H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   2   3   4   5   6   7   8   9   ...   66

10 
 
b
ətli, zirehli, kəhrəyə davamlı, bitkiyə çevrilmiş, toxumlarının tərki-
bind
ə yağın miqdarı 50%-də yuxarı qalxmışdır.  
Rusiyada ilk d
əfə 1829-cu ildə Voronej vilayətinin Alekseyevka 
k
əndində qraf  Şeremetevin qala kəndlisi D.S. Bokarev primitiv üsul-
la-
əllə sıxma üsulu ilə günəbaxan toxumlarından qızılı rəngli, dadlı 
yağ çıxarmışdır. Bununla da günəbaxan Rusiyada dekorativ bitkidən 
yağlı bitkiyə çevrilmişdir. D. S. Bokarev çətənə və kətan yağlarının 
alınması  üsulları  ilə  tanış  olmuşdur  və  onu günəbaxana da tətbiq 
etm
ək qərarına gəlmişdir.  
Artıq  1833-cü ildə  tacir  Papuşin  Alekseyevka  kəndinin  qrafı 
Şeremetevanın razılığı ilə D.S. Bokarevin iştirakı ilə  birinci dəfə gü-
n
əbaxan yağı istehsal edən zavod tikmişdir. 
Gün
əbaxan  yağı  Rusiyada  tezliklə  populyarlıq  qazandı.  Bunun 
s
əbəbi o idi ki, onun istifadəsinə  “Böyük pəhriz”  günlərdə  kilsədə 
qa
dağa  qoyulmadı.  Günəbaxanın  ikinci  adı  olan  “Pəhriz  yağı”  elə 
buradan yaranmışdır. 
XIX 
əsrin ortalarında Voronej  və Saratov quberniyalarının bir 
neç
ə  rayonlarında  günəbaxan  əkinləri  əkin sahələrinin 30-40 %-ni 
tuturdu.  
Tanınmış Sovet seleksiyaçılarından V. S. Pustavoyt, L. A. Jda-
nov v
ə başqalarının köməyi ilə günəbaxan tumlarının yağlılığını və 
z
ərərvericilərə davamlılığını artırmaq mümkün olmuşdur.  
Gün
əbaxan  çoxaldılmasında  və  istehsalında  verilən  ən yüksək 
müka
fat da V. S. Pustavoytun  adını daşıyır. 
 XIX 
əsrin axırlarında isə emiqrantlar günəbaxan bitkisini yeni-
d
ən geriyə, ABŞ və Kanadaya qaytardılar. Tezliklə ABŞ günəbaxan 
yağı  istehsalında  Rusiyadan  sonra  qabaqcıl  yerlərdən birini tutdu. 
Hazırda  isə  günəbaxan becərilməsi və  ondan  yağ  alınması  işi  dün-
yanın praktiki olaraq hər yerində həyata keçirilir. 
Yayılması və məhsuldarlığı. Dünya əkinçiliyi sistemində günə-
baxa
nın  əkin sahəsi 14-15  milyon  hektara  yaxın,  Rusiyada  isə  4,5 
milyon  hektardır.  Bu  bitki  əsasən  ABŞ-da (1,5 milyon ha), Argen-
tinada  (2,0  milyon  ha),  Hindistanda,  Bolqarıstanda,  Macarıstanda 
əkilir. Günəbaxanın  əsas becərilmə  rayonları  Rusiyada  Şimali  Qaf-
qaz, M
ərkəzi qaratorpaq vilayəti, Ukrayna, Moldova, Qazaxıstan və 


11 
 
Gürcüstandır. Günəbaxan silos üçün Rusiyanın qeyri qaratorpaq vila-
y
ətində becərilir.   
Gün
əbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-
30 sentner arasında dəyişir (cədvəl  1). 
Az
ərbaycanda (2014) dənlik günəbaxanın  əkin sahəsi  11705   
ha, ümumi yığımı 19840 ton., məhsuldarlığı isə 17,3 s/ha olmuşdur.  
 
Cədvəl  1 
Azərbaycanda 2011 - 2014-cü illərdə dənlik günəbaxanın 
əkininin vəziyyəti 
 
Göstəricilər 
İ     l     l    ə     r 
2011 
2012 
2013 
2014 
Əkin sahəsi, ha-la 
11300 
11000 
9351 
11705 
Məhsul yığımı, tonla 
19600 
19100 
17670 
19840 
Məhsuldarlığı, ha/s-lə 
17,5 
17,3 
19,4 
17,3 
 
Azərbaycanda  bu  bitki  silos  məqsədi  üçün  Cəlilabad,  Masallı, 
Biləsuvar, Şəki, Şamaxı və s. rayonlarda becərilir.   
Botaniki  təsviri.  Günəbaxan  (Helianthus annus L.)  astra 
(Asteraceae) 
(mürəkkəbçiçəklilər  -  Compositae)  fəsiləsinin,  helian-
tus 
cinsinin birillik bitkisidir. Onu 2 sərbəst növə: mədəni günəbaxan 
–  Helianthus cultus
;  və  yabanı  günəbaxan  –  Helianthus ruderalis  
növ
lərinə  bölürlər.  Mədəni  günəbaxan  2  yarımnövə  ayrılır:  səpin 
günəbaxanı -H. a. sativus, bəzək günəbaxanı H. a. ornamentales.  
Günəbaxanın güclü şaxələnən mil kökü vardır. Mil kök, rüşeym 
kökcüyündən 2 dəfə sürətlə inkişaf edərək torpağın 2- 4 metr dərin-
liyinə, ətrafa isə 100-120 sm işləyir. Gövdələrinin hündürlüyü 0,7-
2,5 metr, hətta 3- 4 metrə çatan dik duran, üzəri tüklü içərisi özəklə 
doludur 
(r
əngli şəkil 1).
  
Yarpaqları uzun saplaqlı iri, oval, ürək formalı, iti nəhayətli və 
kənarları mişar kimidir. Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaqlar 
qarşı-qarşıya,  sonrakılar  isə  növbə  ilə  düzülürlər.  Bir  bitkidə  15-35 
yarpaq olur.  


12 
 
Çiçəyi səbətdir. Yağlıq formalarda onun diametri 10-20 sm, çırt-
lama formalarda isə 40 sm-dir. İkicinsli, çarpaz tozlanan bitkidir. Bir 
səbətdə  600-1200  çiçək  olur.  5  erkəkcik  və  1  dişicikdən  ibarətdir. 
Dişicik tez yetişir. Meyvəsi toxum hesab edilir və tum adlanır. Tumu 
uzunsov, pazşəkilli, 4 üzlü, sivri nəhayətli, ikiləpəlidir. 1000 ədədi-
nin kütləsi 35-75 qram, hətta 120 qrama çatan formaları  da vardır.  
Günəbaxanın inkişafı. Səpindən tam yetişməsinə qədər günə-
baxanın iikişafında aşağıdakı fazalar ayırd olunur: cücərmə, birinci 
cüt həqiqi yarpaqların əmələ gəlməsi, çiçək qrupunun - səbətciklə-
rin əmələ gəlməsi, çiçəkləmə və yetişmə. Səpindən cücərməyə qə-
dər 9-15, cücərtilərin çıxmasından  səbətciklərin əmələ gəlməsinin 
başlanmasına  qədər  30-40  gün,  səbətciklərin    əmələ  gəlməsindən 
çiçəkləmənin  başlanmasına  qədər  19-28  gün,  çiçəkləmənin  baş-
lanğıcından toxumların dolmağa başlamasına qədər 1 - 17 gün, to-
xumların dolmağa  başlamasından tam yetişməsinə qədər 21-30 gün 
çəkir. Müxtəlif sortlarda vegetasiya dövrunün ümumi uzunluğu 75-
140 
günə bərabərdir. 
Ontongenezdə  günəbaxan  oniki  əsas  orqanogenez  etapı  keçirir. 
I-II  etaplarda 
gövdələrin  buğumaraları  diferensiasiya  edir,  III-IV 
etaplarda 
böyümə  konusu  uzanır  və  seqmentlərə  bölünür,  V  etapda 
çiçək  çıxıntılarının  diferensiasiyası,  VI  etapda  çiçəklərdə  dişicik  və 
erkəkciklər  əmələ  gəlməsi  müşahidə  olunur,  IX  etapda bitki çiçək-
ləyir,  X  etapda  toxumlar  əmələ  gəlir,  XI  etapda  toxumlarda  qidalı 
maddələr toplanır, XII etapda toxumlar yetişir. 
Birinci  etaplarda 
günəbaxan  nisbətən  yavaş  böyüyür  və  alaq 
otları onu asanlıqla basır. Sonra tez böyüyür, səbətciklərin əmələ gəl-
məsindən  çiçəkləməyə  qədər  olan  dövrdə  maksimum  yüksəkliyə 
çatır.  Çiçəkləmə  dövründə  bitki  çox  yavaş  boy  atır,  çiçəkləmənin 
axırına doğru isə boyatma tamamilə kəsilir. Səbətciklərin əmələ gəl-
məsinin  başlanğıcına  doğru  günəbaxan  təxminən  15%  quru  maddə 
toplayır. Çiçəkləmənin başlanğıcına doğru quru maddələrin miqdarı 
50%-
ə çatır.  
Günəbaxan tumunun zirehliliyi. Günəbaxanın çox sortlarında 
tum qabığının sklerenxim qatının üst hüceyrələri, tərkibinin 76 %-ə 
qədərini  karbon  təşkil  edən  qara  fitomelan  maddəsi  ifraz  edir.  Bu 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə