Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

Ermənistanla imzalamışdır. 30 oktyabr 1918-ci ildə  “Mondros 
Mütarekesi”ndən sonra Osmanlı Dövləti Brest Litovsk Barış Andlaşmasının 
tələbi ilə Qafqazdan hərbi birliklərini geri çəkmək zorunda qalmışdı (Nuru 
Paşanın özü də içində olmaqla xeyli Osmanlı əsgəri ölümü gözləri önünə 
almaqla Azərbaycanda qalaraq bolşeviklərə qarşı partizan müharibəsi, 
üsyanlar həyata keçirmişlər). Doğu Anadoludakı Sarıkamış, Kars, Ardahan, 
Artvin və Batumun ardınca Gümrü də 1919-cu ildə  bolşevik Rusiyası və 
yenidən daha böyük nifrət, qəzəb hissi, amansızlıqla toparlanmış erməni-
daşnak hərbi birlikləri tərəfindən işğal edilmişdi. 1920-ci ilin sentyabrında 
Kazım Qarabəkirin hücumu ilə Naxçıvan da daxil, bütün bu ərazilər işğaldan 
qurtuldu, həm Rusiya, həm erməni daşnak hökuməti Gümrü Anlaşması ilə bu 
torpaqları  Türkiyəyə qaytardı, Doğu Anadoludan bir xeyli toprağın 
ermənilərə verilməsini öngörən Sevr Antlaşmasının da qüvvədən düşdüyünü 
qəbul etdi. Niyə?! Ona görə ki, Türkiyə sərhədləri içərisində artıq ermənilərin 
çoxluq təşkil etdiyi, kompakt yaşadığı bir bölgə qalmamışdı, ermənilər buraya 
qayıtmağa üz qoymamışdı, layiq olduqları cəzanı almışdılar. Osmanlının 
Hərbi Naziri Ənvər Paşanın qətiyyətli iradəsi ilə (Padşahın da müdrik 
uzaqgörənlik göstərərək Təhcir (köçürmə) Qanunu imzalaması ilə) ermənilər 
qısa zamanda mütəşəkkilliklə bu ərazilərdən köçürülmüşdü! Erməni yoxdursa 
problem də yoxdur. Osmanlı, ardınca da Türkiyə erməni və onun əbədi 
havadarı rusların Anadoluya qarşı daha böyük ərazidə torpaq iddiaları, 
dənizdən dənizə Ermənistan xülyaları gözlərində qaldı. Doğrudur, Qızıl 
Ordunun Ermənistanı işğalı səbəbi ilə Gümrü Andlaşmasının əvəzinə sonra 
yeni Moskva və Qars andlaşmaları imzalanmışdı, ancaq Gümrü 
Andlaşmasının ardınca  Ərzurum-Bakı dəmiryolu açıldı, Türkiyə-Sovetlər 
arasında  bağlantı saxlandı, Türkiyəyə hava-su kimi lazım olan silah-sursat, 
yanacaq, hər dürlü yardım alınması asanlaşdı. Türkiyə hərbi qüvvələri Qərb 
sərhədlərindən əmin bir şəkildə Güney və Batı cəbhələrində savaşmaları xeyli 
gücləndirmiş oldular.  
Təəssüflər olsun ki, adı və 23 aylıq mövcudluğu ilə haqlı qürur 
duyduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri AXC-in ilk hərbi 
naziri, Gəncə general-qubernatoru general Xosrov bəy və qardaşı Sultan bəy 
Sultanovların əlverişli tarixi fürsətdən yararlanaraq Dağlıq Qarabağı 
ermənilərdən təmizləmək barədə israrlı müraciətlərinin reallaşmasına dəstək 
vermədilər. N.Nərimanovun köməyi ilə Xosrov bəy Bayıl həbsxanasından 
qaçırılaraq (Odessada Hərbi Tibb Akademiyasında bir yerdə oxumuşdular) 
Türkiyəyə keçib getməklə labüd həbs və ya terrordan qurtuldu. Sultan bəy 
Qarsda Atatürkün təlimatı üzərə fəxri əsgəri hərbi keçidlər qarşılandı, 
TBMM-i onlara vətəndaşlıq verdi. Sultan bəy Laçının Zabux dərəsində 
Andranikin, Xosrov bəy isə Əsgəran və Şuşada Njde və Dronun erməni-
daşnak hərbi dəstələrini məhv etməklə onların Qarabağda birləşib buradan 


Gəncəyə hücum edərək, Milli Hökuməti məhv etdikdən sonra Bakıdan 
göndərilən rus-erməni silahlı qoşun hissələri ilə birləşmək və dünyaya təzəcə 
göz açan Azərbaycan adlı bir siyasi-coğrafi məmləkəti yer üzündən silmək 
planını pozdular. Rusların və onların əlaltılarının qətlinə hökm verdiyi bu 
qardaşların da hər ikisinin əbədi məskəni Anadolu torpağı oldu.  
Tarixin verdiyi dərslərdən ibrət götürmədiyimiz üçün yenidən həmin 
tarixi faciələri daha ağır formada yaşamalı olduq. İkinci belə bir fürsət 1992-
ci ildə yaranmışdı; Azərbaycanın yeni yaranmaqda olan müdafiə və polis 
qüvvələri uğurlu hərbi əməliyyatlardan sonra vilayətin çox hissəsini 
təmizləməyə nail olmuşdular,  Dağlıq Qarabağ erməniləri sərbəst çıxmaq 
üçün Azərbaycan ərazisindən onlara yol, maşınlar verilməsi barədə müraciət 
etdilər, yenə də qətiyyətsizlik, qərarsızlıq, hakimiyyət, var-dövlət hərisliyinin 
milli düşüncə və qeyrət duyğularından üstünlüyü, Moskva qarşısında acizlik, 
milli şüur çatışmazlığı sindromu bu dəfə də rus-erməni təcavüzündən 
birdəfəlik qurtulmağa imkan vermədi. Bu da sonuc: ötən əsrin 20-ci və 90-cı 
illərində üst-üstə ata-babalardan miras aldığımız torpaqlarımızın tən yarısını 
itirdik. 
Anadolu Türkünün Qurtuluş, İstiqlal Uğrunda Savaşı, Şəhidlik, 
Qazilik, Ölüm-Dirim Mücadiləsi nə yazıq ki bizlərə nəsib olmadı... Atatürkün 
bu xitabı eynən bizlər üçündür:  
 
Efendiler ! 
 
Eğer bu millet, bu memleket parçalanacak olursa genel şerefsizliğin 
enkazı altında şunun bunun şahsi şerefi de parça parça olur. 
Biz o genel şerefi kurtarabilmek için harekete geçen millete ruhumuzla 
katıldık. Katılmamıza mani olabilecek şahsi rütbeleri, mevkileri de genel 
şerefi kurtarmaya yönelik bir gaye uğrunda feda ettik … 
Bunu anlamayıp da, milleti hala kendi kafalarının keyfine göre idare 
etmeye kalkışan kuvvetler artık birer beladır. 
Bela çekmeye de bu milletin artık tahammülü kalmamıştır. 
 
 
 
Atatürkün Azərbaycan sevgisinin bəhrəsi: Qars müqaviləsi 
 
 
Atatürk: “Naxçıvan Türk 
qapısıdır!” 
  


 
 
 
.
1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və 
Birləşmiş Ştatların liderləri  "Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı 
imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə 
edirdilər. Bu həm də, Konstantinopolun-İstanbulun türk-müsəlman dövləti 
Osmanlının ixtiyarına keçməsi ilə heç cür barışmaq istəməyən xristian 
dünyasının beş yüz illik arzusunun reallaşması demək idi. 1920-ci il avqustun 
10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) 
"Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. 
Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-
fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Bunadək Müttəfiq dövlətlərlə 
Almaniya arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, 
Böyük Britaniya və İtaliya öz aralarında gizli "Üç tərəfli müqavilə" 
imzaladılar. 15 aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh 
Konfransında və London konfransında davam etdirilərək, 1920-ci ilin 
aprelində San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta 
dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi 
danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük 
maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı 
İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi 
xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən 
tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına 
səbəb oldu. Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 
1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və 
əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə 
edilməmişdir. Bundan başqa, I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ 
və Rusiya bu müqaviləni imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan 
üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar 
bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə 
üstünlük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-
Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk 
müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt 
paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi. Sevr 
müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya 
(Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa 
protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, 
Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub 
hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə