H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

22 
 
lazımı sıxlıqda səpilir. Sıx yuva üsulu səpində cərgələrarası 60 və 90 
sm-lik, silosluq gün
əbaxan səpinində isə 45, 60 və 70 sm ilə səpin əl-
verişlidir. 
Son dövrl
ərdə günəbaxanı gencərgəli punktir səpin üsulu ilə yəni 
c
ərgəarası  70 sm olmaqla becərirlər. Səpin üçün SUPN- 8, SKPP- 12 
aqreqatlarından istifadə edilir. Bitki sıxlığı hektarda 40-50 min ədədə 
b
ərabər  olmalıdır.  Cərgələrdə  bitki arası  məsafə  30-40 sm-ə  qədər, 
h
ər metrdə orta hesabla 3,0-3,5 bitki olmalıdır.  Nəmlik ehtiyatı az 
olan yerl
ərdə bitki sıxlığı 20-30 min və cərgələrdə bitki arası məsafə 
50-60 sm, y
əni hər metrdə orta hesabla 1,5-2,0 bitki olmalıdır. Səpin 
norması 1000 ədəd toxumun kütləsindən asılı olaraq müəyyənləşdiri-
lir. H
ər hektara 8-14 kq toxum səpilir. Günəbaxan silos üçün becəril-
dikd
ə səpin norması 35-40 kq-a qədər artırılır. Səpinin dərinliyi 6-8 
sm olur. 
Əkinə  qulluq  işləri.  Cücərtilərin torpaq səthinə  çıxmasına 4-5 
gün qalmış tarla, qaysağı dağıtmaq və alaqları  məhv etmək məqsə-
dil
ə   malalanır. Əgər səpindən sonra torpaq səthi həddən artıq quru-
yarsa çıxışların alınmasını gözləmədən torpaq səthi sıxlaşdırılmalıdır. 
Bunun üçün ZKK- 
6  markalı  dişli  kotandan  istifadə  olunur. Səpin 
c
ərgəvi üsulla aparılıbsa malalama cərgələrə  perpendikulyar istiqa-
m
ətdə həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanın 2 cüt yar-
paq fazasına qədər malalamanı aparmaq mümkündür. Cərgəarası 70 
sm olduqda birinci kultivasiya 50 sm enind
ə, ikinci kultivasiya isə 45 
sm enind
ə aparılır. Alaq otlarına qarşı  prometrin yaxud treflan her-
bisidl
əri ( hektara 2-3 kq ) işlədilir.  
2-
3 yarpaq fazasında günəbaxan seyrəldilir və hər hektarda 50-
55 min bitki saxlanılır. Dəqiq səpin texnologiyasında seyrəltmə əmə-
liya
tına ehtiyac qalmır. Bundan başqa cərgələrarası torpaq sahəsinin 
bec
ərmə texnologiyasına başlanır. Adətən, 2-3 cərgələrarası beçərmə 
aparılır. Cərgə araları KRN- 4,2 və KRN - 5,6 kultivatorları ilə becə-
rilir.  Birinci kultivasiya 6-8 sm, ikinci 8-10 sm v
ə üçüncü isə 5-6 sm 
d
ərinlikdə aparılmalıdır. Bitki 60-70 sm hündürlükdə olduqda cərgə-
l
ərarası becərmələr qurtarır. Suvarma şəraitində günəbaxan becərmə 
texnologiyasında sahə dondurma şumundan sonra arat edilir. Vege-
tasiya 
ərzində  bitkiyə  üç-dörd dəfə  su verilməlidir.  Suvarmaların 


23 
 
t
əqbiqi toxumlarda yağın miqdarını yüksəldir.
 
Birinci suvarma cüc
ər-
til
ər seyrəldikdən sonra (dörd yarpaq fazasında), ikinci -  səbət əmə-
l
əgəlmə dövründə, üçüncü - çiçəkləmə qabağı, dördüncü suvarma isə 
toxumların  dənə  dolduğu  dövrdə  hektara 800-1000 m
3
  olmaqla 
aparılır. Yaxşı gübrələnmiş suvarma şəraitində becərilən günəbaxan 
üçün h
ər hektarda bitki sıxlığı 55-60 min ədəd müəyyənləşdirilmiş-
dir. 
Gün
əbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tum-
ların boş olmaması üçün bir hektar sahəyə 2 bal arısı ailəsini gətir-
m
ək zəruridir. Bu halda məhsuldarlıq daha da yüksəlir.  
Keçmiş  SSRİ-də  günəbaxanın  intensiv  texnologiya  ilə  becəril-
m
əsi  üsulları  işlənib  hazırlanmışdır.  Bu  becərmənin  əsas  üsulları 
növb
əli  əkində  günəbaxanı  əlverişli  sələflərdən  (taxıl  bitkiləri, göy 
noxud,  qarğıdalı)  sonra  yerləşdirmək,  torpağın  keyfiyyətli  hazırlan-
ma
sı,  azotlu  və  fosforlu gübrələrin tətbiqi, alaqlarla mübarizədə 
herbisidl
ərin səpini hektarda optimal bitki sıxlığı (35-50 min) yarat-
maq, 
əkinlərə vaxtında qulluq, müasir və keyfiyyətli yığımın təşkili 
üsullarıdır.  
M
əhsulun  yığılması.  Günəbaxan  toxumlarda  yağ  toplanması 
başa  çatıb,  hər sorta aid tipik rəngə  çalanda,  rüşeym  bərkidikdən 
sonra yığılmalıdır. Quraqlıq illərdə toxumların dolması çiçəkləmədən 
38 gün sonra, n
əmli illərdə  isə  48-50  gün  sonra  başa  çatır.  Xarici 
əlamətlərinə görə günəbaxan toxumlarında 3 cür yetişmə qeyd edilir: 
sarı, qonur və tam yetişmə. 
1. Sarı yetişmədə yarpaqlar və səbətin alt tərəfi limonu- sarı rəng 
alır. Bu dövrdə səbətdə nəmlik 78- 82%, tumda isə 30- 40% olur. 
2. Qonur yetişmədə səbət tünd qonur rəng alır, nəmlik 40-50%, 
tumda is
ə 12-14% olur. 
3. Tam yetişkənlikdə səbətin nəmliyi 18-20%, tumunku isə 10- 
12%-
ə çatır.  
Toxumların orta nəmliyi 12-14 %-ə endikdə  günəbaxanın  yığı-
mına başlanılır. Bu dövrdə bitkinin 80- 90 %-i qonur-sarı, səbətlərin 
əksəriyyəti qonur, quru olmaqla 10-12 %-i sarı rəng alır. Nəmişli il-
l
ərdə  günəbaxanın  yetişməsi uzanaraq çiskinli havaların başlanması 


24 
 
il
ə bir yerə düşür ki, bu da sklerotina və boz çürümə xəstəliyinin ya-
yılmasına səbəb olur.  
Yığımı  qısa  müddətdə  aparmaq üçün desikasiya edilir. Desi-
kasiya bitkinin yetişməsini sürətləndirir, yığım müddətini qısaldır, ağ 
v
ə boz çürüməni zərərsizləşdirir, quru və  yüksək keyfiyyətli toxum 
alınmasına şərait yaradır. 
Desikasiya m
əqsədi ilə  maqnezium-xloratdan istifadə  edilir. 
Kütl
əvi çiçəkləmədən 35-40 gün sonra toxumlarda nəmlik 30-35% 
olduqda 
əkinlərə maqnezium-xloratın 60 %-li məhlulu  (hektara 20 
kq), 20 %-li reqlon (2 litr/ha) v
ə ya onların qarışığı (10 kq + 1 litr ) 
100-150 litr suda h
əll edilir və  1 hektara çilənir. Bu halda məhsul 
yığımına 10-12 gün tez başlamaq mümkündür. Yığıma çiləmədən 8-
10 gün sonra başlamaq lazımdır. Desikatlar tətbiq olunmuş sahələr-
d
əki bitki qalıqları ilə heyvanların yemləndirilməsi qadağandır. Yığı-
mı gecikdirdikdə səbətlər tam quruyur, hektardan 2-3 sentner toxum 
m
əhsulu və ya 2-3 % yağlılıq itirilir. Yığım zamanı kombaynın hərə-
k
ət sürəti saatda 5 km olmalıdır ki, toxumun zədələnməsi və xırda-
lanmasının qarşısı alınsın.  
Gün
əbaxan birbaşa kombayınla  yığılır. Bu məqsədlə taxılyığan 
kombayn
lara  xüsusi  qurğu  quraşdırılır.  Taxıl  kombaynları  CK-5 
“Niva”,  PSP-1,5 t
ərtibatı  ilə  də  yığım  aparmaq olar. Bu tərtibatla 
kombayn gövd
ələri 20 sm - lik yüksəklikdən  kəsərək 15 sm iriliyin-
d
ə xırdalayır, toxumlar isə bunkerə tökülür. Yığım, bütün bitkilərin 
m
əhsul yığımında olduğu kimi, qısa müddətdə həyata keçirilməlidir. 
Yığımdan sonra toxumlar alaq otlarının toxumlarından və digər yad 
qarışıqlardan təmizlənib, 10-12% nəmlik həddinə  qədər qurudulur, 
satış üçün hazırlandıqda isə toxum 6-7 % nəmliyə qədər qurudulur. 
Qurudulmuş toxumlar təmizlənir və saxlanma yerlərinə daşınır. 
T
ərkibində  yağlılıq  faizi  çox  olan  toxumlar  saxlanılarkən nəmliyi 
7%-
ə bərabər olmalıdır. Belə toxumları 7%-dən yuxarı nəmlikdə sax-
lamaq m
əsləhət deyil. Toxumlar 1 metr təbəqədə (qalınlıqda) saxla-
nılır. Kisələrdə saxlanılan toxumların nəmliyi isə 8-10%-ə yaxın ol-
ma
lıdır.  
Şərait olduqda günəbaxan intensiv texnologiya ilə  də  becərilə 
bil
ər. Bu texnologiyada hər hektardan 2-2,5 ton toxum almaqla, 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə