82
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yazlıq raps (kolza)
(Brassica napus oleifera annua Metzg.)
kələmkimilər
(Brassicaceae)
fəsiləsinə daxil olan birillik ot tipli bitkidir. 1,5-1,8 m hündürlükdə
dikduran gövdəsi vardır. Yarpaqları payızlıq rapsa nisbətən zəif inki-
şaf etmişdir. Aşağı yarpaqları iri, lirəşəkilli lələklərə ayrılmış, sap-
laqlı, yuxarı yarpaqları bütöv, uzunsov, lansetşəkillidirlər. Gövdə və
yarpaq
ları qalın mum örtüyü ilə örtülmüşdür. Yarpaq ayası alt tərəf-
dən tüklüdür. Çiçəkləri sarı, çiçək qrupu salxımdır. Raps öz-özünü
tozlayandır, ancaq çarpaz tozlanmada mümkündür. Meyvəsi 5-10 sm
uzun
luğunda ensiz, düz, nazik, uzun buruncuqlu hamar qındır. Yetiş-
dik
də çartlayır. Toxumu xırda, qara və ya qəhvəyi rəngli, üzəri
hamardır. 1000 toxumun kütləsi 2,6-5,0 qr-dır. Bir meyvədə 18-30
ədəd
toxum olur
(r
əngli şəkil 16).
Yazlıq rapsın vegetasiya müddəti 95-100 gündür. Səpildikdən 5-
6 gün sonra cücərti verir. Birinci 20-30 gün gövdəsi yavaş böyüyür.
Bu vaxt çoxda böyük olmayan rozet yarpaqlar əmələ gətirir. Cücər-
tilər alındıqdan 35-50 gün sonra çiçəkləmə başlayır və çiçəkləmə 20-
35 gün bəzən daha çox davam edir.
Yazlıq raps soyuğa davamlı bitkidir. Onun toxumları 1-3
0
C-
də
cücərməyə başlayır. Müntəzəm çıxışlar isə (5-7 gündən sonra) 9-12
0
C-
də alınır. Cücərtilər -3, -5
0
C , yaşlı bitkilər isə -8
0
C şaxtaya dö-
zə bilir. Vegetativ kütləsinin böyüməsi üçün 18-20
0
C istilik tələb
olunur. Çiçəkləmə və toxumların yetişməsi dövründə 23-25
0
C tem-
pe
ratur əlverişlidir. Vegetasiya ərzində orta sutkalıq temperaturun
cəmi 1700-2100
0
C - dir.
Yazlıq raps nəmlik sevəndir. Ən çox suyu qönçələmə və çiçək-
ləmə fazasında sərt edir. Bu dövrdə havaların quraq keçməsi toxum
məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Yazlıq raps bitmə şəraitinə (torpağa) az tələbkardır. Onu müxtə-
lif torpaq tiplərində, hətta əhəng verilməklə turş podzollu torpaq-
larda da becərmək olar. Uzun gün bitkisidir. Yazlıq raps (kolza)
məhsuldarlığına və yağlılığına görə payızlıq rapsdan geri qalır.
Sortları. Dən üçün tərkibində eruk turşusu olmayan sortlar
Ku
banskiy, Evvin (ETYBİ-da seleksiya yolu ilə alınmışdır) eruk tur-
83
şusu az olan sortları: Maryanovskiy, Ukrainskiy (Ukrayna k/t Akade-
miyasında alınmışdır) və b. sortları becə-rilir.
Becərilmə texnologiyası və yığımı. Növbəli əkində yeri. Yazlıq
raps üçün ən yaxşı sələflər - qara herik, heriyə əkilmiş taxıllar, yaşıl
yem üçün paxlalı otların qarışığı, dənli paxlalılar və qarğıdalıdır. Onu
kələmkimilər
(Brassicaceae) fəsiləsinə daxil olan bitkilərdən sonra
yerləşdirmək olmaz. Yazlıq raps öz tarlasına ən azı 4-5 ildən sonra
qaytarılmalıdır.
Gübrələnməsi. Yazlıq raps üzvi və mineral gübrələrə həssasdır.
Peyin ( hektara 20-
30 ton) yaxşı olar ki, sələf bitkisi və ya herik
altına verilsin. Əsas şum altına (dondurma və ya herik şumu altına)
hektara 40-
60 kq təsiredici maddə hesabı ilə fosforlu və kaliumlu
gübrələr verilir. Azotlu gübrələr isə (N
60 -90
) yazda səpin qabağı kul-
tivasiya altına verilir. Tam mineral gübrələrlə yanaşı podzol torpaq-
lara əhəng, qumsal və meşə torpaqlarına isə kükürd verilməlidir.
Torpağın əsas becərilməsi. Yazlıq raps üçün torpağın əsas
becərilməsi konkret iqlim şəraitində yazlıq taxıl bitkiləri üçün torpaq
becərmədə olduğu kimidir. Taxıllar yığıldıqdan sonra torpaq 20-22
sm dərinlikdə şumlanır. Çoxillik alaqlar basmış sahələrdə isə bir qə-
dər dərin 30-32 sm şum aparılır. Şumun dərinliyi əkin qatının qalınlı-
ğından asılı olaraq müəyyən edilir.
Nəmliyi toplamaq üçün qışda sahəyə qar yığılır (toplanır). Yastı-
kəsənlərlə torpaq becərmədə qışa qalmış kövşənlikdə mütləq herbi-
sidlər tətbiq edilməlidir.
Torpağın səpin qabağı becərilməsi. Yazda torpaq quruyan
kimi dondurma şumu BZSS-1,0 markalı dişli mala ilə iki iz mala-
lanır. Yastıkəsənlə şumlanmış sahədə isə iynədişli BİA-3 markalı
ma
la tətbiq edilir. Yaxşı cücərtilər əldə etmək üçün sahə hamarlan-
malıdır. Bu məqsədlə AKP-2,5 aqreqatı tətbiq edilir. O həm torpağı
yumşaldır həm hamarlayır, həm də vərdənələyir. Səpin qabağı kulti-
vasiya üçün USMK-
5,4 tətbiq edilir. Səpin qabağı kultivasiyanın
dərinliyi 5-7 sm olmalıdır. Kultivasiyadan sonra quru torpaqlar hal-
qa
lı vərdənə ilə vərdənələnməlidir.
Səpin qabağı kultivasiya ilə birlikdə 60-90
kq azot gübrəsi, həm-
çinin treflan (0,8- 1 kq/ha t.e.m) herbisidi verilir.