H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


Fəlsəfə  sözün  həqiqi  mənasında  həyat  deməkdir



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə3/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   ...   240

Fəlsəfə  sözün  həqiqi  mənasında  həyat  deməkdir.  Buna  görə  də  əsl  fəlsəfi 

düşüncə  mücərrəd  sxem  və  stereotiplər  ilə  bir  araya  sığmır.  Təsadüfi  deyildir  ki,  onu 

"dövrün  mənəvi  cövhəri",  "dövrün  özünü  dərki"  adlandırırlar.  Böyük  alman  filosofu 

Hegel göstərirdi ki, fəlsəfə fikirlərdə mənimsənilən dövrdür".' 

İlk nəzərdə belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər konkret peşə 

və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sirləri son dərəcə 

mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mürəkkəb, burada gedən proseslər isə çox 

ziddiyyətli və rəngarəngdir. Onları anlamaq üçün inkişafm meylləri və perspektivlərini 

düzgün  müəyyənləşdirə  bilmək  üçün  geniş  erudisiyaya,  həqiqi  fəlsəfi  biliklərə  malik 

olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki fəaliyyəti və mədəni həyatının 

əsasında duran dünyagörüşü problemlərinin izahında fəlsəfənin rolu misilsizdir. 

Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və o insana nə verir?» sualına 

aşağıdakı konkret cavablan vermək olar: 

1.

 



Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mənzərəsinin 

nəzəri  bünövrəsidir.  O,  hərn  də  cəmiyyətdə  normal  mənəvi  mühitin,  insanın  mənəvi 

dünyasının formalaşmasına köm.ək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir. 

2.

 



Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəaliyyət 

göstərə bilir. 

3.

 

Fəlsəfə  digər  elmlərin  optimal  inkişafına  kömək  edir,  onlarda  baş  verən 



metodoloji çətinlikləri aradan qaldırır. 

4.

 



Fəlsəfə  insanı  idrak  nəzəriyyəsi  ilə  silahlandırır,  yəni  gerçəkliyi  mənəvi 

mənimsəməyin yollarını və vasitələrini müəyy'ənləşdirir. 

5.

 

Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, o, həyatı tənqidi 



və yaradıcı surətdə öyrənir. 

İlkin  fəlsəfi  təlimlərdə  təbiətin,  dünyanın  yaranması  və  quruluşu  haqqında 

təsəvvürlər əsas yeri tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran mövqeyə malik 

idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla əlaqədar 

məsələlər  də  fəlsəfənin  obyektinə  daxil  edilməyə  başladı.  Tezliklə  insan,  onun  təbiəti, 

zəka  və  hissləri,  idrakı,  din  və  incəsənət  də  fəlsəfi  düşüncələrin  əhatə  dairəsinə  cəlb 

olundu. Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya ilə insan arasındakı mürəkkəb 

qarşılıqlı münasibətlərin təhlili fəlsəfənin əbədi mövzularına çevrildi. 



Fəlsəfənin bir elm kimi özünəməxsusluğu aşağıdakı cəhətlərdə ifadə olunur: 

1) 


0

, son dərəcə ümumi və mücərrəd xarakter daşıyır; 2) real həyatda gedən prosesləri 

öyrənməyin düzgün üsul və vasitələrini göstərir; 3) fəlsəfə mühüm qiymətverici xassəyə 

malikdir. Bununla da o humanist idealların, ümumbəşəri dəyərlrin qərarlaşmasına kömək 

edir. 

Fəlsəfə dünya mədəniyyətinin yaratdığı ən böyük naili)^ətlərdəndir. Lakin 



0

, bir 


yerdə dayanıb durmur, tarixi praktikanın və idrakın ümumiləşdirilməsi nəticəsində daim 

inkişaf edir. 



’ Bax: Гегель Г. Философия права. M.,1990, с.55 




Fəlsəfə təkcə varlıq və idrak haqqında təlim olmaqla məhdudlaşmır. O, həm də 

gerçəkliyi insanların tələbatlarına uyğun şəkildə dəyişdirməyin mühüm alətidir. Buradan 

aydın  olur  ki,  hazırda  ölkəmizin  yaşadığı  açıq  cəmiyyətə  keçid, demokratik  və  hüquqi 

dövlət quruculuğu vəzifələrinin həllində fəlsəfənin rolu və əhəmiyyəti durmadan artır. 



2. Dünyagörüşünün məzmunu, səviyyələri 

və tarixi formaları 

Fəlsəfə,  dünyagörüşünün  nəzəri  əsasını  təşkil  edir.  Deməli,  onun  predme-  tini 

aydın təsəvvür etmək üçün əvvəlcə dünyagörüşünün məzmununa diqqət yetirilməlidir. Bu 

anlayış çox mühüm olub, insanların onları əhatə edən ətraf aləmdə mənəvi səmtləşməsi 

üsulunu və xarakterini müəyyən edir. Yuxarıda deyildiyi kimi, dünyagörüşü insanlarda 

dünya  binasının  qunıluşu  və  burada  özünün  yeri  haqqında  ümumiləşdirilmiş  biliklərin, 

baxişların,  əqidə  və  idealların  məcmusudur.  Bunlarla  yanaşı  onun  tərkibinə  müxtəlif 

hisslər, cəhdlər, ümidiər, iradi-emo- sional keyfiyyətlər, normalar - dəyərlər də daxüdir. 

Göamdü}^ kimi dünyagörüşünün daxili məzmunu çox geniş və zəngindir. Lakin 

buradaki ayrı-ayrı tərəflər dağınıq şəkildə deyil, bütöv bir tam kimi çıxış edir. Məhz bu 

cür  inteqral  səciyyəsi  üzündən  dünyagörüşü  insanı  dünya  və  özü  haqqında  bitkin 

təsəvvürlərlə silahlandırır. 

Qeyd olunmalıdır ki, dünyagörüşü bütün dövrlər üçün eyni ola bilməz. O, konkret 

tarixi xarakterə malikdir və hər bir dövrdə öz spesifikliyi ilə seçilir. Belə ki, müxtəlif insan 

birliklərinin,  ayn-ayn  qrupların  və  fərdlərin  dünya-  gömşü  real  tarixi  şəraiti,  mövcud 

ictimai  münasibətləri  əks  etdirir.  Lakin  az-çox  uzunmüddətli  hər  bir  tarixi  dövr  üçün 

səciyyəvi olan əqidə və biliklər, idrak prinsipləri, həyat fəaliyyəti normaları, ideallar, bir 

sözlə  ümumi  intellektual  və  emosional  əhvaii-mhİ

3

^ə  səviyj'əsi  mövcud  olur.  Bu 



ümumilik daxilində hər bir tarixi mərhələdəki dünyagörüşü tipi öz məzmununa ayrı-ayrı 

insan birliklərinin, qrupların və şəxslərin dünyagörüşündəki rəngarəngliyi, onlar arasında 

bu münasibətdə olan fərqli cəhətləri də əhatə edir. Eyni bir dövrdə dünyagörüşünün bu cür 

çoxşaxəliliyi, onun daşıyıcılarının - subyektlərin həyat və fəaliyyət şətraitinin müxtqlifliyi 

ilə  izah  edilir.  Belə  ki,  müəyyən  sosial  qrupun  və  ayrılıqda  götürülən  insanın  dünya 

haqqında təsəvvürləri və həyat proqramları onlann peşə mənsubiyyəti, sosial vəziyyəti və 

mədəni səviyyəsinə uyğun olaraq formalaşır. Dünyagörüşünün konkret xarakteri həm də 

bunda ifadə olunur ki, ictimai-tarixi proses, tarixi şərait dəyişildikdə, o da dəyişilir. Başqa 

sözlə, insanlann əmək prosesində, ictimai münasibətlərdə baş verən tebəddülatlar az və ya 

çox  intensivliklə  onların  fikir  və  hisslərində,  bütövlükdə  dünyabaxışmda  da  özünün 

müvafiq əksini tapır. 

Öz strukturuna görə dünyagörüşü son dərəcə mürəkkəbdir. Onu təşkil edən 

komponentlər  müxtəlif  əlaqə  və  vasitələrlə  birləşərək,  vahid  bir  bütövlüyü  yaradır. 

Dünyagörüşləri idraki zənginlik səviyyəsinə, elmi əsaslılıq dərəcəsinə 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə