H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   2   3   4   5   6   7   8   9   10   ...   66

19 
 
Yaxşılaşdırılmış  ВНИИМК 8931 - Ümumittifaq Elmi -Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) mərkəzi bazasında 5452 
№ - li sortla ВНИИМК 6540 sortlarının carpazlaşdırılmasından alı-
nan  hibridlərdən  fərdi  seçmə  yolu  ilə  alınmışdır.  Hektardan  35,5 s. 
dən  verir.  Yağlılığı  53,6%-dir.  Hektardan  17,1  s.  yağ  almaq  müm-
kündür. Bitkinin boyu 175-
210 sm., vegetasiya müddəti 90-95 gün-
dür. Orta yetişən, yüksək məhsuldar, quraqlığa, günəbaxan odlucası-
na və vertisilium soluxmasına davamlı sortdur. 
Yaxşılaşdırılmış  zelyonka  368  Elmi  -  Tədqiqat  Yağlı  Bitkilər 
İnstitutunun  (ВНИИМК)  Belqorod  təcrübə  stansiyasında  Zelyonka 
63 sortunun bir neç
ə müxtəlif mənşəli sortlarla istiqamətləndirilmiş 
s
ərbəst tozlanmasından alınan bitkilərdən  fərdi seçmə yolu ilə alın-
mışdır. Hektardan 28,2-34,5 sentner dən verir. Yağlılığı 51,8-54% -
dir. Hektardan 13,2 -  16,8  sentner 
yağ almaq mümkündür. Bitkinin  
boyu orta hesabla 170 sm., vegetasiya müdd
əti 90-105 gündür. Orta 
yetişən, günəbaxan güvəsinə  və  vertisilium  soluxmasına  davamlı 
sortdur. 
Kazio.  Kazio sortu Fransadan g
ətirilib. Azərbaycanda 2002-ci 
ild
ən  başlayaraq  rayonlaşdırılıb.  Bitkinin  hündürlüyü  153  sm,  1000 
ədəd dənin kütləsi 55,9 qr, xüsusi çəkisi  385  qr,  tumunda  yağın 
miqdarı 40,6%, zülalın miqdarı 19 %- dir. Bu sort orta tezyetişəndir. 
Vegetasiya müdd
əti 120 gündür. Xəstəliklərə qarşı orta davamlıdır. 
Alzan. 
Fransa seleksiyaçıları tərəfindən  yaradılmış ikixətli hib-
riddir. Hündürlüyü 160 - 172 sm, s
əbətinin diametri 17-18 sm olmaq-
la 
nazik,  yastı,  maili  (əyilən) deyildir.  Toxumunun  yağlılığı  46,0  -
52,0%  -  dir. B
ərabər hündürlükdə olan, müntəzəm çıxış verən, eyni 
vaxtda yetişən hibrid kimi yüksək texnoloji xüsusiyyətlərə malikdir. 
Yüks
ək məhsuldardır. 2004-2006-cı illərdə nümayiş tarlasında müsa-
biq
əli  sortsınağında  30,5  s/ha  toxum  məhsulu vermişdir.  Hektardan 
yağ çıxımı 4 ildə orta hesabla 14,1 sen. təşkil etmişdir. Hektarda 54-
59 min bitki saxlanılır. Vegetasiya müddəti 94-101 gündür. 
Bunlardan başqa günəbaxanın mayak, pervenes, yaxşılaşdırılmış 
qabaqcıl, proqres, yaxşılaşdırılmış smena, start, yubiley - 60, yaxşı-
laşdırılmış  ВНИИМК- 8883, vosxod, zarya, zenit, poçin, armavirli, 
nadyoj
nıy, salyut və s. sortları da vardır.  


20 
 
Gübr
ələmə.  Yüksək məhsul  əldə  etmək üçün mühüm aqro-
texniki t
ədbirlərdən biri də  üzvi və mineral gübrənin tətbiqidir. Güb-
r
ələmə  texnologiyasında  bir  hal  nəzərə  alınmalıdır  ki,  günəbaxan 
vegetasiya 
ərzində torpaqdan xeyli miqdar qida maddəsi tələb edir. 
Gün
əbaxan bitkisi 1 ton  əsas və  əlavə  məhsulla torpaqdan 70 kq 
azot, 27 kq fosfor v
ə 170 kq kalium elementi aparır. Bir sentner gü-
n
əbaxan toxumunda 6 kq azot, 2,6 kq fosfor və 18,6 kq kalium top-
lanmışdır ki, bu miqdar qida elementləri həmin çəkidə olan payızlıq 
buğdanın  2-3 sentnerinə  bəs edə  bilər.  Bunu  nəzərə  alaraq hektara 
15-20 ton peyin, 2-3 sentner superfosfat verilm
əlidir.  
Müxt
əlif qida maddələri, bitkinin müxtəlif  inkişaf  fazasında  az 
v
ə  çox istifadə  edilir. Səbət  əmələ  gəlmə  fazasından  çiçəkləmənin 
axırına qədər azota tələbat  ən çoxdur; azot toxumlarda  yağın  miq-
darını bir qədər azaldır, lakin toxum məhsulunu artırır. Fosfor cücər-
til
ər  əmələ  gələndən çiçəkləməyə  qədər daha çox istifadə  edilir. 
Gün
əbaxan bitkisi fosfor qidası ilə  yaxşı təmin olunduqda dənlərdə 
yağ faizi artır. Kalium isə səbətin formalaşmasından yetişmə dövrünə 
q
ədər daha çox istifadə olunur.  
Gün
əbaxanın gübrələmə sistemi belədir: payızda əsas şum altına 
v
ə səpinqabağı torpaqbeçərmə ilə yazda, səpinlə birlikdə cərgəyə və 
bir d
ə vegetasiya dövründə yemləmə kimi verilən gübrə. 
Əsas gübrələmə dondurma şumuna verilən gübrələrdir ki, başqa 
gübr
əvermə  texnologiyasından  səmərəlidir.  Səpinlə  birgə  toxumla 
veril
ən dənəvər superfosfat da yaxşı effektə malikdir.  
Payızda şum aparılarkən üzvi gübrələri T-150, K-701 traktorları-
na  qoşulan PRT-10, mineral gübrələrə  isə  MTZ-80-82 traktorlarına 
qoşulan 1RMQ-
 
4, RTT-  4,2, RUM-5, RUM-8 aqreqat
ları ilə verir-
l
ər. 
Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, tor-
pa
ğın fiziki keyfiyyətini yaxşılaşdırır  və mikrobioloji prosesləri güc-
l
əndirir.  
Gübr
ələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüs-
tü orqan
larının güclü inkişaf etməsinə şərait yaradır. 
 
Azot gübr
əsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə 
v
ə səbətlərin formalaşmasını təmin edir. Lakin, yüksək azot norması 


21 
 
toxumlarda zülalın toplanmasını artırır, yağlılığı  aşağı salır, və bitki-
y
ə qida elementləri bərabər daxil olmur.  
S
əpin  zamanı  cərgənin yan tərəflərinə  5-10 kq azot, 10-15 kq 
fosfor verdikd
ə  bitkilər  ilk  inkişaf  fazalarında    qida  elementləri ilə 
yaxşı  təmin  olunmuş  hesab  edilir.  Yemləmə  gübrələri üçüncü cüt 
yarpaqlar dövründ
ə (1-ci yemləmə), ikinci isə səbət əmələgəlmə fa-
za
sında  verilsə,  daha  yaxşıdır.  Belə  olduqda hər hektardan 2,9-3,9 
sentner m
əhsul artımı ilə təmin olunur. Birinci  kultivasiyada  yem-
l
əmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor cərgələrdən 12-
14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları 
ikinci v
ə üçüncü yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün 
əsas şum altına hektara 1- 2 kq normada manqan sulfat mikrogübrəsi 
verilir. Eyni zamanda  bakterial gübr
ə fosforobakterinin verilməsi də 
müsb
ət nəticə verir.  
Gübr
ələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalan-
masını yox, həm də torpaq nəmliyindən məhsuldar istifadə olunma-
sını təmin edir və günəbaxanın ağ və qonur çürümə xəstəliyinə qarşı 
davamlılığını artırır.  
Toxumun s
əpinə hazırlanması, səpin müddəti, üsulu və nor-
ma
sı. Səpin üçün  sağlam və yetişmiş toxumlardan istifadə olunma-
lıdır. Toxumların cücərmə qabiliyyəti ən azı  96%, təmizliyi isə 99 % 
olmalıdır.  Günəbaxan  toxumları  cücərmə  qabiliyyətini tez itirdiyin-
d
ən səpin  üçün  yalnız  keçən ilki toxumlardan istifadə  olunmalıdır. 
Cüc
ərmə  qabiliyyətini  artırmaq  üçün  toxumlar  isti  havada  sərilərək 
qurudulur.  S
əpinqabağı toxumlar zərərvericilərə  qarşı 1 ton toxuma 
15,8 litr kruyzer (600 q/l),  göb
ələk xəstəliklərinə  qarşı  isə  1 ton 
toxuma 10-
15  litr  hesabı  ilə  apron  və  ya  maksim  preparatları  ilə 
d
ərmanlanır. 
S
əpin müddəti  temperatur  şəraitindən  asılıdır.  Torpağın  əkin 
q
atında temperatur 5-7 
0
C, 
toxumun basdırılma dərinliyində tempe-
ratur 8-12 
0
C  olduqda s
əpin aparmaq mümkündür. Gündəlik tempe-
ratur 10-12 
0
C olduqda cüc
ərtilər daha tez alınır.  
S
əpin erkən  yazda  fevral  ayının  axırları  və  mart  ayının  əvvəl-
l
ərində aparılır. Səpin üsullarından sıx-yuva üsulu daha geniş yayıl-
mışdır. Bu texnologiyada cərgəyə nəzərdə tutulmuş miqdarda toxum 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə