Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə31/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   27   28   29   30   31   32   33   34   ...   99

 
113 
onu  murdar  və  napak  hesab  edir.  Ağıllı  adamlar  ölü 
heyvan  əti  yeməyi  insan  ləyaqətinə  zidd  hərəkət  kimi 
qiymətləndirirlər. Buna görə də insanlar Allahın adı ilə 
qurban kəsilən heyvanın ətini yeyirlər. 
Ikincisi – müsəlmanın bütün əməllərində müəyyən 
niyyət  olur.  Əgər  müəyyən  niyyəti,  məqsədi,  hədəfi 
olmasa,  müsəlman  heç  bir  şeyə  nail  ola  bilməz.  Hey-
vanın  qurban  kəsilməsinin  mənası,  yəni  insanın  onu 
öldürməyinin  məqsədi,  heyvanın  “canını  alıb”,  ətini 
qida  üçün  istifadə  etməkdən  ibrətdir.  Allah  Təbarəkə 
Təala  insana  əvvəldən  qurbanlıq  kimi  kəsilməsini, 
ovlanmasını,  yaxud  heç  olmazsa,  qida  kimi  istifadə 
edilməsini  nəzərdə  tutmadığı  heyvanın  ətini  haram 
buyurub. 
Üçüncüsü – öz əcəli ilə ölmüş heyvan, çox ehtimal 
ki,  təsadüfən  və  ya  zəhərli  bir  şey  yediyindən  və  s. 
səbəblərdən tələf olur.  Buna görə də belə heyvanın əti 
insana zərər gətirə bilər. Əgər heyvan ölübsə, deməli, o 
ya zəif, ya da xəstə olub. 
Dördüncü  –  Allah  Təbarəkə  Təala  insan  övladına 
ölü  heyvan  ətini  qadağan  edib,  lakin  heyvanı  kəsib 
yeməyə izn verib. Şükr olsun Onun kəramətinə! 
Beş cür ölü heyvan əti var: 
-
 
boğulmuş heyvan;  
-
 
 başından  zərbə  vurulması  nəticəsində  ölmüş 
heyvan; 
-
 
ağac  və  ya  başqa  ağır  əşya  ilə  vurulub 
öldürülmüş heyvan; 
-
 
hündürlükdən yıxılaraq ölmüş heyvan; 
-
 
yırtıcı  heyvan  tərəfindən  parçalanıb  öldürülmüş 
heyvan. 
 


 
114 
Nəyə görə heyvanın qanını içmək olmaz? 
 
Bir dəfə Ibn Əbbasdan soruşurlar: “Heyvanın dala-
ğını yemək olarmı?” O, cavab verir: “Olmaz, çünki o - 
qandır”. 
Ağıllı  adamda  dalaq  ikrah  hissi  oyadır,  çünki  o 
murdardır.  O  da  ölü  heyvan  kimi  bir  çox  xəstəliklərin 
mənbəyidir.  Buna  görə  də  müsəlmana  qan  içmək 
qadağan olunub. 
 
Nəyə görə donuz əti yemək qadağandır? 
 
Donuz  ətini  ona  görə  yemək  olmaz  ki,  o  mur-
dardır, çünki donuz natəmiz şeylərlə qidalanır. Müasir 
təbabət donuz ətinin insana zərər olmasını sübut edir. 
 
Nəyə görə Allahdan baĢqasının adı ilə kəsilmiĢ  
heyvan ətini yemək qadağandır? 
 
Heyvan,  ola  bilsin  ki,  hər  hansı  bütün  adı  ilə 
kəsilsin.  Müsəlman  üçün  belə  heyvanın  ətini  yemək 
günahdır.  Əgər  müsəlman  belə  əti  yeyərsə,  Allahdan 
uzaqlaşaraq,  bütə  yaxınlaşar  və  Islamın  əsasını  təşkil 
edən, Allahın tək olması ehkamını pozmuş olar. 
 
Istisna olunan hallar 
 
Bütün göstərilən qadağalar seçmək imkanı olduğu 
hallarda  vacibdir:  “...Halbuki  məcburiyyət  qarĢısın-
da  (yeməli)  olduğunuz  Ģeylər  istisna  edilməklə,  sizə 
haram  buyurduqlarını  artıq  O  (Allah)  müfəssəl 
Ģəkildə sizə bildirmiĢdir...”. (əl-Ənam, 6/119). 
Allah  Təbarəkə  Təala  ölü  heyvan  ətini  və  qanı 
qida kimi qəbul etməyin haram olduğunu izah edəndən 
sonra  belə  buyurur:  “...Lakin  naəlac  qaldıqda 


 
115 
(başqasının malını)  zorla  mənimsəmədən  və  həddini 
aĢmadan  (zəruri  ehtiyacı  ödəyənə  qədər)  bunlardan 
yeməyə  məcbur  olan  kimsənin  heç  bir  günahı  yox-
dur. Allah bağıĢlayandır, mərhəmətlidir!” (əl-Bəqə-
rə, 2/173). 
Bəzi  müsəlman  şəriətinin  bilicilərinin  fikrincə  bir 
gün  və  bir  gecə  davam  edən  aclıq,  müsəlmana  haram 
buyurulmuş şey  yeməyi  mümkün və üzürlü edir. Əgər 
bu müddət ərzində müsəlman olan kəs halal nemət əldə 
edə  bilməsə,  naəlac  qalıb,  öz  həyatını  saxlamaq  üçün 
yeməyinə haram qata bilər. 
Yox,  əgər  müsəlman  halal  nemətləri  qoyub 
harama əl atırsa, bu böyük günahdır. 
Digər üləmalar haram qida qəbul etməyin məcburi 
olması  hallarını  başqa  tərzdə  şərh  edirlər.  Onlar  belə 
fikir  yürüdürlər  ki,  müsəlman  son  nəfəsinə  qədər 
haram şey yeməməlidir.  
Lakin aclıq üzündən müsəlmana qadağan olunmuş 
yeməklərin  icazə  verilməsi  barədə  Quranda açıq-aşkar 
deyilir:  “...Kim  aclıq  üzündən  naçar  qalarsa, 
(çətinliyə  düşərsə),  günaha  meyl  etmək  niyyətində 
olmayaraq  (zəruri  ehtiyacını  ödəyəcək  qədər  bu 
haram  ətlərdən  yeyə  bilər).  Həqiqətən,  Allah 
bağıĢlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3. 
 
Ət və piy haqqında hədislər 
 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub  ki,  ət  və  piydə  elə 
bir  tikə  yoxdur  ki,  mədəyə  düşdüyü  yerdə  şəfa 
qoymasın və dərdləri oradan qovmasın. 
Peyğəmbər (s.ə.v.) cənabları buyurub:  
1. “Biz peyğəmbərlər ət sevən camaatıq”. 
2.  “Dəvə  ətini  yeyin,  Allahın  düşməni  olan 


 
116 
yəhudilərə müxalif olan bütün möminlər onu yeyirlər”. 
3.  “Kim  ürəyindən  şikayət  etsə  və  qəmi  çox  olsa, 
turac əti yesin”. 
Həzrəti Əli (ə) buyurub:  
 1. “Dünyada və axirətdə ət – təamların ağasıdır”. 
2.  “Çəyirtkə  halaldır,  amma  dənizdə  ölmüş 
balıqlar və başqa heyvanlar haramdır”. 
3. “Çəyirtkə və balıqların hamısı halaldır”. 
Məqsəd  budur  ki,  çəyirtkə  və  ovlanıb  sudan 
xaricdə  ölmüş  balıq  əti  halaldır.  Lakin  dənizdə  ölmüş 
hər bir heyvan, eləcə də balıq haramdır. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Hər  kəs  qırx  gün  ət  yeməsə,  onun  xasiyyəti 
pisləşər. Kimin xasiyyəti pisdirsə, ona ət yedirdin. Hər 
kəs bir parça piy yesə (O vaxt qoyunun quyruq piyi ən 
çox  istifadə  olunan  yağ  olmuşdur  –  Ə-C.Ə),  o  qədər 
dərd onun bədənindən çıxar”. 
2. “Ən yaxşı ət döş (sinə) ətidir”. 
3.  “Kimin  ürəyində  və  ya  bədənində  zəiflik  olsa, 
qoyun ətini süd ilə yesin”. 
4.  “Inəyin  (öküzün)  əti  dərddir,  piyi  şəfadır,  südü 
isə dərmandır”. 
5.  “Heyvanın  bədənində  on  şey  var  ki,  onları 
yemək olmaz: 1) peyin; 2) qan; 3) haram ilik; 4) dalaq; 
5)  vəzilər  və  ya  “gülümlər”;  6)  cinsiyyət  üzvü;  7) 
xayalar;  8)  rəhim,  yəni  balalıq  (döl  yerləşən  kisə);  9) 
həya,  yəni  dəvənin  balalığı;  10)  övdac,  yəni  boyunda 
olan qan damarları”. 
6. “Ölmüş heyvanın bədənində on şey var ki, onlar 
halaldır:  1)  buynuz;  2)  dırnaq;  3)  sümük;  4)  diş;  5) 
qursaq  (şirdan);  6)  süd;  7)  tük;  8)  yun;  9)  pər;  10) 
yumurta”. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə