H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə6/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   ...   240

yən əxlaqi normaların, adət və anenələrin nizama salınması və qorunub saxlanmasında 

onun əhəmiyyətini yüksəldir. Müasir dövr dinin dünya miqyasında mütərəqqi, demokratik 

qüvvələrin  inkişafına  əhəmiyyətli  təsir  göstərmək  imkanlarını  sübut  edir.  Hazırda  din 

müxtəlif  ölkələrin  və  regionların  xalqlan  arasında  bəşəriyyətə  son  dərəcə  gərəkli  olan 



emosional  hiss  və  həyəcanların,  ümumi  dəyərlərin,  həyat  ideallajrının,  əxlaq 

normalarının təbliğ edilməsində əhəmiyyətli rol oynayır. 

Dini  və  fəlsəfi  dünyagörüşləri  arasında  oxşar  cəhətlər,  həm  də  ciddi  fərqlər 

vardır.  Onların  yaxınlığı  bundan  irəli  gəlir  ki,  hər  ikisi  dünyagörüşün  ictimai-tarixi 

formaları  olmaq  etibarilə  dünyanı  izah  etmək,  insanların  şüumna  və  davranışına  təsir 

göstərmək  məsələləri  ilə  məşğul  olurlar.  Buna  görə  təsadüfi  deyildir  ki,  əsrlər  boyu 

filosoflar arasında xeyli dərəcədə dinə inananlar olmuşdur. Lakin fəlsəfi dünyagörüşünün 

səciyyəvi cəhətini mütilik, itaət deyil, azad- fikirlilik təşkil edir. Bütün tarixi dövrlərdə 

zəmanəsinin intellektual zəka sahibləri, təhsilli və mədəni adamlar, mənən güclü hesab 

edilən şəxslər azad və müstəqil düşünməyi üstün tutmuşlar. Həm də dindən fərqli olaraq

fəlsəfə əsas diqqəti insanların həyəcan, emosiya və etiqadlarına, ümidlərinə deyil, birinci 

növbədə  dünyagörüşünün  intellektual,  nəzəri  səpkisinə  yönəldir.  Dünyanın  fəlsəfi 

anlaşılması zəkaya, intellektə əsaslanır. Fantastikanın, uydurma obrazların yerinə fəlsəfi 

dünyagörüşü real müşahidələri, məntiqi təhlili, ümumiləşdirmələri irəli sürür. Fəlsəfi fikir 

inkişaf etdikcə, adi şüurun dar və məhdud dairəsi aradan qalxır. Fəlsəfə yarandıqdan sonra 

dünya  haqqında  biliklər,  insanların  həyat  təcrübəsi,  etiqadı  və  idealları  ile  vəhdətdə 

götürülməyə başlayır. 



3.

 

Fəlsəfi dünyagörüşün səciyyəvi cəhətləri 

Mifologiya  və  din  təbiətin  və  sosial  həyatın  emosional  fantastik  inikasıdır. 

Onlar fövqəltəbiiliyə inama əsaslanır.  Onlardan fərqli olaraq fəlsəfə dünyanı rasional 

izah edir. O, biliklərə və zəkaya arxalanır. 

Fəlsəfi  dünyagörüşü  aşağıdakı  iki  tərəfin  vəhdətini  ifadə  edir:  a)  dünyanın 

anlaşılması,  onun  ümumi  mənzərəsinin  verilməsi;  b)  insanın  mahiyj'ətinin  aşkar 

edilməsi, onun təbiətdə  və sosial həyatda yerinin aydınlaşdırılması.  Həm də fəlsəfə 

insana dünyadakı əşya və cismlərin sadəcə olaraq bir hissəsi kimi yanaşmır. Onu spesifik 

bioloji növə malik olan varlıq kimi götürür. İnsanların digər mövcudatlardan keyfiyyətcə 

fərqli cəhətlərini - düşünmək, dərk etmək qabiliyyətini, hisslərini və emosiyalarını seçib 

ayırır.  İnsanın  daxili  psixoloji  aləminin,  subyektiv  mənəvi  həyatının  öyrənilməsi  də 

fəlsəfədə çox mühüm yer tutur. 

Fəlsəfə  dünyagörüşünün  rasional-nəzəri  formasıdır.  O,  tarixi  praktikanın  iki 

başlıca əsasını müəyyən edir: a) onun nailiyyətlərini ümumiləşdirir, sintez edir və dünya 

anlamını formalaşdınr; b) fərdi və sosial yaradıcılığın ən mühüm oriyentirlərini göstərir və 

əsaslandırır. ‘ 

‘ Bax: Кант И. Трактаты и письма. М., 1980. п, 332 

13 



Fəlsəfədə maddi ilə mənəvinin" münasibətlərinin aydınlaşdırılması xüsusi yer 

tutur. Lakin bu məsələ əvvəllərdə o qədər də böyük əhəmiyyət kəsb etməmişdir. O, əsas 

etibarilə XVII-XVIII əsrlərdən başlayaraq özünü qabarıq şəkildə göstərmişdir. Bu, onunla 

əlaqədardır ki, məhz həmin dövr sözün əsil mənasında fəlsəfi fikrin sürətli inkişafı, onun 

dini  dünyagörüşündən  və  ayrı-ayrı  xüsusi  elmlərdən  qəti  surətdə  ayrılması  ilə 

səciyyələnir. Əlbəttə, bu o demək deyildir ki, yeni dövrdən bu tərəfə bütün fəlsəfi təlimlər 

həmin  məsələni  birmənalı  qəbul  edirlər.  Hətta  bu  günün  özündə  də  filosoflar  arasında 

maddi ilə mənəvinin münasibəti məsələsinə bilavasitə cavab verməkdən yayınmaq halları 

mövcuddur.  Lakin  bir  şey  aydındır:  istənilən  konkret  fəlsəfi  məsələ  götürülürsə 

götürülsün, onun həllində maddi ilə mənəvinin münasibəti çıxış nöqtəsi rolunu oynayır. 

Fəlsəfi dünyagörüşünün məzmunu çox müxtəlif və rəngarəngdir. Burada inşanın 

dünyaya  aşağıdaki  üç  münasibət  tipi  xüsusi  yeri  tutur;  idraki  münasibət,  praktiki 



münasibət və qiymətverici münasibət, 

İnsanın  dünyaya  idraki  münasibəti  fəlsəfi  dünyagörüşündə  müstəsna  yer  tutur. 

Başqa sözlə, bu o deməkdir kibiz dünya haqqında nə bilirik, insan dünyanı dərk edə 

bilərmi? Əlbəttə, dünyanın dərk olunmasını təkcə fəlsəfənin vəzifəsi hesab etmək doğru 

olmazdı. Əsrlər boyu xüsusi elmlər, müxtəlif bilik sahələri də bu məqsədə xidmət etmişlər. 

Lakin bu məsələdə fəlsəfənin özünəməxsus rolu vardır. Belə ki, o, idrakın digər konkret 

növlərindən  fərqli  olaraq  universal  xarakterli  nəzəri  idrakdır.  Fəlsəfi  təfəkkürün  bu 

spesifikliyini nəzərdə tutaraq İ.Kant göstərirdi ki, fəlsəfə aşağıdakı iki əsas vəzifəni yerinə 

yetirir; o, geniş miqyasda rasional biliklər ehtiyatına malik olmaqla, bu bilikləri bir ideya 

şəklində birləşdirir və bütün digər elmləri sistemli vəhdət halına gətirir.' 

Fəlsəfi  təfəkkür  normal  insanın  hər  şeyi  bilmək  marağının  hüdudları  ilə 

məhdudlaşmır, dünya haqqında bilikləri genişləndirməyi və dərinləşdirməyi intellektual 

tələbata  çevirir,  insanın  intellektual  qabiliyyəti  onun  praktiki  təcrübəsi  çərçivəsini  aşıb 

keçir, ondan yüksəkdə duran ümumi nəzəriyyə, əqli nəticələr səviyyəsində təzahür edir. 

Məsələn, dünyanın bütöv bir tam kimi, məkan və zaman etibarilə sonsuz, insandan asılı 

olmayan obyektiv reallıq kimi dərk olunmasını heç bir təcrübə əsasında həyata keçirmək 

mümkün  deyildir.  Lakin  fəlsəfi  dünyabaxışı  əqli  nəticələrin  köməyi  ilə  bu  mürəkkəb 

vəzifəni həll edir. 

Dünyanın dərk edilməsinə münasibətdə fəlsəfədə iki yanlış mövqe özünü göstərir. 

Bunlardan biri hər şeyə şübhə ilə yanaşan pessimist baxış - skeptisizm- dir. İkinci qütbü 

isə prinsipcə dünyanın dərk edilə bilənliyini inkar edən baxış - aqnostisizm (biliyin inkarı 

deməkdir) təşkil edir. 

Fəlsəfə tarixində bəzən belə fikirlərə rast gəlinir ki, guya fəlsəfə əbədi və dəyişməz 

prinsiplərə malik olan ən ali müdriklikdir. Lakin zaman keçdikcə məlum oldu ki, tarixin 

fovqündə duran əbədi fəlsəfi zəka, fəlsəfi prinsiplər qeyri- mümkündür. Beləliklə də, 

fəlsəfədə  ənənəvi  yanlış  baxışın  yerinə,  onu  ictimai  tarixi  biliyin  xüsusi  forması  hesab 

edən baxış meydana gəldi. Bu baxışa görə bütün şüur formaları kimi fəlsəfi şüur da tarixən 

dəyişkən xarakter daşıyan varlığın 

' Bax: Кант И. Трактаты и письма. М., 1980, с. 332 

14 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə