H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   2   3   4   5   6   7   8   9   ...   66

13 
 
maddə  mantar  qatı  ilə  sklerenxim  arasında  zireh  qatı  adlanan  sərt 
təbəqə  əmələ  gətirir.  Zireh  qatı  çox  möhkəm  olduğu  üçün  tumun 
nüvəsini  ziyanvericilərdən  (xüsusilə  günəbaxan  güvəsindən)  müha-
fizə  edir.  Ancaq  çarpaz  tozlanma  nətiçəsində  zirehsiz  sortlar  əmələ 
gəlir. 
Səpin materialı yoxlanılaraq zirehsiz toxumların çıxdaş edilməsi 
alınacaq  məhsulun  ziyanvericilərdən  qorunmasının  əsas  tədbirlərin-
dən hesab edilir. 
Тoxumun  zirehliliyini  təyin  etmək  üçün  ən  asan  və  sadə  üsul-
lardan 
biri tum qabığının mikroskopik tədqiqidir. Тum qabığının en 
kəsiyinə mikroskopda baxıldıqda qabığın bütün hissələri aydın seçilir 
(şəkil  1).
 
Ən  xarici  və  nisbətən  nazik  qat  epidermis  (1)  adlanır. 
Epidermisin 
altında bir neçə 
cərgə  mantar  toxumaları  (2) 
onun 
da  altında  qalın,  sərt 
qara  rəngli  (əgər  vardırsa) 
zireh qatı (3), nəhayət bunun 
da altında sklerenxim hücey-
rələri  (4)  yerləşir.  Zirehsiz 
sortlarda mantarla skleren-
xim 
arasında  başqa  hissə 
olmur. 
Тum qabığı boz və boz-
zolaqlı  toxumlarda  zirehlili-
yi
n təyinində cızma və pört-
mə üsulu tətbiq edilir. Ancaq 
tünd və qara toxumların qa-
bığının  rəngi  zireh  qatının 
rəngi ilə eyni olduğu üçün kimyəvi üsul daha düz və dəqiq nəticə ve-
rir. 
Bioloji 
xüsusiyyətləri:  Тoxumları  nəmli  torpaqda  4-6 
0
C tem-
peraturda 
cücərti verməyə başlayır. Çərtmiş toxumu bu vəziyyətdə - 
10 
0
C temperatura dözür. 
Şəkil 1
 . 
Günəbaxan qabığının en kəsiyi    
(solda - 
zirehli, sağda – zirehsiz) 1 – 
epidermis hüceyrələri,  2- mantar 
toxuması, 3- zireh qatı, 
4- 
sklerenxim hüceyrələri   


14 
 
Тorpaq səthinə çıxmış cavan cücərtilər mənfi 8 
0
C temperaturda 
belə məhv olmur. Ona görə də günəbaxan ilk inkişaf dövründə aşağı 
temperatura dözümlü
dür və erkən yazda səpilməyə imkan verir. 
Günəbaxan işığa tələbkar bitkidir. Kölgəyə düşdükdə və tutqun 
havada boyatma və inkişafı ləngiyir. 
Çiçəkləmə  fazası  cücərtilər  fazasından  50-60  gün  keçmiş  baş-
layaraq, 20-
25 gün davam edir (ayrıca götürülmüş bir səbətçik 8-10 
günə  tam  çiçəkləyir).  Səbətciyin  maksimum  böyüməsi  çiçək  tökü-
ləndən sonra 8-10  gün müddətində başa çatır. Səbətciyin böyüməsi 
tam saralana kimi davam edir. Sort və hibriddən, yetişmə şəraitindən 
asılı  olaraq,  səbətciyin  yetişməsi  cücərtilər  torpaq  səthinə  çıxan 
gündən 70-120 gün sonra baş verir (toxumların yetişməsi mayalanma 
müddətindən  sonra  32-42  gün  ərzində  davam  edir).  Səbətciklər 
yığıldıqdan sonra toxumun fizioloji yetişmə dövrü başlayır. Bu dövr 
də  hava  şəraiti  və  əkilmiş  sortdan  asılı  olaraq,  10  gündən  50  günə 
qədər çəkir. Torpaqda toxumların sükut dövrü, anbarda saxlanan to-
xumlara nisbətən daha çox olur. 
Nəmliyə tələbatı müxtəlifdir. Günəbaxan nəmliyi torpağın dərin 
qatlarından belə ala bilir. Bitkinin gövdə və yarpaqlarının yaxşı tük-
cüklü ol
ması və eyni zamanda ağızcıqlarının transpirasiyaya uyğun-
luğu  günəbaxan  üçün  istiliyə  və  quraqlığa  davamlılıq  yaratmışdır 
(xü
susən bitkinin çiçəkləmə fazasına kimi olan dövrü üçün). Günə-
baxan  cücərtilərin  alınmasından  çiçəklənmə  dövrünə  qədər  suya  az 
tələbkardır. Çiçəkləmə və dən dolma dövründə günəbaxanın nəmliyə 
tələbatı çoxalır. Bu dövrdə nəmliyə tələbat vegetasiya ərzində ümumi 
tələbatın  75%-nı  təşkil  edir.  Günəbaxanın  ən  çox  (60%-ə  qədər) 
nəmlik  tələb  edən  dövrü:  -  səbətciyin  əmələ  gəlməsindən  çiçək-
ləmənin  sonuna  qədər  olan  dövrdür.  Bu  bitkinin  suya  qarşı  böhran 
dövrüdür.  Həmin  dövrə  qədər  və  bundan  sonrakı  fazalarda  suya 
tələbat  müvafiq  olaraq,  22,4  və  17,6%  təşkil  edir.  Həmin  dövrdə 
nəmliyin  çatışmaması,  səbətciyin  mərkəzində  boşdənlilik  yaradır. 
Ve
getasiya  müddətində  bir  bitki  200  kq  su  sərf  edir.  Тranspirasiya   
əmsalı 470-570-dir. 
Günəbaxan üçün əlverişli torpaqlar qara torpaqlardır (qumsal və 
gillicə). Şabalıdı və bataqlaşmış şəraitdə əhənginin miqdarı çox olan 


15 
 
torpaqlar günəbaxan üçün az əlverişlidir. Qranulometrik tərkibi yün-
gül olan münbit torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlıq, 
qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotex-
ni
ka tətbiq etməklə günəbaxandan istənilən məhsul götürmək müm-
kündür. Qranulometr
ik  tərkibi  ağır  olan  və  güclü  şorlaşmış  torpaq-
larda  günəbaxan  becərmək  mümkün  deyil.  Torpağın  reaksiyası  pH 
6,0 - 6,8-
ə bərabər olmalıdır. 
Günəbaxan başqa bitkilərə nisbətən torpaqdakı qida maddələrini 
intensiv  dərəcədə  istifadə  etmək  qabiliyyətinə  malikdir.  Günəbaxan 
bəzi bitkilərə nisbətən bir ton dən üçün 2,0-2,5 dəfə artıq qida mad-
dələri  tələb  edir.  Günəbaxan  azot  elementini  əsasən  səbət  əmələ 
gəldikdən çiçəkləmənin sonuna qədər, fosforu çıxışlar alındıqdan çi-
çəklənməyə qədər, kaliumu isə səbətlərin əmələ  gəlməsindən dənin 
yetişməsinə qədər tələb edir.  
 
Toxum  tam  yetişdikdə  demək  olar  ki,  azot  və  fosforun  əsas 
hissəsi dəndə toplanır. Kalium elementinin 10%-i, dəndə qalan 90%-i 
isə bitkinin vegetativ orqanlarında toplanır.  
Günəbaxanı yüksək məhsulu təmin edən intensiv texnologiya ilə 
becərdikdə, bu bitkinin elmi əsaslandırılması, növbəli əkinlərdə yer-
ləşdirməyə  xüsusi  fikir  verilməlidir.  Bundan  başqa,  yüksək  məhsul 
üçün  ayrıca  götürülmüş  bir  təsərrüfatda  yetişmə  müddətinə  görə 
xəstəliklərə  davamlı  müxtəlif  sort  və  hibridlərin  istifadə  edilməsinə 
xüsusi fikir verilməlidir; məkanın nəmlik təminatına uyğun nəzərdə 
tutulmuş bitki sıxlığına nail olunmalıdır. 
Çiçəkləmənin  biologiyası.  Günəbaxan  tipik  çarpaz  tozlanan 
bitkidir.  Çarpaz  tozlanma  arılar  və  başqa  həşəratların  köməyi  ilə 
gedir, onlar bitkidən - bitkiyə uçuşaraq çiçəklərin ifraz etdiyi nektarı 
toplayırlar.  
Ayrı-ayrı bitkilərin çiçəkləməsinin uzunluğu təxminən
 
8-10 gün 
davam edir. Tozlanma 
və   mayalanma   şəraitinin pozulması  xüsu-
si
lə səbətciklərin ortasında dənlərin boş olmasına səbəb olur. Gübrə-
lənməmiş sahələrdə boş dənlərin miqdarı 35 %-ə çatır. Gübrə veril-
məsi  və  bitkilərin  suvarılması  dənlərin  boşluğunu  1-3 %-ə  qədər 
azal
dır.  Əlverişli  olmayan  yetişmə  şəraiti,  rütubət  və  qida  maddə-
lərinin çatmaması toxumların cılızlığına (yanmasına) səbəb olur ki, 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə