Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   2   3   4   5   6   7   8   9   ...   47

iyul 1923-də imzalanan Lozan Andlaşmasıyla sonuçlandı. Beləcə Sevr 
Andlaşmasıyla paramparça edilən Türklərə 5-6 vilayət böyüklüyündə vətən 
buraxıldı. Türkiyə torpaqları üzərində beynəlxalq-ulusal birliyə dayalı yeni 
Türk dövlətinin qurulması üçün heç bir əngəl qalmadı. 
23 aprel 1920-də Ankarada TBMM-nin açılmasıyla Türkiyə 
Cümhuriyyətinin quruluşu müjdələndi. Məclisin Türk Qurtuluş Savaşını 
başarıyla yönətməsi yeni Türk dövlətinin quruluşunu sürətləndirdi. 1 noyabr 
1922-də xilafət və səltənət bir-birindən ayrıldı, səltənət qaldırıldı. Beləcə 
Osmanlı İmperatorluğuyla idarəçilik  bağları qoparıldı. 29 oktyabr 1923-də 
Cümhuriyyət idarəsi qəbul edildi, Atatürk bir səslə ilk Cümhurbaşqanı seçildi. 
1923-cü il 30 oktyabr günü İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk 
hökuməti quruldu. Türkiyə Cümhuriyyəti, “Hegemonluq qeyd şərtsiz 
millətindir” və “Yurdda barış, cahanda barış” təməlləri üzərində yüksəlməyə 
başladı. 
Atatürk Türkiyəni çağdaş tərəqqi yoluna, dövrünə çıxarmaq üçün 
gərəkən bütün sahələrdə inqilabi reformaların həyata keçirilməsinə başladı. 
Bu inqilabi dəyişimləri-devrimləri  beş başlıq altında toplaya bilərik: 
1. Siyasi devrimlər: 
· Səltənətin qaldırılması (1 noyabr 1922) 
 
· Cümhuriyyətin elanı (29 oktyabr 1923) 
· Xəlifəliyin qaldırılması (3 mart 1924) 
2. İctimai-toplumsal devrimlər: 
· Qadınlara kişilərə bərabər haqlar verilməsi (1926-1934) 


· Şapka və qiyafət dəyişimi (25 noyabr 1925) 
· Təkyə bucaq (tekke zaviyə) və türbələrin qapadılması (30 noyabr 1925) 
· Soyadı qanunu ( 21 aprel 1934) 
· Ləqəb və ünvanların qaldırılması (26 noyabr 1934) 
· Uluslararası saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931) 
3. Hüquq devrimi : 
· Məcəllənin qaldırılması (1924-1937) 
· Türk Mədəni Qanunu və digər qanunların çıxarılaraq dünyəvi hüquq 
nizamına keçilməsi (1924-1937) 
4. Təhsil və kültür sahələrində devrimlər: 
· Tədrisin-Öğretimin birləşdirilməsi (3 mart 1924) 
· Yeni Türk hərflərinin qəbulu (1 noyabr 1928) 
· Türk Dil və Tarix Qurumlarının qurulması (1931-1932) 
· Üniversitetdə tədris düzənləməsi (31 Mayıs 1933) 
· Gözəl sənətlərdə yeniliklər 
5. Ekonomi-iqtisadi sahədə devrimlər: 
· Aşarın qaldırılması 
· Çiftçinin həvəsləndirilməsi-özənlənməsi 
· Örnək çiftliklərin qurulması 
· Sənayeni Təşviq Qanununun qəbulu, sənaye quruluşlarının yaradılması 
· I və II İnkişaf-Kalkınma Planlarının (1933-1937) təsdiqi, yurdun hər tərəfinə 
yeni yolların çəkilməsi 
Atatürk dönəmində Türkiyə Cümhuriyyətinin dış siyasətinin bütün mahiyyəti 
Atatürkün “Yurtta Barış, Dünyada Barış” sözü ilə müəyyən olunmuş, 
uluslararası əlaqələrdə dövlətin rəsmi siyasəti olaraq  bütün dünyaya elan 
edilmişdir.  
Soyadı Qanunu gərəyincə 24 noyabr 1934-də TBMM Mustafa Kamala  
"Türklerin Atası" anlamına gələn “Atatürk” soyadı verdi (2587 sayılı qanun).  
Atatürk 24 aprel 1920 və 13 avqust 1923 tarixlərində TBMM 
Başqanlığına seçildi. Bu başqanlıq görevi Dövlət-Hökumət Başqanlığı 
səlahiyyətini özündə birləşdirirdi. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan 
edildi və Atatürk ilk Cümhurbaşqanı seçildi. Anayasaya görə dörd ildə bir 
cümhurbaşqanlığı seçimləri yenilənməliydi. 1927, 1931, 1935-ci illərdə 
TBMM Atatürkü yenidən Cümhurbaşqanı seçdi. 
Atatürk sıx- sıx yurd gəzintilərinə çıxaraq dövlət çalışmalarını yerində 
yoxladı. Geri qalan sahələrlə bağlı bilgilər alıb qərarlar verdi. Cümhurbaşqanı 
sifəti ilə Türkiyəni ziyarət edən yabançı ölkə dövlət başqanlarını, 
başbakanlarını, bakanlarını, komandanlarını qəbul etdi. 


15-20 oktyabr 1927 tarixdə Qurtuluş Savaşını və Cümhuriyyətin 
quruluşunu anladan böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini 
oxudu. 
Atatürk özəl yaşamında sadəlik içində yaşadı. 29 yanvar 1923-də 
Lətifə xanımla evləndi. Bir çox yurd gəzisinə birlikdə çıxdılar. Bu evlilik 5 
avqust 1925-ci ilədək  sürdü. Çocukları çox sevən Atatürk Afət (İnan), Sabiha 
(Gökçən), Fikriyə, Ülkü, Nəbilə, Rukiyə, Zəhra adlı qızları və Mustafa adlı 
çobanı mənəvi övlad götürdü. Abdurrahim və İhsan adlı çocukları himayəsinə 
aldı. Onlara doğma ata kimi yaxşı bir gələcəyə hazırladı. 
1937-ci ildə çiftliklərini-fermalarını, təsərrüfatlarını xəzinəyə, bir qisim 
daşınmaz əmlaklarını da Ankara və Bursa bələdiyyələrinə bağışladı. 
Mirasından bacısına, mənəvi övladlarına, Türk Dil və Tarix Qurumlarına pay 
ayırdı.  
Atatürk kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, ata minməyi və 
üzməyi çox sevərdi. Zeybək oyunlarına, güləşə, Rumeli türkülərinə çox 
sevgisi vardı. Nərd və bilyard oynamaqdan böyük zövq alırdı. Sakarya adlı 
atına, köpəyi Foksa çox dəyər verir, vaxt ayırırdı. Zəngin bir kitabxanası 
vardı. Axşam yeməklərinə dövlət və elm adamlarını, sənətçiləri dəvət edər, 
ölkənin sorunlarını onlarla müzakirə edər, bilgilər alardı. Təmiz və səliqəli 
geyinməyə diqqət göstərirdi. Dovğanı çox sevərdi. Sıx-sıx Atatürk Orman 
Çiftliyinə gedər, çalışmalara özü də qatılardı. Fransızca və almanca bilirdi. 
 
 
 
ATATÜRKÜN XƏSTƏLƏNMƏYİ, VƏFATI, DƏFNİ 
 
“Benim naçiz vücudum, Elbet bir gün toprak olacaqdır. 
Fakat Türkiye Cümhuriyyeti, İlelebet payidar kalacaktır”. 
Mustafa Kamal Atatürk. 
 
Atatürkün xəstəliyi haqqında  ilk bilgi 1937-ci ildə ortaya çıxdı. 1938-
in əvvəlində  Yalovada olan zaman ciddi olaraq xəstələndiyi üzə çıxdı. 
Buradakı müalicə əhəmiyyətli nəticə verdi. Fəqət tamamən sağalmadan 
Ankaraya dönməsi, burada sıx proqramlı gərgin işləri xəstəliyinin artmasına 
səbəb oldu. Bu tarixlərdə Hatay sorununun gündəmdə olması da onu 
yormaqdaydı. Xəstə olmasına rəğmən, Mərsin və Adanaya gəzintiyə çıxdı. 
Qızğın günəş altında əsgəri birlikləri təftiş edib təlimlər keçirən Atatürk çox 
yorğun düşdü. Fəaliyyəti sırasında şəxsi sağlamlığını arxa plana keçirdi, 
günəş altında çox qalması da xəstəliyinin artmasına səbəb oldu. 26 mayda 
Ankaraya döndükdən sonra müalicə və istirahət üçün İstanbula getdi. 
Doktorlar tərəfindən “siroz” xəstəliyi diaqnozu qoyuldu. Dəniz havası xeyirli 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə