H. S. HÜMBƏtov



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix01.07.2018
ölçüsü7,22 Mb.
#53012
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



örtüyü bir çox tədqiqatçılar tərəfindən  öyrənilmişdir. Bitki örtüyü 

əsasən  şaquli  zonallıq  qanunu  əsasında  yayılmaqla  bərabər,  in-

trazonal, ekstrazonal və azonal bitkilik tipləri də rast gəlinir. Ədə-

biyyat məlumatları əsasında bu ərazi üçün  aşağıdakı bitki qrup-

laşmalarının yayıldığı müəyyən edilmişdir: 1.  Yovşanlı-taxıllı qu-

ru bozqırlar. 2.Yovşanlı-gəvənli quru bozqırlar. 3. Gəngizli yarım-

səhralar. 5. Yovşanlı şorangəli səhralar. 6. Şorangəli səhralar, ça-

la-


çəmən bitkiliyi (1). 

Kolluq və seyrək ağac bitkiləri ilə təkrarlanan meşə altından 

çıxmış sahələr Gəncəçay, Şəmkirçay, Zəyəmçay çaylarının alçaq 

dağlıq  hövzələrində,  çayların  ətrafında  və  onların  subasarında 

yayılmışdır.  Vaxtı  ilə  meşə  və  kolluqlardan  ibarət  olan  bu  sahə-

lərdə hal-hazırda meşə altından çıxmış çəmənlər yayılmışdır (13).   

Gəncə  -  Qazax  bölgəsində  iqlimin  quruluğu,  yağıntının  az 

düşməsi bitki örtüyündə kserofitləşmə prosesini sürətləndirir. Ona 

görə  də  bəzi  yerlərdə  ot  durumu  seyrək  olur.  Burada  quraqlığa 

davamlı  çoxillik  ot  bitkiləri  üstünlük  təşkil  edir.  Onların  ərazidə 

paylanması  relyefin  quruluşu  ilə  sıx  əlaqədardır.  Ot  durumunun 

bolluğu torpaq-qrunt nəmlənmə şəraitindən daha çox asılıdır. Ona 

görə də burada relyefin şimal-qərb yamaclarında yovşanlı-topallı, 

cənub  yamaclarda  isə  gəvənli-tıs-tıslı-taxıllı,  gəvənli-topallı-

kəklikotulu,  gəvənli-topallı  bozqırlar yayılır.  Bu  formasiyalarda 

müxtəlif  yövşan  növləri  (Artemisia  lerchiana, A. absinthium, A. 

caucasica, A. campestris, A. Scoparia), yapon tanqalotu (Bromus 

yaponicus),  nazikbaldır  (Koeleria  abbovii),  çobantoxmağı  (Da-

ctylis glomerata), səhra ayrığı (Agropuron desertorum) çəmən tül-

küquyruğu  (Alopecrus  pratensis),  daha  çox  yayılır.  Kür  çayı 

ətrafında  bozqır    fitosenozları  kənd  təsərrüfatı  bitkiləri  altında 

becərilmişdir. Onların izləri yalnız lokal sahələri əhatə edir.  

Gəncə - Qazax bölgəsində yarımsəhra və səhra bitkilik tiplə-

rində təbiilik xüsusiyyətləri demək olar ki, qalmamışdır. Yovşanlı-

efe

merli  (Artemisetum  lerchianae),  gəngizli  (Salsoletum nodu-



losae, Kalidietum caspicae), şahsevdilik (Halostachyietum belan-

gerianae), qarağanlıq (Salsoletum dendroides) formasiyaları əsrlər 




 

 



boyu antropoge

n  təsirlər  altında  qaldığından  xüsusiyyətlərini 

itirərək,  yalnız  lokal  talalar  şəklində  qalmışdır.  Bitki  örtüyü  isə 

yarımsəhra  və  quru  çöl  tipinə  daxildir.  Burada  əsasən  kserofit 

yarımkol  bitkiləri  yayılmaqla  çöl  ot  bitkiləri  üstünlük  təşkil  edir 

ki,  onların  da  arasında  taxıl  edifikatorları,  paxlalılar,  müxtəlif 

çoxillik  otlar,  o  cümlədən  yovşan,  gəngiz,  şoranotu,  qarağan  və 

efemeroidlər çox rast gəlinir. Kolluqların orta boyu 50-130 sm, ot 

bitki

lərinin boyu isə 15-45 sm arasında dəyişir (1, s. 24). Relyefin 



çö

kək yerlərində qrunt sularının səthə yaxın olduğu ərazilərdə və 

subasar

larda qamışa da rast gəlinir. Ərazinin bitki örtüyü çox  rən-



ga

rəngdir.  Ərazinin  düzənlik  hissəsi  əsasən  taxıl  fəsiləsinə  mən-

sub bitkilərdən təşkil  olunmuşdur.  Bölgədə  geniş   ərazini  əhatə 

edən  Ceyrançöl  qış  otaqlarında  yarımsəhra  bitki  qrupundan, 

əsasən efemer və efemeroidlər üstünlük təşkil edir. Ümumiyyətlə, 

bitki  örtüyünün  flora  tərkibi  olduqca  kasıbdır.  Səhra  tipli  bitki 

örtüyü  yarımsəhra  bitki  örtüyünə  nisbətən  məhdud  şəkildə 

yayılmışdır.  Dağətəyi  düzənliyin  yuxarı  sərhəddində  və  orta 

dağlıq  qurşaqda  bozqır  bitki  örtüyü  əsasən  çoxillik  yabanı  taxıl 

bitkilərindən təşkil olunmuşdur (31, s. 224).  

 

Bozqır  sahələrdə  ot  örtüyü  daha  sıx  və  yüksək  bioloji 



məhsuldarlığı  ilə  səciyyələnir.  Düzən  ərazilərin  bəzi  yerlərində 

ayrı-ayrı  talalar  şəklində  şoran  və  bataqlıq  bitkilərin  yayıldığı 

sahələrə də rast gəlinir. 

Ərazidə  əkinçilik  və  maldarlığın  inkişaf  etməsi  nəticəsində 

meşə  örtüyü  demək  olar  ki,  heç  bir  yerdə  öz  təbii  sərhədində 

qalmamış, bir çox yerlərdə subalp meşə örtüyü tamamilə sıradan 

çıxmış, onu dağ çəmənləri, meşə - kolluqlar və ya şiddətli örtülü 

sahələrin  faizi  xüsusilə  son  10-15  ildə  əsaslı  şəkildə  aşağı 

düşmüşdür. Bundan başqa, Kür çayı vadisində meşə örtüyü məhv 

edilmiş  sahələr  isə  yulğun  kolları,  söyüdlük,  qamışlıq,  bataqlıq 

bitkiləri  ilə  əvəz  olunmuşdur.  Yenikənd  və  Şəmkir  su  elektrik 

stansiyalarının tikintisi ilə əlaqədar olaraq Tuqay meşələri qırılıb 

məhv edilmişdir. Hal-hazırda Tuqay meşələrinə rayon ərazisində 

talalar şəklində rast gəlinir.  




 

 



Qısa icmaldan məlum olur ki, Gəncə - Qazax bölgəsinin özü-

nə məxsus təbii coğrafi şəraiti olmaqla fitosenoloji və floristik xü-

su

siyyətlərə  malikdir.  Floristik  zənginliyi  ilə  səciyyələnən  səhra, 



yarımsəhra,  bozqır,  Tuqay  tipli  təbii  kompleksləri  əmələ  gətirən 

dominant  və  edifikatorlar,  o  cümlədən  nadir  relikt  və  endemlər 

insanların  təsərrüfat  fəaliyyəti  nəticəsində  demək  olar  ki,  məhv 

edilmişdir.  Bölgədə  baş  verən  təbii  neqativ  proseslər  –  su ero-

ziyası,  defolyasiya,  təkrar  şorlaşma,  deqradasiyalarla  nəticələn-

mişdir. Bölgədə ekoloji tarazlığın tamamilə pozulma təhlükəsi ya-

ran

mışdır (31, s. 226).  



ŞİRVAN   BÖLGƏSİ 

Coğrafi  mövqeyi.  Şirvan  mürəkkəb  təbii  şəraitə  və  əlverişli 

coğrafi mövqeyə malik olub, Mingəçevir su anbarından Hacıqabul 

gölünə,  Kür  çayından  Babadağ  (3632  m)  silsiləsinə  qədər  olan 

ərazini  əhatə  edir.  Тəsərrüfatçılıq  baxımından  aran  və  dağlıq 

yarımbölgələrə  ayrılır.  Basma bitkisinin  dağlıq  Şirvanda  açıq 

sahədə becərilməsinin mümkün olmadığını, təcrübə sahələrimizin 

Kür  dağarası  çökəklik  vilayətinin  Küdrü-Şirvan  rayonun (Kür-

dəmir  inzibati  rayonunun  Karrar  yaşayış  məntəqəsində)  ərazidə 

yerləşdiyini  nəzərə  alıb,  biz  dissertasiyanın  bu  fəslində  aran 

Şirvanın təbii şəraitinin qısa şərhini veririk. 

Şirvanın aran hissəsi Kür-Araz ovalığının şimalında yerləşib, 

onun  sol  sahil  hissəsini  əhatə  edir. Aran Şirvan  bütövlükdə  Şir-

vanın 52,13 %-ni əhatə edən ərazi olub, onun mütləq yüksəkliyi 0-

200 


m arasındadır. Aran Şirvan 2 fiziki-çoğrafi rayonun (Küdrü-

Şirvan,  Mərkəzi  Aran)  ərazisində  yerləşir  (6).  Şirvan  düzünün 

öndağlıqların  ətəkləri  ilə  sıfır  metr  mütləq  yüksəklik  arasında 

qalan  geniş  zolağı  Küdrü-Şirvan,  Mingəçevir su anbarından 

Hacıqabul  gölünə  qədər  Kür  çayının  sol  sahil  hissəsi  və  bütün 

çənub-şərqi  Şirvan  düzü  Mərkəzi  Aran  fiziki  -  coğrafi  rayonuna 

daxildir. 

Relyefi. 

Aran  Şirvan  ərazisinin  relyefi  akkumulyativ  düzən-

liklərdən ibarət olub allüvial-prolüvial tiplidir (7). Relyefin ideal 

düzənlik  şəraitini  Тüryançay,  Göyçay,  Girdmançay  və  Ağsu 




Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə