Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə9/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

 
31 
dən öldürülməsi əmr edildiyi üçün yeyilməz. 
Üçüncülər:  qanı  axan  heyvanlardır.  Bunlar  da 
əhilləşdirilmiş  və  vəhşi  olmaq  üzrə  iki  yerə  bölünür. 
Əhilləşdirilmişlərdən  dəvə,  inək,  camış,  keçi,  toyuq, 
qaz, ördək, göyərçin halaldır, əti yeyilə bilər. 
Qatırla  eşşəyin  əti  yeyilmir.  Atın  əti  yeyilə  bilər, 
ancaq bu heyvan minik vasitəsi olduğu və ondan müha-
ribələrdə istifadə olunduğu üçün yeyilməsi məkruhdur. 
It və samurun əti yeyilmir. 
Vəhşi heyvanlara gəlincə, onlardan: aslan, pələng, 
qurd, ayı, fil, meymun, pars və çaqqal kimi kəsici diş-
ləri  olan  və  yırtıcı  heyvanlarla  birlikdə  şahin,  tərlan, 
qartal və bayquş kimi pəncələri ilə ov edən heyvanların 
əti yeyilmir. 
Kəsici  dişləri  və  yırtıcı  pəncələri  olan  bu  heyvan-
lardan  başqa  vəhşi  maral,  vəhşi  inək  və  eşşək  kimi 
heyvanların əti yeyilir. 
Dovşan  əti  halaldır.  Bunun  kimi  yırtıcı  pəncələri 
olmayan  göyərçin,  sərçələrin  bütün  növlərinin,  durna 
və buna bənzər yabanı quşların da əti yeyilir. 
3.  Həm  suda,  həm  də  quruda  yaĢayan  heyvan-
lar.  Həm  suda,  həm  də  quruda  yaşayan  tısbağa,  xər-
çəng, ilan, timsah, suiti və buna bənzər heyvanların əti 
yeyilmir. 
 
Içkilərdən haram olanlar 
 
1.  Içki, azı və ya çoxu sərxoşluq meydana gətirən 
içilən mayedir. Içki haramdır. “Qurani-Kərim”-də belə 
buyurulmuşdur:  “Ey  iman  gətirənlər!  ġərab  da  (içki 
də),  qumar  da,  bütlər  də,  fal  oxları  da  ġeytan 
əməlindən olan murdar bir Ģeydir. Bunlardan çəki-
nin ki, bəlkə nicat tapasınız!” “ ġübhəsiz ki, ġeytan 


 
32 
içki  və  qumarla  aranıza  ədavət  və  kin  salmaqdan, 
sizi  Allahı  yada  salmaqdan  və  namaz  qılmaqdan 
ayırmaq  istər.  Artıq  bu  iĢə  son  qoyacaqsınızmı?” 
(əl-Maidə, 5/90, 91). 
Ayəti-kərimədə  qadağan  edilən  içki  şərabdır. 
Ancaq  Peyğəmbərimiz:  “SərxoĢluq  verən  hər  Ģey 
Ģərabdır və hər Ģərab haramdır” (Müslim, Eşribə, 7) 
-  deyə  buyurmuş  və  sərxoşluq  verən  hər  içkinin  şərab 
kimi haram olduğunu bildirmişdir. 
Sərxoşluq  verən  içkinin  çoxu  kimi,  az  miqdarı  da 
haramdır.  Çünki  Peyğəmbərimiz:  “Çoxu  sərxoĢ  edən 
Ģeyin  azı  da  haramdır”  (Tirmizi,  Eşribə,  3)  -  deyə 
buyurmuşdur. 
Içki niyə haramdır? 
Çünki içkinin bir çox zərəri vardır. 
-
 
Içki insanlar arasına düşmənçilik və kin salır. 
-
 
Içki  insanın  ağlını  başından  alır.  Insan  sərxoş 
olduğu zaman ağlı, müvazinəti pozulur, nə danışdığını 
bilmir, hörmətdən düşür. 
-
 
Içki insanın sağlamlığına da pis təsir edir. Mədə 
və  ağciyərini  xarab  edir.  Həzm  sistemini  pozur.  Təz-
yiqini yüksəldir. Beləliklə, orqanizmin düzgün işləməsi 
pozulur. 
-
 
Böyük miqdarda can və mal itkisinə və bir çox 
insanın şikəst qalmasına səbəb olan yol qəzalarının ək-
səriyyəti  minik  vasitələrinin  alkoqollu  vəziyyətdə 
istifadə olunmasından meydana gəlir. 
-
 
Içki  ailə  həyatını  da  pozur.  Insanın  ailəsini  və 
uşaqlarını  unutmasına  və  bu  səbəblə  də  boşanma  ilə 
nəticələnən  ailədaxili  narazılığa  səbəb  olur.  Belə  bir 
ailədə  yetişən  uşaqlar  narahat  və  bədbəxt  olur.  Ərlə 
arvadın  yola  getməməsi  uşaqlara  da  təsir  edir  və 


 
33 
sağlam böyümələrinə mane olur. 
Buna  görə  də  Peyğəmbərimiz  (s.ə.v.):  “Içkidən 
çəkinin,  çünki  o  bütün  pisliklərin  anasıdır”  (Ət-
Tərğib  vət-Tərhid,  c.3,  s.257.  Hədisi  Hakim  rəvayət 
etmişdir) - deyə buyurmuşdur. 
2.  Narkotik  maddələr.  Pis,  çirkli  və  insan  sağ-
lamlığına zərərli olan hər şeyin haram olduğu yuxarıda 
izah  edilmişdi.  Narkotik  maddələr  də  bunlardandır. 
Insan  sağlamlığına  çox  zərərli  olduğu  üçün  bunlar  da 
haram buyurulmuşdur. 
Narkotik  deyincə,  insanın  ağlına  nəşə,  tiryək,  he-
roin, kokain, morfi kimi maddələr gəlir. Haram olduq-
ları kimi, alınıb satılmaları da qanuni (izinli) deyildir. 
Narkotik  maddələrin  ən  təsirli  və  ortaq  xüsusiy-
yətlərindən biri, az miqdarda qəbul edildiyi zaman belə 
qısa müddətdə vərdiş əmələ gətirməsidir. 
Narkotik maddənin dadına baxmaq olmaz. Bir də-
fə belə istifadə edənlərin ondan xilas olması çox çətin-
dir. Narkotik maddənin dadına baxmaq zəhərin dadına 
baxmaq  kimi  bir  şeydir.  “Zəhər  doğrudan  da  öldü-
rərmi?”  deyə  onun  dadına  baxmaq  ölümlə  nəticələn-
diyi  kimi,  narkotik  maddəni  bir  dəfə  qəbul  edən insan 
ondan  xilas  ola  bilmir  və  ölümə  məhkum  olur.  Tele-
viziya  ekranlarında  və  mətbuatda  tamaşaçıları  dəhşətə 
gətirən  ibrətamiz  nümunələrə  təsadüf  etmək  müm-
kündür. 
Narkotik  maddələrin  pis  nəticələrindən  biri  də 
ailəni dağıtması və ictimai münasibətləri pozmasından 
ibarətdir.  Narkoman  ailəsinin,  uşaqlarının,  qohum-
əqrəbasının  qarşısında  öz  məsuliyyətini  itirir.  Onun 
axtardığı  yalnız  narkotik  maddə  olur.  Onu  tapmaq 
üçün hər şeyi fəda edir. Çünki artıq onun üçün həyatda 


 
34 
heç bir şeyin qiyməti yoxdur. Narkotik maddə üçün pul 
tapa  bilmədiyi  zaman  oğurluq  etməkdən  və  cinayət 
törətməkdən belə çəkinmir. 
Məhz  buna  görə  də  dinimiz  narkotik  maddənin 
bütün  növlərini  qadağan  etmiş,  alış-verişinə  də  icazə 
verməmişdir. 
 
Donuz ətini yemək niyə haramdır? 
 
Insan idrakı üçün aydın olmayan bu və digər sual-
ların  bircə  cavabı  var  –  həqiqəti  bilmək  gərəkdir.  Hə-
qiqəti bilməyin isə yeganə yolu Allaha üz tutmaqdır. 
Müsəlmanlar  Allahın  donuz  ətini  haram  buyur-
duğunu  yaxşı  bilir  və  öz  qidalarında  donuz  ətindən 
qətiyyən istifadə etmirlər. 
Donuz  ətindən  istifadə  edən  və  onun  çox  faydalı, 
dadlı  olduğunu,  yalnız  soyuducu  olmayan  keçmiş  za-
manlarda  tez  korlandığı  üçün  haram  buyurulduğunu 
söyləyənlər isə, ilk növbədə bu qadağanın mahiyyətini 
başa  düşərək,  üzərində  düşünməlidirlər.  Müzakirələr 
aparmaq  lazımlı  şeydir,  lakin  müzakirələr  təkzibedil-
məz faktlar əsasında olmalıdır. 
Donuz  ətinin  qida  kimi  yararsız  olması  barədəki 
faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-küt-
ləvi  ədəbiyyatda  dərc  olunmuşdur.  Lakin  insanlar  nə-
dənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növ-
lü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə 
istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti 
və  ondan  hazırlanmış  məmulatlar  hələ  qədim  dövrlər-
dən  başlayaraq  ən  çox  istifadə  edilən  qida  məhsul-
larındandır. 
Donuzun  ev  heyvanına  necə  çevrilməsi  və  insan 
həyatında  bu  “fəxri”  yeri  nə  cür  tutmasını  göstərən 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə