Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
  1   2   3   4   5   6   7   8   9   ...   47


Hacı Nərimanoğlu 
 
 
 
 
TURAN Aşiqləri 
                                                  
 
 
Müəllifdən: 
 
 
2011-ci il 
 
ÜmumTürk Tarixinə Şərəfli Səhifələr Yazmış; 
 
I. Türkiyə Cümhuriyyətinin qurucusu, adı bəşər tarixinin yetirdiyi ən 
böyük siyasət, dövlət və hərb adamları sırasında öncül yerdə dayanan, 
YUNESKO tərəfindən XX əsrin bir nömrəli şəxsiyyəti elan edilmiş               
 
Qazi Mustafa Kamal Paşa Atatürkün  130, 
 
II. Ulu Öndər Atatürkün “Ətimin və sümüyümün atası Əli Rza 
əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır”-dediyi, “Vətən nə Türkiyədir 
türklərə, nə Türküstan, Vətən böyük və müəbbət bir ölkədir: Turan” 
amalı ilə yaşayıb mücadilə aparmış böyük mütəfəkkir  
 
Ziya Göyalpın  135, 
 
III. Osmanlı İmperatorluğunun sonuncu Hərbi naziri, Ümumtürk birliyi, 
Turan idealı uğrunda mücahid və şəhid olan  
 
Ənvər Paşanın  130, 
 
IV. 93 il əvvəl Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu 
gerçəkləşdirən qəhrəman sərkərdə, Qafqaz İslam Ordusu Komandanı  
 
Nuru Paşanın   122-ci   
 
                                                                                     Doğum  İlidir. 
 


Azərbaycanın coğrafi-siyasi subyekt, müstəqil dövlət olaraq bu gün 
müasir dünya xəritəsində öz yerini tutmasında hər 3 paşanın və onların 
fikir, məfkurə babasının böyük xidmətləri olmuşdur.  
Onların şəxsi həyatı, amalı həm də tariximizin bütün çətin dövrlərində 
Azərbaycana yeganə etibarlı arxa, dayaq, qardaş olmuş, bunu fikirdə, 
sözdə, əməldə sübuta yetirmiş Osmanlı-Türkiyə dövlətinin Azərbaycana 
əsil qardaşlıq münasibətinin inikasıdır. Mustafa Kamal Paşa, Ənvər 
Paşa, Nuru Paşa, Ziya Göyalp adları  Azərbaycan var olduqca hörmət, 
məhəbbətlə anılacaqdır, onlar xalqımızın qəlbində, yaddaşında özlərinə 
əbədi sevgi yuvası qurmuşlar. Azərbaycan xalqının, dövlətinin hər guşəsi 
şəhid qanı ilə suvarılmış Anadolu torpağına, Türk insanına, bu 
şəxsiyyətlərə əbədi bir vəfa borcu var.  
Türkiyə Cümhuriyyəti Quruluşunun 88-ci və Azərbaycanın Dövlət 
Müstəqilliyinin bərpasının 20-ci ildönümündə həyatları  Türkiyə və 
Azərbaycanın, Türk ulusunun azadlığı, istiqlalı uğrunda çarpışmalarda 
keçən insanların mübarizə dolu ömür yollarına kitab həsr edilməsi bu 
mənada tamamilə təbiidir, xalqımızın Anadolu torpağına sevgisinin 
ifadəsidir.  
Türkiyə və Azərbaycan oxucuları üçün nəzərdə tutulan, həm Anadolu, 
həm Qafqaz türkcəsində materialların yer aldığı bu kitab həmin mənəvi 
borc düşüncəsi ilə, birlik və bərabərliyimizi bu günkündən daha yaxın  
görmək arzusu ilə yazılıb.  
 
 
 
 
 
 
 
Bakı-2011 
 


 
 
 
 
 
 
 
 
 
 
ATATÜRK:  
 
 
Ben herşeyden evvel bir Türk milliyetçisiyim. TÜRK BİRLİGİNİN 
birgün hakikat olacağına inancım vardır. Ben görmesem bile, gözlerimi 
dünyaya onun rüyaları içinde kapayacağım. TÜRK BİRLİGİNE inanıyorum, 
onu görüyorum. Yarının tarihi, yeni fasıllarını TÜRK BİRLİGİYLE 
açacaqdır. Dünya sükununu bu fasıllar içinde bulacakdır. TÜRK” ün varlığı 
bu köhne aleme yeni ufuklar açacaq, Güneş ne demek, ufuk ne demek, o 
zaman görülecek. 
 
 


Azeri Turklerinin dertleri kendi dertlerimiz ve sevincleri kendi 
sevinclerimiz olduğu icin onların muratlarına nail olmaları, hür ve mustakil 
olarak yaşamaları bizi pek ziyade sevindirir. Sovyetler Birligi bugun 
dostumuzdur, müttefikimizdir. Onun bu dostluguna bugün ihtiyacımız vardır. 
Ama bir gun Sovyetler Birligi de Osmanlı gibi Avusturya-Macarıstan 
İmparatorlugu gibi parcalanacaktır. Sovyetler Birligi icinden dini bir, dili bir, 
tarihi bir olan Kardeslerimiz vardır. Biz, o günlere hazır olmalıyız! Hazır 
olmak oturup beklemek degildir. Onlar bize gelemezler, biz onlara gitmeliyiz. 
Köprüler kurmak gerekir. Dil bir köprudur, inanc bir köprüdür, kültür bir 
köprüdür. 
*** 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV ATATÜRK HAQQINDA: 
 
ANKARADAKI "ANITKABIR" MƏQBƏRƏSİNDƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 
BANİSİ MUSTAFA KAMAL ATATÜRKÜN MƏZARINI ZİYARƏT ETDİKDƏN SONRA 
XATİRƏ KİTABINA YAZDIĞI ÜRƏK SÖZLƏRİ: 


 "Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal 
Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona 
Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm. 
Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn 
Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq 
işıq saçır."  8 fevral 1994-cü il 
 
“Türkiyə cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa 
Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin 
əəsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini 
davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə 
çevirmişlər.” 
 
 8 fevral 1994-cü il, Ankarada "Çankaya" köşkündə şərəfinə ziyafətdə 
nitqindən  
 
“Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə 
cühuriyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının nəyə qadir 
olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir. ...Azərbaycan 
xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail 
olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının 
dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla 
gedən Türkiyə cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir” 
 
 1 noyabr 1994-cü il, Bilkənd Universitetində Məhəmməd Füzulinin 500 
illiyinə həsr olunmuş təntənəli açılışda çıxışından  
“Böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə erməni millətçilərinin, 
daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. 
Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal 
Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə 
Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, 
Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları 
unutmuruq. 
 
...Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə cümhuriyyətinin 
mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun 
yaratdığı cümhuriyyətin mükafatıdır. Mustafa Kamal Atatürk sizin üçün nə 
qədər əziz və hörmətli olubsa, o qədər də Azərbaycanlılar üçün belədir. Ona 
görə də Türkiyə, demokratik, Atatürk Türkiyə cümhuriyyəti bizim üçün 
doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik.” 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə