198
Xurmanın faydaları
Xurma Quranda haqqında bir çox ayədə bəhs
olunan, cənnət nemətləri arasında “bənzərsiz xurma”
(Rəhman surəsi, 68) ifadəsi ilə qeyd edilən bir
meyvədir. Allahın Quranda bildirdiyi bu meyvə tədqiq
ediləndə onun bir çox əhəmiyyətli xüsusiyyətlərinin
olduğu üzə çıxır. Məlumdur ki, xurma məlum olan ən
qədim bitki növlərindəndir. O, ləzzətli dadı ilə yanaşı
qidalandırıcı xüsusiyyətinə görə də əhəmiyyət verilən
bir qidadır. Hər ötən gün kəşf edilən faydaları xurmaya
həm qida, həm də dərman kimi istifadə edilən bir
meyvə statusu verib. Xurmanın malik olduğu bu
xüsusiyyətlərə “Məryəm” surəsində diqqət çəkilir:
Allahın Hz. Məryəmə “xurma yeməsini” bildirmə-
sinin bir çox hikməti var. Allahın Hz. Məryəmin doğu-
şunu asanlaşdırmaq üçün təqdim etdiyi nemətlərdən
biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar
üçün xüsusi əhəmiyyət kəsb etməsi və faydaları elm
tərəfindən
bu
günlərdə
təsdiq
edilib.
Xurma
tərkibindəki 60-65% şəkərlə ən çox şirinliyə malik
olan meyvələrdəndir. Həkimlər hamilə qadınlara
doğduqları gün tərkibində meyvə şəkəri olan qidaların
verilməsini tövsiyə edirlər. Burada məqsəd ananın
zəifləyən bədəninə enerji və canlılıq vermək, həmçinin
təzə doğulan körpəyə zəruri olan südün yaranması
üçün süd hormonlarını hərəkətləndirmək və ana südü-
nü çoxaltmaqdır. Həmçinin doğuş zamanı baş verən
qan itkisi də bədənin şəkər miqdarının azalmasına
səbəb olur. Xurma bədənin şəkər ehtiyacının təmin
edilməsi baxımından vacibdir və təzyiqin düşməsinin
qarşısını da alır. Xurmanın kaloriliyi çox yüksək ol-
199
duğu üçün, o, xəstəlikdən taqətsiz düşənlərə və yorğun
olanlara xüsusilə faydalıdır.
Bu məlumatlar Allahın Hz. Məryəmə həm onun
özünə enerji və canlanma verəcək, həm də körpənin
yeganə qidası olan südün yaranmasını təmin edəcək
xurmadan yeməsini bildirməsində böyük bir hikməti
ortaya qoyur. Məsələn, xurmada insan bədəninin
sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət
daşıyan 10-dan çox element var. Buna görə də müasir
dövrdə alimlər insanın təkcə xurma və su ilə yaşaya
biləcəyini bildirir. Bu sahənin tanınmış mütəxəssislə-
rindən sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan
südün bir insanın gündəlik qida ehtiyacını təmin
etməyə kifayət edəcəyini deyir.
Xurmadakı oksitosin maddəsindən də müasir təba-
bətdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edi-
lir. Oksitosin doğuşu asanlaşdırma təsirinə görə bir çox
mənbələrdə “rapid birth”, yəni “sürətli doğuş” ifadəsi
ilə qeyd edilir. O, doğuşdan sonra ana südünü artıran
təsirə malik olması ilə məşhurdur. Oksitosin əsasən
beynin ifraz etdiyi doğuş sancılarını başladan bir hor-
mondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu
hormonun sayəsində başlayır. Hormonun təsiri özünü
ana bətnini təşkil edən əzələlərdə və ana südünün ifra-
zını təmin edən əzələ quruluşundakı hüceyrələrdə gös-
tərir. Doğuş zamanı ana bətninin əhəmiyyətli şəkildə
büzülməsi doğuşun gerçəkləşə bilməsi baxımından çox
vacibdir. Oksitosin də bətni təşkil edən əzələlərin çox
güclü şəkildə büzülməsini təmin edir.
Oksitosin həm də yeni doğulan körpənin qidalan-
ması üçün ana südünün ifrazına təkan verir. Xurmanın
təkbaşına bu xüsusiyyəti – onun tərkibində oksitosinin
200
olması – Quranın Allahın vəhyi olmasının daha bir
mühüm dəlilidir. Xurmanın tibbi faydasının müəyyən-
ləşdirilməsi ancaq yaxın vaxtlarda mümkün olub.
Halbuki, Quranda təxminən 1400 il əvvəl Allahın Hz.
Məryəmə hamiləlik dövründə xurma ilə qidalanmağı
vəhy etdiyi bildirilir.
Xurmada insan bədənində bol miqdarda hərəkət və
hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan
istifadə edilən bir şəkər növü də var. Özü də bu şəkər
qan şəkərini sürətlə yüksəldən qlükoza yox, meyvə
şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan
şəkərinin sürətlə qalxması bir çox orqanlara mənfi təsir
edir, amma bundan ən çox zərər görən orqan və sis-
temlər göz, böyrəklər, qan-damar və sinir sistemləridir.
Gözün görmək qabiliyyətinin itirilməsinə kimi aparıb
çıxaran narahatçılıqların, infarkt və böyrək çatışmaz-
lığı kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblə-
rindən biri qan şəkərinin yüksəkliyidir.
Xurmanın tərkibində müxtəlif vitamin və mineral-
lar var. Xurma lif, yağ və proteinlər baxımından da çox
zəngindir. Xurmada natrium, kalium, kalsium, maqne-
zium, dəmir, kükürd, fosfor və xlor da var. Bundan
başqa, xurmanın tərkibində A vitamini, betakarotin,
B
1
, B
2
, B
3
və B
6
vitaminləri də bol miqdardadır. Xur-
manın tərkibindəki vitamin və mineralların adi insan
bədənində və hamiləlik dövründəki faydalarından
bəzilərini isə bu ardıcıllıqla qeyd edə bilərik:
Xurmanın qidalandırıcı gücü onun tərkibindəki
münasib mineral balansından qaynaqlanır. Xurmada
hamilə qadınların qəbul etməli olduğu B vitamini
qrupuna aid fol turşusu da vardır. Fol turşusu (B
9
)
bədəndə yeni qan hüceyrəsinin yaranmasında, bədənin
Dostları ilə paylaş: |