Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə41/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

 
153 
olaraq  mədəsinə  və  ətinə  Cl.botulinum  düşməsi  və 
onun zəhər ayırması bir həqiqətdir. 
Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəzi təri-
qətlərdə pulcuqsuz balığı  yemək haram buyrulmuşdur. 
Çünki pulcuqsuz balığın (əsasən ilanbalığının və naqqa 
balığın) bədəni suda müxtəlif zədələrə, sıyrıntı, qarmaq 
zədəsinə  məruz  qalır.  Bu  növ  zədələnmiş  yerlərdən 
balığın  ətinə  mikroorqanizmlər  asanlıqla  daxil  olur  və 
onu  mikrobioloji  cəhətdən  təhlükəli  edir.  1991-ci  ildə 
Bakıda  naqqa  balığından  kütləvi  zəhərlənmə  hadisəsi 
olmuşdu.  1999-cu  ilin  dekabr  ayında  Bakıda  qaxac 
edilmiş  nərə  balığından  (qəlyanaltı  kimi  restoranlarda 
verilən  “balık”-dan)  kütləvi  zəhərlənmə  olmuş  və  bir 
neçə nəfərin ölümü ilə nəticələnmişdi. Ona görə də bu 
balıqların  insan  səhhətinə  zərərli  olması  nəzərə  alına-
raq, Islamda onlardan qida kimi istifadə olunması mək-
ruhdur.  Eyni  zamanda  nərəkimilərin  onurğa  sümüyü 
əvəzinə olan qığırdağının saxlanılma zamanı xüsusi zə-
hərli  maddə  ayırması  elmi  cəhətdən  sübuta  yetiril-
mişdir.  Nərəkimilər  də  pulcuqsuz  olduğundan  haram-
dır.  Lakin  müasir  elm  bunları  nəzərə  almaqla  həmin 
balıqların  ovlanmasında,  emalında  və  hazır  məhsulun 
saxlanılmasında  sanitariya-gigiyenik  və  texnoloji 
qaydalara ciddi əməl olunmasını tələb edir. 
 
Balıq suda ölsə, onu yemək haramdır 
 
Balıq suda bir neçə halda ölür: 
1.  Balıq  ov  alətində  müxtəlif  səbəbdən  uzun 
müddət  qalır.  Külək  və  başqa  təbii  səbəblərdən  balıq 
ov  alətindən  vaxtında  çıxardılmır.  Balıq  ov  alətindən 
qaçmağa  cəhd  göstərir  və  güclü  hərəkətlər  edir.  Digər 
tərəfdən, külək və fırtına balığı həddən artıq yırğalayır 


 
154 
və  ona  mexaniki  zərbələr  vurur.  Bunun  nəticəsində 
orqanizmdə  maddələr  mübadiləsi  kəskin  dərəcədə 
pozulur.  Orqanizmdə  normadan  artıq  oksidləşməmiş 
maddələr yığılır və balıq ölür. 
2. Ov alətində balıq çox toplanılır. Məsələn, Xudat 
Siyənək  Ovlama  vətəgələrində  bir  nevoda  (tordan  dü-
zəldilmiş  üzən  böyük  ov  aləti)  bəzən  50  tona  qədər 
siyənək  düşür.  Siyənəklər  nevodun  matnasında  (torun 
kisə  şəklində  orta  hissəsi)  yığılır.  Nevod  sahilə  çə-
kildikdə  balıqlar  matnada  yığılır  və  nəhayət  bir-bir-
lərini  möhkəm  sıxırlar.  Orta  qatlarda  qalan  balıqların 
tənəffüs  alması  çətinləşir  və  balıq  suda  ikən  ölür. 
Bəzən  küləyin  güclənməsindən  ov  alətində  ölmüş 
siyənəklər 5-6 saat və daha çox qalır. 
3. Suda oksigenin çatışmaması üzündən balıq ölür. 
Məlum  olduğu  kimi,  balıq  oksigensiz  yaşaya  bilməz. 
Balıqlar  növlərindən  asılı  olaraq  oksigenə  müxtəlif 
tələbat  hiss  edirlər.  Orta  hesabla  suda  oksigenin 
miqdarı  4,5  mq/l-lən  az  olmamalıdır  ki,  balıqlar məhv 
olmasın.  Su  hövzələrində  oksigenin  az  olması  balıqlar 
üçün  fəlakətdir.  Ümumiyyətlə,  oksigen  normadan  az 
olanda balıq nə hərəkət edir və nə də qidalanır (yuxuya 
dalır).  Suda  oksigenin  miqdarı  azaldıqca  balıq 
“boğulur” və tələf olur. 
Su  hövzələrində  oksigen  bir  çox  səbəblərə  görə 
azalır.  Oksigenin  azalması  suyun  olduqca  isti  olması 
və yaxud qış zamanı donması, suda çürük bitkilərin və 
ölü  heyvanların  olması,  suyun  dibinin  lilləşməsi,  su 
hövzələrinə məişət, zavod və fabriklərin çirkli sularının 
tökülməsi,  neft  və  başqa  yanacaqların  qarışması  ilə 
əlaqədardır. 
Ilk  növbədə,  suda  ölmüş  balıqda  botulizm  törədi-


 
155 
ciləri kəskin dərəcədə inkişaf edir və çoxalırlar. Müəy-
yən  olunmuşdur  ki,  12-16
0
C  temperaturda  bir  neçə 
saatdan sonra botulizm törədiciləri balığın mədəsindən 
ətinə və qanına keçir. Botulizm zəhəri 24 saatdan sonra 
balığın  qanında  və  48  saatdan  sonra  ətində  müşahidə 
olunur. 
Suda  ölmüş  balıq,  quruda  ölmüşə  nisbətən 
fermentlərin  və  mikrobların  təsirinə  daha  tez  düçar 
olurlar.  Bu  da  suda  ölmüş  balığın  ətinin  olduqca  tez 
yumşalması  və  onun  toxumalarının  müqavimətinin 
azalması ilə izah olunur. 
Suda ölmüş balığın tərkibində dərin biokimyəvi və 
mikrobioloji  proseslər  gedir.  Nəticədə  balıq  yeyinti 
üçün yararsız hala düşür. 
Əgər balıq sudan kənara düşsə, ya ləpə onu kənara 
atsa, ya su çəkilib balıq quruda qalsa, belə ki, ölümün-
dən əvvəl onu tutsalar, can verəndən sonra onu yemək 
halaldır. Bu məsələnin izahı yuxarıda verilmişdir. Tək-
rarən qeyd etmək istəyirəm ki, ölümü məlum olmayan 
balığı yemək təhlükəlidir. 
Qeyd:  Balıq  haqqında  yuxarıda  verilən  məlumat-
lar  Əliheydər  Mahmudovun  “Quran  və  Ģəriətdə  ba-
lıq”  (Bakı,  1994)  kitabından  istifadə  olunmaqla 
yazılmışdır. 
 
Balıq əti haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.
 
(Daim) balıq əti yemək bədəni korlayır. 
2.
 
Daim  təzə  balıq  əti  yemək  insanın  ətini 
korlayır. 
Imam Əli (ə): 
1.
 
(Daim) təzə balıq əti yemək insanın ətini əridir. 


 
156 
2.
 
Daim balıq əti yeməyin, o bədəni korlayır. 
3.
 
Balıq  əti  az  yeyin  ki,  o  bədəni  zəiflədir, 
bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir. 
4.
 
(Daim)  balıq  əti  yeməyin  ki,  o  bədəni  vərəmə 
giriftar edər. 
5.
 
Balıq  əti az  yeyin  ki,  onun  əti  bədəni zəiflədir, 
bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir. 
Imam  Baqir  (ə):  Bu  balıq  əti  gözün  pərdəsi  üçün 
pisdir. 
Imam Sadiq (ə): 
1.
 
Üç şey kökəldir və üç şey arıqladır. Arıqladan-
lar: yumurta, balıq və təzə xurma yeməyə adət etmək. 
2.
 
(Daim) balıq əti yemək bədəni əridir. 
3.
 
Allahın Rəsulu (s.ə.v.) balıq əti yeyəndə deyər-
di:  “Allahım!  Bunu  bizim üçün  bərəkətli et,  bizə bun-
dan da faydalı qidalar nəsib et”. 
Imam Kazim (ə): 
1.
 
Balıq  yeyin.  Əgər  onu  çörəksiz  yesəniz, 
doyuzdurar, çörəklə yesəniz, həzm etdirər. 
2.
 
(Daim) təzə balıq əti yemək bədəni xarablayır. 
3.
 
(Daim)  təzə  balıq  əti  yemək  gözlərin  piyini 
xarablayır. 
Diqqət:  Daim  balıq  əti  yeməyi  qadağan  edən  hə-
dislərin  sənədlərinin  zəif  olmasına  baxmayaraq,  on-
ların  sayının  çoxluğu  tədqiqatçılarda  həmin  hədislərin 
sadirliyinə  bir  növ  güman  yaradır.  Hərçənd  ki,  qəti 
fikir  bildirmək  üçün  elmi  və  təcrübi  tədqiqatın  apa-
rılması zəruridir. 
Imam Rza (ə): Gərək…eyni vaxtda balıqla yumur-
tanı yeməyəsən. Onlar bir yerdə olanda qulunc, babasil 
yeli və diş ağrısı yaradırlar. 
“Kafi” - Səid ibn Imam Sadiqin (ə) yaxın adamla-


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə