H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə14/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   10   11   12   13   14   15   16   17   ...   240

sının mənəviyyatında insanın varlığı, onun özünüdərki və özünütəkmilləşdirməsi ilə bağlı 

məsələlər mühüm yer tuturdu. Lakin belə təsəvvür olunurdu ki, bu məsələlər dünyadan 

uzaqlaşmaq yolu ilə həll olunmalıdır. Qərb sivilizasiyası isə bütövlükdə dəyişikliklərə, 

müxtəlif  istiqamətli  həqiqət  axtarışlarına  daha  həssas  olması  ilə  səciyyələnir.  Burada 

ateist, intellektual və prartiki səpkili irəliləyişlər daha sürətlə getmişdir. 

2.

 

Yaxın Şərq ölkələrində ilkin 

fəlsəfi təsəvvürlərin yaranması 

Son  vaxtlara  qədər  belə  bir  təsəvvür  geniş  yayılmışdı  ki,  guya  fəlsəfə  ilk  dəfə 

qədim  Yunanıstanda  yaranmışdır.  Əslində  isə  dünya  fəlsəfi  fikrinin  beşiyi  qədim  Şərq 

ölkələridir.  Uzun  illər  ərzində  bu  tarixi  həqiqət  kölgədə  qalmışdır.  Bu  aşağıdakt  iki 

səbəblə bağlıdır; 

Əvvəla, fəlsəfə tarixini əsasən ruslar və Qərbi Avropa ölkələrinin alimləri tədqiq 

etmişlər. Onlar isə fəlsəfənin yaranmasında Şərqin rolunu danır və göstərirdilər ki, fəlsəfə 

öz  tarixini  Yunanıstandan  başlamışdır.  Bu  müəlliflər  bir  qayda  olaraq  avropasentrizm 

mövqeyindən çıxış edirdilər. Təkcə fəlsəfənin deyil, bütövlükdə mədəniyyətin, elmdn və 

incəsənətin  də  Avropada  yarandığı  iddia  olunurdu.  Bu  qəbildən  olan  baxışlar  güya 

Avropanın Şərqə münasibətdə mədə- niləşdirici rol oynadığını sübut etməyə yönəlmişdi. 

Avropasentrizmə görə Şərq xalqlarında dini, m.istik təsəv-vürlər, mövhum.at əsas 

yeri tutmuşdur. Guya onlar fəlsəfi və təbii elmi biliklərə o qədər də maraq göstərməmişlər. 

Tarixi faktlar və araşdırmalar belə fikirlərin əsassızlığını sübut edir. Digər tərəfdən son 



dövrlərə qədər qədim şərq ölkələri xalqlarının fəlsəfi və mədəni irsi kifayət dərəcədə 

öyrənilməmişdi.  Bu  faktın  özü  də  ilk  fəlsəfi  təsəvvürlərin  Avropada  təşəkkül  tapdığı 

haqqında yanlış təsəvvürlərə müəyyən rəvac vennişdir. Hazırda dünya mədəniyyətinin və 

fəlsəfəsinin ilk beşiyinin Şərq ölkələri olduğu fikri geniş yayılmışdır. Bu ölkələr quldarlıq 

quruluşunun yarandığı, elmin, ədəbiyyatın və incəsənətin meydana gəldiyi ilk məskənlər 

hesab olunur. Deməli, fəlsəfənin tarixi də məhz buradan başlanır. 

Qədim  Misir  və  Babilistanda  hələ  eramızdan  əvvəl  IV-III  minillikdə  inkişaf 

etmiş quldarlıq dövlətləri mövcud olmuşdur. Burada əkinçilik və heyvandarlıqla yanaşı 

sənətkarlıq  da  geniş  inkişaf  etmişdi.  Nəhəng  suvarma  sistemləri,  misilsiz  sənət  inciləri 

olan  ehramlar,  saraylar  inşa  olunurdu.  Əkinçiliyi  uğurla  aparmaq  üçün  Nil  çayının 

daşması  və  geri  çəkilməsi  dövrlərini  müəyyən  etməyə  tələbat  yaranmışdı.  Bu  isə  öz 

növbəsində  astronomiya  və  mexanika  elmlərinin  inkişafına  təkan  vermişdi.  Qədim 

misirlilər Günəşin və Ayın tutulmasını irəlicədən hesablaya bilirdilər, ilk Misir təqvimi 

(ilin aylara və günlərə bölünməsi) yaranmışdı. Misir həm də təbabət elmlərinin inkişaf 

etdiyi ölkə idi. Meyitlərin yarılması, qan dövranı və mumiyalama sahəsində nailiyyətlər 

bunu sübut edir. 



Qədim Misirdə fəlsəfi təsəvvürlər bu elmlərin inkişafı fonunda yaran 

30 



mışdı. Onların digər mənbəyi miflər, əfsanələr və nağıllar olmuşdur. Burada ilkin fəlsəfi 

ideyalar  iki  mühüm  abidədə  öz  əksini  tapmışdır.  Onlardan  biri  "Arfaçmm  mahnısı" 

adlanır.  Bu  əsərdə  axirət  dünyasinın  mövcudluğu  şübhə  altına  alınır.  Göstərilir  ki,  o 

dünyadan  hələ  heç  kim  qayıtmamışdır.  Buna  görə  də  oradakı  vəziyyətə  dair  düzgün 

məlumat almaq müm^n deyildir. Burada belə bir maraqlı fikir də irəli sürülmüşdür: insan 

yalnız  öz  əməlləri  sayəsində  ölməzlik,  əbədilik  qazana  bilər.  İkinci  abidə  "Ölünıün 



tərənnümü"dür.  Əvvəlkindən  fərqli  olaraq  burada  axirət  dünyasının  mövcud  olduğu 

bildirilirdi. Hər iki əsərdə belə fikir aşılanır ki, bu dünyada mənalı həyat qurmaq, axirət 

dünyasında xoşbəxtliyə ümid etməkdən daha vacibdir. 

Qədim  fəlsəfi  biliklərin  digər  bir  məskəni  Babilistan  olmuşdur.  E.ə  ikinci 

minillikdə  bu  dövlət  özünün  çiçəklənmə  dövrünü  keçirirdi.  Qədim  Babilistanda  da 

riyaziyyat, astronomiya və təbabət elmləri sahəsində mühüm nailiyyətlər qazanılmışdı. 

Məsələn, babillilər onluq və altı onluq sistemini yaratmış, heliosen- trizmə aid məlumatlar 

əldə etmişdilər. Onlar həm də bir sıra xəstəlikləri müalicə etməyi öyrənmişdilər. Bu cür 

ümummədəni  yüksəliş  zəminində  fəlsəfi  təsəvvürlər  də  təşəkkül  tapmışdır.  Onların  ilk 

nümunələri  şumer  dastanları  və  hekayələrində  ifadə  olunmuşdur.  Burada  cəmiyyət 

haqqında, davranış normaları və siyasət haqqında maraqlı fikirlərə rast gəlinir. Məsələn, 

bu  günə  qədər  gəlib  çtxmış  "Bilqamıs"  (hər  şeyi  bilən  adam)  dastanı  dünya 

mədəniyyətinin  nadir  incilərindən  biridir.  O,  təxminən  e.ə.  VI-II  minilliklərdə 

formalaşmışdır. Dastanda dostluq, xeyirxahlıq, əbədi həyat axtarmaq, dirilik suyu tapmaq 

motivləri əsas yeri tutur. Qədim şumerlilərə görə insan həyatı müvəqqətidir. İnsan gec-tez 

ölməlidir. 

Qədim Babilistanın digər bir ədəbi abidəsi "Müdrik Axikar haqqında" adlanır. 

Burada  müdrikliyə  və  əxlaqa  aid  yüzdən  artıq  etik  nəsihət  toplanmışdir.  Məsələn, 

göstərlirdi ki, "həddən artıq şirin olsan səni udarlar, həddən artıq acı olsan, səni bir kənara 

atarlar".  Yaxud  da  belə  bir  ibrətamiz  nəsihət  edilirdi;  "Sakit  danışmaq  lazımdır,  əgər 

səs-küy salmaq iş göstəricisi hesab olunsa, onda uzunqulaq gündə bir ev tikərdi". 



"Ağanın  qul  ilə  söhbəti"  adlı  abidədə  də  bir  sıra  maraqlı  fəlsəfi  fikirlər  irəli 

sürülmüşdür. Onun əsas məzmununu hökmdarın qəzəbinə gəlmiş quldarın öz qulu ilə 



söhbəti  təşkil  edir.  Qul  sahibi  quluna  nəsihət  edərək  göstərir  ki,  həyat  mənasızdır, 

hökmdarın  səxavətliliyinə  ümid  bağlamaq  olmaz.  Qadına  məhəbbət  və  kef  məclisi  də 

müvəqqətidir. Bu əsərdə həm də ölümdən sonrakı həyatın mənasız olduğu bildirilirdi. 

Qədim Misirdə və Babilistanda yaranmış ilkin fəlsəfi təsəvvürlər əlbəttə, bugünkü 



səviyyədən  yanaşdıqda  bir  qədər  sadəlövh  görünə  bilər.  Lakin  nəzərdən  qaçırmaq 

olmaz  ki,  bu  fikiriər  təxminən  dörd  min  il  bundan  əvvəl  irəli  sürülmüşdür.  Onlar  öz 



dövrünə görə çox böyük nailiyyətlər idi. Təsadüfi deyildir ki, ilk nəzərdə adi təəssürat 

yaradan bu ideyatar sonralar Qərbdə və bütövlükdə dünya miqyasında fəlsəfi fikrin və 



mədəniyyətin inkişafının özülü rolunu oynamışdır. 

Tarixi və fəlsəfi araşdırmalar sübut edir ki, qədim mədəniyyətin və fəlsəfi 

31 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə