H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə8/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

1. Yük avtonəqliyyat müəssisələri (YANM) üzrə. Bir avtomobilin gündəlik yürüşü aşağıdakı ifadə ilə təyin edilir:

=

burada Lyg - avtomobilin yüklə orta gediş məsafəsidir,

istismar şəraitindən, daşınan yükün növündən,

hərəkət tərkibinin tipindən asılı olaraq seçilir;

β - yürüşdən istifadə əmsalı, hərəkət tərkibinin

tipindən asılı olaraq 0,50-0,75 arasında qəbul

edilir;

Z - bir avtomobilin iş günü ( naryadda olma vaxtı )

ərzində yüklü gedişlərinin sayıdır ,aşağıdakı

ifadə ilə təyin edilir

Z = ,

burada Tn - avtomobilin naryadda olma vaxtı;

- bir yüklü gedişə sərf olunan müddət aşağıdakı

ifadə ilə təyin edilir

=

burada: Vt - hərəkət tərkibinin texniki sürəti, km/saat ,

şəhər daxili və şəhər ətrafı daşımalardan asılı

olaraq qəbul edilir (cədvəl 3.1);

- avtomobili yükləmə-boşaltma müddəti, saat.

Avtomobilin tipindən və yükgötürmə qabiliyyətindən, daşınan yükün növündən və həcmindən, yükləmə-boşaltma məntəqəsində mexanikləşdirmə vasitələrindən istifadə dərəcəsindən asılı olaraq (ty-b = 0,4 1,2 saat ) qəbul edilir.

Cədvəl 3.1



Hərəkət tərkibinin yükgötürmə qabiliy- yəti (ton)

Texniki sürət, km/saat

Şəhər daxili

Şəhər ətrafı

1

1,5 t - qədər

28- 30

55-65

2

1,6- 7,5 t - qədər

25-28

45-55

3

7,5 t - dan artıq

20-25

30-45


Layihə tapşırığında YANM üzrə daşımanın ümumi həcmi verilərsə, əvvəlcə bir avtomobilin illik məhsuldarlığı təyin edilir. Sonra daşıma həcmini bir avtomobilin illik məhsuldarlığına bölməklə xəttə çıxan-saz avtomobillərin sayı təyin olunur. Digər göstəricilər yuxarıda göstərilən qaydada təyin edilir. Beləliklə:

1. Bir avtomobilin illik məhsuldarlığı

, ton,

burada: q - bir avtomobilin yükgötürmə qabiliyyəti, ton;

- yükgötürmə qabiliyyətindən istifadə əmsalı -

avtomobilin tipindən və yükün növündən asılı

olaraq təyin edilir (bortlu avtomobillər üçün

0,65 0,85; özüboşaldan avtomobillər üçün

0,9 1,0 qəbul edilir);

Z - yüklü gedişlərin sayı;

Dis - istismar günlərinin sayıdır.

2. ANM üzrə illik məhsuldarlıq



3. ANM -də olan avtomobillərin ümumi sayı



4. Avtomobillərin ANM üzrə ümumi sayı müəssisə üzrə görülən illik nəqliyyat işinə görə də təyin edilə bilər. Bu zaman, yenə də bir avtomobilin illik nəqliyyat işi təyin edilir

Wil = q∙ ∙ z ∙ Dis∙ Lgy = Q il Lgy .

ANM - üzrə ümumi nəqliyyat işini təyin etsək

Wil = Wil ∙As ∙ αt .

Onda, müəssisə üzrə avtomobillərin ümumi sayı aşağıdakı kimi təyin edilə bilər

As =

2. AVTOBUS daşımalarında (sərnişin avtomobil nəqliyyatı müəssisələrində) gündəlik yürüş aşağıdakı ifadə ilə təyin edilir:

Lg = Vis ∙Tn ∙ η ,

burada Vis - avtomobilin istismar sürəti, km / saat ;

Vis = 0,8 ∙Vt kimi təyin edilir;

Tn - avtomobilin naryadda olma müddəti, saat;

η - avtobusların naryadda olma vaxtından istifadə

əmsalı, η = 0,9 qəbul edilir.

Yəni avtobuslar üçün

Lg = 0,72∙ Vt ∙ Tn kimi təyin edilir.

3. TAKSİ daşımalarında minik avtomobilləri üzrə

gündəlik yürüş aşağıdakı ifadə ilə hesablanır:

,

burada: Vis – minik-taksi avtomobillərinin istismar sürəti ,

km / saat ;

Tn - minik - taksi avtomobillərinin naryadda

olma müddətidir, saatla.

3.2. Avtomobillərin texniki xidmət növləri üzrə

yürüş normalarının seçilməsi və korreksiya edilməsi
Layihə edilən müəssisənin illik istehsal proqramını təyin etmək üçün əvvəlcə avtomobillərin texniki xidmət və təmir üzrə yürüş normaları seçilir, korreksiya olunur, gündəlik yürüşə və bir-birinə tam bölünməsi şərti ilə yuvarlaqlaşdırılır.

Yürüş normaları, adətən istismar şəraitinin birinci kateqoriyası üçün verilir, digər kateqoriyalar üçün isə müvafiq əmsallarla korreksiya edilir.

Məlumdur ki, birinci əsaslı təmirə qədər yürüş norması anlayışı, müasir şəraitdə və yeni texnologiyada öz əhəmiyyətini itirmişdir. Əgər əsaslı təmir yoxdursa, deməli əsaslı təmirin yürüş norması da ola bilməz.

Avtomobillərin tam komplekt halında əsaslı təmirinin ləğv edilməsi onların etibarlılığının, ömüruzunluluğunun yüksək olması ilə və tam komplekt halında əsaslı təmirin məqsədə uyğun olmaması ilə izah edilir. Lakin avtomobillərin hissə, düyün və aqreqatlarının bərpa edilərək onların qalıq resurslarından təkrar istifadə edilməsi məqsədəuyğun və səmərəli hesab edilir.

Təqdim edilən yeni layihələndirmə metodikasında əsaslı təmirə qədər yürüş norması əvəzinə avtomobillərin illik yürüşündən istifadə olunması təklif olunur [8,9].

ANM-in layihələndirmə məsələlərində mövcud “Əsasnamə” üzrə texniki xidmətin (gündəlik xidmətdən əlavə) iki növündən TX-1 və TX-2 istifadə edilir. Hər bir xidmət növü üçün yürüş normaları avtomobilin tipindən asılı olaraq verilir və mövcud qaydalar üzrə korreksiya edilir.

Lakin təqdim edilən yeni metodikada mövcud texniki xidmət növlərinin (TX-1 və TX-2 ) əvəzinə texniki xidmətin vahid növündən istifadə olunması məqsədə uyğun sayılır və tövsiyə edilir. Hal - hazırda bütün ölkələrdə, eləcə də respublikada fəaliyyət göstərən avtoservis müəssisələrində artıq texniki xidmətin vahid növündən istifadə olunur. Vahid texniki xidmət növünün periodikliyi isə müxtəlif şirkətlərdə və avtoservislərdə avtomobilin tipindən və sinfindən, eləcə də istifadə edilən mühərrik yağının sinfindən və keyfiyyətindən, istismar şəraitindən asılı olaraq 5000, 7500,10000 və 15000 km arasında dəyişir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə