H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   2   3   4   5   6   7   8   9   ...   66


 
ridir
lər.Yağların tərkibində 75-79% karbohidrogenlər, 11-13% hidro-
gen və 10-12% oksigen vardır. Sulu karbonlar və zülallarla müqayi-
sədə yağlar daha az oksidləşən birləşmədirlər, həm də onlar zülal və 
sulu karbonlara nisbətən iki dəfə kalorilidirlər.  
Yağların  xassələri  müxtəlif  bitkilərin  tərkibində  olan  doymuş 
(pal
mitin,  stearin  və  s.) və  doymamış  (olein,  linolin,  linolein  və  s.) 
yağ turşularının miqdarından asılıdır. 
Efir 
yağlı  bitkilərin  də  toxumlarında,  çiçəklərində,  yarpaqların-
da, budaqla
rı və digər orqanlarında uçucu aromatik maddələr saxla-
yan - 
tərkibi müxtəlif üzvi birləşmələr: sulu karbonlar, spirtlər, fenol-
la
r, efirlər, aldehidlər, ketonlar və üzvi turşular olan efir yağı  vardır. 
Efir yağlarının əksəriyyətinə bitkilərdə sərbəst halda rast gəlinir. 
Onların  miqdarı  müxtəlif  bitki  növlərində  çox  böyük  intervalda, 
0,001%-
dən 22%-ə qədərdir. Elə bitki növü ola bilər ki, efir yağının 
miqdarı  və  tərkibi  əhəmiyyətsiz  olsun.  Bu  başlıca  olaraq  becərilən 
böl
gədən,  bitkinin  yaşında,  inkişaf  fazasından  və  digər  şərtlərdən 
asılı ola bilər. Müəyyən edilmişdir ki, soyuq və rütubətli şəraitə nis-
bətən quru və isti hava şəraitində bitkilərdə efir yağı daha çox top-
lanır.  Bitkidə  efir  yağının  miqdarı  daha  çox  çiçəkləmə  və  yetişmə 
döv
ründə olur. 
Efir  yağı  istehsal  etmək  üçün  becərilən  bir  qrup  bitkilərə  efir 
yağlı  bitkilər  deyilir.  Bunların  tərkibində  müxtəlif  kimyəvi  tərkibə 
ma
lik uçucu ətirli (aromatik) maddələr vardır. Bitkinin toxumlarında, 
çiçəklərində, yarpaqlarında, budaqlarında və digər orqanlarında olan 
bu yağların miqdarı becərilmə texnologiyası və torpaq-iqlim şəraitin-
dən  asılı  olaraq  dəyişilir.  Efiryağlı  bitkilərə  keşniş,  nanə,  cirə,  zirə, 
rey
han, mixək, mərsin və s. bitkilər aiddir. 
Efir yağları yeyinti, tibb və ətriyyat-kosmetika sənayesində geniş 
istifa
də olunur. Meyvə və toxumlarının emalından sonra alınan tul-
lan
tıları heyvandarlıq və quşçuluq sahəsində yem kimi istifadə edilir.  
 
Q. Y. Məmmədov 
 
 



 
I FƏSİL. YAĞLI  BİTKİLƏR 
Meyvə və toxumlarının tərkibində yağ (bitki yağı) olan bitkilər 
yağlı bitkilər qrupuna aid edilir. Bitki toxumlarından yağların çıxarıl-
ması qədim zamanlardan məlumdur. Yağlı bitkilərin növ tərkibi ol-
duq
ca genişdir. 
Bitki yağları təsərrüfatın müxtəlif yerlərində istifadə edilir. Hər 
şeydən  əvvəl  bitki  yağları  insanların  normal  qidalanması  üçün  və 
marqarin sənayesində xammal (günəbaxan və raps yağları) kimi əhə-
miy
yət kəsb edirlər. 
Bit
ki yağları konserv, çörəkbişirmə və qənnadı sənayesində, elə-
cə  də  texniki  məqsədlər  üçün  əlif,  boya  (lak),  yağlı  boya,  sabunbi-
şirmə  və  ətriyyat  sənayesində,  tibdə  (ritsin  yağları)  və  başqa  sahə-
lərdə geniş istifadə olunur. Yağlı bitkilərin yağları çıxarılmış meyvə 
və toxumları da heyvandarlıqda qiymətli yem (jmıx, şrot) kimi isti-
fadə edilir. Gövdə və yarpaqları da heyvanların yemləndirilməsində 
istifadə edilir. 
Dünyada hər il 60 milyon tona yaxın bitki yağları istehsal edilir. 
Onlardan təxminən 48  milyon tona qədəri insanların qidasında isti-
fadə  olunur.  Bitki  yağları  içərisində  soya,  palma  və  günəbaxan 
yağları üstünlük təşkil edir. Sonrakı yerləri raps, pambıq, araxis, ko-
kos və zeytun yağları tutur. Bitki yağları dünyanın bir çox ölkələrinin 
ixrac v
ə idxalında (import və eksportunda) əsas predmet hesab edilir. 
Bitki mənşəli yağlar üçatomlu spirtlərin mürəkkəb efirləri olub, 
gliserinlə müxtəlif yağ turşularının birləşmələri hesab olunurlar. Belə 
yağlar  ehtiyat  qida  maddələrinin  daha  energetik  formaları  hesab 
olunur.  Bir  qram  bitki  yağının  orqanizimdə  yanmasından  9500  kal. 
(39,8  kCol.),  bir  qram  zülalın  yanmasından  4400  kal  (18,4-23,0 
kCol.), bir qram karbohidratların yanmasından isə 3900-4200 kalori 
(16,7-
17,6  kCol.)  enerji  alınır.  Bitki  yağlarının  tərkibi  doymamış 
(olein, linol, linolen) və doymuş (palmitin, sfearin, araxin) yağ turşu-
larından  ibarətdir.  Doymamış  yağ  turşularının  oksidləşməsi  (turşu-
ma
sı)  nəticəsində  yağ  sərt  (möhkəm)  qaysaq  (plyonka)  -  linoksin 
əmələ gətirir.  



 
Yer kürəsinin müxtəlif enliklərində bitən bitkilərdə fərqli keyfiy-
yətdə yağlar əmələ gəlir. Yağın əsas keyfiyyət göstəricilərindən biri 
onun quruma  qabiliyy
ətidir.  Yağın  quruma  qabiliyyəti onun əsas 
keyfiyy
ət göstəriçisi hesab edilir. Bitki yağlarının quruma qabiliyyəti 
yod 
ədədi ilə  təyin edilir. Yod  ədədi  -  100  qram  yağın  özünə  neçə 
qram yod birl
əşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa 
yağın quruma qabiliyyəti bir o qədər çox olar.  
Quruma qabiliyyətinə görə bitki yağları 3 qrupa bölünür.  
1)
 
Quruyan yağlar – (yod ədədi 130-dan artıq). Kətan, yağçiçəyi, 
perilla, lallemantiya – 
əsasən texniki məqsədlər üçün istifadə olunur.  
2)
 
Yarımquruyan yağlar – (yod ədədi 85-dən 130-a qədər). 
Günəbaxan, soya, saflor, raps və s. qida məqsədi üçün istifadə 
olunur.  
3)
 
Qurumayan yağlar - (yod ədədi 85-dən aşağı). Yerfındığı, 
gənəgərçək və s. tibb sahəsində və texniki məqsədlər üçün istifadə 
olunur.  
Bitki yağlarının əsas keyfiyyət göstəricilərindən  biri də sabunbi-
şirmə  sənayesində  əsas  götürülən  və  yağın  tərkibindəki  sərbəst  yağ 
turşularını və sabunlaşma ədədini göstərən turşuluq ədədi hesab edi-
lir. 
Yağın sabunlaşma qabiliyyəti sabunlaşma ədədi ilə təyin edilir. 
Yəni 1 qram yağın sabunlaşması zamanı əmələ gələn turşuların ney-
tral
laşmaşına  sərf  edilən  kalium  əsasının  (KOH)  mq-la  miqdarını 
gös
tərir. 
İsti iqlim şəraitində bitki  yağlarının tərkibində doymuş turşular 
üstün, yod ədədi isə aşağı olur. Mülayim iqlim şəraitində isə əksinə 
doymamış yağ turşularının miqdarı və yod ədədi yüksəlir. 
 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə