H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   2   3   4   5   6   7   8   9   ...   66

16 
 
bu  da 
onların  mütləq  çəkisinin  kəskin  surətdə  azması  ilə  özünü 
göstərir. 
Növbəli  əkində  yeri.  Günəbaxan  bitkisi  onun  becərildiyi  əsas 
bölgələrdə  cərgəarası  becərilən  növbəli  əkin  tarlalarında  payızlıq 
buğdalar və qarğıdalıdan sonra, alaqlardan təmiz tarlalarda isə arpa 
və  yazlıq  buğdadan  sonra  yetişdirilir.  Günəbaxan  üçün  ən  yaxşı 
sələflər payızlıq və yazlıq dənli taxıl  bitkiləri, dənlik və silosluq qar-
ğıdalıdır.  Çoxillik  otlar,  şəkər  çuğunduru  və  sudan  otu  (sorqo) 
torpağın 1,5-2,0 metr dərinliyindəki nəmlikdən istifadə etdiyinə görə 
onlardan sonra günəbaxan becərmək olmaz. Günəbaxanla eyni xəstə-
liklərə (sleretinoz, boz çürümə və s.) meylli noxud, soya, turp, lobya 
bitkilərindən  sonra  əkilməsi  tövsiyə  edilmir.  Xəstəlik  və  zərərveri-
cilərdən mühafizə məqsədilə günəbaxanı növbəli əkində öz yerinə 8-
10 ildən sonra qaytarmaq olar.  
Becərilmə texnologiyası. Becərmə texnologiyası torpaq becər-
mə işləri ilə başlayır. Тorpaq payızdan dondurma şumu texnologiyası 
ilə şumlanır. Dənli-taxıl bitkilərindən sonra əkildikdə kövşənlik 6-8 
sm dərinlikdə üzlənməli və sonra 30-32 sm dərinlikdə əsas şum edil-
məlidir.  Kökümsov  gövdəli  alaqlarla  alaqlanmış  sahələrdə  ikimər-
təbəli  kotancıqla  iki  dəfə  üzləmə  aparılır.  Birinci  üzləmə  6-7 sm, 
ikinci  üzləmə  isə  10-12  sm  dərinlikdə  aparılır.  Üzləmənin  aparıl-
masında  məqsəd  nəmlik  itkisinin  qarşısını  almaq  və  alaq  otlarının 
toxumlarını cücərdilərək məhv edilməsidir. Belə şumlamada köküm-
sov gövdəli (çayır, kalış və s.) alaqlar 70-80 % azalaraq, hər hektar-
dan  götürülən  məhsulun  miqdarı  1,5-2,5  sentner  artır.  Torpaq quru 
olarsa birinci üzləmədən sonra 600-700 m
3
 
həcmində aldadıcı suvar-
ma  aparılır.  Sonra  sahəyə  üzvi  və mineral  gübrə  verərək  27-30 sm 
dərinliyində şum aparılır.  
Günəbaxan  səpini  üçün  payızda  hazırlanmış  sahə  yazda  bir-iki 
dəfə malalanır. Yazda sahənin becərilməsində məqsəd torpaqda nəm-
lik ehtiyatını saxlamaq, cücərmiş alaqları məhv etmək, normal günə-
baxan cücərtiləri  almaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir. 
Bu
nun  üçün  sahə  malalanır  və  alaqlar  əmələ  gəldikdə  kultivasiya 
çəkilir. Birinci kultivasiya 10-12  sm  dərinlikdə,  sonrakılar  nisbətən 
az dərinlikdə aparılır. Səpin qabağı torpağın üzlənməsi və hamarlan-


17 
 
ması herbisidlərin bir bərabərdə verilməsinə (çilənməsinə), toxumla-
rın eyni dərinliyə basdırılmasına, yaxşı çıxışlar alınmasına və bitki-
lərin bərabər böyüməsinə imkan yaradır.  
Tarlada güclü alaqlanma olduqda prometrin 
və treflan herbisid-
lərinin qarışığından istifadə olunur. Aratdan sonra torpaq yetişən ki-
mi səpinqabağı becərmə, yəni kultivasiya və malalama aparılır.   
Sortları: Тoxumlarının iriliyinə, yağlılığına və qabıqlılıq dərə-
cəsinə görə günəbaxan sortları üç qrupa bölünür. Yağlıqların toxum-
ları xırdadır və qabıqlılıq dərəcəsi aşağıdır (22-36%), rüşeymi iridir, 
toxum  boşluğunu  yaxşı  doldurur.  Rüşeymində  yağın  miqdarı  53 
faiz
dən 63 faizə qədərdir ki, bu da toxum kütləsinin 40-56%-ni təşkil 
edir. 
Çırtlamaq üçün olanların toxumları iridir. Qabıqlılığı yüksəkdir 
(42-
56%),  rüşeym  toxum  boşluğunu  tam  doldurmur,  yağlılığı  lap 
azdır (20-35%). Çırtlanan sortların bitkisi adətən iri olur. Ona görə 
bunlar silos üçün istifadə edilir. Aralıq (qarışıq) sortlar toxumun öl-
çü
lərinə və digər nişanələrinə görə yuxarıdakı iki sort qrupuna görə 
aralıq vəziyyətindədir. 
Azərbaycanda  (2013)  Qiqant  -549,  VNİİMK-  8883  və  Kazio 
(Fransa) sortları rayonlaşdırılmışdır.  
Nəhəng (Qiqant) – 549 sortu. Ümumittifaq Bitkiçilik İnstitutu-
nun  Kuban  və  Maykop  təcrübə  stansiyaları  tərəfindən  Krasnodar 
diyarının yerli nümunəsindən fərdi seçmə üsulu ilə yetişdirilmişdir. 
Günəbaxanın  çırtlaq  qrupuna  daxildir.  Silos  üçün  ən  əlverişli 
sortdur. Gövdəsinin hündürlüyü 2-4 metrə qədərdir. Yaxşı yarpaqla-
nandır.  Vegetasiya  müddəti  90-110  gündür.  Aran  rayonlarında  iyu-
nun  axırlarında,  alçaq-dağlıq  bölgələrdə  iyulun  ortalarında,  orta-
dağlıq  bölgələrdə  isə  avqustun  əvvəllərində  ən  yüksək  yaşıl  kütlə 
verir. Səbəti orta irilikdə, tumu iri, açıq-boz rəngli, zirehsizdir. Yaşıl 
kütlə  məhsulu  hər  hektardan  orta  hesabla  alçaq-dağlıq  (dağətəyi) 
bölgədə  150-330 sentner, orta-dağlıq  bölgədə  isə  250-300 sentner 
olur. 
Yüksək yaşıl kütlə məhsulu hər hektardan Alazan-Həftəran vadi-
sinin rütubətli hissəsində 900 sentnerə çatır.  


18 
 
Azərbaycanın  alçaq-dağlıq  və  orta-dağlıq  bölgələrində  silos 
məqsədilə 1946-cı ildə rayonlaşdırılmışdır. 
Armavir  -  3497  –  Ümumittifaq Elmi –
Tədqiqat  Yağlı  Bitkilər 
İnstititutunun  (VNİİMK)  Armavir  təcrübə  stansiyasında  VNİİMK 
1646 sortundan  çoxdəfəli seçmə yolu ilə alınmışdır. Hektardan 35,2 
s. dən verir. Yağlılığı 54,7% -dir. Hektardan 17,3 sentner yağ almaq 
mümkündür. Bitkinin boyu 180-
219 sm., vegetasiya müddəti 90-96 
gündür. Orta yetişən, quraqlığa, günəbaxan güvəsi və vertisilium so-
lux
masına davamlı sortdur. 
Armavir  –  9343. 
Ümumittifaq  Bitkiçilik  İnstitutunun  Armavir 
yağlı  bitkilər  istinad  məntəqəsində  təcrübə  stansiyasında  Armavir  - 
3497 sortundan  fərdi seçmə yolu ilə alınmışdır. Gövdəsi 130-175 sm 
hündürlüyündə, səbətin diametri 12-18 sm, azacıq qabarıqdır. Tumu 
uzun
sov pazşəkilli, orta irilikdədir. Tum qabığı tünd-boz rəngli, qa-
ram
tıl zolaqlıdır. 1000 ədəd tumunun kütləsi 57-76 qramdır. Tumun-
da 38-44%
, nüvəsində 60-63% yağ olur. Tezyetişən sortdur. 
Yerli çırtlama sortu. Gövdəsi 300-350 sm hündürlüyündə, yo-
ğun, tez oduncaqlaşan, səbətin diametri 30-32 sm, tumu olduqca iri 
20-
28 mm, boz rənglidir. Əsasən silos üçün becərilir. 
Yaxşılaşdırılmış ВНИИМК 1646 - Ümumittifaq Elmi –Tədqi-
qat  Yağlı  Bitkilər  İnstitutunun  (ВНИИМК)  Armavir  təcrübə  stan-
siya
sında Ukraynanın Mariopol şəhərində becərilən yerli sortdan tək-
ra
r  fərdi seçmə yolu ilə alınmışdır. Hektardan 34,8 s. dən verir. Yağ-
lılığı  53%  -dir.  Hektardan  16,6  s.  yağ  almaq  mümkündür.  Bitkinin 
boyu 175-
215  sm.,  vegetasiya  müddəti  90-94 gündür. Orta yetişən, 
quraq
lığa, günəbaxan odlucasına və vertisilium soluxmasına davamlı 
sortdur.                        
Yaxşılaşdırılmış  ВНИИМК 6540 - Ümumittifaq Elmi –Tədqi-
qat  Yağlı  Bitkilər  İnstitutunun  (ВНИИМК)  mərkəzi  bazasında 
ВНИИМК  1646  və  ВНИИМК  1813  sortlarının  sərbəst  tozlanma-
sından alınan bitkilərdən çoxdəfəli  fərdi seçmə yolu ilə alınmışdır. 
Hektardan 36,4 s. dən verir. Yağlılığı 54,1% -dir. Hektardan 17,7 s. 
yağ  almaq  mümkündür.  Bitkinin  boyu  175-210 sm., vegetasiya 
müddəti  90-95  gündür.  Orta  yetişən,  yüksək  məhsuldar,  quraqlığa, 
günəbaxan odlucasına və vertisilium soluxmasına davamlı sortdur.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə