Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


)  “Bir nəfər halal qazancından - Allah halal mal-



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə8/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

 
27 
Quran, 3.
“Bir nəfər halal qazancından - Allah halal mal-
dan verilən sədəqədən baĢqa heç bir sədəqəni qəbul 
etməz – bir xurma qədər sədəqə versə, Allah o sədə-
qəni qəbul edər. Sonra onu, sizin atın balasını (day-
çasını) böyütdüyünüz kimi,  sədəqə  sahibi  üçün bö-
yüdür.  Belə  ki,  o  sədəqə  dağ  boyda  olur”  (Buhari, 
Zekat, 7; Müslim, Zekat, 1.). 
Bu ayəti-kərimə və hədisi-şəriflər müsəlman üçün, 
inanmış  insan  üçün  halal  tikənin  və  halal  qazancın  nə 
qədər əhəmiyyətli olduğunu göstərir. Qazancı halal ol-
mayan  insanın  duası  Allah  tərəfindən  qəbul  edilməyə-
cəyi kimi, halal olmayan qazancı ilə elədiyi xeyirli işin 
də bir qiyməti yoxdur. 
Ancaq  zəruriyyət  haramı  mübah  (dinə  görə  edil-
məsi normal olan, nə günah, nə də savab olan işlər) ha-
la  gətirir.  Dinimizdə  məcburiyyət  yoxdur.  Çünki  Isla-
miyyət  insana  əziyyət  verməyən  bir  dindir.  Bir  insan 
özündən  asılı  olmayan  səbəblərlə  haram  olan  bir  şey 
yeməyə və yaxud haram olan bir şeyi eləməyə məcbur 
qalarsa,  halal  sayılmasa  da,  öz  ehtiyacını  yerinə 
yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu, 
günah olmaz.  Çünki  ayəti-kərimədə  haram olan şeylər 
sayıldıqdan  sonra  belə  deyə  buyurulmuşdur:  “O 
(Allah)  sizə  ölmüĢ  heyvanı,  (axar)  qanı,  donuz  ətini 
və Allahdan baĢqasının adı ilə (bütlərin və s. adı ilə) 
kəsilənləri  (yeməyi)  qəti  haram  etmiĢdir.  Lakin 
naəlac  qaldıqda  (baçqasının malını)  zorla  mənimsə-
mədən  və  həddini  aĢmadan  (zəruri  ehtiyacı  ödəyənə 
qədər)  bunlardan  yeməyə  məcbur  olan  kimsənin 
heç bir günahı yoxdur. Allah bağıĢlayandır, mərhə-
mətlidir!” (əl-Bəqərə, 2/173). 


 
28 
Haramın növləri 
 
Haram  iki  növ  olur.  Biri  donuz  əti  və  şərab  kimi 
özü  haram  olan  şeylərdir.  Bunlara  “haram  liaynihi” 
deyilir. Digəri isə  əslində haram olmayıb, vəziyyətdən 
asılı  olaraq  haram  olan  şeylərdir.  Bunlara  “haram 
liğayrihi” deyilir. 
Oğurluq  bir  mal,  məsələn,  qoyun  və  ya  pul  ma-
hiyyətcə  halaldır.  Ancaq  başqasının  malı  olduğu  üçün 
və sahibindən izinsiz alındığı üçün haram olmuşdur. 
Halal  və  haram  haqqında  bu  qısa  izahatdan  sonra 
nəyin haram olduğuna baxaq. 
 
Haram olan məhsullar 
 
1.  Donuz  əti. Donuz  məməli heyvandır.  Vəhşi və 
əhilləşdirilmiş olmaq üzrə iki cinsi vardır. 
Yuxarıda qeyd etdiyimiz kimi, Allah-Təala kirli və 
sağlamlığa  zərərli  olan  şeyləri  haram  buyurmuşdur. 
Donuz da bunlardan biridir. 
Donuz hər cür kirli şeyi, siçan və heyvan leşlərini 
belə yeyən bir heyvandır. Buna görə də heyvanların ən 
murdarı kimi tanınmışdır. 
Donuz  çirkli  qidaları  sevdiyi  üçün,  vücudunda 
həddindən  artıq  mikrob  olur.  Bu  mikrobların  başında 
trixin və solitor gəlir. Bunlar insan orqanizmi üçün çox 
təhlükəlidir.  Müasir  tibb  də  donuz  ətinin  hər  iqlimdə, 
xüsusilə  isti  yerlərdə  insan  sağlığı  üçün  çox  zərərli 
olduğunu  müəyyənləşdirmişdir.  Trixindən  başqa,  do-
nuz streptokokku, donuz qripi, donuz vəbası, qarayara, 
dabaq  və  vərəm  də  donuzdan  insana  yoluxan  xəstə-
liklərdəndir.  Bütün  bu  xəstəliklərdən  qorunmaq  üçün 
donuza toxunmamaq və ətini yeməmək lazımdır. 


 
29 
Donuz  ətinin  haram  buyurulmasının  səbəbləri 
yalnız  bizim  bu  gün  bildiklərimizdən  ibarət  deyildir. 
Bəlkə,  zaman  keçdikcə  yeni-yeni  səbəbləri  də  öyrə-
nəcəyik.  Hətta  öyrənə  bilməyəcəyimiz  səbəblər  də  ola 
bilər.  Ancaq  qəti  olaraq  bildiyimiz  və  inandığımız  bir 
şey  vardır  ki,  o  da  Allah  Təbarəkə  Təalanın  haram 
buyurduğu hər şeyin bizə zərərli olduğudur. 
2. Allahdan baĢqasının adına kəsilən heyvan. Əti 
yeyilən heyvan kəsilirkən Allahın  adı ilə – “Bismillah, 
Allahü  Əkbər”  deyilərək  kəsilir.  Bu,  bir  növ  heyvanı 
yaradan  və  bizim  istifadə  və  xidmətimizə  verən  ulu 
Yaradandan icazə almaq deməkdir. Bu icazə alınmadan 
heyvan  kəsilə  bilməz.  Ancaq  yaddan  çıxdığı  üçün, 
Allahın adı deyilmədən kəsilmişsə, zərəri yoxdur. 
Allahdan  başqasının  adı  deyilərək  və  xatırlanaraq 
kəsilən heyvan əti yeyilməz. 
3. LeĢ, qaydalara uyğun olaraq kəsilmədən ölən 
heyvan.  Boğulmuş,  daş,  dəyənək  və  bu  kimi  şeylərlə 
vurularaq,  başqa  heyvanlar  tərəfindən  buynuzlanaraq 
öldürülmüş,  canavarların  yarısını  yeyib  atdığı  hey-
vanlar da özü ölmüş heyvanlar kimi qiymətləndirilir və 
yeyilə  bilməz.  Ancaq  bunlar  ölməmişdən  qabaq  kə-
silsə, yeyilə bilər. 
4.  Qan.  Kəsilmiş  heyvanın  vücudundan  axan  qan 
yeyilməz. Ancaq dalaq və ciyər kimi orqanlarda qalan 
qan axmış sayılmaz, dalaq və ciyərlə yeyilə bilər. 
Bu  haqda  “Qurani-Kərim”-də  belə  buyurulur: 
“Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan,  qan, 
donuz əti, Allahdan baĢqasının adı ilə (bismillah de-
mədən) kəsilmiĢ, boğulmuĢ (küt alət və ya silahla) vu-
rulmuĢ,  (bir  yerdən)  yıxılaraq  ölmüĢ,  (başqa  bir 
heyvanın  buynuzu  ilə)  vurulub  gəbərmiĢ,  vəhĢi  hey-


 
30 
vanlar tərəyindən parçalanıb yeyilmiĢ – canı çıxma-
mıĢ  heyvanlar  müstəsnadır  –  dikinə  qoyulmuĢ  daĢ-
lar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurban-
gahlar) üzərində kəsilmiĢ heyvanlar və fal oxları ilə 
pay  bölmək  sizə  haram  edildi.  Bunlar  günahdır... 
Kim  aclıq  üzündən  naçar  qalarsa,  (çətinliyə  düşər-
),  günaha  meyl  etmək  niyyətində  olmayaraq  (zə-
rurı ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə 
bilər).  Həqiqətən,  Allah  bağıĢlayandır,  rəhm  edən-
dir!”. (əl-Maidə, 5/3). 
Burada  əti  yeyilən  və  yeyilməyən  heyvanlar  haq-
qında məlumat vermək faydalı olar. 
 
Əti yeyilən və yeyilməyən heyvanlar 
 
Əti  yeyilən  və  yeyilməyən  heyvanlar:  suda  yaşa-
yanlar,  quruda  yaşayanlar  və  suda-quruda  yaşayanlar 
olmaq üzrə üç yerə bölünür. 
1. Yalnız suda yaĢayan heyvanlar. Balıq da daxil 
olmaqla  suda  yaşayan  bütün  heyvanların  əti  yeyilir. 
Hənəfi  məzhəbində  balıqdan  başqa  suda  yaşayan  digər 
heyvanların əti yeyilməz. Ancaq suda öz-özünə ölüb su 
üstündə tərsinə yatan heyvan, balıq belə olsa, yeyilməz. 
2.  Yalnız  quruda  yaĢayan  heyvanlar.  Quruda 
yaşayan heyvanlar üç yerə bölünür: 
Birincilər: çəyirtkə, milçək, qarışqa,  hörümçək,  arı, 
əqrəb və başqa zəhərli həşəratlar kimi heç qanı olmayan-
lardır.  Bunlardan  sadəcə  çəyirtkə  yeyilə  bilər,  digərləri 
yeyilə bilməz. Çünki bunlar insanın iyrəndiyi varlıqlardır. 
Ikincilər: ilan, kərtənkələ, gənə, bit və siçan kimi 
yer həşəratları, kirpi,  yabanı siçan və bunun kimi qanı 
axmayan  heyvanlardan  ibarətdir.  Bunlar  zəhərli  ol-
duğu,  insanların  iyrəndiyi  və  Peyğəmbərimiz  tərəfin-


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə