E l m i r e d a k t o r :
H.Q.Məmmədov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
R ə y ç i l ə r :
Ə.B.Məmmədov
fəlsəfə elmləri doktoru, professor
O.HoHüseynli
fəlsəfə üzrə fəlsəfə doktoru
Hacıyev Zeynəddin Camal oğlu. Fəlsəfə. Ali məktəblər
üçün dərslik.
“Turan evi” nəşriyyatı, Bakı 2012, 488 səh.
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ən yeni proqram
əsasında yazılmış dərslikdə fəlsəfənin bütün mövzuları sistemli
şərh olunur. Totalitar rejimdən açıq, demokratik cəmij^-ətə keçid
dövrünün sosial-fəlsəfi təhlilinə geniş yer verilir.
Dərslik ali məktəb tələbələri və aspirantlar üçün nəzərdə
tutulmuşdur. Ondan həm də müəllimlər, elmi işçilər və fəlsəfəni
müstəqil öyrənənlər istifadə edə bilərlər.
0302010000-18
113-12
© “Turan evi” nəşriyyatı, 2012
G İ R İ Ş
Müasir həyat cəmiyyətin hər bir üzvündən, xüsusən də gənclərdən təbiətin və sosial
reallığın sirrlərinə dərindən bələd olmağı təkidlə təklif edir. İnsanın dünyada yeri, həyatın
mənası, daxili mənəvi aləmi ilə bağlı nəzəri məsələlərə nüflız etmək də eyni dərəcədə
zəruridir. Həmin vəzifələrin həlli fəlsəfə ilə ay- nlmazdır. Yalnız fəlsəfi dünyagörünüşünə
yiyələnməklə dünya binasının quruluşu haqqında, sosial inkişaf, onun
qanunauyğunluqları və təfəkkür prosesləri haqqında biliklər əldə etmək mümkündür.
Deyilənlər sübut edir ki, fəlsəfəni öyrənmək hər bir insan üçün həyati əhəmiyyətə
malikdir. Hazırda fəlsəfəyə diqqət həm də ona görə artmışdır ki, yaxın keçmişə qədər bu
sahədə çox ciddi nöqsan və əyintilər baş vermişdir. Sovet rejimi dövründə fəlsəfənin
tədrisində ebkaınçılıq hökm süıürdü. Bu, fəlsəfənin reallıq ilə əlaqəsini heçə endirirdi. Ən
təhlükəlisi odur ki, ehkamçılıq insanların dünya baxışında və dünyanı anlamasında
avtoritarizm, vahid inhisar ideyası aşı- layırdı. Nəticədə fəlsəfənin yarat. ıcı rolu
öldümlürdü. O, rəsmi sənədləri, çağırış və rəyləri təbliğetmə vasitə .no çcM’ilvnişdi. Belə
düşüncə tərzi ideyaların çoxva- riarıtlığma və demokraxiz.nı.aə yol vermirdi. Digər
tərəfdən həyat həqiqətlərini özünün bütün ziddiyyətiiliyi, doğrululuğu və çalarları ilə
öyrənmək əvəzinə çoxdan sübut olunmuş məlum məsələlər dönə-dönə təkrar olunurdu.
Həmçinin uto- pizmə qapılmış marksist fəlsəfə gerçəkliyi təhrif edir, onu zorla irəlicədən
müəyyən olunmuş uydurma kommunizm idealına doğru hərəkət etdirməyə cəhd
göstərirdi. Əslində isə ictimai inkişafın məntiqi idealdan həyata deyil, əksinə həyatdan
ideala doğra getməyi tələb edir. Sosial həyatda volyuntarizm hökm sürürdü. Bu isə elmi
fəaliyyətə və biliklərin yayılmasına güc metodlarının tətbiqi ilə səciyyələnir. Belə şəraitdə
nəzəri fəaliyyət azadfıkirlilikdən, yaradıcı həqiqət axtarışlarından məhaım olur. Yetmiş
ildən artıq davam edmiş subyektivist idarəçilik stili də fəlsəfəyə ciddi zərbə vurmuşdur.
Onun başlıca təzahürü ictimai fəaliyyətdə, qarşıya məqsəd qoyularkən onun həlli üçün
vasitələr müəyyən edilərkən real vəziyyətin, obyektiv amillərin nəzərə alınmamasıdır. Bu,
tarixi prosesin gedişinə əsassız və məsuliyyətsiz müdaxilə edilməsinə gətirib çıxartmışdı.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ictimai həyatın bütün sahələrində
olduğu kimi elmi-nəzəri fəaliyyətdə və təhsil sistemində də keyfiyyətcə yeni şərait
yaranmaqdadır. Bu real zəminə əsaslanmaqla fəlsəfənin tədqiqi və tədrisi işində prinsipcə
yeni vəzifələri irəli sürmək və həll etmək lazım gəlir. Söhbət hər şeydən əvvəl fəlsəfənin
real həyat və itirilmiş əlaqələrini bərpa etməkdən gedir. Bunun üçün fəlsəfənin ümumi,
nəzəri müddəalar və anlayışlar çərçivəsində məhdudlaşdırılmasma yol verilməməli, onun
empirik bazası möhkəmləndirilməlidir. Unutmaq olmaz ki, nəzəriyyənin gerçəklik ilə
uyğunlaşdı- rılması fəlsəfənin inkişafının əsas xəttidir.Yalnız bu yolla fəlsəfə spesifik
bilik sahəsi kimi özünün cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirə bilər.
ikinci mühüm vəzifə, bütövlükdə cəmiyyətdə və elmi-nəzəri fəaliyyət sferasında qərəzsiz
elmi axtarışları və həqiqətin aşkar edilməsini təmin edən demokiatic şəraitin
yaradılmasıdır. Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə bu m.ünasibətdə
ciddi irəliləyişlər baş vermişdir. Lakin onları gələcəkdə də ardıcıl olaraq həyata keçinnək
zəruridir. Nəhayət, fəlsəfənin insana (şəxsiyyət mə- nasmda) doğru həqiqi dönüşü təmin
olunmalıdır. Məlurndur ki, totalitar rejimin hökmranlığı illərində insan
mücərrədləşdirilirdi. Yəni hər bir fərdin özünəməxsus, təkrarolunmaz keyfij'yətlərinə
məhəl qoyulmurdu. Beləliklə də insan obyektinin şəxssizləşməsi (şəxsi simasını itirməsi)
adlanan təhlükə özünü göstərirdi. Fəlsəfə bütövlükdə cəmiyyətin, yaxud da müəyyən
sosial qmpun orta hesabla götürülmüş nümayəndəsinə müraciət edirdi. Müasir reallıq
özünəməxsus keyfiyyətləri, tələbatı, həyəcanlan və irakanlan olan insanı ön planda
götürməyi, onun şəxsiyyətinin ümumi içərisində əriyib getməsinə yol verməməyi tələb
edir.
Son illər Azərbaycanda mili təhsil konsepsiyasının həyata keçirilməsi fonunda
fəlsəfənin tədrisi yaxşılaşmaqdadır. Onun məzmunu təkır.illəşir və yeniləşir. Hal-hazırda
ölkəmizin ictimai həyatı burada gedən proseslərin yüksək dinamizmi və intensivliyi ilə
səciyyələnir. Söhbət açıq cəmiyyətə keçid prosesində formalaşmaqda olan bazar
münasibətlərinin azad rəqabətin və sahibkarlığın inkişafından, cəmiyyətin bütün
sferalarında demokratikləşmənin dərinləşməsindən gedir. Bu deyilənlərlə heç şübhəsiz,
hüquqi dövlət quruculuğu yolunda atılan addımlar da əlavə edilməlidir. Nəhayət,
Azərbaycanın dünya birliyi ölkələri ilə iqtisadi və mədəni inteqrasiyası sürətlənir,
xalq.uT!izın qərb və şərq sivilizasiyalarına qovuşması intensivləşir. Bu prosesdə
milli-mənəvi dəyərlər ilə ümumbəşəri dəyərlərin dialektik vəhdəti daha da möhkəmlənir.
Yuxarıda deyilənlər sübut edir ki, ictimai həyatda və beynəlxalq miqyasda baş verən
əsaslı dəyişikliklərin fəlsəfi mənalandırılması və ümumiləşdirilməsi indii əvvəlki dövrdə
olduğundan daha kəskin şəkildə qarşıya çıxır. Bütün bu və digər mülahizələr müəllifi
uzun illər ərzində ali məktəbdə fəlsəfənin tədrisində topladığı təcrübəni
ümumiləşdirməklə, müasir reallığın tələblərini ödəyə biləcək dərslik yazmağa sövq
etmişdir. Qarşısına qoyduğu məqsədə nə dərəcə nail olduğunu söyləmək oxucunun
səlahiyyətindədir. Biz isə hər cür təklif və iradlara əvvəlcədən təşəkkürümüzü bildinnəklə
kifayətlənipik.