351
yediyini və nə üçün yediyini dərk etməlidir.
Əbəsə surəsi 24-32-ci ayələrdə buyurulur: “Insan
hələ bir yeməyinə baxsın (görsün ki, ona necə ruzi
verdik). Həqiqətən, biz yağıĢı bol yağdırdıq. Sonra
yeri yardıq. Belə ki, orada dən (dənli bitkilər) gö-
yərtdik: üzüm və yonca; zeytun və xurma bağları;
ağacları bir-birinə sarmaĢan bağçalar; növbənöv
meyvələr və ot, ələf yetiĢdirdik. (Bütün bunlar) sizin
və heyvanlarınızın istifadəsi üçündür!”.
“Qurani-Kərim”-in ayələrində qida məhsulları və
qidalanma
haqqındakı
buyuruqlar
müasir
elmi
tədqiqatlarla hələ tam açılmamışdır. Ona görə də bir
kiçik yazıda onların dəryada bir damcısını izah etmək
baxımından öz bildiklərimizi oxuculara çatdırmaq
istədik. Əgər səhvə yol vermişiksə, Allah-Təala bizi öz
dərgahında bağışlasın və günahımızdan keçsin.
Bu mövzuda yazımı Ulu Peyğəmbərimizin (s.ə.v.)
bir hədisi ilə qutarmaq istərdim:
“Hər şeyin gözəlliyi vardır. Dünyada sağlamlığın
gözəlliyi dörd şeydir. Az danışmaq, az yatmaq, az
yemək, az cinsi yaxınlıq etməkdir”
Səmərəli qidalanmanın müasir prinsipləri
Insanın yaşadığı yerdən və yediyi xörəklərdən asılı
olmayaraq ərzaq məhsullarının tərkibindəki qidalı
maddələr insanın həyat fəaliyyəti üçün enerjinin,
orqanizmdəki toxumaların inkişafı və bərpasında üzvi
materialın, maddələr mübadiləsinin tənzimlənməsində
bioloji fəal maddələrin mənbəyi hesab edilir. Bunlarsız
həyat ola bilməz. Çünki orqanizmdə gedən proseslərə
daim enerji və materiya sərf edilir. Enerji, orqanizmdə
karbohidratlar, yağlar və zülallar oksidləşdikdə yaranır,
352
bunları əmələ gətirən isə maddələrdir. Bu maddələrdən
başqa orqanizmə vitaminlər və mineral duzlar,
sellüloza, ekstraktiv və başqa dad və tamverici
maddələr lazımdır.
Gün ərzində qəbul ediləcək qida payının enerji
dəyərini və keyfiyyət tərkibini işin xarakterindən,
insanın yaşından, bədənin uzunluğundan və kütlə-
sindən, orqanizmin fizioloji vəziyyətindən (hamiləlik,
uşaq əmizdirmək), iqlim şəraitindən və başqa
amillərdən asılı olaraq təyin edirlər. Sağlam, səmərəli
qidalanma üçün əsas şərtlərdən biri orqanizmə lazım
olan qida maddələrinin optimal miqdarda və vaxtlı-
vaxtında qəbul edilməsidir.
Insan nə üçün yediyini, hansı məhsulları nə qədər
və necə yeməyi mütləq bilməlidir. Eyni tərkibli qida
məhsulları ilə hər gün qidalanmaq orqanizmə ziyandır,
çünki bu zaman qidada bir qrup maddələr çoxluq təşkil
edir, digərləri isə çatışmır.
Bəziləri belə hesab edirlər ki, düzgün qidalanma
daha çox və dadlı yeməklər qəbul edilməsinə əsaslanır.
Əslində isə belə deyil. Bunun üçün səmərəli qidalanma
prinsiplərini, iqlim şəraitini və əməyin xarakterindən
asılı olaraq enerji sərfini nəzərə almaq lazımdır.
Müxtəlif qida məhsulları ilə insan minə qədər
maddə qəbul edir, bunlardan 100-ə qədəri orqanizmin
normal həyat fəaliyyəti üçün vacibdir. Zülal, yağ,
karbohidrat, su və mineral maddələrlə yanaşı bir çox
əvəzedilməz amillər vardır. Bunlara əvəzedilməz
aminturşuları, polidoymamış yağ turşuları, ballast
karbohidratlar, makro-, mikro- və ultramikroelement-
lər, vitaminlər, vitaminəbənzər maddələr, bir çox
bioloji fəal maddələr aiddir. Bu maddələrin gündəlik
353
qida rasionunda çatışmaması insanın sağlamlığına
mənfi təsir göstərir. Bunların miqdarı heyvanat və bitki
mənşəli məhsullarda müxtəlifdir. Ona görə də qida
rasionunun kaloriliyi, mənimsənilməsi və orqanizmə
xeyri onun tərkibindən asılıdır.
Qidalılıq və enerji dəyəri həm də məhsulun dad və
tamlılıq məziyyətlərindən asılıdır. Xeyirli qida
məmnuniyyətlə yeyilməlidir. Ona görə də səmərəli
qidalanmanın ümumi prinsipləri ilə yanaşı milli
ənənələr də nəzərə alınmalıdır.
Qida normaları və qidalanmanın səmərəliliyi
nəzərə alınmaqla əsasən 7 şərtə əməl olunmalıdır:
B i r i n c i Ģ ə r t . Qida ilə orqanizmə daxil olan
enerji ilə orqanizmin sərf etdiyi enerji arasındakı
bərabərlik, başqa sözlə enerji balansı. Əgər insan
orqanizminə qida maddələri ilə sərf etdiyi enerjidən
artıq enerji daxil olursa, kökəlmə baş verir və maddələr
mübadiləsi pozulur. Əksinə, sərf etdiyindən az daxil
olursa, insan arıqlayır. Yaşlı insan bədəninin stabil
çəkidə qalması səmərəli qidalanmanın bu “qızıl qay-
dası”-na əməl olunduğunu göstərir. Bu cəhətdən
Azərbaycan xalqının öz xüsusiyyətləri vardır. Gündə
üç dəfə qida qəbulu, müxtəlif ərzaq məhsulları ilə
qidalanmaq xalqımıza xas olan adətdir.
Qeyd etmək lazımdır ki, islam dininə əsasən insanın
doyumdan artıq yeməsi və acmamış qida qəbul etməsi
günah hesab edilir. Bu, Azərbaycan xalqı üçün səmərəli
qidalanmanın birinci prinsipinin əsasını təşkil edir.
Qida ilə qəbul olunan 1 q zülal orqanizmdə
oksidləşdikdə 4,0 kkal (16,7 kCoul), 1 q karbohidrat
3,75 kkal (15,7 kCoul), 1 q yağ isə 9,0 kkal (37,7
kCoul) enerji verir. Əgər sutkalıq qida rasionunda 80,0
354
q zülal, 80,0 q yağ və 500,0 q karbohidrat olarsa, onda
belə rasionun ümumi enerji dəyəri 2915 kkal və ya
12196 kCoul olur (1 kkal = 4,186 kCoul). Qidanın
tərkibini bilməklə onun enerji dəyərini hesablamaq
olar.
100 q müxtəlif ərzaq məhsulları aşağıdakı
miqdarda kkal ilə enerji verir:
Çovdar çörəyi - 170
Bişmiş kartof - 82
Buğda çörəyi - 240
Alma - 39
Pirojna - 320-570
Bişmiş mal əti - 254
Şəkər - 379
1 ədəd yumurta - 63
Süd - 59
Bişmiş treska - 78
Inək yağı - 749
Pivə - 40-50
Günəbaxan yağı - 899
Turş şərab - 65-71
Əsas enerji balansında sakit həyat tərzi keçirən
insanlar üçün enerji itkisi gündə kişilər üçün 1600,
qadınlar üçün 1400 kkal-dır. Bundan başqa müxtəlif
fiziki aktivlikdə enerji itkisi də müxtəlifdir.
1 saatda kütləsi 60 kq olan orta yaşlı adam üçün
enerji itkisi kkal ilə aşağıdakı kimidir.
Yuxuda olarkən - 50 Laboratoriyada ayaq
Yuxulamadan uzanarkən – 65 üstə işlədikdə-150-170
Bərkdən oxuyarkən - 100
Sakit yeridikdə -190
Laboratoriyada oturan
Bərk yeridikdə - 300
yerdə işlədikdə -110 Qaçdıqda - 360
Ev işləri gördükdə - 120-140 Üzdükdə - 180-400
Insanın qida ilə qəbul etdiyi enerji onun işinə,
həyat tərzinə uyğun olmalıdır. Nə qədər enerji orqaniz-
mə daxil olursa, bir o qədər də enerji sərf olunmalıdır.
Dostları ilə paylaş: |