H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

40 
 
arat edilir. 
Səpinqabağı  tədbirlər.  Araxis  səpiləcək  torpaqlar  10  sm-ə 
q
ədər  dərinlikdə  becərilir.  Bitki  əkiləcək  sahəyə  hektara  10-15 ton 
peyin, 2-
3 sentner superfosfat və 1 sentner kalium gübrələri verilir ki, 
bu  da  məhsuldarlığı  2,3  ton/ha-ya  qədər  yüksəldir.  Araxis  gübrə 
veril
mədən becərildikdə hektardan 1,2-1,3 ton paxla əldə olunur.   
Səpin  üçün  iri  və  ağır  toxumlar  götürülür.  Səpindən  qabaq  to-
xum
lar mikroelement və rizotorfinlə işlənilir. Araxis paxlaları səpil-
dikdə onlara göbələk mitselləri əlavə edildikdə simbioz böyümə baş 
verir.  Göbələk  mitselləri  paxlaların  böyüməsinə  kömək  edir.  Ona 
görə də toxumların rizotorfinlə işlənilməsi vacibdir. 
Səpin  müddəti,  üsulu  və  norması.  Səpin  torpaqda  temperatur 
+13-15 
0
C olduqda aparılır. Araxisi qarğıdalı və pambıq bitkiləri ilə 
eyni müddətdə səpmək mümkündür. Araxisi qarğıdalı yaxud pambıq 
səpən aqreqatlarla da səpmək olar. Səpin gen cərgəli üsulla aparılır. 
Səpin  sxemi  40-50-60-70 x 10-15 sm-dir. Hektarda optimal bitki 
sıxlığı 100-120 mindir.  
Toxumun səpin norması 30-80 kq/ha-dır. Tezyetişən sortlar (İs-
pan və Valensiya tipli) hektara 160-180 min ədəd norması ilə, gecye-
tişən (Virciniya tipli) sortlar isə hektara 110 min toxum olmaqla səpi-
lir. Toxumlar 5-
8  sm  dərinlikdə,  nəm  torpaqlarda  isə  3  sm-ə  qədər 
dərinlikdə  basdırılır.  Nəm  torpaqlara  həmişə  təmizlənmiş  toxumlar 
səpilir.  
Əkinlərə qulluq. Əkinə qulluq işləri alaqların vurulması və cər-
gə aralarının yumşaldılmasından ibarətdir. Torpağı alaqlardan təmiz 
və yumşaq saxlamaq lazımdır. 
Suvarma şəraitində yerfındığı vegetasiya müddətində hər 10-15 
gündən bir suvarılmalıdır. Vegetasiya ərzində 6-8 dəfə suvarma apa-
rılır. Bir qayda olaraq 2-3  yarpaq, qönçələmə-çiçəkləmə  fazalarının 
başlanğıcında və meyvə əmələ gəlməyə başladıqdan sonra payıza qə-
dər ayda 2 dəfə suvarılır. Suvarmadan sonra torpaq yumşaldılmalıdır. 
Cərgə araları pambıq və ya qarğıdalı becərən kultivatorlarla becəril-
məlidir. 1-ci becərmə 10-12 sm, 2- ci 8-10 sm, 3-cü 6-8 sm dərinlik-
də  aparılır.  Yerfındığı  yetişdirməkdə  mühüm  qulluq  işlərindən  biri 
ko
lun üstünə torpaq tökülməsidir. Bunun üçün cərgələr kultivatorla 


41 
 
yumşaldılır,  bitkiləri  əl  ilə  cərgə  aralarına  doğru  aralayır  və  kolun 
ortasına doğru 3-5 sm qaınlığında yumşaq və mütləq rütubətli torpaq 
tökülür. Dibdoldurma o qədər də əhəmiyyət vermir. Torpaq tökülmə-
si məhsulu artırır və sağlam paxlalar alınır.  
Məhsulun yığılması. Payızda temperatur 12 
0
C- 
dən aşağı düş-
dük
də  məhsul  yığımına  başlanılır.  Yığımın  vaxtı,  paxlaların  yaxşı 
dol
ması, nüvələrin bərkliyi, paxlanın səthində gözə çarpan torun ol-
ması və paxlanın sarı rəng alması ilə təyin olunur. Məhsul tez yetişən 
sortlar əkildikdə 3-4 aydan, gec yetişən sortlar əkildikdə isə 5-6 ay-
dan sonra əllə və ya xüsusi kombaynlarla (AP-70 markalı yerfındığı 
yığan maşınla) yığılır. 1-2 və 4 cərgəli araxis qazan qurğular da möv-
cuddur.  
Yığılmış  paxla  40 
0
C-
də  5-7  sm  qatda  sərilib  qurudulmalıdır. 
Qurut
ma  bir  neçə  həftə  davam  edir.  Qurudulduqdan  sonra  paxlalar 
əllə  və  ya  sadə  qurğularla  ayrılır.  Tam  qurumamış  paxlaların  quru-
dul
ması davam etdirilir. Paxladan və torpaqdan təmizlənmiş toxum-
larda nəmlik 8%-dən çox olmamalıdır.  
Yerüstü  hissə  (bəlim)  tayaya  vurularaq  yem  kimi  istifadə  edil-
məlidir.  
1. 4. KÜNCÜT 
 
Xalq təsərrüfatı əhəmiyyəti. Küncüt bitkisi tərkibindəki yağın 
miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 
16,2-
18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağ-
ları  içərisində  ən  keyfiyyətli  yağlar  sırasına  daxil  olub,  öz  qidalılıq 
dəyərinə görə zeytun yağına bərabərdir. Sarı rəngli, iysizdir. Ondan 
konserv və şirniyyat məmulatlarının hazırlanmasında, tibdə, kopirov-
ka kağızı və sabun istehsalında istifadə olunur.  
Toxumlarından konfet, şərq şirniyyatları və qabığı təmizlənmiş-
lərdən  halva  hazırlanır.  Soyuq  üsulla  yağ  alındıqdan  sonra  jmıxın 
tərkibində 8% yağ və 40% zülal olur ki, bu da qənnadı sənayesində 
istifadəyə  yararlıdır.  İsti  üsulla  alınan  jmıx  heyvandarlıqda  konsen-
tran
tlı yemdir. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir. Onun 
vegetativ orqanlarından, çiçəklərindən alınan xüsusi maddədən ətriy-
yat sənayesində istifadə edilir. 


42 
 
Yunan alimi (tarixçi) Ksenof
ont deyirdi ki, döyüşçülər özlərini 
qorumaq üçün bədənlərinə küncut yağı sürtürdülər. 
Mənşəyi.  Küncüt  qədim  bitkidir.  Əsas  küncüt  becərən  ölkələr 
Hindistan,  Çin,  Birma,  Pakistan,  Koreya,  Yaponiya,  Əfqanıstan, 
Mek
sika  və  Amerikadır.  Küncüt  cinsinin  inkişaf  mərkəzi  tropik  və 
subtropik  Afrika  hesab  edilir.  Ən  çox  yayılmış  növlər    Qvineya  və 
Hindistanda rast gəlinir. Hindistanın ən qədim əlyazmalarında küncüt 
becərilməsinə  dair  qeydlərə  rast  gəlinir.  Küncüt  və  ya  sezam  çox 
qədim yağlı bitkidir. Bu növ yabanı halda mövcud deyildir. Arxeo-
loqlar  Misir piramidalarında və  Hindistanın qədimi şərq kəndlərində 
qazıntılar zamanı küncüt toxumlarına rast gəlirdilər. Ən geniş yayıl-
mış hipotezlərdən biri budur ki, Hindistana küncüt cənubi Afrikadan 
dəniz yolu ilə gətirilmişdir. O vaxt ki, dəniz səyyahları küncütü qida 
kimi  istifadə  edirlərmiş.  Hazırda  Hindistanda  küncüt  yağlı  bitkilər 
içərisində araxis  və rapsdan sonra üçüncü yeri tutur. Küncüt Hindis-
tandan Çinə, Yaponiyaya, Amerikaya və Avropaya yayılmışdır. Kün-
cüt 
Rusiyaya  XVIII  əsrin  axırlarında  gəlib  çıxmışdır.  1777-ci  ildə 
Astraxan quberniyasında onun ilk səpinləri aparılmışdır. Bu toxumlar 
Buxaradan gətirilmişdir. Orta Asiya respublikalarında da küncüt çox 
qədimdən becərilir ki, bu da Pakistan və Hindistanla bağlıdır. 
Yayılması.  Dünyada küncüt bitkisinin əkin sahəsi 6 mil. hektara 
yaxındır. Ən çox əkinləri Hindistanda (2 mil ha-dan artıq) Myanma-
da,  Sudanda, Çində, Meksikada, Kolumbiyada, Venesuelada, Niger-
də və Efiopiyadadır. 
Küncüt yer kürəsinin tropik, subtropik və möhtədil iqlimli ölkə-
lərin  cənub  hissələrində  becərilir.  Hindistanda  dəniz  səviyyəsindən  
1200  m  yüksəklikdə,  il  ərzində  500  mm-dən  artıq  yağıntı  düşən 
yerlərində  becərilir.  Tez-tez  küncütü  başqa  bitkilərdə  qarışıq  da 
səpilir. Qərbi Afrika ölkələrində onu çox nəmlik olan yerlərdə becə-
rirlər. Kubada (qərb hissəsində) küncütü tütün plantasiyalarında əkib 
becərirlər.  Küncüt  əkinləri  Özbəkistan,  Türkmənistan  və  Tacikis-
tanda da çoxdur.  
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Küncüt (Sesamum in-
dicum L.) 
küncütkimilər (Pedaliaceae) fəsiləsinə daxildir. Sesamum 
cin
sinin 19 növü vardır. Küncütün gövdəsi 80-110 sm hündürlüyün-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə