Hacı Nərimanoğlu turan aşiqləri


Əbülfəz Elçibəyin Atatürk və Türk Birliyi haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

   
 Əbülfəz Elçibəyin Atatürk və Türk Birliyi haqqında 
söylədiklərindən: 
 
Atatürkün Anıtqəbrində xatirə dəftərinə yalnız bu qısa cümləni 
yazmışdı: 
"Ey böyük Türkün böyük komutanı! Sizi ziyarət etməklə 
özüm və bütün millətim adına şərəf duydum. Sənin əsgərin 
(Əbülfəz Elçibəy)".  
 
Mustafa Kamalın böyüklüyü həm də onun türk millətinin ruhunu 
ən həssaslıqla duymasında və bu ruhun gücündən türkün 
qurtuluşu üçün yararlanmağı bacarmasındaydı. Ataturkədək hec 
bir sultan deməmişdi ki, ey turk, sənsən özünün xilaskarı! Ancaq 
o bəyan etdi ki, bir əfəndi var - o da türk xalqıdır, millətimizdir; 
bir haqqı qoruyan qüvvə var - o da millətin qüvvəsidir; 
hakimiyyət də qeyd-şərtsiz millətindir, möhtac olduğun qüdrət 
sənin öz qanındadır!  
 
Türkiyə Azərbaycan və Orta Asiyanın başqa türk 
cümhuriyyətləri və xalqları üçün həyat qaynağı və yolgöstərən 
mayak oldu - ona baxaraq öz müstəqillikləri uğrunda mübarizə 
apardılar. Bu, Ataturkun TÜRK milləti qarşısında ən böyük 
xidmətiydi.  
 
Turkiyənin inkişaf edərək qabağa yürüməsi, yüksəlməsi, 
Avropayla culğaşması, Avropa və Asiyada önəmli yer tutması bu 
dövlətin özülünu Atatürkün düzgün qoymasındadır. Müqayisə 
aparaq. Osmanlı dövləti də imperiyaydı, rus imperiyası da. Hər 
ikisi çökdü, dağıldı. Hər ikisinin yerində cümhuriyyət yarandı. 
Birinin yaradıcısı Atatürk oldu, o birininkisə Lenin (sonra 
Stalin). Hər ikisi yeni dövlət qurdu. Baxın, Atatürkün qurduğu 
dövlət bu gün də inkişaf edir, demokratiyaya doğru yürüyür
Avropa və Asiyanı bir-birinə culğaşdırmağa calışır və bu 
dövlətin hələ yüz illərcə yaşayacağı şübhə doğurmur. Amma 


Rusiyada qurulan dövlətin özülü düzgün qoyulmadığına gorə, 
yenə də imperiya xisləti daşıdığına görə, yenə başqa xalqları 
zülm altında saxladığına, onlara azadlıq vermək istəmədiyinə 
görə, dünyanı hədələdiyinə görə 70 ildən sonra tam dağıldı. 
Atatürkün dahiliyisə oradadır ki, onun qurduğu cümhuriyyətdə 
hakimiyyət qeydsiz-şərtsiz millətindir və onun üstündə 
qurulubdur, Böyük Millət Məclisi də həmişə bu məsələləri 
yerinə yetirir.  
 
“Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, 
öz haqqını almaq deməkdir" deyən böyük Mustafa Kamal 
bugünləri düşünmüş, gələcəkdə türklərin öz ənənələrinə, öz 
gələnəklərinə, öz duyğularına uyğun, öz mənliklərinə uyğun 
dövlətlər quracaqlarına işarə etmişdir. Bizim Azərbaycanda 
quracağımız dövlət də demokratik dövlət olacaqdır. Demokratiya 
türkün ruhunun içərisindədir. Türkiyə türklüyü bu məsələdə bir 
örnək olacaqdır; bunu görməməzlik olmaz. Şərqin, Doğunun bir 
gələnəyi vardır. Fransadakı demokratiyanı götürüb kimsə tətbiq 
edərsə yanılır. Hər kimsə amerikan həyat tərzini də Azərbaycana 
və yaxud Orta Asiyaya gətirirsə yanlış olur. Millətin ənənələri 
vardır, gələnəkləri vardır, bunların hamısı göz önünə alınmalıdır. 
Biz də onu edəcəyik, bu, bir mücadilədir, biz bu yolda 
öyrənəcəyik. Parlament sistemini də Türkiyədən örnək alacağıq.  
 
Millət yalnız türklüyünü dərk etdikdən sonra milli problemlərini 
həll etməyə başlayacaq!  
İçdən inanıram ki, Əli bəy Hüseynzadə, Ziya Göyalp, İsmayıl 
bəy Qaspıralı, Məmmədəmin Rəsulzadə, Zəki Vəlidi Toqan, 
Nihal Atsız və XX yuzilliyin böyük türk fikir adamlarının 
getdiyi yolla gedəcək və onların arzularını həyata kecirəcəyik. 
 


 
Turqut Özal türk cümhuriyyətlərinə 11 günlük səfərinin 3 
gününü Bakıda keçirdi və Ankaranın “Esenboğa” hava limanına 
enincə basın mənsublarına dedi: “Azərbaycan torpaqlarının 
Ermənistan tərəfindən işğal edilməsinin əsla qəbuledilməz 
olduğunu bəyan etdik. Bu problemin BMT və ATƏM 
çəçivəsində həll olunmayacağı təqdirdə məsələnin böyüyəcəyini 
də elan etdik. Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi
demokratiyanın bərqərar olması və Ermənistana sinə gərə 
bilməsi üçün birlik və həmrəylik olması zərurətini də 
vurğuladım. Bunu həm iqtidarın nümayəndələrinə, həm də 
müxalifətin liderlərinə bildirdim, Orta Asiyadaykən bütün yeni 
türk dövlətlərinin başçılarına Azərbaycanın bu ağır günündə 
onunla həmrəy olmağı da tövsiyə etdim.” T.Özal Bakıdan 
dönərkən uçaqda jurnalistlərə demişdi: “Bu Elcibəy o qədər 
yaxşı bir insandır ki, əgər o gedirsə, qorxuram təkcə Azərbaycan 
deyil, Turkiyənin Orta Asiya ilə bağlantıları da gedər”. 
 
 
 
 
 
OSMANLI  İMPERATORLUĞU VƏ TÜRKİYƏ AZƏRBAYCAN UĞRUNDA SONADƏK 
SAVAŞIB 
 
 
 Allahtaala Azərbaycanla Türkiyəni qardaş yaratmışdır, Anadolu 
oğullarının qanı Azərbaycanda, Azərbaycan oğullarının qanı Anadolu 
torpaqlarında gedən ölüm-dirim, azadlıq, Qurtuluş savaşlarında axıb bir-birinə 


qarışıb. Biz eyni dili, dini, ortaq mili, əxlaqi dəyərləri bölüşən, yaşadan eyni 
millətin övladlarıyıq. Bu sətirləri yazdığım gecə 15 may 2011-ci ildir. 
Almaniyada keçirilən “Eurovision” şərqi yarışmasında gənc müğənnilərimiz 
Eldar Qasımov və Nigar Camal Azərbaycanı 1-ci yerə çıxardılar, Türkiyə bu 
yarışdan kənarda qalmışdı. Ancaq bu gənclərimiz elə bir iş gördülər ki, sanki 
bu qələbəni tək Azərbaycan yox, Türkiyə ilə Azərbaycan birgə qazandı; Nigar 
Camal qələbə elan edilən kimi əlində Türk bayrağı səhnəyə qaçmaqla sanki 
Azərbaycanla Türkiyənin elə bir dövlət, tək millət olduqlarını da dünyaya 
nümayiş etdirdi. Müdhiş hərəkət idi. Mən Türkiyə televiziyaları ilə bu olaya 
verilən qiyməti dinlədim: göz yaşardacaq qədər də içdən qürur doğuracaq bir 
olaydı. Türkiyə Prezidenti və Baş naziri Azərbaycan Prezidentini və xalqını 
bu qələbə münasibəti ilə təbrik etdilər. Budur bir millət, iki dövlət anlamı! 
  
Bundan əvvəl çıxan bir neçə məqalə və kitabımda bu fikri, 
Osmanlıdan, Atatürkdən “incikliyimi” dilə gətirmişdim ki, nəyin bahasına 
olursa olsun Osmanlı, Atatürk-Türkiyə Azərbaycanı yenidən Rusiya 
müstəmləkəsinə verməməli idi.  Ancaq həm Türkiyənin 1-ci Dünya savaşı, 
həm də Qurtuluş Savaşı dövrü hərbi-siyasi, iqtisadi durumu, eləcə də 
beynəlxalq vəziyyətlə bağlı Türkiyə mənbələrindəki materiallarla tanış 
olduqdan sonra fikrimdə yanıldığımı anladım (etiraf!). İstər Osmanlı 
İmperatorluğu, istərsə də Türkiyə, Atatürk Azərbaycan uğrunda mümkün olan 
hər şeyi etmiş, sonadək mücadilə etmişdir. Talehsizliyin böyüyü onda oldu ki, 
Azərbaycanın işğalı ilə Qurtuluş savaşı eyni zamana düşdü. Rusiya ilə 
münasibətlərinə gəldikdə bu məcburiyyət idi, Anadolu türklərində bir misal 
var: “köprüyü geçene kadar ayıya dayı demek gerekiyordu.” Qurtuluş, ölüm-
qalım savaşında Türkiyənin kənardan yeganə ümidi Rusiyanın hərbi-siyasi 
dəstəyinə bağlı idi, Atatürk də yeni Türkiyə Cümhuriyyəti naminə  bunu çox 
məharətlə başardı. Təbii, ortada İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur, Van, 
Ərzurum, Gümrü, Qars, Batum və sairlə bağlı “bazarlıqlar” da oldu, bunu 
sübut edən sənədlər də var, ancaq burda da günahın böyüyü özümüzdə oldu, 
biz bir xalq olaraq nə XX əsrin əvvəlində, nə də sonunda torpaq uğrunda 
ölüm-dirim savaşına qalxmadıq. Xalqımızın müqavimət gücü onda da, indi də 
ən düşük səviyyədə idi. 20 ildən bəri “atəşkəs” adlanan torpaya salınıb ağzı 
bağlı saxlanmağımızın da, bir qarış torpağımızı geri almaq iqtidarında 
olamadığımızın da nədəni budur (“Küfrü artırmaq deməkdir savaşı başqa aya 
keçirmək. Bununla kafirlər aldadırlar sizi. Qurani-Kərim, Tövbə 38. 
Məhəmməd Peyğəmbər-S.Ə.S: “Qorxaqlıqda ar və zillət, irəli atılmaqda şərəf 
və izzət vardır”).  
Atatürk  ömrü boyu Bakını, Batumu ruslardan geri almaq barədə 
düşünsə də, tarixi şərait, Rusiyanın gücü buna imkan verməmişdir. 
Bir fakt: məlumdur ki, Qurtuluş Savaşı sırasında Türkiyə ilk 
uluslararası sənədi-“Gümrü Antlaşması”nı 3 dekabr  1920-ci ildə 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə