H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə1/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
  1   2   3   4   5   6   7   8   9   ...   66


H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV, 
V. R. MOHUMAYEV 
 
 
 
 
YAĞLI  VƏ  
EFİR  YAĞLI  
BİTKİLƏR 
 


 
H. S. HÜMBƏTOV,  V. V. BƏŞİROV 
V. R. MOHUMAYEV   
 
 
 
 
 
UOT  633.85:633.81 
 
 
 
 
 
 
 
YAĞLI  VƏ  EFİR  YAĞLI  
BİTKİLƏR 
 
 
 
 
Vəsait Azərbaycan Dövlət Aqrar Universitetinin  Elmi Şurasın-
da (09 Mart 2016-c
ı il, EŞ-05/4.6 saylı qərar) müzakirə edilmiş 
və 14. IV 2016-cı il 209 saylı əmrlə nəşr hüququ (qrif) veril-
mişdir. 
 
 
 
 
 
BAKI   2016 
 
Bu dünyadan nakam köçmüş 
 
həmkarımız Amil  Novruzovun 
xatirəsinə ehtiramla! 
 



 
Elmi  redaktor: 
Kənd təsərrüfatı elmləri doktoru,  AMEA-nın müxbir üzvü,   
                           professor  
İ. H. Cəfərov 
 
 
Rəy verənlər: 
 
GDPU-
nin Botanika kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru, 
əməkdar elm xadimi, professor  V. S. Novruzov  
Bitki mühafiz
əsi  və Texniki bitkilər Elmi - Tədqiqat İnstitutunun direktor 
müavini,  aqrar elml
ər üzrə elmlər doktoru,  professor  H. Ə. Aslanov 
Az
ərbaycan Elmi -Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdindəki Arıçılıq 
M
ərkəzinin rəisi, aqrar elmlər üzrə elmlər doktoru,  professor  A. K. Seyidov 
ADAU-
nun Bağçılıq kafedrasının dosenti, a. e. f. d.  M. M. Məmmədova  
 
 
 
H. S. Hümbətov
V. V. 
Bəşirov,V. R. Mohumayev.  
Yağlı və efir yağlı 
bitkilər,  Bakı: “Elm və təhsil” nəşriyyat poliqrafiya MMC,  2016, 248  s. 
şəkilli
 
 
D
ərs vəsaitində  dünya  miqyasında  geniş  yayılmış  əkilib-becərilən 
y
ağlı və efir yağlı bitkilərin əhəmiyyəti, mənşəyi, yayılma tarixi, botaniki 
t
əsviri, sistematikası,  istifadəsi  və  becərilmə  texnologiyaları  geniş  şərh 
edilmişdir.  
Ayrılıqda hər bir yağlı və efir yağlı bitkinin müasir tələblərlə becəril-
m
əsi, məhsulun  yığım  texnologiyasının  dünya  standartlarına  uyğun  olan 
formaları  göstərilmişdir.  Başqa  dərs  vəsaitlərindən fərqli olaraq, burada 
respublika
mızda becərilən və becərilməsi mümkün olan  yağlı və efir yağlı 
bitkil
ərin becərilmə texnologiyası, yığılması və istehsalı barədə geniş bəhs 
edilir.  
D
ərs vəsaiti əsasən ali və orta ixtisas məktəblərinin tələbələri və ma-
gistrantları üçün nəzərdə tutulmuşdur. Lakin, ondan aqronomlar, fermerlər 
el
əcə də yağlı və efir yağlı bitkilərlə maraqlanan hər bir oxucu faydalana 
bil
ər. 
                    
             
 
© 
Hümb
ətov, Bəşirov, Mohumayev  2016
  
 
     ISBN  978-9952-8176-9-1
 



 
ÖN  SÖZ 
 
Yağlı və efiryağlı bitkilərin
 çox 
böyük ərzaq və texniki əhəmiyyəti 
vardır.  Onlardan  alınan  bitki  yağlarından  ərzaq  kimi  yeyinti  səna-
yesində, çörək bişirmədə, müxtəlif konservlərin, qənnadı məmulatla-
r
ının, marqarinlərin və əlif yağlarının hazırlanmasında, efir yağların-
dan isə tib sahəsində ətriyyat və kosmetika sənayesində və s. geniş 
isti
fadə  edilir.  Eyni  zamanda  müşəmbə  (linoleum)  və  stearin  turşu-
larının  alınmasında,  lak-boyaq,  toxuculuq, sabunbişirmə,  gön-dəri 
aşılama və s. sənaye sahələrində bu yağlardan istifadə olunur. Yağlı 
bit
kilər həm də bitki zülalı mənbəyidirlər. Yağlı bitkilərin toxumla-
rından yağ emal edən zaman alınan jmıx və cecədə 35-40%-ə qədər 
zülal qalır ki, bu da heyvandarlıq üçün zülal və yağla zəngin konsen-
trat
lı  yemdir. 
Yağlı  və  efiryağlı  bitkilərin
 
bir  çoxu  yaxşı  bal  verən 
bitkilərdir. Müxtəlif yağlı bitkilərin meyvələrindəki və toxumlarında-
kı  zülalların  tərkibində  onları  tam  dəyərli  edən  çoxlu  əvəzedilməz 
amin 
turşuları (lizin, triptofan, sistein, arginin və s.) vardır. 
Yağlı bitkilərə günəbaxan, soya, küncüt, yerfındığı (araxis), saf-
lor, gənəgərçək, xaş-xaş, ağ xardal, göy xardal, qışlıq və yazlıq raps, 
yağçiçəyi, lallemantiya, perilla (sudza), yağlı lalə, turpəng,  kətan və 
s. bitki növləri daxildir. 
Dünya miqyasında ərzaq yağı məqsədi üçün istehsal olunan bitki 
yağları içərisində birinci yeri soya, ikinci yeri günəbaxan, sonra isə 
ara
xis, pambıq, raps, zeytun, küncüt, qarğıdalı və saflor yağları tutur. 
Texniki yağlar içərisində isə birinci yeri kətan, ikinci yeri isə gənə-
gərçək yağı tutur. 
Dünya əkinçilik sistemində yağlı bitkilərin əkin sahəsi əhəmiy-
yətli dərəcədədir. Onların əkin sahəsi yer kürəsində 140 milyon hek-
tar
dan  çoxdur.  Yağlı  bitkilərin  əkin  sahələri  əsasən    ABŞ,  Kanada, 
Hindistan, Braziliya,  Argentina, Çin, Pakistan,  Rusiya, Moldova və 
Ukraynanın payına düşür. 
Yağlı bitkilər müxtəlif fəsilələrin (Astra, Kələmkimilər, Paxlalı-
lar, Dalamaz
,
 
Südləyənlər və s.) ayrı-ayrı botaniki cinslərini və növ-
lərini  təmsil edirlər.  Bitki  mənşəli  yağlar  gliserin  və  müxtəlif  yağ 
turşularının nisbətindən ibarət, üç atomlu spirtlərin mürəkkəb efirlə-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə