H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə2/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   ...   240

I

 

HISSƏ

 

FƏLSƏFƏNİN PREDMETİ 

VƏ BİLİKLƏR SİSTEMİNDƏ YERİ 

I

 

FƏSİL 

FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜDÜR 

1.

 

Fəlsəfəni öyrənməyin əhəmiyyəti 

Fəlsəfə ictimai  şüurun  qədim  və  özünəməxsus  formasıdır.  O  yarandığı  gündən 

insanın malik olduğu biliklər sistemində çox mühüm rol oynayır. Bu onunla izah edilir ki, 

fəlsəfə bütün dövrlərdə dünyagörüşü məsələlərini irəli sürür və onlan həll edir. Həmin 

məsələlər isə yaşadığı zəmanədən asılı olmayaraq bütün insanlar üçün həyati əhəmiyyətə 

malikdir.  Dünyagörüşünün  müstəsna  rolunu  qeyd  edərək,  A.Şveytser  göstərirdi  ki, 

"dünyagörüşü  ideyaları  özündə  mövcudluğumuzun  mənası  və  bəşəriyyətin  amalı 

haqqında  düşünə  bildiyimiz  və  nəzərdə  tutduğumuz  hər  şeyi  əhatə  edir;  oniar  bizim 

varlığımızı  istiqamətləndirir  və  dəyərləndirir.  Ayrıca  bir  insanın  və  cəmiyyətin 

dünyagörüşü  olmayan  həyatı  yüksək  səviyyəli  səmtləşmə  hissinin  patoloji  pozuntusu 

deməkdir"'. 

Təbiətdə və cəmiyyətdə gedən proseslər son dərəcə m.ürəldrəbdir. Müasir dövrdə 

elmlər  onlarm  mahiyyətini  açmaqda  heyrətamiz  naili>

7

ətlər  əldə  etməkdədir.  Belə 



şəraitdə  insanlann,  xüsusilə  də  gənclərin  çevik  təfəkkürə,  yaradıcı  təxəyyülə,  geniş 

erudisiyaya və müdrikliyə malik olması həmişəkindən daha zəruridir. Bununla əlaqədar 

varlığın  üç  əsas  sahəsinin (tobiət,  sosial  həyat  və  Ln-  sanm  daxili  dünyası)  sirrlərinin 

dərindən mənimsənilməsində fəlsəfi dün}'agörü- şünün rolu durmadan artır. 

Fəlsəfə qədim yunan dilində "hikməti sevmək" mənasını verir. Deyildiyinə görə 

bu  sözü  ilk  dəfə  yunan  riyaziyyatçısı  Pifaqor  (b.e.ə.  580-500-cü  illər)  müdriklərə  və 

düzgün həyat tərzi keçirən adamlara aid etmişdir. 

İnsan  zəkalı  varhqdir.  O,  çoxtərəfli  fəaliyyət  göstərir.  Həmin  fəaliyyətin 

uğurlu olması üçün düzgün məqsəd müəyyənləşdirmək, müvafiq qərar qəbul etmək son 

dərəcə vacibdir. Bu isə dünya haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik olmağı 

tələb  edir.  Onların  məcmusu  dünyagörüşü  adlanır.  Dünyagörüşü  insana  obyekdv 



reallıq  və  burada  insanın  yeri  haqqında,  insanın  onu  əhatə  edən  gerçəkliyə  və  özünə 

münasibəti  haqqında  sistemli  biliklər  verir.  Onun  məzmununa  həm  də  bu  biliklər 

əsasında  formalaşan  əqidə  və  ideallar,  idrak  və  fəaliyyət  prinsipləri,  dəyər 

oriyentasiyaları daxildir. 

Heç elə bir adam tapmaq olmaz ki, o, dünya«və özünün burada yeri haqqında, 

bəşəriyyətin aqibəti, həyat və ölüm m.əsələləri barədə düşünməsin. Hər 

' Швейцер A. Культз'ра и этика. M,, 1973. c.83-83 




birimiz dünya binasının quruluşu, maddi ilə mənəvinin münasibəti, dünyada baş verən 

dəyişikliklərin  qanunauyğun  və  ya  təsadüfi  olması,  xeyir  və  şər,  həqiqət  və  yalan, 

həyatın mənası, ölüm və ölməzlik, insan ləyaqəti, məsuliyyət və sair fəlsəfi məsələlər 

üzrə  müəyyən  fikirlər  irəli  sürür  və  onları  əsaslandırmağa  çalışırıq.  Deməli,  hər  bir 



insan çox vaxt özü də hiss etmədən filosofluq edir, əsrlər boyu fəlsəfəni düşündürən 

məsələlər barədə fikirləşir. 

Fəlsəfə  mənəvi  mədəniyyətin  ən  qiymətli  və  yüksək  nailiyyətlərini  özündə 

təcəssüm etdirir. O, bəşər tarixində baş vermiş böyük mədəni çevrilişin ayrılmaz tərkib 

hissəsidir.  Fəlsəfi  təfəkkür  dünyanı  bütöv  bir  tam  kimi  izah  edir.  O,  həm  də  insanın 

mahiyyəti, məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsələlərə geniş yer verir. 

Təsadüfi  deyildir  ki,  qədim  yunanlar  fəlsəfəyə  geniş  mənada,  ayrı-ayrı  sahələrə 

parçalanmamış,  ümumi  nəzəri  fikir  kimi  yanaşırdılar.  Cəmiyyət  inkişaf  etdikcə, 

mədəniyyət  və  praktika  təkmilləşdikcə  fəlsəfənin  pred-  meti,  onun  spesifikliyi  də 

dəyişilir. Bu hal tarixin dönüş xarakterli məqamlarında daha aydın özünü göstərir. Belə 

dövrlərdə  fəlsəfənin  elm,  siyasət,  sosial  praktika  və  mənəvi  mədəniyyətlə  qarşılıqlı 

əlaqəsi daha qabarıq nəzərə çarpır. Lakin bu dəyişikliklərə baxmayaraq, fəlsəfə əsrlər 

boyu mənəvi fəaliyyət tipi kimi öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. 



Fəlsəfə  nəzəri  elm  kimi  aşağıdakı  məsələləri  əhatə  edir:  insan  tərəfindən 

idraki, sosial və təbiət reallığının m.ənaiandırılmasm' təmin edir; bu münasibətdə hər bir 

konkret mərhələdə əldə eoilmiş miqyasları və səviyyəni müəyyənləşdirir (onu daha da 

genişləndirmək  məqsədilə);  insanların  əqidəsinin  normativ-dəyər  əsaslarını  işləyib 

hazırlayır, dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını göstərir; 

təbii  və  ictimai  bütövlük  daxilində  insanın  yerini,  onun  həyatının  mənasını  müəyyən 

edir;  insanların  dəyərlərini,  prioritetlərini,  həyat  ustanovkalarmı,  ideallarını  və 

məqsədlərini işləyib hazırlayır. ^ 

Deyilənlər  sübut  edir  ki,  fəlsəfənin  mövzuları  insanların  real  həyatı  ilə  sıx 

əlaqəlidir.  Bu  mənada  fəlsəfənin  əhəmiyyətli  aşağıdakılarda  ifadə  olunur:  o,  praktiki 

fəaliyyət  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  emosional-iradi  əhval-  ruhiyyə  yaradır; 

subyektin müvafiq yaradıcılıq növünə nə dərəcədə uyğun gəldiyini göstərir; insanların 

həyat fəaliyyəti tiplərini formalaşdırır; onların sınaqdan keçirilməsini və mümkün olanın 

reallığa çevrilməsini təmin edir; insana özünü reallaşdırmaq üçün proqram verir; onun 

həyatının vətəndaşlıq mövqeyini, mənasını və amalım müəyyən edir.' 

Fəlsəfə  nəzəri  biliklər  sistemidir.  O,  dünyagörüşü  ilə  bağlı  məsələləri 

ardıcıllıqla, düşünülmüş surətdə, əsaslı dəlillərə arxalanmaqla həll edir. Odur ki, yalnız 

fəlsəfəni  öyrənməklə  insanlar  özlərinin  dünya  haqqında  kortəbii  formalaşan 

təsəvvürlərindəki  səthiliyi  və  yanlışlıqları  aradan  qaldıra  bilir,  dünya  haqqında 

düşünülmüş, sistemli və səhih məlumat əldə edirlər. Vaxtilə Dekart göstərirdi ki, "yalnız 

fəlsəfə bizi'vəhşilərdən və barbarlardan fərqləndirir. Hər bir xalqın vətəndaşlıq və təhsil 

səviyyəsi onun yaxşı filosofluq etməsindən asıhdır"l 

' Bax: Ильин Б.Б. Философия. М., 1999, с. 18 ^ 

Вах: Декарт. Избранные произведения 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə