H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə7/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   10   ...   240

əks olunmasıdır. Odur ki, tarixdən >mksəkdə, mütləq fəlsəfi mövqe, prinsiplər haqqında 

iddialar illüziyadan başqa bir şey deyildir. Hər bir tarixi  dövr, onun şəraiti bütövlükdə 

mövcud  fəlsəfi  fikrə,  habelə  hər  bir  filosofun  dünyagörüşünə  ciddi  təsir  göstərir.  Bu 

prinsipial  cəhət  nəzərə  aimmadıqda  mücərrəd  fəlsəfi  fikrin  ictimai  həyata  təsiri 



mütləqləşdirilir və şüur tarixin əsas hərəkətverici qüvvəsi hesab edilir. / 

Fəlsəfi dünyagörüşündə elmilik, elmə münasibət məsələsi çox mühüm yer tutur. 

Qeyd edək ki, fəlsəfi fikir tarixində zəka və əxlaqın vəhdəti xüsusi qeyd olunduğu kimi, 

fəlsəfənin elm ilə əlaqəsinə də geniş yer verilmişdir. Hələ qədim yunan fəlsəfəsində əsl 

bilik  yüksək  qiymətləndirilir,  onun  adi  rəydən  üstün  olduğu  göstərilirdi.  Fəlsəfi 

ümumiləşmələrin,  proqnozların  elmi  əsaslılığı  və  həqiqiliyi  məsələsi  sonrakı  dövrlərdə 

daha çox diqqəti cəlb etmişdir. 

Fəlsəfənin  elmiliyi  problemi,  elmi  fəlsəfi  dünyagörüşü  anlayışında  daha  aydın 

ifadə olunur. Bu anlayış dünyanı və burada insanın yerini, elmə əsaslanmaqla izah edən 

sistemi nəzərdə tutur. Elmlər inkişaf etdikcə bir tərəfdən bu sistemin özü təshih olunur, 

dəqiqləşir, digər tərəfdən isə o, elmin inkişafına fəal təsir göstərir. 

Bununla  əlaqədar  elmi  obyektivlik  ilə  filosofun  sosial  mövqeyi  arasında 

münasibət məsələsinə də diqqət yetirilməlidir. Hər bir fəlsəfi təlim müəyyən cəmiyyətin 

məhsuludm-  və  onun  mədəniyyətinin,  həyat  ukladının  təsirinə  məruz  qalır.  Deməli, 

ayrı-ayrı dövrlərdə fəlsəfi fikri təmsil edən mütəfəkkirlərin sosial hıövqeyi və mənafeləri 

bu elmə özünün müəyyən möhürünü vurur. Buna baxmayaraq, fəlsəfə insanlar tərəfindən 

tarixi prosesdə əldə edilmiş ümumi nəticələri vahid bir tam kimi birləşdirir. O, tarixilik 

prinsipini  əldə  rəhbər  tutmaqla  həqiqi  sərv^ətləri,  uydurma  sərvətlərdən,  daimi  əbədi 

sərvətləri  keçici,  müvəqqətilərdən,  ümumbəşəri  sərvətləri  xüsusi,  qrup  xarakterli 

sərvətlərdən fərqləndirə bilir. 

Elmi fəlsəfə ən geniş miqyasda götürülən ictimai-tarixi həyata yönəlir. Odur ki, 

burada əbədi ilə müvəqqəti, konkret tarix bir-birilə ayrılmaz əlaqədə çıxış edir. Belə ki, 

fəlsəfənin əsasında duran insan və təbiət, şəxsiyyət və cəmiyyət arasındakı münasibətlərin 

öyrənilməsi ayrı-ayrı dövrlərdə konkret formasını dəyişdirsə də, bütövlükdə ümumdünya 

tarixi xarakteri daşıyır. 

Fəlsəfi dünyagörüşündə insan  problemi  də çox mühüm əhəmiyyət kəsb ■ edir. 

Mənəvi  fəaliyyətin  müstəqil  sahəsi  kimi  yarandığı  dövrdən  etibarən  fəlsəfədə  insan 

problemi əbədi yer tutmuşdur. Tarixi prosesin dönüş məqamlarında, mədəniyyətdə dərin 

dəyişikliklər baş verdiyi, sərvətlərin əsaslı surətdə yeniləşdiyi dövrlərdə isə bu problemə 

diqqət daha da artır. 

Hazırda açıq, demokratik cəmiyyətə keçid şəraitində insan probleminə yeni baxış 

özünü  göstərir,  insana  ictimai  həyatda  mərkəzi  yer  verilir.  İndi  ictimai  tərəqqi,  onun 

meyarı, bütövlükdə hər şey insan üçün nə dərəcədə gərəkli olması ilə ölçülür. 

15 



II

 

FƏSIL

 

FƏLSƏFƏ NƏYİ ÖYRƏNİR? 

FƏLSƏFƏNİN FUNKSİYALARI 

1.

 



Fəlsəfənin predmeti 

Yuxarıda  qeyd  olunduğu  kimi  fəlsəfi  dünyagörüşün  əsasında  "dünya-insan" 

münasibətləri durur. O, çoxtərəfli universal problemdir, Bu problem hər bir konkret fəlsəfi 

məsələnin ümumi əsasıdır. Deməli, fəlsəfənin məşğul olduğu problemlər hər şeydən əvvəl 

özünün ən ümumi və geniş xarakterə malik olması ilə səciyyələnir. Digər tərəfdən onlar 

bir  növ  əbədi  problemlərdir  (dünya,  insan,  həyatın  mənası,  azadlıq  və  sair).  Fəlsəfi 

problemlərin  əbədi  xarakteri  o  demək  deyildir  ki,  onların  mənalandırılmasında  heç  bir 

tərəqqi baş vermir. Əksinə, onlar hər bir tarixi dövrün xarakterinə uyğun şəkildə çıxış edir. 

Başqa  sözlə,  bu  problemlər  bir  yerdə  dayanıb  durmur,  daim  yeniləşir.  Ümumilikdə 

fəlsəfənin predmetinə aşağıdakı kimi tərif vermək olar. 

Fəlsəfə "dünya-insan" münasibətləri sisteminin ən ümumi tərəfləri, arlığın və 

idrakın ümumi prinsipləri və qanunauyğunluqları haqqında elmdir. 

,  Bu  münasibətlər  bir-birilə  sıx  əlaqəli,  lakin  nisbi  müstəqil  iki  yarımsis-  temə 



(dünya  və  insan)  aynlır.  Onların  hər  biri  öz  növbəsində  bir  sıra  tərəflərə  bölünür. 

Məsələn,  birincidə  dünya  binasının  quruluşu,  burada  fəaliyyət  göstərən  ən  ümumi 

qanunlar və onların təsadüflərlə münasibəti, ikincidə isə insan və cəmiyyət münasibətləri, 

cəmiyyət vasitəsilə insanın dünyaya münasibəti mühüm yer tutur. Dünya-insan sxeminə 

daxil  olan  bütün  tərəflər  arasında  qarşılıqlı  münasibətlər  aşağıdakı  dörd  səpkiyə 

malikdir:  ontoloji,  qnoseoloji,  aksioloji  və  mə-  nəvi-praktiki.  Birinci  səpki  dünya, 

materiya ilə insanın, onun şüurunun münasibətini izah edir. Digər səpkilər subyekt-obyekt 

(insan-dünya) münasibətlərinin müvafiq tərəflərini göstərir. 

Fəlsəfənin  predmeti  ayrı-ayrı  xüsusi  elmlərin  predmetindən  birinci  növbədə 

bununla fərqlənir ki, o insanın dünyaya və dünyanın insana münasibətində özünü göstərən 

ən ümumi tərəfləri öyrənir. Bu momentə lazımi diqqət yetirilmədikdə dolaşıqlıq baş verə 

bilər. Çünki ümumilikdə götürdikdə digər elmlərin predmeti də bu və ya digər dərəcədə 

dünya-insan və insan-dünya münasibətlərinə aiddir. 

Maddi  ilə  mənəvinin,  obyektiv  ilə  subyektivin,  materiya  ilə  şüurun  münasibəti 

məsələsi  fəlsəfədə  mərkəzi  yeri  tutur.  Onun  izahında  iki  istiqamət  (materializm  və 

idealizm) mövcuddur. Birinci baxışın tərəfdarlan (materialistlər) göstərirlər ki, obyektiv 

varlıq,  materiya  ilkindir.  Şüur,  ideya  ikincidir,  ondan  törəmədir.  Dünyanı  şüurdan, 



ruhdan çıxış edərək izah edən təlim isə idealizm adlanır. Bu cərəyanların hər biri öz 

növbəsində  müxtəlif  formalara  ayrılır.  Belə  ki,  materializmin  sadəlövh,  mexaniki, 

metafizik,  antropoloji,  dialektik  və  sair  növlərini  göstərmək  olar.  Eynilə  də  idealizm 

daxilən yekcins olmayıb obyektiv və subyektiv formalara bölünür. Müasir dövrdə isə onun 

rasionalizm və irrasio- 

16 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə