H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   2   3   4   5   6   7   8   9   ...   66


 
1.1. 
GÜNƏBAXAN 
 
Xalq t
əsərrüfatı əhəmiyyəti. Günəbaxan MDB ölkələrinin əsas 
yağlı bitkisidir və yağlı bitkilər əkinlərinin 75 %-ni tutur. Toxumla-
rının tərkibində 47-50% yağ vardır. Günəbaxanın müasir sortlarının 
toxumlarının  tərkibində  isə  50-54%  açıq-sarı,  yarımquruyan,  yaxşı 
taml
ı ərzaq yağı vardır. Günəbaxan yağı çox yayılmış bitki yağların-
dandır və ondan marqarin istehsalında geniş istifadə olunur. Bundan 
başqa,  konserv  sənayesində,  əlif  hazırlığında,  sabun  bişirilməsində, 
amin  turşusu  və  stearin istehsalında  da  geniş  tətbiq edilir.  Eyni za-
manda lak-boyaq, gön-d
əri aşılama, ətriyyat, toxuculuq və s. sənaye 
sah
ələrində istifadə olunur.Günəbaxan toxumlarının qabığından xam-
mal kimi s
ənayedə  heksoz və  pentoz  şəkərlərinin  alınmasında  isti-
fad
ə  olunur.  Heksoz  şəkərlərindən spirt,  pentoz  şəkərindən furfurol 
alınır ki, bundan da süni lif, plastmas, qırılmayan şüşələr və s. alınır. 
Eyni zamanda s
ənayedə müşəmbə (linoleum),  su keçirməyən parça-
lar v
ə s. alınır. Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. To-
xum
ların  yağı  emal edilərkən  qalan  jmıx  və  cecədə  35-40 % zülal 
olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem va-
hidin
ə yaxud 3,6 kq proteinə bərabərdir. 
 
İnsan  orqanizmi  üçün  bitki  yağları  heyvan  piylərindən və  kərə 
yağlarından üstündür. Amerika Birləşmiş Ştatlarının alimləri hesab-
la
mışlar ki, 1 ton bitki yağı hasil etmək üçün 1 hektar torpağın olması 
kifay
ətdir. Bir ton kərə yağı hazırlamaq  üçün isə 3,5 hektar torpaq 
sah
əsi  lazımdır  ki,  orada  ildə  3,7 %-yağlılığa  malik,  5200  litr  süd 
ver
ə bilən 5,2 baş inək saxlanılsın. Bu işlərə isə 1983-cü ilin qiymət-
l
əri ilə  23 min dollar vəsait və  300 adam gün tələb olunur. Bizim 
şəraitdə isə ildə 3000 kq süd verən (yağlılığı 3,5 %) 9,5 baş inək sax-
lamaqla 1 ton k
ərə yağı almaq olar ki, bunun üçün də 10 hektara ya-
xın torpaq sahəsi tələb olunur. Bir ton günəbaxan  yağı almaq üçün 
is
ə təkcə 1,0-1,5 ha torpaq sahəsinin olması kifayətdir. 
100 qr gün
əbaxan  yağında 3870 kCol (929,1 kkal), kərə  yağda 
is
ə 9153 kCol (780,2  kkal) enerji vardır.  Bir vahid günəbaxan  yağı 
kaloriliyin
ə görə 2-3 vahid qəndə (şəkərə), 4 vahid çörəyə, 8 vahid 
kartofa b
ərabərdir.  



 
İstehsal olunmuş günəbaxan yağları əsasən qida kimi və texniki 
m
əqsədlər üçün istifadə edir. Günəbaxan yağının hidrogenizasiyasın-
dan marqarin alınır. Bu yağlardan lak-boyaq və sabunbişirmə sənaye-
sind
ə də istifadə olunur. Bir çox ölkələrdə işlədilmiş günəbaxan yağ-
larını mühərrik yağlarına əlavə edirlər. Günəbaxan yağı istehsalının 
tullantılarından jmıx və cecə heyvandarlıqda  yem kimi istifadə olu-
nur. 
 
 Rusiyada h
ələ günəbaxandan yağ alınmasından əvvəl onun qov-
rulmuş tumları “çırtlamaq” üçün istifadə olunurdu. Onun iri toxum-
ları olan çırtlaq növləri vardır. Günəbaxan bitkisinin tərkibində bio-
loji aktiv linol turşusu, fosfatidlər,  PP, A, D, E, K vitaminləri vardır. 
Yağın  alınmasından  sonra  alınan  jmıxın  tərkibində  32-37% protein 
olur.  
Gün
əbaxan vacib bal verən bitkidir. Çiçəkləyən günəbaxandan  
əldə olunan bal qızılı sarı rəngi və zəif iyi və özünəməxsus dadı ilə 
seçilir. Kiçik d
ənələrə  kristallaşır  və  parlaq  kəhrəba rəngində  olur. 
Gün
əbaxandan az miqdarda kauçuk alınması faktlarına da rast gəli-
nir.  Seleksiyaçılar  tərkibində  lateks və  rezin  olan  sortlar  da  yetiş-
dirmişlər. Qabığı bioyanacaq kimi istifadə olunur. 
Gün
əbaxanın yaşıl kütləsindən iri buynuzlu mal-qara üçün yem 
v
ə keyfiyyətli silos alınır. Silos hazırlamaq üçün günəbaxanın  yaşıl 
kütl
əsini qönçələmə fazasında və ya çiçəkləmənin əvvəlində biçirlər. 
Onun silos m
əhsuldarlığı 40-50 ton/ha-dır. 100 kq silosda 11-16 yem 
vahidi v
ə 0,5-0,7 kq protein vardır.  
D
ənlər  yığıldıqdan  sonra  qurudulmuş  səbətlər  heyvandarlıqda 
əlavə yem mənbəyinə xidmət edir. Quru səbət çıxımı dənin 55-60%-
ni t
əşkil  edir.  Səbətdən  hazırlanmış  1  sentner  unun  yem  vahidi  80, 
asan h
əzm olunan proteini isə 3,8-4,3 kq.-a bərabərdir.  Günəbaxanın 
çiç
ək səbətlərinin sarı ləçəkləri tibdə işlədilir və bitkinin gövdəsindən 
çoxlu m
əhsullar alınır. Cərgəarası becərilən bitki kimi günəbaxan bir 
çox k
ənd təsərrüfatı bitkiləri üçün yaxşı sələfdir. 
Gün
əbaxanın vətəni   – Günəbaxanın vətəni Şimali Amerikanın 
c
ənub hissəsi hesab olunur. Belə hesab edilir ki, günəbaxan bitkisini 
ilk d
əfə Şimali Amerikada yaşayan hindlilər mədəniləşdirmişlər. Gü-
n
əbaxan toxumlarını Avropaya 1510-cu ildə İspanlar gətirib və Mad-



 
ridd
ə botanika bağında səpiblər. Amerikanın Arizona və Nyu-Mek-
sika ştatlarında aparılan arxeoloji qazıntılar zamanı b.e. 3000 əvvələ 
t
əsadüf olunan günəbaxan qalıqlarına rast gəlinmişdir. Bir çox arxeo-
loqlar hesab edirl
ər ki, günəbaxan  bitkisi  buğda  bitkisindən  əvvəl 
m
ədəniləşdirilmişdir.  
Bir çox Hind m
ədəniyyətində, xüsusən də  Meksikada  yaşayan 
Astekl
ər və Otomilər, Peruda yaşayan İnk tayfalarının mədəniyyətin-
d
ə günəbaxan “günəş allahı” kimi tərənnüm edilmişdir. 
Fransisko Pissaro gün
əbaxana Tavantisu - da (Peru) rast gəldiyi-
ni qeyd edir
. Buradakı yerli əhali onu İnti (başqa adı Punçao) adlan-
dırıb “günəş allahı” kimi sitayiş etdirmişlər. Bu bitkinin qızılı ləçək-
l
əri və  toxumları  Avropaya  gətirilmişdir.  Hindlilər günəbaxan to-
xum
larından üyüdülmüş halda, yəni  biz undan istifadə etdiyimiz ki-
mi istifad
ə etmişdirlər. Xırdalanmış günəbaxan toxumları incə, zərif 
xör
ək hesab edilirmiş. Hindlilərin günəbaxanın yağından da istifadə 
etm
ələri barədə məlumatlar vardır. Yağ çörəkbişirmədə, hətta kosme-
tik vasit
ə kimi dəri və saçların yağlanmasında istifadə edilirmiş. Hin-
dlil
ər günəbaxandan  purpur  boyaları  da  alırlarmış.  Qeyd  etdiyimiz 
kimi gün
əbaxan  Amerikadan  Avropaya  İspan  səyyahları  tərəfindən 
g
ətirilmişdir. O burada ilk vaxtlar dekorativ bitki kimi istifadə edil-
miş, bəzən də tibdə işlədilirmiş.  
“Gün
əşə sarı çevrilən çiçək” ifadəsinə qədim yunan mifologiya-
sı  Kliti və Ovidiya-da da rast gəlinir. Bu isə günəbaxanın Avropada 
m
əlum olmasından çox-çox əvvələ təsadüf edir. Ola bilsin ki, qədim 
yunan mifologiyasında söhbət heliotropdan yaxud da Kalenduladan 
gedirmiş. Avropada günəbaxandan yağ alınmasını ilk dəfə İngilislər 
fikirl
əşmişlər. Onların bu sahədə 1716-cı ildə  aldıqları patent möv-
cuddur. Lakin gün
əbaxandan  yağ  almağa  geniş  miqyasda  Rusiyada 
başlanılmışdır.  
 Rusiyaya gün
əbaxan toxumunu I Pyotr Holandiyadan gətir-
mişdir. Əvvəllər o dekorativ bitki kimi istifadə olunmuşdur. Rusiya 
haqlı olaraq günəbaxanın ikinci vətəni hesab olunur. Məhz buradan o 
özünün yeni dünya s
əyahətinə başlamışdır. Məhz Rusiyada günəba-
xan t
əkamül nəticəsində  mədəni  şəklə  düşmüş,  bir  gövdəli, bir sə-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə