H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

25 
 
bec
ərmə  texnologiyasındakı  əməliyyatların  sayı  adi  texnologiyada 
olan 12-13 
əməliyyatdan 7- 9-a qədər azaldılır, çəkilən xərclər 20% 
aşağı salınır və məhsulun maya dəyəri 7-8% ucuzlaşdırılır.  
Toxumun yığımdan sonra işlənməsi. Yığımdan sonra toxumun 
içind
ə bir çox qarışıqlar – gövdə, səbətcik və yarpaq hissəcikləri olur. 
Bu  qarışıqları  toxuma  nisbətən nəmli  olduqlarına  görə  yığımdan 
sonra d
ərhal təmizləmək vacibdir. Təzə yığılmış toxumları 25-30 gün 
yığımdan sonra yetişmək üçün saxlayırlar. Bu prosesi sürətləndirmək 
üçün dig
ər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-10% qalana 
q
ədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 0,4 m  hündürlüyün-
d
ə yığılır. 
1. 2. 
GƏNƏGƏRÇƏK 
 
Xal
q  təsərrüfatı  əhəmiyyəti.  Gənəgərçək  dünya  əhəmiyyətli 
bitkidir. Yüksək yağlı bitkilərdən hesab edilir. Yağ  bitkinin müxtəlif 
orqan
larında  yerləşir,  ancaq  toxumlarından  çıxarılır  (alınır).  Gənə-
gərçək toxumlarının tərkibində 47-60 % qurumayan (yod ədədi 82-
86
) yağ vardır. Bu  yağ qatılığını (özüllüyünü)  yüksək temperaturda 
yaxşı  saxlayır  və  sənayenin  bir  çox  sahələrində  geniş  tətbiq  edilir. 
Yağının tərkibində toksiki birləşmə -ritsinin alkaloidli və zülalın sian 
qrupu ilə birləşməsi olan ritsin vardır. Bakterisid xüsusiyyəti olduğu 
üçün tibdə istifadə edilir.  
Gənəgərçək bitkisi texniki yağ əldə etmək üçün əkilib becərilir. 
Bu  bitki  ona  görə  qiymətlidir  ki,  ondan  alınan  mahud  yağı  və  ya 
ritsin yağı (gənəgərçək yağı) plastik, neylon liflər, reaktiv təyyarələr 
üçün sintetik maddələr, hidravlik mayelər, süni dəri, aşağı və yuxarı 
temperatura dözümlü xüsusi yağlama vasitələri hazırlanmasında, tib-
də və sabunbişirmə sənayesində istifadə olunur. Gənəgərçək yağının 
tibbi  məqsədlər  üçün  istifadəsi  haqda  ən  qədim  sanskrit    əlyazma-
larında rast gəlinir. Bu əlyazmalarında gənəgərçəyin qırmızı və açıq 
rəngli toxumlarından bəhs edilir. 
İsti üsulla alınmış gənəgərçək yağından gön-dəri, toxuculuq, lak-
boyaq, sabunbişirmə və sənayenin digər sahələrində istifadə olunur. 
Soyuq üsulla alınmış  yağdan (kostorovoe) tibdə  istifadə olunur. Bu 
üsulla alınmış yağda zəhərli maddələrin hissəcikləri olmur. Gənəgər-


26 
 
çək    jmıxından  kazein  yapışdırıcısı  (kleyi)  alınır.  Tərkibində  7,5% 
azot  olduğundan  gübrə  kimi  də  istifadə  olunur.  Jmıxın  hər  sentne-
rində 92 yem vahidi var. Tərkibində zəhərli maddə olduğundan hey-
vandar
lıqda yem kimi istifadə olunmur.  
Köklü  (qədim)  Afrika  əhalisi  arasında  gənəgərçək  çox  geniş 
tətbiq sahəsinə malikdir. İlin soyuq vaxtlarında gənəgərçək yağı dəri-
yə sürtmək üçün, ölmüş heyvanların dəri və xəzlərini aşılamaq üçün, 
yemək hazırlamaq üçün, hündürboylu bitkiləri kənd yerlərində, həm-
çinin  tütün,  pambıq,  batat  və  maniok  plantasiyalarının  kənarında 
canlı çəpər kimi istifadə edirdilər. 
Gənəgərçəyin  çoxillik  formaları  torpaq  eroziyası  və  torpaq  tö-
kül
məsi  zamanı  yol  kənarlarının  bərkidilməsi  üçün  istifadə  olunur. 
Gənəgərçəyin yarpaqları ipəkqurdunun bəzi növlərinin tırtılları üçün 
yaxşı yemdir. 
Mənşəyi.  Gənəgərçəyin  birinci  mənşə  mərkəzi  Şərqi  Afrika 
hesab olu
nur.  Burada  ona  həm  yabanı,  həm  də  mədəni  halda  rast 
gəlinir. Ancaq bəzi müəlliflər belə hesab edirlər ki, mədəni gənəgər-
çəyin  mənşə  mərkəzi  Mərkəzi  Afrikadır.  Qədim  Misir  fironlarının 
qəbirlərində gənəgərçəyin qalıqlarına rast gəlinməsi onun bizim era-
dan 3-
4 min il əvvəldən becərildiyini deməyə əsas verir. Qədim Mi-
sir
də gənəgərçəyi “Kiki”, Romada isə “ritsinus-gənə” adlandırırdılar. 
Gənəgərçəyin növ müxtəlifliyinin ən çox rast gəlindiyi botaniki 
mərkəz  şərqi  Afrikadır.  Toxumların  cücərmə  qabiliyyətini saxlama 
müddəti, dəniz axınları ilə qozaların (toxumların) yayılması xüsusiy-
yəti ona gətirib çıxarmışdır ki, Asiya, Avstraliya və belə görünür ki, 
Mərkəzi  Amerikada  da  gənəgərçəyin  özünəməxsus  növmüxtəlifliyi 
mərkəzləri formalaşmışdır.   
Tarixi, yayılması və məhsuldarlığı. Bu bitki qədimdən Misirdə 
becərilmiş və oradan Asiya, Amerika və Avropaya yayılmışdır. Gə-
nəgərçəyi  ingilis  koloniyaları  İngiltərəyə  gətirmiş  və  artıq  XVIII 
əsrdə  gənəgərçək  yağı  tibdə  istifadə  edilirdi.  Bir  qədər  sonra  onu 
maşınların  yağlanmasında,  toxuculuqda,  gön-dəri  sənayesində,  sa-
bun
bişirmədə və ətriyyat sənayesində də istifadə etməyə başladılar. 
Amerikanın tropik qurşağına düşən gənəgərçək yabanılaşmağa başla-


27 
 
dı. Gənəgərçəyin  yabanı formaları kəndlərin və yolların kənarında, 
habelə tarla bitkiləri sahələrində alaq kimi bitir. 
Gənəgərçəyin dünya üzrə 1,5 mil ha əkin sahəsi vardır. Ən çox 
əkin  sahəsi  Hindistan  (500  min/ha)  və  Braziliyadadır.  Hindistanda 
gənəgərçək çox qədim zamanlardan  becərilir. Burada hər il 40 min 
tona y
axın gənəgərçək (mahud) yağı istehsal edilir. Braziliyada 400 
min ha-
dan  artıq,  Çində  təxminən  160  min  ha  əkin  sahəsi  vardır. 
Sudanda,  Efiopiyada  Anqolada,  Ekvatorda  Argentinada,  İtaliyada, 
Rumıniyada,  Ukraynada,    Macarıstanda  və  Bolqarıstanda  da  əkin 
sahələri çoxdur. 
 
Keçmiş SSRİ-də təxminən 150 min ha əkin sahəsi olmuşdur ki, 
bu da əsasən Krasnodarda və Ukraynada yerləşmişdir. Gənəgərçəyin 
becərilmə  rayonları  40 

şimal  enliyi  ilə  40 

cənub  enliyi  arasında 
məhdudlaşır. Gənəgərçək Hindistanda və Şri - Lankada dəniz səviy-
yəsindən  1500  m-ə  qədər  yüksəklikdə,  Şərqi  və  Mərkəzi  Afrikada 
2200 m-
ə qədər yüksəklikdə becərilir.   
Rusiyada Şimali Qafqaz ərazisində, Rostov vilayətində də  əkin 
sahələri mövcuddur.  
Gənəgərçək  Asiya  qitəsində  qədim  bitki  olsa  da,  onun  sənaye 
istehsalı XVIII-XIX əsrdən başlayır. MDB-də əsasən Şimali Qafqaz-
da,  Ukraynanın  cənubunda,  Özbəkistan  və  Qazaxıstanda  yağlı  bitki 
kimi  becərilir.  Azərbaycan  Respublikasının  isti  rayonlarında  (Mil-
Muğan düzündə) çox yaxşı bitib inkişaf edir. Məhsuldarlığı  hektar-
dan 8-
10, ayrı-ayrı təsərrüfatlarda isə 15-20 sentnerə çatır. Suvarma 
şəraitində isə hər hektardan 25 sentnerə qədər toxum verir.  
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Gənəgərçək  südlə-
yənlər  (Euphorbiaceae)  fəsiləsinin  Ricinus  cinsinə  aiddir.  Üç  növü 
var.  Xırdameyvəli-(Ricinus microcarpus g. Pop.), irimeyvəli  (Rici-
nus macrocarpus g. Pop.)
, və zənzibazarski (Ricinus sansibarinus g. 
Pop.)  
Tropik  və  subtropik  ölkələrdə  çoxillik  bitki  kimi  gənəgərçəyin  
hündürlüyü 10 m-
ə çatır. Bu bitki  yaxşı inkişaf etmiş kök sisteminə 
malikdir. Qışda məhv olurlar. Gənəgərçəyin mil kökü torpağın 3- 4 
metr dərinliyinə, ətrafa isə 2 metrə qədər yayılır. Güclü budaqlanan 
və budaqları dikdurandır. Hündürlüyü 1-3 metrə çatır. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə