Fəlsəfənin dünyagörüşü funksiyaları sırasında birinci yerdə
humanist funksiya
durur. Bu onunla izah edilir ki, insan, onun humanist idealı fəlsəfi dün^ yagörüşünün
mərkəzi məsələsidir. Həmin funksiya bunda təzahür edir ki, o, insan həyatının mənasını
düzgün izah edir. Cəmiyyətdə azad və humanist formaların bərqərar olmasına çalışır.
Bütün dövrlərdə mütərəqqi fəlsəfi fikirlər insanın öz fəaliyyətinin nəticələrindən, siyasi
hakimiyyətdən özgələşməsinə qarşı çıxır. Bununla yanaşı fəlsəfə insanın mənəvi
azadlığını təbliğ edir. Müasir şəraitdə humanist funksiyanın əhəmiyyəti daha da artır.
Çünki hazırda baş verən əsaslı dəyişikliklər, fəaliyyətin bütün sahələrində özünü göstərən
ssiyentizm (elmi- ləşmə) və texnisizm insanın şəxsiyyət göstəricilərinə güclü mənfi təsir
edir. Nəticədə şəxsiyyətin mənəvi kasadlaşması baş verir. Belə şəraitdə texniki və sosial
inkişafa insan ölçüləri baxımından yanaşmağın rolu və əhəmiyyəti durmadan artır. Bu
zərurət həm də indiki şəraitdə insanların fəaliyyəti və dünyagöıdişünün kəskin surətdə
siyasiləşməsi meyli ilə izah olunur. Həmin meyl də şəxsiyyətin humanizmi üçün müəyyən
təhlükə yaradır. Beləliklə, fəlsəfənin daha da huma- nistləşməsi, onun yeniləşməsi və
inkişafının əsasını təşkil edir. Cəmiyyətin yaşadığı indiki keçid dövıiində, ictimai həyatda
özünü göstərən, qeyri-stabillik hallan və çətinliklər, köhnə davranış stereotiplərinin və
ideallarının əsaslı surətdə yeniləşməsi humanisrləşməni daha da zənıriləşdirir.
Fəlsəfənin digər dünyagörüşü funksiyası sosiai aksinloji funksiya adlanır. Onun
mahiyyəti aşağıdakından ibarətdir. Yuxanda qeyd edildiyi kimi fəlsəfə insanlarda ətraf
aləmə düzgün qiymətverici münasibət aşılayır, onları əhatə edən hadisə və proseslərə əsas
dəyərlər (həqiqət, xeyirxahlıq, ədalət və gözəllik) baxımından yanaşır. Beləliklə də o,
şəxsiyyətin dəyərlər oriyentasiyasının və ictimai idealının formalaşmasına müsbət təsir
göstərir.
Fəlsəfənin ek.splikasiya (üzə çıxarmaq, aşkar etmək deməkdir) funksiyası da çox
mühümdür. Bu o deməkdir ki, fəlsəfə müəyyən konkret mədəniyyətin və bütövlükdə
insanların ictimai həyatının əsasında duran ən ümumi anlayışları, ide- yalan, təsəvvürləri,
təcriibə formalarını üzə çıxarır. Belə ümumi kateqoriyalara, universal anlayışlara misal
olaraq varlıq, materiya, dəyişilmə, inkişaf, səbəb və nəticə, təsadüf və zərurəti və onlarca
başqalarını göstərmək olar. Real gerçək- likdəki hadisə və proseslər arasındakı ən ümumi
əlaqələri və münasibəti ifadə edən bu kateqoriyalarsız nə gündəlik həyatda, nə də elmdə
və praktiki fəaliyyətin heç bir sahəsində keçinmək mümkün deyildir. Onlar təfəkkür
prosesinin zəruri tərəfini təşkil edir.
,
Eksplikasiya funksiyası ilə yanaşı, fəlsəfə rasionallaşdıncı funksiya (fikrin
məntiqi formaya, anlayışlar formasına çevrilməsi) və
sistemləşdirici funksiya (insan
təcrübəsinin və biliklərin müxtəlif formalarmın nəzəri şəkildə qaydaya düzülməsi,
sahmana salınması) da yerinə yetirir.
Ümumiləşmiş ideya və təsəvvürlər işləyib hazırlamaq vəzifəsi dünyagörüşünün
nəzəri-rasional forması kimi fəlsəfəyə lap əvvəldən xas olmuşdur. İlk dövrlərdə fəlsəfə
ümumiləşdirmə üçün elmdən kənar və elmə qədər mövcud olan təcrübələrə, faktlara (o
cümlədən də adi gündəlik həyatda mövcud olan faktlara) müraciət etmişdir. Məsələn,
qədim yunan fəlsəfəsinin bütün mövcud-
19
luqlarm atomlardan təşkil olunması haqqında təlimi bu sahədəki konkret elmi kəşflərdən
çox-çox əvvəl yaranmışdır. Deməli, bu fəlsəfi ümumiləşdirmə elmə deyil, maddi
cismlərin hissələrə bölünməsi haqqında gündəlik praktiki müşahidə və vərdişlərə, həndəsi
parçanı hissələrə bölmək haqqında riyaziyyatın malik olduğu təcrübəyə əsaslanmışdır. Ən
adi görünən, gündəlik həyatda addımbaşı rast gəlinən müşahidələrin fəlsəfi təfəkkür tərzi
ilə birləşməsi nəticəsində ətraf dünyanın bəzən dərin səciyyəvi cəhətlərini və
qanunauyğunluqlarını açmaq (kəmiyyətin keyfiyyətə keçməsi, müxtəlif predmetlərə
daxilən ziddiyyətliliyin xas olması və s.) mümkün olmuşdur. Gündəlik təcrübə, həyati
praktika fəlsəfi ümumiləşdirmələr üçün bu gün də mühüm mənbə rolunu oynayır. Lakin
tarixi inkişaf gedişində fəlsəfi ümumiləşdirmələr aparmaq üçün praktiki və elmi nəzəri
biliklərin rolu durmadan artır.
Deyilənlərlə yanaşı, fəlsəfə mədəniyyət sistemində mühüm tənqidi funksiya yerinə
yetirir. Bu, onda ifadə olunur ki, mürəkkəb fəlsəfi problemlərin həlli, dünyaya baxışın
təkmilləşməsi bir qayda olaraq müxtəlif yanlışlıqların, səhvlərin və qalıqların tənqidi
sayəsində baş verir. Fəlsəfə tarixində F.Bekon bu flınk- siyanın rolunu xüsusi qeyd
etmişdir. O, göstərirdi ki, müxtəlif kabuslar (cəhalət, dini fanatizm, ehkamçı idrak və
mühakimə ənənələri və s. maneələr) canlı, daim axtarışda olan intellektin düşmənidir.
Bütün tarixi dövrlərdə qabaqcıl mütəfəkkirlər köhnə baxışlara, ehkamlara,
dünyagörüşü sxemlərinə şübhə ilə yanaşmışlar. Bununla yanaşı, onlar köhnə sistem və
baxışlarda mütərəqqi olanı, həqiqi və qiymətli nə varsa hamısını müdafiə etmiş,
əsaslandırmış və inkişaf etdirmişlər. Bu, onu sübut edir ki, mədəniyyət sistemində fəlsəfə
tənqidi süzgəc rolunu həyata keçirir. O, müxtəlif dünyagörüşlərində yaranmış olan
müsbət tərəfləri toplayır və onu gələcək nəsillərə ötürür.
Fəlsəfə insanların mədəni-tarixi təcrübəsinin bütün formalarının (praktiki, idraki
və qiymətverici) birləşdiricisi funksiyasını da yerinə yetirir. Bütün digər şüur
formalarında (siyasi, hüquqi, əxlaqi, dini və s.) yaranan ideyalar fəlsəfə tərəfindən xüsusi
nəzəri dil, dünyagörüşü əsasları şəklinə salınır. Filosoflar gündəlik təcrübəni, praktiki və
elmi bilikləri nəzəri cəhətdən ümumiləşdirir, sintez edirlər. Fəlsəfi təfəkkürün praktiki,
idraki və qiymətverici tərəflərin vəhdətini təmin etmək sahəsindəki rolu ictimai həyatda
çox mühümdür. Belə ki, həmin üç tərəfin ahəngdarlığı və mütənasibliyi ictimai inkişafın
zəruri şərtidir. Məsələn, deyək ki, bu və ya digər tarixi dövrdə yeridilən siyasət yalnız elm
və əxlaq ilə düzgün əlaqələndirildikdə tam dolğun reallaşa bilər. Xüsusilə də bugünkü
şəraitdə bəşəriyyətin ümumi mənafeyinə uyğun gələn dünyagörüşü oriyentasiyası
mədəniyyətin bütün vəzifə və sərvətlərinin birləşdirilməsini - elmi, humanist və əxlaqi
tərəflərin əhatə olunmasını tələb edir. Bu işdə isə fəlsəfi təfəkkür müstəsna yer tutur.
Fəlsəfə həm də mühüm mədəni-tərbiyəvi funksiya yerinə yetirir. Onu öyrənərkən
insanın təfəkkür və ümumi mədəni)o^əti yüksəlir. Fəlsəfəni bilən adam dünyada və
cəmiyyətdə gedən prosesləri izah edərkən adi şüur səviyyəsinə xas olan dayazlıq,
dağınıqlıq və ziddiyyətlilikdən azad olur.
Fəlsəfənin dünyagörüşü flırıksiyalarından biri də izahedici, informasiya-
20