Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   39   40   41   42   43   44   45   46   47

bəy Yusifbəyov çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası 
Hacı Əhməd Paşaya demişdir: “Zati ailələri, sizin şanlı oğullarınız Ənvər 
Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün 
türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır. (“Azərbaycan” qəzeti, 8 
noyabr 1918-ci il). 
“Yerli bəylər Nuru Paşanın Azərbaycana, Gəncəyə gələcəyini və 
yolüstü Yevlaxda olacağı xəbərini çoxdan alsalar da onun nə vaxt burada 
olacağını təxmin edə bilmirdilər. Yalnız Nuru Paşa Naxçıvana gəldikdən 
sonra onun mayın 24-də Yevlağa yetişəcəyi dəqiqləşdirilmişdi. Səhər o 
başdan ikibir-üçbir hamı Nuru Paşanı qarşılamaq üçün Yevlax vağzalına 
axışırdı. Vağzal bayramsayağı bəzədilmiş, yerə onlarla gəbə, kilim və xalı 
döşənmişdi. Fəruq Nuru Paşa oynaq yerişli boz kəhər atın belində, onunla 
yanaşı at belində 6-cı ordunun zabiti Lazım Paşa gəlirdi. Sonrakı cərgələrdə 
hər sırada üç nəfər atlı olmaqla iyirmiyə yaxın hərbi geyimli zabit, arxada isə 
osmanlı aynalısı, üçatılan və beşatılanla silahlanmış, tüfənglərini yəhərin 
üstündə yanpörtü tutmuş on-on beş nəfərdən ibarət süvari mühafizə dəstəsi, 
bir də Naxçıvandan Kəlbalı xan və Qarabağdan Sultan bəy tərəfindən 
qoşulmuş bələdçilər gəlirdi. 
Nuru Paşanın qarşılanmasında iştirak etmiş, o hadisələrin canlı şahidi 
olan Yevlaxlı 102 yaşlı Məhəmməd Hacıyevin xatırlaması: “Nuru Paşanın 
necə adam olmasına hamı maraq edirdi. Bu qara camaat onu ahıl, ərgən bir 
adam bilirdik. Nuru Paşa isə şux qamətli, iti baxışlı, lakin dərin və kədərli 
gözləri olan ucaboy bir gənc idi. Şəvə bığları, tala bulud kimi çənəsinə 
qonmuş qara saqqalı onun ciddi və zəhmli olmasından xəbər verirdi. Qıvraq 
bədəninə biçilmiş türk zabitinə məxsus hərbi geyimi ona çox yaraşırdı”. 
Nuru Paşa hələ atın üstündə ikən, əlini havada yellədərək - mərhaba, mərhaba 
arkadaşlar-deyə, hərbçiyə məxsus gur və məğrur səslə izdihamı salamladı. 
Hər yerdən alqış səsləri, xoş gəlmişsiniz, gələn ayağınız var olsun, rəhbəriniz 
sizi qorusun, siz bizim xilaskarımızsınız, -nidaları yüksəlirdi. Bu nidalar 
sevincdən gözlərdəki yaşlarda da görünürdü.” ( Ayselim uzaysel.com, 02-13-
2010) 
  
Üzeyir bəy Hacıəyli 1918-ci il 10 noyabrında Bakıdakı Yay 
klubunda Nuru Paşa ilə şəhər sakinlərinin görüşü barədə “Azərbaycan” 
qəzetinin 1918-ci il 37-ci nömrəsində məqalə verib. Fətəli xan Xoyski
Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayevdən sonra  Bakı xilaskarı 
danışır. “Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl 
İstanbul şivəsiylə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir çox 
əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqilə məclis əhlini şərəfyab və 
minnətdar etdi. Bu nitqin təsiri ilə ki, hər kəsdə gələcəyə artıq əndişəsi nəzər 
əmələ gəlib özündə böyük bir ümid, yüksək bir inam hiss edərək, xoşbəxt və 
xoşvaxt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər.” 


 
 
ƏZİZ YADİGAR. AZƏRBAYCANIN XİLASKARI NURU PAŞA VƏ 
BABAM HACI FƏTƏLİ ƏFƏNDİ 
 
Ağlım kəsəndən evimizdə az qala pıçıltıyla qulağımıza deyilən bu 
sözlər beynimə həkk edilmişdi: ana babalarımız Türkiyəyə köçüb getdilər, 
burda qala bilmədilər, qalsaydılar hamısın ya gülləliyəcəkdilər, ya da sürgünə 
göndərəcəkdilər. Artıq heç nə öyrənə bilmirdim. Evimizin üstü qamişla örtülü 
idi, altında gizlədilmiş taxta yeşiklərin içi Hacı Fətəli babamdan qalma Quran, 
əlyazma, Türkiyə və Ərəbistandan gətirmə nəfis cildli kitablarla dolu idi, ildə 
bir neçə dəfə atam, anam xəlvətcə çıxıb yeşik, bağlamaların üstün açıb 
kitabları havaya verir, nəmin, tozun alıb yenə də yerinə düzüb üstün 
örtürdülər. Sovet KQB-sinin qorxusu cana, qana işləmişdi. Ancaq Allaha, Ulu 
Yaradana inam, iman bundan daha üstün idi; yaxın, uzaq kəndlərdən, qonşu 
rayonlardan cümə günləri gəlib məhləmizdəki məscidin daş-divarını öpə-öpə, 
dəstamaz alıb Quran götürüb namaz qılması, üz-gözlərindən yağan mutluluq 
uşaq yaddaşımda, hafizəmdə əbədi həkk olub. Yaşlılardan dəfələrcə 
eşitmişdim; Nuru Paşa bax orda atdan düşdü, Hacı babanı sinəsinə sıxdı, bir 
yerdə gəlib taxtın üstünə çıxdılar, yaxın kəndlərdən axın-axın gələn insanları 
salamladı, sonra dəstamaz alıb namaza durdular. Ağdaşın Qumlax kəndində 
yaşayan anamın doğmaca dayısı, 89-cu il mayın 4-də 90-ı bir xeyli keçib 
dünyadan köçən ağzı dualı, namaz-oruclu Veysəl babamdan dəfələrcə 
eşitmişdim bu söhbəti: baban Hacı Fətəli Əfəndi qızıl-gümüş nəyi vardısa 
Nuru Paşaya verdi, ağzı bağlı toxuma bəzəkli torbasıynan bir yerdə. Həm 
azuqə, həm də silah-sursat almaqdan ötəri, bu gözlərimnən gördüm, onlara 
mən qulluq edirdim, aftafa-ləyən gətirdim, namazdan sonra eyvandakı 
taxtımızın üstündə yanaşı oturmuşdular, çay-çörək yeyib içdilər, gedəndə də 
hamının gözünün qabağında başından qotazlı qırmızı fəsin çıxardıb qoydu 
Hacafəndinin başına, indiki kimi gözümün qabağındadı. Evinizdə durur 
həmən o fəs. Hacı Əfəndi (Hacafəndi) 2 dəfə Həcc ziyarətində olub-şura 
hökuməti gələnə qədər və sonra. Birinci gedib-gəlməyi uzun çəkmişdi - ordan 
gəlib bir müddət də Türkiyədə ali dini təhsil alıb, gəlib  həmin vaxtlar tək 
Şirvan mahalında yox, bütün Azərbaycanda məşhur olan Ağdaşın Zeynəddin 
mədrəsəsində, bir müddət də Ağdam, Bərdədə imamlıq-əfəndilik edib, yaşlı 
adamlardan Babandan dərs, izin alanlardan sağ qalanlar var, bura da gəlib 
gedirlər hələ də. Burda və ətraf bölgələrdə onun yolunda hər cür əzab-
əziyyətə qatlaşmağa hazır olan yetirmələri çox olub. Mən biləni Baban Nuru 
Paşa ilə İstanbuldan  tanış idilər, çünki çox mehriban görüşdülər, həm də 
başının dəstəsi ilə birbaşa bizə gəlmişdi. Kommunistlərə, sovet hökumətinə 
qarşı Cihad Bəyannaməsini də o vaxt Qazı Bəhlul Behcətlə Hacı Fətəli bir 


yerdə bizim məsciddə yazmışdı, Hacı baban Zəngəzur, Qarabağdan üzübəri ta 
bu Şirvan torpaqlarına qədər çox iş görmüşdü Allah yolunda, adamlar gecələr 
əl-ayaq yığışandan sonra xəlvət gəlirdilər cümə namazlarına-Hacı imam 
dururdu, Türkiyədə də bilirdilər ki, belə bir adamları var burda... 
  
Nuru Paşa adı o zamandan həkk olmuşdu yaddaşıma. Çox təsirli, 
ibrətlidi ki, yaşı 93-ü keçən o qotazlı fəs bizim evdə babamın Məkkədən 
gətirdiyi, Quran, torpaq, qara uzun təsbeh kimi hər zaman ən əziz, müqəddəs 
tutya kimi saxlanıb, başı ağrıyan, ağlı, gözü, dili çaşan, məscidimizin daimi 
sakinləri, diləyə gələnlər Qurani-Kərimlə bərabər mütləq o qırmızı fəsi də 
öpər, ya da yastığının altına qoyub şəfa tapardılar. İndi də o fəsi əziz yadigar 
kimi 19 ildir dünyanın ən ağır qaçqınlıq əzabını yaşayan dədəm Hacı Nəriman 
bağlı sandığında saxlayır. Bu da tez-tez 83 yaşlı dədəm Hacı Nərimanın 
dilindən çıxan sözlərdir: -"Allah Türkü qorusun, nə yaxşı ki, Türkiyə var!"-
deyir. Bu mövzu barədə “Qubadlısız 16 il” kitabımın (“Nurlan”, 2009) 
“Mənim Türk sevgim, Türkiyə sevgim” adlı fəslində geniş yazmışam. 
 
 
 
 
 
 
 
Nuru Paşanın idealı: Azərbaycanda Türk məktəbləri 
 
 
 
 
 
 


1918-ci ildə Bakını rus, ingilis və erməni işğalından qurtaran 
ordudakı öyrətmən-müəllim əsgərlərin ilk işi məktəb açmaq olmuşdu.  
Dünyanın 100-ü keçən ölkəsində Türkiyə adına barış körpüləri quran 
Türk liseylərinin orqanizə etdiyi Türkçə Olimpiya finallarının Azərbaycan 
üçün başqa bir anlamı var. Çünki Türk liseyləri 1990-cı illərin başında ilk 
dəfə Azərbaycanda açılmış və dünyaya buradan yayılmışdı. Ayrıca bu liseylər 
1920-ci illərdə yarımçıq qalan bir istiqbal mücadiləsinin parlaq ünsürü oldu.  
Türkçə yarışması üçün Bakıdayıq, ancaq yolumuz öncə ölkənin ilk 
başkəndi Gəncəyə düşür.  İslam coğrafiyasında ilk parlamento burada 
qurulmuş  və ilk demokratik məclis burada açılmışdı. Məclisin girişində ilk 
parlamentoda görev alan Milli Hökumətin lideri Məmməd  Əmin Rəsulzadə 
və hökumət üzvlərinin fotolarının yanı  sıra müəllim və  şagirdlərin məzun 
xatirəsi olan  böyük bir foto diqqət çəkir. Türk Okulları-məktəblərinin və 
təhsil sahəsində önəminin fərq edilmə hekayəsi burada başlayır.  
Çoxumuz bilməsək də, Türklərin ən az Çanakkala dastanı və İstiklal 
Savaşı qədər önəmli bir zəfəri daha var. Bu zəfər ingilis, rus və onların təhriki 
ilə  hərəkət edən ermənilərə qarşı 1918-ci ildə Bakıda qazanıldı. Zəfərin 
qəhrəmanlarından Qafqaz İslam Orduları Komutanı Nuru Paşa 20 mindən 
artıq insanın qətl edildiyi Bakıdan yüksələn fəryadlara əl uzatdığında hələ 27 
yaşındaydı. Osmanlının son dönəmləri... Bir tərəfdən vətənin müdafiəsi 
aparılır, qurtuluş mücadiləsi verilir, bir tərəfdən də Osmanlının külləri 
üzərində yeni bir dövlət qurulurdu. Ancaq Azərbaycandakı zülümlərə türk 
səssiz qala bilməzdi.  
1918-ci ildə Azərbaycanı  işğaldan qurtaran Nuru Paşanın hekayəsi 
belədi: Bakı  işğal edilib minlərcə azəri qətl edilincə Azərbaycan hökuməti 
Osmanlıdan əsgəri yardım istədi. Türkiyənin müttəfiqi Almanların etirazlarına 
rəğmən Türkiyədə Qafqaz İslam Ordusu quruldu və bu ordu yardım üçün 
səfərə  çıxdı. Türk əsgəri Azərbaycanda qurbanlar kəsilərək qarşılandı. 
Gəncənin hər tərəfinə Osmanlı  və Azərbaycan bayraqları yan-yana asıldı. 
Xalqın bu sevinci Azərbaycan milli şairi Əhməd Cavada aid “Salam Türkün 
Bayrağına”  şeirində  əksini tapdı. Türkiyədə bu şeir “Çırpınırdı Qara dəniz” 
adıyla bilinir. Türk insanının silahlı mücadiləsi Gəncədə başladı.  İlk  şəhid 
burada verildi. Bu gün Çanakkalada Bakı doğumlu 18 yaşında  şəhid düşən 
Hasanoğlu İbrahimin nəşi yatırsa, Bakıda da Aksaray doğumlu Abdullah oğlu 
ər İsanın cismi yatır. Türk ordusu Azərbaycanda 1130 şəhid verdi; 30 saatlıq 
çatışmalar sonunda Bakı  işğaldan qurtuldu. Azərbaycan bağımsızlığa 
qovuşdu.  
Nuru Paşa Azərbaycanın istiqlal mücadiləsində önəmli rol oynadı; 
amma Azərbaycanın ilk məclisindəki o foto sadəcə istiqlal deyil, eyni 
zamanda istiqbal mücadiləsinin simvoluydu. Qafqaz İslam Ordusunda Bakı 
səfərinə qatılan  əsgərlər arasında müəllimlər də vardı. Bu öyrətmənlər Bakı 


işğaldan qurtulan kimi Gəncədə okul-məktəb açdı və Azərbaycan gəncliyinin 
təhsil təliminə başladı. Qafqaz Üniversitetinin müəllimi Mehmet Rıhtım bu 
fotoda bir məzunluq xatirəsinin  əks edildiyini və Nuru Paşanın ordusuyla 
gələn öyrətmən-müəllimlərin  ən önəmli fəaliyyətlərinin təhsil sahəsində 
olduğunu ifadə edir. Rıhtım təhsil fəaliyyətlərinin 1920-ci ildə rus işğalından 
sonra yenidən kəsildiyini və o dönəmə aid bütün bəlgə  və  sənədlərin yox 
edildiyini qeyd edir.  
Azərbaycan Sovetlər dağıldıqdan sonra 1991-ci ildə yenidən 
bağımsızlığını elan etdiyində müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Ancaq 
bağımsızlıq elan edilmədən bir il öncə 20 yanvar 1990-cı ildə Bakıda yaşanan 
qətliamı xatırlamaq gərəkdir. Azəri vətəndaşlar tank tırtılları  altında əzilərkən 
bunun əks-sədası Türkiyədə bir başqa oldu. İzmirin Şadırvan Camisində 20 
yanvar qətliamını anladırkən kürsüdə bayılan Fəthullah Gülən Hocaəfəndi 
arkadaşlarına, dinləyənlərinə, “Gedin! Qardaşlarınıza yardım edin”- mesajı 
verdi.  
O gün Türk insanı Azəri qardaşına maddi–mənəvi yardıma keçdi. 
Təhsil könüllüləri isə  cəhalət ilə savaş adına bir mücadiləyə başladı. 
Azərbaycanın Təhsil naziri Misir Mərdanovun “mənim bu günə qədər təhsil 
adına etdiyim ən böyük icraatım Türk liseyləridir” deyir. İlk liseylər 
Azərbaycanda açıldı, ardından dünyaya yayıldı. Bu gün Azərbaycanda Çağ 
Öyrətim  Şirkətinə bağlı 12 lisey, 11 universitetə hazırlıq kursu və 1 
universitet açılmışdır. 5 minə yaxın  şagirdin  oxuduğu məktəblər 
Azərbaycanın  ən populyar məktəbləridir. Məzunları önəmli dövlət 
qurumlarında görev alır. Özünün müəllimlərini yetişdirən Türk Okullarında 
artıq yüzdə 70 faiz Azəri öyrətmənlər görev alıb.  


Bu okulların açılmasında böyük əməyi olan Azərbaycan Cümhurbaşqanı 
mərhum Heydər  Əliyev:- “mən bu liseyləri hər zaman dəstəklədim, yardım 
etdim. Çünki bu liseylər Azərbaycanın təhsil sistemində yeniliklər həyata 
keçirdilər”- demişdi. Təhsil naziri Misir Mərdanov isə “bu liseylər iki ölkə 
arasında elə güclü bir körpü oldu ki artıq bu körpünü kimsə  yıxa bilməz”- 
dedi.  
Ölkənin yüksək ballarla ən yaxşı universitetlərinə girən şagirdlər bu 
liseylərdə yetişir. Nuru Paşanın 1918-ci ildə Azərbaycanın istiqlal 
mücadiləsini indi Azərbaycanın müstəqilliyi ilə yaşıd Türk Okulları yerinə 
yetirir.  
http://tanimsiz www.tarihimiz.net 
 
 
 
Adları Xalqın Yaddaşına Yazılmış Qardaşlar 
 
1937-ci ilin sovet-KQB zindanlarında işgəncələrdən sonra güllələnmiş 
tanınmış şair, folklorşünas alim, tədqiqatçı Salman Mümtaz (Salman Məşədi 
Məhəmməd Əmin oğlu Əsgərzadə, 1884-1937) Ənvər və Nuru Paşalar 
haqqındakı şeirləri Gəncədə yazmış, “Azərbaycan” qəzetinin 1918-ci ildə 30 
oktyabr tarixli sayında çıxmış və çoxaldılaraq Qafqaz İslam Ordusu 


əsgərlərinə paylanmışdır. “Ənvəriyyə” şeiri Nuru Paşa vasitəsi ilə Ənvər 
Paşaya göndərilmişdir.  
Nuru Paşaya ithaf etdiyi “Öyün, millət” şeirini şair Şəkiyə daxil olarkən 
Paşanı qarşılanma mərasimində söyləmiş, şeiri çox bəyənən Nuru Paşa şairə 
Türkiyə nişanı təqdim etmişdir.  
 
Enveriyye 
 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 
Seninle fahr edir şimdi büyük sultan, ulu kayser 
Ki, sensen dahi-yi devran, sensen fatih-i kişver, 
Sana şayestedir elhakk tila ovrengü zer efser . 
Doğar mı mader-i giyti senin tek bir de bir ner er 
Hayali ay kimi aydın, meramı gün kimi Enver?! 
 
Sehab-i küfrü ten böldün, kılınç darbıyla etdin şakk, 
Çıkartdın milleti yekser ışıklı günlere elhakk, 
Ayıltdın Türkleri, verdin demadem Türküğe revnak 
Sana bu işde yardımcı yakin oldu cenab-ı Hakk, 
Sen oldun Hazret-i Hakkın sefa-yı lutfuna mazhar 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 
 
Müselman gayretin çekdin, gözetdin Türkün namusun, 
Dağıtdın haver-i İslamdan küffar kabusun. 
Mesacidden dilerdi Rus asa öz nehs nakusun , 
Güneşden parlak amalın olup Şark ehline ezher, 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 
 
Munzam ordunu birden ser-i adüvvane saldırdın, 
“Kıral”lar rişesin kırdın, “karol”lar tacın aldırdın, 
Edip mağlup küffarı, neva-yı suru çaldırdın, 
“Hilal-i arşa yükseltdin”, “gün”ü eflake kaldırdın. 
Nihal-i maksad-ı fikrin getirdi tatlı bir nevber, 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 
 
Ziya-yı fikrin ile ziyasızdık, ziyalandık, 
Cefa vü cevr çekmişdik, fütuhunla sefalandık, 
Liva-yı nusretin ile , bihamdillah, livalandık, 
Hakir ü pest olmuşduk, ucaldık, itilalandık. 
Tamamen Kafkas’ın ehli gönüldendir sana asker 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 


 
Saadet devri, söz yok kim, yetirmiş şanlı cahidler, 
İğitler, kahraman erler, şücaetli mücahidler, 
Buna tarihde vardır dahi binlerce şahidler, 
Dikipdir onlara şahlar neçe yerde müşahidler. 
Yapar millet sana layık tiladan heykel-i ekber. 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 
 
Semada yıldırım tek parlayan dem tiğinin berki  
Işıklandırdı şemsasa seraser alem-i Şarkı, 
Nisar-ı hak-i payınçün düzüldü bin güzel şarkı ; 
Benim naçiz şiirimle veli var onların farkı 
Mübarek vechini görcek tapar eşarımız ziver, 
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver! 
 
 
 
Öyün, millet 
 
O gün millet ki eltafı olup şevketli sultanın, 
Hilalin halesi kılsın ihata Türk evtanın .  
 
Tefahur eyle, ey millet, muradın hasıl olmuşdur, 
Daha eflake yükselmez enin-i ah ü efganın. 
 
Ziyasız Rus zulmünden o yüksek ruhun ölmüşdü, 
Dökürdü şişeye her dem şerabi nab tek kanın. 
 
Kızılgül tek açıl, gül, gör ki Türkün şanlı ordusu 
Revak-ı arşa nasbetmiş büyük Osmanlı unvanın.  
 
Semaya doğru tuğrul tek sen, ey Türk oğlu, uç, yüksel 
Ki, sensen şanlı evladı şerefli eski Turanın. 
 
Bulut altında kalmışdı eğerçi kevkeb-i bahtın , 
Gör imdi necm-i zahir tek hilalın, necm-i tabanın . 
 
Gerek tak-ı mukarnasdan asılsın Türkün tuğrası  
Melekler zib-i duş etsin livasın Al-i Osmanın. 
 


Bütün, Mümtaz, ellerden olar Türk milleti mümtaz , 
Sürer bundan sonra Türklük şerefli-şanlı devranın. 
*** 
 
 
 
 
 
 
 
 
 
Turançılığın ideoloqları: İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya 
Göyalp, Əhməd bəy Ağaoğlu, Yusif Akçura 
 
 
Ey Türk Oğuz bəyləri! Türk xalqı, eşidin! 
Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, Türk ulusu, Türk 
yurdu, Türk dövləti, Türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar 
kimi yığdığın sümüklərinə layiq ol! Ey ölümsüz Türk ulusu, özünə dön! 
Bilgə Kağan (684-734) 
 
 
 
Məmməd Əmin Rəsulzadə: 
 
Bütün Türklər öz aralarında böyük dünya federasiyasına qədəm olmaq üzrə 
bir federasiya qurmalıdırlar.Yeni Turan, mədəni birlik üzərində təsis edilib, 
ancaq gələcək birər Türk hökumətlərinin federasiyası şəklində təsəvvür oluna 
bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin bir həlqəsidir. 
 
 
HEYDƏR ƏLİYEV: 
Azərbaycanla Turkiyə bir millətin iki dovlətidir. 
 
 
Qeyd: Oxucuların diqqətinə təqdim edilən kitabdakı materialların bir 
hissəsi Türkiyənin internet saytlarından alınıb, bilərəkdən  çevirməsiz 
təqdim olunur, eyni dili danışan, anlaşan insanlar üçün çevirməyə  zatən 
ehtiyac da yox. Həm də Anadolu və Qafqaz türkləri bir-birilərini 
çevirməsiz oxumağı və anlamağı öyrənməlidirlər.  


 
 
 
 
 
 
 
 
 
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan:  “İngilis, fransız, ispan, 
ərəb dilində danışan ölkələr öz aralarında bir araya gəliblər, bizlər də əlaqəli 
şəkildə buna nail olmalıyıq. Gözəl dilimizi danışan türkdilli dövlətlər 
topluluğu beynəlxalq səviyyədə xalqlarımızın mənafelərini daha yaxşı 
qorumağımıza imkan verəcək, ona görə bu yöndə calışmaları da artırmalıyıq. 
Ortaq tariximizin yenidən yazılması və bu müştərək tarixin dərslik kimi 
oxudulması uzərində dayanılmasının bir movzu olduğunu təkrar xatırlatmaq 
istəyirəm. Türk cümhuriyyətləri arasında hər cur əməkdaşlığın daha planlı və 
əlaqəli olmasının, başqa sozlə təsisatlı hala gəlməsinin vaxtı gəlmişdir. Bu 
məqsədlə mən turkdilli olkələrin dövlət başcıları zirvəsinin daimi bir 
katibliyinin yaradılmasını bu qurultayda təklif edirəm. Bu daimi katiblik nə 
etdik, nə edirik, nə edəcəyik - bunu daim izləməli və təşkil etməlidir.Bunu 
kecmişdə bacardıq, indi də bacara bilərik. Ortaq tariximizdə olduğu kimi, 
bundan sonra seyr edən və ya izləyən deyil, öndə gedən, təyin edən olmalıyıq, 
olacağıq. Başqa carəsi yoxdur. Yəni bu topluluqlar gundəliyi müəyyən edilən 
yox, gündəliyi müəyyən edən topluluqlar olmalıdır. Çünki lider ölkələr və ya 


lider ölkə olmağın yolu buradan kecər. İnşallah bizlər də həsəd aparılan 
ölkələr olacağıq. Bunu burada iştirak edən və ya burada olmasa da könlu, 
ruhu və vicdanı bizlərlə olan bütün qardaşlarımız edəcəklər. Bu yöndə 
qətiyyətli addımlar atdığımız təqdirdə bugünkündən daha gözəl günləri 
birlikdə yaşayacağıq.”   
 
Bakıda keçirilən türk dövlət və cəmiyyətlərinin 11-ci  dostluq, qardaşlıq, 
əməkdaşlıq qurultayında nitqindən 
 
 
 
Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın 
müəllifi ilə görüşmüşdür 
 
Bakı, 28 iyul (AzərTAc). Türkiyənin Baş naziri iyulun 27-də 
Bakıya səfəri zamanı ölkəsinin səfirliyində “Rəcəb Tayyib 
Ərdoğan” kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə 
görüşmüşdür.  
Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan, 
siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan 
Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı 
kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə 
təşəkkürünü bildirmişdir.  
H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan 
“Qubadlısız 16 il” kitabını da Baş nazirə təqdim etmiş, 


Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə 
Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulamışdır.  
Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi 
kitabları oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi 
saxlayacağını bildirmişdir. Yurd-yuvasından ayrı düşmüş 
insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir 
vurğulamışdır ki, Türkiyə bundan sonra da hər zaman 
Azərbaycanın yanında olacaqdır.  
Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə 
Azərbaycana da aid olduğunu vurğulamış, bu öyüdünün ailə 
həyatı quran gənclərə çatdırılmasını istəmişdir. O, 
H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdir.  
“Rəcəb Tayyib Ərdoğan” kitabının nüsxələri Türkiyə 
nümayəndə heyətinin üzvlərinə də təqdim olunmuşdur.  
Qeyd edək ki, Hacı Nərimanoğlu 15 ildən çox rəsmi dövlət xəbər 
agentliyi AzərTAc-da çalışıb, hazırda  “Zəngəzur” Cəmiyyətləri 
Birliyi İdarə Heyətinin sədridir.  
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə