Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə2/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   2   3   4   5   6   7   8   9   ...   99

 

“Qurani-Kərim”  insanların  həyatı,  əxlaqı,  yaşayış 
tərzi,  ədəbi,  mərifəti,  bir-birinə  münasibəti  və  cəmiy-
yətdəki  mövqeyi,  həmçinin  bu  cəmiyyətdə  hər  fərdin 
vəzifəsini göstərən Səmavi kitabdır. Burada insanın hə-
yatında mümkün olan hər cür şeyə dair münasib ayələr 
vardır.  Belə  də  olmalıdır,  çünki  “Qurani-Kərim” 
insanın  həyat  təlimatıdır,  həm  də  elə  bir  insanın  ki, 
onun  əxlaqı  və  yaşayış  tərzi,  rəftarı  və  amalı  onun 
xilqətinə  və  yaranma  məqsədinə  uyğun  olsun,  onu 
heyvanatdan fərqləndirsin. 
İnsana aid olan heç bir söz, heç bir məsələ qalma-
yıb  ki,  “Qurani-Kərim”  o  barədə  bizə  məlumat 
verməsin. 
Qida  məhsulları  haqqında  “Qurani-Kərim”-in  bir 
çox  surələrində  100-dən  çox  ayədə  müxtəlif  kəlamlar 
buyrulmuşdur.  Qidalanma  haqqında  islami  şərtlər  və 
buyuruqlar  isə  Peyğəmbərimizin  (s.ə.v.)  və  İmamların 
hədislərində,  islam  dininin  elmi  mahiyyətini  insanlara 
olduğu  kimi  çatdırmaq  istəyən  din  xadimlərinin  və 
tarixi  şəxsiyyətlərin  yazılarında  və  nəsihətlərində  öz 
əksini tapmışdır. 
Uzun  illər  ərzaq  məhsullarının  istehsal  texnolo-
giyası,  əmtəəşünaslığı  və  ekspertizası  ilə  məşğul  ol-
maqla  bərabər,  bu  sahədə  300-dən  çox  elmi  əsərin,  o 
cümlədən  60  kitabın  müəllifi  olduğum  üçün,  eyni 
zamanda qəlbimdəki Allah sevgisi və islam dininə olan 
böyük marağım və ehtiramım məni islamda qidalanma 
məsələləri haqqında araşdırmalar aparmağa və nəhayət 
bu barədə sanballı monoqrafiya yazmağa sövq etmişdi. 
Hələ keçən əsrin sonlarında mən “Qida məhsulları 
və  qidalanmanın  islami  şərtləri”  mövzusunda  institut-
daxili elmi-praktiki konfransda çıxış etmişdim. Mövzu 


 

üzrə  etdiyim  məruzə  dinləyicilərin  çox  böyuk  ma-
rağına  səbəb  olmuşdu.  Həmin  dövrdən  14  ildən  çox 
keçməsinə  baxmayaraq  mən  dayanmadan  bu  günə 
qədər  həmin  mövzuya  aid  müxtəlif  səpgili  materiallar 
toplamağa  başladım.  Hər  dəfə  bu  mövzuya  qayıdanda 
dərindən  düşünür  və  belə  bir  mövzuda  monoqrafiya 
yazmağın  məsuliyyətini  hiss  edirdim.  Artıq  toplanmış 
materialları  sistemləşdirib  bir  kitab  halında  yazmaq 
qərarına gəldim. 
Kitabın yazılmasında müxtəlif mənbələrdən, dövrü 
mətbuatda  mövzuya  aid  dərc  olunan  məqalələrdən  və 
əsasən də “Qurani-Kərim”-in 100-dən çox ayələrindən 
istifadə  olunmuşdur.  “Qurani-Kərim”-in  ayələrindən 
verilən istinadlar  Z.M.Bünyadov və V.M.Məmmədəli-
yevin ərəb dilindən tərcümə etdikləri “Qurani-Kərim”-
in 
dördüncü  nəşrindən  (“Məhdiyyə”  nəşriyyatı, 
1420/2000) götürülmüşdür. 
Hər  bir  insanın  həyatdakı  uğuru  da,  uğursuzluğu 
da bir olan Allahın izni ilə baş verir. Odur ki, insan hə-
mişə Allaha şükür etməlidir. Mən də həyatda nə qazan-
mışamsa, uğurlarıma və  xoş günlərimə görə, hətta  çə-
tinliklərlə  üzləşdikdə  belə  həmişə  Allaha  şükür  etmi-
şəm.  İndi  də  şükür  edirəm  ki,  uzun  illərdir  arzusunda 
olduğum  və  nəşrini  görmək  istədiyim  “Qurani- 
Kərim”-də  qida  məhsulları  və  islamda  qidalanma  
kitabımı oxuculara təqdim edə bildim.  
Bu kitabı oxuduqlarım, öyrəndiklərim və bildiklə-
rim əsasında yazıb oxuculara çatdırmaq məqsədilə nəş-
rə hazırladım. Əsl həqiqət bir olan Allaha məlumdur. 
Kitabdakı  araşdırmalarla  əlaqədar  verilən  məlu-
matlardan faydalananlar olsa, özümü bəxtiyar sanaram.  
 


 

Kitabda aĢağıdakı qısaltmalar verilmiĢdir. 
 
(s.ə.v.) – Səlləllahü əleyhi və alihi və səlləm. 
(ə) – Əleyhüssəlam. 
(A.o.r.) – Allah ondan razı olsun. 
kq – kiloqram. 
q – qram. 
mq – milliqram. 
mmq – mikroqram 
mq% - 100 qram məhsulda milliqramla miqdar. 
l – litr. 
ml – millilitr. 
BV – Beynəlxalq vahid. 
kkal- kilokalori. 
kCoul - kilocoul 
 


 

MÜSƏLMANIN ĠNANC TƏMƏLLƏRĠ 
 
Müsəlmanlıq  iki  böyük  inanc  təməl  üzərində 
qurulmuşdur. 
1.
 
Allahdan başqa ibadət ediləcək Tanrı olmadığı, 
2.
 
Muhəmməd  Peyğəmbərin  (s.ə.v.)  Allah  tərəfin-
dən bütün insanlara göndərilmiş bir Peyğəmbər olduğu. 
 İslam dini bunu bir düstur kimi: - La ilahə illəllah 
Muhammedin-Rəsulüllah  –  cümləsində  toplamışdır. 
Bu  mübarək  cümləni  dili  ilə  söyləyib,  qəlbi  ilə  təsdiq 
edən bir kəs, İslam Dinini qəbul etmiş olur. 
Bu inanca: İman, 
İnana da: Mömin – Müsəlman deyilir. 
Peyğəmbər  Əfəndimiz  (s.ə.v.)  imana  belə  tərif 
vermişdir: 
“Aməntü  billahi  və  məlaikətihi  və  kütübihi  və 
rusulihi  vəl-yevmil-axiri  və  bil-kadəri,  hayrihi  və 
Ģərrihi  minallahi  Təala  vəl-basü  badel-mevt.  Hak-
kun  əĢəhədü  ən  la  ilahə  illəllah  və  əĢhədü  ənnə 
Muhammedin abdühü və Rəsulühü.” 
1-  İman  Allahdan  başqa  bir  Tanrı  olmadığına,  Mu-
həmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna, 
2- Allahın mələklərinə, 
3- Allahın kitablarına, 
4- Allahın bütün Peyğəmbərlərinə, 
5- Öləndən sonra dirilməyə (Axirət gününə), 
6-  Yaxşılıq  və  pisliyin  Allahın  təqdiri  və 
yaratmasıyla olduğuna, inanmaqdır. 
Bu  altı  prinsip  imanın  kökləri,  islam  inancının 
təməlidir. 
Ġslam  -  Allahın  və  Peyğəmbərinin  buyruqlarına 
inanmaq və  boyun  əymək,  Allaha təslim olmaq,  daxili, 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə