H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

 

44 


 

 



 

45 


 

gec aparılmasına baxmayaraq alınmış cücərtilər ilk əvvəl əlverişli 

tor

paq  şəraiti  olduğuna  görə  daha  intensiv  böyüyürlər.  Bu 



səbəbdən də sonrakı aylarda bitkinin boyu və çətirlərinin diametri 

Şirvandakılara nisbətən üstün olur (25). 

Gəncə  -  Qazax  bölgəsində  basma  bitkisinin  avqust  ayında 

hündürlüyü 

səpin sxemindən asılı olaraq orta hesabla 40,5 - 60,2 

çətirinin diametri isə 35,3 - 56, 3 sm olmuşdur. 

Biçilməyib   saxlanılmış basma  bitkisində   isə   səpin sxe-

min


dən asılı olaraq vegetasiyanın sonunda hündürlük 92,5 -112,5 

sm-


ə çətirin diametri isə 77,2 -103,4 sm-ə bərabər olmuşdur 

(cədvəl 5. 4). 

Gəncə  -  Qazax  bölgəsində  basma  bitkisinin  hündürlüyə 

intensiv 

böyüməsi sentyabr, çətirin intensiv böyüməsi isə avqust-

sentyabr  aylarına  təsadüf  etmişdir.  Qeyd etdiyimiz kimi  noyabr 

ayında  temperaturun  aşağı  enməsi  səbəbindən  basma  bitkisinin 

yerüstü hissəsi tələf olur. 

Basma bitkisinin vegetativ orqanlarının morfoloji tədqiqindən 

məlum  oldu  ki,  bütün  morfoloji  göstəricilər  Gəncə  -  Qazax 

bölgəsində becərilən basma bitkisində Şirvanda becərilən bitkilərə 

nis


bətən yüksəkdir.  

Vegetasiyanın  sonunda  Gəncə  -  Qazax  bölgəsində  becərilən 

bitkilərdə  səpin  sxemindən  asılı  olaraq  əsas  budaqların  sayı  orta 

hesabla 3,7 - 

6,1 ədəd, yan budaqların sayı isə 16,5 -31,0 ədəd ol-

du

ğu halda, Şirvanda bu göstəricilər müvafiq olaraq 2,6 - 5,6 və 



14,9 - 

25,2 ədəd olmuşdur.  

Əsas  gövdə  üzərində  buğumarasının  sayı  Gəncədə  becərilən 

bitkilərdə  (22,3  -  44,9  ədəd)  Şirvanda  becərilən  bitkilərə  (19,2  -

38,4 ədəd) nisbətən 3,1 - 6,5 ədəd çoxdur. Basma bitkisində buğu-

marasının uzunluğu Şirvanda orta hesabla 3,0 - 4,5 sm, Gəncədə 

isə 3,5 - 6,3 sm olmuşdur. 

Gəncə - Qazax bölgəsində səpinin sxemindən asılı olaraq bir 

basma bitkisində orta hesabla 1230,2 - 2132,2 ədəd, Şirvan bölgə-

sin


də isə 1127,4  -1846,2 ədəd yarpaq olmuşdur.  

 



 

46 


 

Gəncə - Qazax bölgəsində basma yarpağının uzunluğu 2,4  - 

3,5 sm, eni isə 2,3 - 3,3 sm olduğu halda, Şirvanda bu göstəricilər 

müvafiq olaraq 1,4 - 

2,7 və 1,0 - 2,2 sm olmuşdur (cədvəl 5. 5 - 5. 

6). 


Müxtəlif  torpaq-iqlim  şəraitlərinin  basma  bitkisinin  böyümə 

dinamikasına  təsirinin  öyrənilməsindən  bu  nəticəyə  gəldik  ki, 

basma bitkisi ona verilən qida sahəsi nə qədər artıq olarsa o qədər 

də intensiv böyüyür və morfoloji göstəriciləri yüksək olur. Bu hal 

hər iki bölgədə özünü göstərir.  

Onu da qeyd 

etmək  lazımdır  ki,  basma  bitkiləri  Gəncə  - 

Qazax 


bölgəsi  şəraitində  Şirvan  bölgəsinə  nisbətən  daha  yaxşı 

böyüyüb 


inkişaf edirlər. 

5.  5. Qida 

sahəsi, bitki sıxlığı və biçin vaxtlarının   basma 

bitkisinin 

yarpaq məhsuldarlığına təsiri 

 

Bitkilərin  bu  və  ya  digər  tor-



paq-

iqlim  şəraitinə  introduksiyası 

zamanı  qarşıda  duran  ən  mühüm 

vəzifələrdən  biri  onların  məhsul-

darlığının kəmiyyət və keyfiyyətcə 

təyin  edilməsidir.  Azərbaycan  şə-

raiti  üçün yeni olan basma bit-

kisinin normal 

inkişaf edib yüksək 

məhsul  verməsi  üçün  onun  be-

cərilmə  aqrotexnikasına  düzgün 

əməl etmək vacib məsələlərdən bi-

ridir (122). 

2001-2004  -  cü 

illərdə apardı-

ğımız  tədqiqatlarla  müəyyən  edilmişdir  ki, basma bitkisinin  yaş 

kütlə və quru yarpaq məhsuldarlığı becərildiyi torpaq - iqlim şə-

raiti  və  becərilmə  aqrotexnikasına  daxil  olan  qida  sahəsi,  bitki 

sıxlığı və biçin vaxtı ilə sıx əlaqədardır. 

 

Şəkil 5. 3.  Basma (İ. tinctoria) 



bitkisinin lələkşəkilli yarpaqları 


 

47 


 

 

 




 

48 


 

 

 



 


 

49 


 

 

 




 

50 


 

 



 

51 


 

Basma bitkisinin 

məhsuldarlığına  biçin  vaxtının  təsirini 

öyrənmək  məqsədi  ilə  bitkilər  vegetasiya  müddətində  müxtəlif 

vaxtlarda 2 dəfə və vegetasiyanın sonunda bir dəfə biçilmişdir. I 

biçin 


hər iki bölgədə bitkinin kütləvi çiçəkləmə vaxtı --avqustun 

əvvəlində  və  ortalarında,  II  biçin  isə  oktyabrın  ortalarında  və 

axırlarında aparılmışdır. 

I  biçini avqustun  əvvəlində (2. VIII ay), II biçini oktyabrın 

ortalarında  (15.  X  ay)  apardıqda  Şirvan  bölgəsində  60  x  15  x  2 

sxemi ilə səpilmiş basma bitkisindən orta hesabla 135,3 s/ha yaş 

kütlə,  23,0  s/ha  quru  yarpaq,  60  x15 x 3  sxemi  ilə  səpilmiş 

bitkilərdən 113,7 s/ha yaş kütlə, 18,2 s/ha quru yarpaq, 60 x 10 x l 

sxemi ilə səpilmiş bit- 

ki

lərdən  165,8  s/ha  yaş 



kütlə, 23,2 s/ha quru yarpaq, 

60  x 10 x 

2 sxemi ilə səpi-

lənlərdən isə 137,3 s/ha yaş 

kütlə, 20,6 s/ha quru yarpaq 

məhsulu alınmışdır. Nəzarət 

variantının (60 x 15 x l) yaş 

kütlə  məhsuldarlığı  92,4 

s/ha,  quru  yarpaq  məhsul-

darl


ığı  isə  14,8  s/ha  olmuş-

dur. 


Gəncə - Qazax bölgəsində 60 x 15 x 2 sxemi ilə səpilmiş bas-

ma  bitkisindən  iki  biçində  orta  hesabla  cəmisi  171,8  s/ha  yaş 

kütlə, 29,2 s/ha quru yarpaq, 60 x 15 x 3 sxemi ilə səpilmiş bit-

kilərdən 169,3 s/ha yaş kütlə, 27,1 s/ha quru yarpaq, 60 x 10 x 1 

sxemi ilə səpilmiş bitkilərdən 267,1 s/ha yaş kütlə, 37,9 s/ha quru 

yarpaq,  60  x 10 x 

2  sxemi  ilə  səpilmişlərdən  isə  231,3  s/ha  yaş 

kütlə,  34,2 s/ha quru yarpaq  məhsulu  əldə  olunmuş  dur.  Bu 

bölgədə  nəzarət  variantının  yaş  kütlə  məhsuldarlığı  151,2 s/ha, 

quru 


yarpaq  məhsuldarlığı  isə  25,7  s/ha  təşkil  etmişdir  (cədvəl 

5.7). 


Şəkil 5. 4.  Müxtəlif vaxtlarda 

biçilmiş basma tozları 




Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə