Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   2   3   4   5   6   7   8   9   ...   47

olduğu üçün Savarona Yatında bir sürə dincəldi. Bu durumda belə ölkə 
sorunlarıyla ardıcıl maraqlanmaqda davam etdi. İstanbula gələn Rumıniya 
kralı ilə görüşdü. Nazirlər Kabinetinin toplantısını keçirdi, 4 iyul 1938-ci ildə 
Hatay Andlaşmasının qüvvəyə minməsi Atatürkü çox sevindirib əhvalını 
qaldırdı. İyulun sonlarına qədər Savaronada qalan Atatürkün xəstəliyi 
ağırlaşınca Dolmabağça Sarayında müalicəyə alındı. Fəqət xəstəliyi durmadan 
irəliləyirdi. Onun xəstələndiyini duyan Türk xalqı sağlığıyla ilgili xəbərləri 
həyəcanla izləyir, bütün qəlbi ilə yaxşılaşmasını Allahdan diləyirdi. 
Xəstəliyinin ciddiyyətini qavrayaraq 5 sentyabr 1938-ci ildə vəsiyyətini yazıb 
sərvətinin böyük bir qismini Türk Tarix və Türk Dil qurumlarına bağışladı. 
Oktyabr ayının ortalarında durumu düzəlir kimi oldu. Fəqət çox arzuladığı 
halda Ankaraya gəlib Cümhuriyyətin on beşinci il dönümü törənlərinə qatıla 
bilmədi. 29 oktyabr 1938-ci ildə qəhrəman Türk Ordusuna yolladığı mesaj 
Başbakan Cəlal Bayar tərəfindən oxundu. “Zəfərləri və keçmişi insanlıq tarixi 
ilə başlayan, hər zaman zəfərlərlə bərabər mədəniyyət nurlarını daşıyan 
qəhrəman Türk ordusu!” sözü ilə Türk Ordusunun önəmini bildirdi. Yenə 
eyni mesajda “Türk vətəninin və Türklük camiasının şan və şərəfini, daxili və 
xarici hər dürlü təhlükələrə qarşı qorumaqdan ibarət olan vəzifəni, hər an 
ifaya hazır və amadə olduğuna mənim və böyük ulusumuzun tam bir inam və 
etimadımız vardır” deyərək Türk Ordusuna olan güvənini bildirmişdi. 
Atatürk 1 noyabr 1938-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış 
törənində də görünmədi. Hazırladığı açılış nitqini də Başbakan Cəlal Bayar 
oxudu. Atatürk bu nitqində ölkənin abadlığı, sağlamlıq xidmətləri və ekonomi 
sahəsində vəzifələrini  açıqladı. Bundan başqa təhsil və kültür mövzularına da 
toxunub gəncliyin milli şüurlu və modern kültürlü olaraq yetişməsi üçün 
İstanbul Universitesinin genişləndirilməsi, Ankara Universitesinin 
tamamlanması və Van Gölü civarında bir universitenin qurulması üçün 
çalışmaların başlandığını bildirdi. Türk Tarix və Türk Dil qurumlarının 
çalışmalarından duyduğu məmnuniyyəti açıqladı. Ayrıca Türk gəncliyinin 
kültürdə olduğu kimi idman -spor sahəsində də ideal başarılara çatması üçün 
Bədən Tərbiyəsi Qanununun qəbul edilməsi və həyata keçirilməyə 
başlamasından duyduğu məmnuniyyəti bildirdi. Atatürk ölümünə qədər 
məmləkət məsələlərindən bir an olsun uzaq qalmamışdı. 
Atatürkün xəstəliyi təkrar şiddətləndi. 8 noyabrda sağlığıyla ilgili 
raporlar yayımlanmağa başlandı. Bütün məmləkəti təkrar dərin bir üzüntü 
bürüdü. Hər Türkün qəlbi onun qurtulması diləyi ilə çarpırdı. Ancaq 
qurtarılması üçün göstərilən çabalar sonuc vermədi və xalqın, vətənin 
qorxduğu oldu.  
Dolmabağça Sarayında 10 noyabr 1938-ci il səhər saat doqquzdan beş 
dəqiqə keçmiş insan üçün dəyişməz qanun öz hökmünü göstərdi. Mustafa 
Kamal Atatürk cismən uğrunda son gücünə qədər çalışdığı xalqından ayrıldı. 


Bu qara xəbərlə yalnız Türk milləti deyil, bütün dünya yasa büründü. Böyük, 
kiçik bütün dövlətlər onun cənazə törəninə qatılmaq üçün təmsilçilər 
göndərərək, Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı duyduqları dərin 
sayğını bildirən mesajlar göndərdilər. 16 noyabr günü Atatürkün tabutu 
Dolmabaxça Sarayının böyük törən salonunda katafalka qoyuldu. Üç gün üç 
gecə gözü yaşlı bir insan seli ulu öndərinə qarşı duyduğu sayğı, minnət və 
bağlılığını ifadə etdi. Cənazə namazı 19 noyabr günü Prof. Şərafəttin 
Yaltkaya tərəfindən qıldırıldı. On iki generalın çiynində sarayın çöl qapısına 
çıxarılan tabut, top arabasına qoyularaq İstanbul xalqının gözyaşları arasında 
Gülhanə Parkına götürüldü. Buradan bir “torpido” ilə Yavuz zirehlisinə 
qoyularaq Böyük Adanın  açıqlığına qədər donanmanın və törənə qatılmaq 
üçün gəlmiş olan xarici gəmilərin də müşayiət etdiyi Yavuz zirehlisi cənazəni 
İzmitə gətirdi. Burada Yavuz zirehlisindən alınan cənazə özəl bir qatara 
qoyuldu. Atalarına son sayğı görevlərini yerinə yetirmək üçün yollar uzunu 
toplanan, düzülən xalqın qəlbində dərin bir üzüntü buraxaraq Ankaraya 
gətirildi. 
Atatürkün vəfatından sonra cümhurbaşqanı seçilən İsmət İnönü 
Türkiyə Böyük Millət Məclisi Başqanı, bakanlar, Genelkurmay Başqanı, 
millət vəkilləri ilə ordu və dövlətin rəhbərləri tərəfindən qarşılanan cənazə 
Türkiyə Böyük Millət Məclisi önündə hazırlanan katafalka qoyuldu. Ankara 
xalqı da onun cənazəsi önündən sayğıyla keçərək son borclarını verdilər. 21 
noyabr 1938-ci ildə bazar ertəsi günü, mülki və əsgəri rəhbərliyin, xarici 
dövlət təmsilçilərinin hazır dayandığı və on minlərcə insanın qatıldığı böyük 
bir mərasim  keçirildi. Daha sonra Atatürkün tabutu katafalk-tabut aparan 
maşın üzərinə alınaraq Etnoqrafiya Muzeyində hazırlanan müvəqqəti qəbrə 
qoyuldu. Türk milləti daha sonra bu böyük insana layıq Ankara Rasattəpədə 
bir Anıtkabir ucaltdı. 10 noyabrda Etnoqrafiya Muzeyindən alınan Atatürkün 
nəşi Anıtkabirə gətirildi. Burada yurdun hər guşəsindən gətirilmiş olan vətən 
torpaqlarından  hazırlanan əbədi istirahətgahına yerləşdirildi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


MƏMMƏD ƏMİN RƏSULZADƏNİN ATATÜRK BARƏSİNDƏ 
FİKİRLƏRİ: 
 
 
 
 
 
 “Nə İngilis himayəsi, nə Amerika mandası altında deyil, o qurtuluşu yalnız 
hakimiyyəti milliyəyə müstənid, qeyd-şərtsiz müstəqil bir Türk dövləti təsis 
etməkdə görmüşdü. Onun diləyi : ‘Ya ölüm, Ya istiqlal’ idi. Anadoluya o bu 
diləklə keçdi, əfsanəvi İstiklal Hərbini başaran baş qəhrəman, Çanaqqala 
Zəfəri üzərinə, Sakarya və Dumlupınar kimi zəfər taclarıyla bəzəndi. Tarixin 
üç böyük imperatorluğunu dizləri altına alaraq istədikləri kimi parçalayan 
qaliblər, bir ovuc Anadolu mücahidləri qarşısında ricata məcbur qaldılar! 
“Başındakı komandanı qaçmadıqca, Türk nəfəri heç bir zaman qaçmaz” 
deyən böyük komandanın sözü doğru çıxdı. Ölüm beratı Sevr yırtıldı, istiqlal 
vəsiqəsi “Lozan” yazıldı. Atatürk, bir millətin xilasını yalnız özündəki 
qüvvətdən gözləmişdir. Bu fikir, onun gəncliyə xitabında məxsusi aydın 
bildirilmişdir. Muazzam əsərinin müdafiasini əmanət etdiyi Türk Gəncliyinə 
“Möhtac olduğun qüdrət damarlarındaki əsil qanda mövcuddur”- deyən 
ATATÜRKün Türk kəndlisi ilə nəfəri haqqındakı səmimi fikirləri məlumdur. 
Ona görə də, “Məmləkətin yeganə əfəndisi kəndlidir! Nə mutlu Türküm 
deyənə !”-bu ən çox təkrarladığı bir şüar idi.” 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə