H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə9/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   5   6   7   8   9   10   11   12   ...   240

Fəlsəfənin  dünyagörüşü  funksiyaları  sırasında  birinci  yerdə  humanist  funksiya 

durur.  Bu  onunla  izah  edilir  ki,  insan,  onun  humanist  idealı  fəlsəfi  dün^  yagörüşünün 

mərkəzi məsələsidir. Həmin funksiya bunda təzahür edir ki, o, insan həyatının mənasını 

düzgün  izah  edir.  Cəmiyyətdə  azad  və  humanist  formaların  bərqərar  olmasına  çalışır. 

Bütün dövrlərdə mütərəqqi fəlsəfi fikirlər insanın öz fəaliyyətinin nəticələrindən, siyasi 

hakimiyyətdən  özgələşməsinə  qarşı  çıxır.  Bununla  yanaşı  fəlsəfə  insanın  mənəvi 

azadlığını  təbliğ  edir.  Müasir  şəraitdə  humanist  funksiyanın  əhəmiyyəti  daha  da  artır. 

Çünki hazırda baş verən əsaslı dəyişikliklər, fəaliyyətin bütün sahələrində özünü göstərən 

ssiyentizm (elmi- ləşmə) və texnisizm insanın şəxsiyyət göstəricilərinə güclü mənfi təsir 

edir. Nəticədə şəxsiyyətin mənəvi kasadlaşması baş verir. Belə şəraitdə texniki və sosial 

inkişafa insan ölçüləri baxımından yanaşmağın rolu və əhəmiyyəti durmadan artır. Bu 

zərurət  həm  də  indiki  şəraitdə  insanların  fəaliyyəti  və  dünyagöıdişünün  kəskin  surətdə 

siyasiləşməsi meyli ilə izah olunur. Həmin meyl də şəxsiyyətin humanizmi üçün müəyyən 

təhlükə  yaradır.  Beləliklə,  fəlsəfənin  daha  da  huma-  nistləşməsi,  onun  yeniləşməsi  və 

inkişafının əsasını təşkil edir. Cəmiyyətin yaşadığı indiki keçid dövıiində, ictimai həyatda 

özünü  göstərən,  qeyri-stabillik  hallan  və  çətinliklər,  köhnə  davranış  stereotiplərinin  və 

ideallarının əsaslı surətdə yeniləşməsi humanisrləşməni daha da zənıriləşdirir. 

Fəlsəfənin digər dünyagörüşü funksiyası sosiai aksinloji funksiya  adlanır. Onun 

mahiyyəti  aşağıdakından  ibarətdir.  Yuxanda  qeyd  edildiyi  kimi  fəlsəfə  insanlarda  ətraf 

aləmə düzgün qiymətverici münasibət aşılayır, onları əhatə edən hadisə və proseslərə əsas 

dəyərlər  (həqiqət,  xeyirxahlıq,  ədalət  və  gözəllik)  baxımından  yanaşır.  Beləliklə  də  o, 

şəxsiyyətin  dəyərlər  oriyentasiyasının  və ictimai idealının  formalaşmasına  müsbət təsir 

göstərir. 

Fəlsəfənin ek.splikasiya (üzə çıxarmaq, aşkar etmək deməkdir) funksiyası da çox 

mühümdür.  Bu  o  deməkdir  ki,  fəlsəfə  müəyyən  konkret  mədəniyyətin  və  bütövlükdə 

insanların ictimai həyatının əsasında duran ən ümumi anlayışları, ide- yalan, təsəvvürləri, 

təcriibə formalarını üzə çıxarır. Belə ümumi kateqoriyalara, universal anlayışlara misal 

olaraq varlıq, materiya, dəyişilmə, inkişaf, səbəb və nəticə, təsadüf və zərurəti və onlarca 

başqalarını göstərmək olar. Real gerçək- likdəki hadisə və proseslər arasındakı ən ümumi 

əlaqələri və münasibəti ifadə edən bu kateqoriyalarsız nə gündəlik həyatda, nə də elmdə 

və  praktiki  fəaliyyətin  heç  bir  sahəsində  keçinmək  mümkün  deyildir.  Onlar  təfəkkür 

prosesinin zəruri tərəfini təşkil edir. 

Eksplikasiya  funksiyası  ilə  yanaşı,  fəlsəfə  rasionallaşdıncı  funksiya  (fikrin 



məntiqi  formaya,  anlayışlar  formasına  çevrilməsi)  və  sistemləşdirici  funksiya  (insan 

təcrübəsinin  və  biliklərin  müxtəlif  formalarmın  nəzəri  şəkildə  qaydaya  düzülməsi, 

sahmana salınması) da yerinə yetirir. 

Ümumiləşmiş  ideya  və  təsəvvürlər  işləyib  hazırlamaq  vəzifəsi  dünyagörüşünün 

nəzəri-rasional forması kimi fəlsəfəyə lap əvvəldən xas olmuşdur. İlk dövrlərdə fəlsəfə 

ümumiləşdirmə üçün elmdən kənar və elmə qədər mövcud olan təcrübələrə, faktlara (o 

cümlədən  də  adi  gündəlik  həyatda  mövcud  olan  faktlara)  müraciət  etmişdir.  Məsələn, 

qədim yunan fəlsəfəsinin bütün mövcud- 

19 



luqlarm atomlardan təşkil olunması haqqında təlimi bu sahədəki konkret elmi kəşflərdən 

çox-çox  əvvəl  yaranmışdır.  Deməli,  bu  fəlsəfi  ümumiləşdirmə  elmə  deyil,  maddi 

cismlərin hissələrə bölünməsi haqqında gündəlik praktiki müşahidə və vərdişlərə, həndəsi 

parçanı hissələrə bölmək haqqında riyaziyyatın malik olduğu təcrübəyə əsaslanmışdır. Ən 

adi görünən, gündəlik həyatda addımbaşı rast gəlinən müşahidələrin fəlsəfi təfəkkür tərzi 

ilə  birləşməsi  nəticəsində  ətraf  dünyanın  bəzən  dərin  səciyyəvi  cəhətlərini  və 

qanunauyğunluqlarını  açmaq  (kəmiyyətin  keyfiyyətə  keçməsi,  müxtəlif  predmetlərə 

daxilən  ziddiyyətliliyin  xas  olması  və  s.)  mümkün  olmuşdur.  Gündəlik  təcrübə,  həyati 

praktika fəlsəfi ümumiləşdirmələr üçün bu gün də mühüm mənbə rolunu oynayır. Lakin 

tarixi inkişaf gedişində fəlsəfi ümumiləşdirmələr aparmaq üçün praktiki və elmi nəzəri 

biliklərin rolu durmadan artır. 

Deyilənlərlə yanaşı, fəlsəfə mədəniyyət sistemində mühüm tənqidi funksiya yerinə 

yetirir. Bu, onda ifadə olunur ki, mürəkkəb fəlsəfi problemlərin həlli, dünyaya baxışın 

təkmilləşməsi  bir  qayda  olaraq  müxtəlif  yanlışlıqların,  səhvlərin  və  qalıqların  tənqidi 

sayəsində  baş  verir.  Fəlsəfə  tarixində  F.Bekon  bu  flınk-  siyanın  rolunu  xüsusi  qeyd 

etmişdir.  O,  göstərirdi  ki,  müxtəlif  kabuslar  (cəhalət,  dini  fanatizm,  ehkamçı  idrak  və 

mühakimə ənənələri və s. maneələr) canlı, daim axtarışda olan intellektin düşmənidir. 

Bütün  tarixi  dövrlərdə  qabaqcıl  mütəfəkkirlər  köhnə  baxışlara,  ehkamlara, 

dünyagörüşü sxemlərinə şübhə ilə yanaşmışlar. Bununla yanaşı, onlar köhnə sistem və 

baxışlarda  mütərəqqi  olanı,  həqiqi  və  qiymətli  nə  varsa  hamısını  müdafiə  etmiş, 

əsaslandırmış və inkişaf etdirmişlər. Bu, onu sübut edir ki, mədəniyyət sistemində fəlsəfə 

tənqidi  süzgəc  rolunu  həyata  keçirir.  O,  müxtəlif  dünyagörüşlərində  yaranmış  olan 

müsbət tərəfləri toplayır və onu gələcək nəsillərə ötürür. 

Fəlsəfə insanların mədəni-tarixi təcrübəsinin bütün formalarının (praktiki, idraki 

və  qiymətverici)  birləşdiricisi  funksiyasını  da  yerinə  yetirir.  Bütün  digər  şüur 

formalarında (siyasi, hüquqi, əxlaqi, dini və s.) yaranan ideyalar fəlsəfə tərəfindən xüsusi 

nəzəri dil, dünyagörüşü əsasları şəklinə salınır. Filosoflar gündəlik təcrübəni, praktiki və 

elmi bilikləri nəzəri cəhətdən ümumiləşdirir, sintez edirlər. Fəlsəfi təfəkkürün praktiki, 

idraki və qiymətverici tərəflərin vəhdətini təmin etmək sahəsindəki rolu ictimai həyatda 

çox mühümdür. Belə ki, həmin üç tərəfin ahəngdarlığı və mütənasibliyi ictimai inkişafın 

zəruri şərtidir. Məsələn, deyək ki, bu və ya digər tarixi dövrdə yeridilən siyasət yalnız elm 

və  əxlaq  ilə  düzgün  əlaqələndirildikdə  tam  dolğun reallaşa  bilər. Xüsusilə  də  bugünkü 

şəraitdə  bəşəriyyətin  ümumi  mənafeyinə  uyğun  gələn  dünyagörüşü  oriyentasiyası 

mədəniyyətin bütün vəzifə və sərvətlərinin birləşdirilməsini  - elmi, humanist və əxlaqi 

tərəflərin əhatə olunmasını tələb edir. Bu işdə isə fəlsəfi təfəkkür müstəsna yer tutur. 

Fəlsəfə həm də mühüm mədəni-tərbiyəvi funksiya yerinə yetirir. Onu öyrənərkən 

insanın  təfəkkür  və  ümumi  mədəni)o^əti  yüksəlir.  Fəlsəfəni  bilən  adam  dünyada  və 

cəmiyyətdə  gedən  prosesləri  izah  edərkən  adi  şüur  səviyyəsinə  xas  olan  dayazlıq, 

dağınıqlıq və ziddiyyətlilikdən azad olur. 

Fəlsəfənin dünyagörüşü flırıksiyalarından biri də izahedici, informasiya- 

20 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə