Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
 
 
              
          ATATÜRK VƏ 
NƏRİMANOV 
 
  
Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanov 23 mart 
1921-ci il tarixdə Atatürkə yazdığı məktubunda böyük səmimiyyət və hörmət 
hissi ilə etiraf edirdi: "Paşam, 1918-ci ildə siz bizi mütləq bir ölümdən 
qurtardınız!"  
Qurtuluş savaşından zəfərlə çıxan Türkiyə ağır maliyyə böhranı 
keçirirdi. Atatürk 3 may 1920-ci ildə Şərq ordusu komandiri general Kazım 
Qarabəkirə göndərdiyi məktubda həmin əsil ürək kövrəldən ərklə, göz 
yaşardan qardaşlıq duyğusu ilə yazırdı: "Dövlətin pulu qalmadı. İndiki halda 
heç bir yerdən kömək istəməyə ümid də yoxdur. Başqa çıxış yolu tapana 
qədər Azərbaycan hökumətindən borc almağınızı rica edirəm". 
Kazım Qarabəkir Atatürkün xahişini birbaşa Nəriman Nərimanova 
çatdırır. Nərimanov 19 avqust 1920-ci ildə Atatürkə cavab məktubu 
göndərərək belə yazır:  
"…qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz 
qardaşıq və hər zaman əlinizdən tutacağıq…Müsəlman kommunistlər sizin 
istəyinizə çatmağınız üçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz məğlub 
olduğunuz təqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yolu 
qalmayacaq". ( Doğan Avçıoğlu "Milli qurtuluş tarixi", 2-ci cild, səhifə 430) 
"Cənab general, bizim Türk millətində qardaş qardaşa borc verməz. Qardaş 
hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdən 
tutacağıq" ( A.Şəmsəddinov "Qurtuluş savaşı illərində Türkiyə-Sovet İttifaqı 
əlaqələri," səhifə 66). 
Azərbaycan hökuməti çox keçmir ki, 500 kiloqram qızılı Türkiyəyə 
göndərir. Qardaş köməyi bununla bitmir. Nərimanov Rusiyadan aldığı 10 


milyon qızıl rublu da Türkiyəyə ünvanlayır. 23 mart 1921-ci ildə isə 
Türkiyənin müraciətini gözləmədən Azərbaycan hökuməti hədiyyə kimi 30 
sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərir. Yardımların arası 
kəsilmir. Çox keçmir ki, 62 sistern neft də göndərilir. 
Atatürk Azərbaycanın Türkiyə üçün önəmini çox yüksək 
dəyərləndirərək Bakıya bir səfir göndərir. Diplomat olmaqla yanaşı yaxşı bir 
yazıçı olan səfir Mehmet Şövkət Esendal Nəriman Nərimanovla və o dönəmin 
önəmli şəxsiyyətləri ilə görüşür. Hətta, Hacı Zeynalabdin Tağıyevin xanımını 
da ziyarət edir. Azərbaycan da ilk səfirini - İbrahim Əbilovu Ankaraya 
göndərir. İ. Əbilovun 1921-ci ilin oktyabr ayında Ankaraya gəlməsi böyük bir 
sevincə səbəb olur. Səfirlik binasını Atatürk açır və öz əlləri ilə Azərbaycan 
bayrağını yüksəldir. Bu Azərbaycan Sovet Sosialist Respublikası ilə Türkiyə 
Cümhuriyyəti arasında ilk rəsmi diplomatik əlaqənin qurulması demək idi. 
Atatürkün ən yaxın adamlarından olmuş Dr.Riza Nurun xatirələrində 
yazır ki, İ.  Əbilov sonralar Atatürkün ən inanılmış, etibarlı adamlarından biri 
olur.  
1921-ci ildə Nərimanov xarici işlər naziri Mirzə Davud Hüseynovu 
yanına çağıraraq Atatürkə 1 və 2-ci İnönü döyüşlərində qazandığı zəfər 
münasibətilə bu məzmunda bir teleqram vurmağı tapşırır: “Qazanılan bu 
böyük zəfərlərdən dolayı Türk xalqını Azərbaycan Sovet Sosialist 
Respublikası adından təbrik edirik.” 
Anadolu insanları  Osmanlı Türklərinin Azərbaycana etdiyi yardımları 
yaxşı bilsələr də, Azərbaycanın Türkiyəyə etdikləri bu kimi köməkləri  
bilmirlər. Çanakkalada  Azərbaycandan ürəyinin istəyi ilə gəlib Qurtuluş 
savaşına qatılmış 18 yaşlı İbrahimin məzarı durur. Osmanlı tabeliyindəki 
Balkanlarda başlayan savaşda Osmanlıya ilk dəstəyi verən Bakı aydınları 
olmuşdu. 1912-ci ildə İstanbulda çıxan “Səbilür-Rəşad” məcmuəsində 
Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: “Dindaşlar! 
Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və 
tərəqqisindədir!” 
“Heydər Əliyev və “Çağ” Öyrətim” kitabında (Bakı-2007, səh 21) ərəb 
əlifbası ilə yazılmış  çox ibrətamiz, dəyərli, duyğulu bir arxiv sənədin 
fotokopyası və izahatı verilib: “Türkiyənin sabiq mədəniyyət və turizm naziri 
Namiq  Kamal Zeybəkin Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivindən tapıb 
üzə çıxardığı aşağıdakı sənəddə bu ifadələr əksini tapmışdır: 
 
 Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmət Paşa 
cənablarına! 
Türk ordusunun Azərbaycanı azğın düşmənlərin caynağından xilas 
etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türk 
torpaqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşə verilərək 


işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan da ingilis əsgərləri 
tərəfindən işğal edilmişdi. 
Bütün qəlblərin sızladığı, qan ağladığı bir məqamda Azərbaycanın 
fədakar övladları 23 mart 1920-ci il tarixində baharın gəlişi münasibətilə 
Anadolu gününə həsr olunmuş xüsusi yardım kampaniyası təşkil etmişdir. 
Miqdar baxımından çox olmasa da, “Anadolu günü” yardım 
kampaniyasında bolşeviklərin işğalına məruz qalmış Azərbaycandan 
Anadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl toplanmışdır. 
Bakı Yardım Komitəsinin adından bank hesabınıza köçürülmüş 3000 
ingilis funt sterlinqini qəbul etməklə yardım etmək istəyən vətəndaşlarımızın 
öz vicdanları qarşısında borcunu ödəməyə imkan vermənizi rica edirik. 
Azərbaycan maliyyə naziri, xeyriyyə cəmiyyətinin sədri Abdulvasi, 
Bakı, 10 dekabr 1920-ci il” 
Atatürk 1921-ci ildə 3 nəfərlik bir heyət ayırıb Bakıya göndərir
Nərimanovla görüşdükdən sonra Moskvaya yola düşmələrini tapşırır. 
Nərimanov onlara dəyərli məsləhətlərini verir, Leninin xəstələnməyi səbəbi 
ilə onunla görüşə bilməsələr də, dövlətin 2-ci adamı Stalinlə mütləq 
görüşməyə nail olmalarını tövsiyə edir, hər şeyin onun əlində olduğunu 
bildirir, Stalinin adına bir məktub da yazıb verir. Behbud bəy Şahtaxtinskini 
də yadım üçün onlara qoşur. Dediyi kimi də olur, nümayəndələri Stalin qəbul 
edir, Atatürkün istəyi gerçəkləşir, Rusiya Türkiyəni 1-ci olaraq tanıyır, Qars 
müqaviləsinin şərtləri razılaşdırılır. Dr.Riza Nurun xatirələrində Azərbaycan 
oxucusu üçün maraqlı, yeni olan bir çox məqamlarla birlikdə bu epizod da 
diqqət çəkir: Türkiyəyə geri dönmək üçün Bakıya qayıdan nümayəndələrin 
vaqonuna 40 ədəd hədiyyə xalı qoyulur, ancaq onlar çətinliklə də olsa, bu 
hədiyyədən imtina edə bilirlər, səfirlikdə buraxıb gedirlər. Təbii ki, bu da bir 
qardaşlıq jesti-çətin maddi durumda olan Türkiyəyə kömək amacı idi.  
Göründüyü kimi, Azərbaycanda milli hökumət yıxıldıqdan sonra belə, 
hələ Sovet Rusiyası öz məkrli niyyətlərini tam çılpaqlığı ilə büruzə verə 
bilmədiyi dövrlərdə  Azərbaycan Türkiyə ilə əlaqələrini üzmədi. Kommunist 
də olsa, Nəriman Nərimanovun bu cəhətdən fəaliyyəti olduqca ibrətli və 
təqdirəlayiqdir, bütün ziddiyyətli, bir çox hallarda milli mənafelərimizə 
sağalmaz yaralar vurmuş addımları ilə birlikdə bu böyük ədibin adına yazılası 
ən xoş məramlı, işıqlı  fəaliyyətlərdən biridir. Təbii ki, onun Bakıdan 
aralaşdırılaraq Moskvaya aparılıb zəhərlənib öldürülməsində bu amilin də 
təsiri olub. Rus imperiyası ölkə daxilində və beynəlxalq aləmdə mövqeyini 
gücləndirəndən sonra qanlı repressiyalar başladı, ilk hədəfdə isə Azərbaycanın 
milli düşüncəli türkçü insanları oldu, türk, Türkiyə adını dilə gətirmək belə 
yasaq oldu, Türkiyə ilə əlaqələrə tabu qoyuldu, artıq bütün məsələlər 
istisnasız olaraq Moskvanın əlində cəmləşdi, respublikaların müstəqilliyi 
anlayışı yalnız kağız üzərində qaldı. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə