesabı;

  • TX və CT üzrə əmək tutumlarının seçilməsi və korreksiya edilməsi;

  • TX və CT üzrə iş həcmlərinin hesablanması;

  • ANM üzrə iş həcmlərinin və fəhlələrin sayının təyin edilməsi;

  • GX, TX və CT zonalarının, istehsal şöbələrinin və anbar binalarının layihələndirilməsi;

  • istehsal şöbələrinin və istehsalat binalarının planlaşdırılması;

  • baş planın tərtibi;

  • layihələndirmə nəticələrinin qiymətləndirilməsi.

Layihənin ümumi hissəsində respublikada avtomobil- ləşmənin intensiv inkişafı, avtomobil nəqliyyat vasitələrinin texniki saz vəziyyətdə saxlanma problemləri, istehsalat bazalarına və onların infrastrukturuna olan tələblər və s. məsələlərlə əlaqədar olaraq layihə tapşırığının əsaslandırılması, məqsəd və vəzifələr izah edilir.

Layihənin istismar hissəsində müəssisə üzrə yük və sərnişin daşımalarının həcmi, hərəkət tərkibinin sayı, gündəlik yürüşün bir avtomobil və park üzrə hesablanması, iş rejimi və s. göstəricilər hesablanır.

Texnoloji hissədə ANM-in layihələndirmə mərhələlərinə uyğun hesabat aparılır.

Xüsusi hissədə texnoloji layihələndirilən zona və ya şöbədə istifadə olunan hər hansı bir avadanlığın konstruksiyası tərtib edilir, iş prinsipi və quruluşu izah olunur, xarakterik göstəricilər hesablanır, elementlərindən (düyün və ya qovşaqlardan) birinin möhkəmlik hesabı aparılır və cizgisi tərtib olunur.

Xüsusi hissədə, həmçinin hər hansı bir əməliyyatın və ya texnoloji prosesin texnoloji xətitəsinin tərtibi və ya elmi -tədqiqat xarakterli işlərin nəticələri təqdim edilə bilər.

3. Avtonəqliyyat müəssisələrinin texnoloji

hesabatı


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə