Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   2   3   4   5   6   7   8   9   ...   14

 

10 



zühura  gəlmişdir.  İyirmi  sinnində*  ikən  əmilərinin 

rəfaqətində  Əlficar  müharibəsinə  əzimət  buyurmuşlar ki, 

vücudları  sayəsilə  Qeys  qəbiləsinə  müzəffər  olmuşlar.  Və 

iyirmi  iki  yaşlarında  ikən  nəhayət  dərəcə  sədaqət, 

əmanətlərinə  binaən  Əmin  ləqəbilə  məşhur  olmuşlardır. 

İyirmi  dörd  yaşında  ikən  dəxi  Xədicənin  qulamı  Meysərə 

ilə bərabər Şama ticarət üçün təşriffərma olduqlarından bir 

çox mənfəətlərə nail olmuşlar. Və səfərlərində Büheyranın 

oğlu  Nəsturi  adlı  rahib  kəndilərinə  risalət*  bəşarəti 

vermişlərdir. 

     

İyirmi  beş  yaşlarında  Xədicə  Xüveylidin  qızını  təzvic* 



buyurmuşlar və  otuz yaşlarında  ikən dəxi  Əmirülmöminin 

(əleyhissalam)  təvəllüd  etmişlərdir.  Otuz  beş  sinnində 

bulunduğu  halda  Qüreyş  tayfası  Kə’bəni  təmir  etdikləri 

vaxt  Həzrəti  Həcərüləsvədi  rükni-İraqiyə  vəz’  etməyə 

(

yerləşdirməyə) hökm etmişlərdir.  

     


Qırx yaşlarında ikən dəxi kəndilərinə vəhy nazil olmağa 

başladı.  Ammül-filin  qırx  birinci  ilində  ramazani-

mübarəkdə o Həzrətə Cəbrayıl (əleyhissalam) nazil olaraq 

oruc  və  namaz  müqərrər  buyuruldu.  Vəhyin  ikinci  ilində 

həzrət  Fatimeyi-Zəhra  təvəllüd  etmiş.  Üçüncü  ilində  də 

ümumi-


nası  (bütün  insanları)  doğru  yola  dəvət  etməyə 

cənab  Haqq  tərəfindən  məmur  olmuşlar.  Və  əvvəl  imana 

gələnlərdən  qadınlardan:  Xədiceyi-Kübra  və  zükurdan*: 

həzrət  Əmirülmöminin  (ə),  sonra  Əbu  Bəkr  həzrətləri 

olmuşlardır. 

     


Sonra Həzrətin köləsi Zeyd bin Hadisə, sonra Cəfər bin 

Əbi Talib, Übeydə bin Haris bin Əbdülmüttəlib, Zübeyr bin 

Əvam,  Təlhə  bin  Abdullah,  Sə’d  bin  Əbi  Vəqqas, 

Əbdürrəhman  bin  Övf  və  daha  sonra  Əbu  Übeydə  bin 




 

11 



Cərrah, Müslimə (Əbu Sələmə?) bin Əbdüləsəd Məxzumi, 

Osman  bin  Məz’un,  Ərqəm  bin  Ərqəm  dini-islamı  qəbul 

etmişlərdir. Bunlardan sonra da Əmmar bin Yasir ilə anası 

miyyə,  Ümeyyə  bin  Müğeyrənin  qızı  Ümmüssələmə, 



Həkim qızı Xüveylə (Xövlə?) 

 

)



ﺔ�ﻠﻳﻮﺧ

(

, Sə’d bin Zeyd, Bilal 



Həbəşi,  Süheyb  Rumi,  Xəbbab  bin  Ərətt,  Abdullah  bin 

Məs’ud,  Amir  bin  Müheyrə  (Füheyrə?),  Xənəs  (ﺲﻨ�ﺧ)  bin 

Xəddamə və ənas* ilə zükurdan* daha bir çoxları tədricən 

imana gəlmişlərdir. 

     

Və  bu  əsnada  idi  ki,  “və  ünzür  əşirətəkəl-əqrəbin”



P5F

1

P



 

ayeyi-


şərifəsi  nazil  olduğundan  fərmani-ilahi  mövcibincə 

Həzrət qırx nəfər əqrəbasından hazır edərək az bir yeməklə 

kəndilərini  doydurmuş,  əhkami-ilahiyyəni  (ilahi  hökmləri

onlara 


təbliğ  buyurmuşlardır.  Fəqət  o  taifeyi-mənfurə  o 

Həzrətə  təbliğə  məmur  olduğu  şu  əhkami-ilahiyyəni  tərk 

etməsini lazım olduğunu söyləyərək etirazda bulunmuşlar. 

     O H


əzrəti  gahi  şair,  gahi  məcnun  adlandıraraq  və  o 

məzhəri-e’cazı  sahir  (sehrbaz), kazib  (yalançı)  və  cahil 

sifətlərilə  tövsif  etmişlərdir.  Be’sətin  beşinci  ili  rəcəb 

ayında  səhabələrdən  bəzisi  Həzrətin  əmrilə  Həbəşə 

vilayətinə hicrət etdilər. 

     


Qüreyşin kafirləri Həzrətdən, bəni-Haşimdən və cəm’i-

müsəlmanlardan ayrılmışlardır. 

     

Be’sətin  altıncı  ilində  Həmzə  şərəfi-imana  nail  olmuş, 



rəvayətə  görə  bu  sənədə*  şəqqül-qəmər  möcüzəsi  vaqe 

olmuşdur. 

     

Küffarın  (kafirlərin)  zülmündən  Həzrət  tamam  üç  il 



şə’bi-Əbu Talibdə qalmışlar. Və be’sətin doqquzuncu ilində 

                                                 

1

  

Və ən yaxın qohumlarını qorxut. (Şüəra. 214). 




 

12 



ərəb  qəbilələrindən  bəzisi  islama  müşərrəf  olmuşlardır. 

Be’sətin  onuncu  ilində  Əbu  Talib  və  üç  gün  sonra  da 

Xədicə  dari-axirətə  irtihal  buyurduqlarından  (axirət 

dünyasına  köçdüklərindən)  həzrət  Risalətpənah  bu  ili 

ammül-hüzn  (hüzn ili

namilə  təsmiyyə  etdiklərindən 

(

adlandırdıqlarından)  on  birinci  ilində  Aişəni  və  Sövdə 

Zəm’ə  qızını  nikah  etmişlərdir.  Sonra  Taifə  təşriffərma 

olaraq  iki ay iki gün orada 

qaldıqdan  sonra  Məkkəyə 

övdətlərində*  yolda  əcinnədən  (cinnlərdən)  bir tayfa o 

Həzrətə  iman  gətirmiş  və  kəndi  qəbilələrini  islama  dəvətə 

məmur olmuşlardır. 

     

Həzrət  Risalətpənah  Müt’im  bin  Üdeyy  bin  Nofəl  bin 



Əbdü  Mənafın  amanında  Məkkəyə  daxil  olmuş  və  o 

sənənin  rəcəb  ayında  bir  rəvayətə  görə  Ümm  Haninin  və 

digər  rəvayətə  görə  kəndi  evində  gecənin  bir  sülsündə* 

cismani olaraq me’rac etmiş. 

     

Beytülmüqəddəsi  və  tamam  təbəqati-səmavatı  seyr 



buyurmuşlardır və ərş*, kürsi* və sidrətülmüntəhanı* teyy 

buyuraraq 

(

keçərək)  qəraibi-ilahiyyəni  və  əcaibati-

səmaviyyəni 

və 

tamam 


ərvahi-ənbiyanı 

(bütün 



peyğəmbərlərin  ruhlarını)  müşahidə  edərək  və  dəxi  hər 

birini 


ayrı-ayrı olaraq bir asimanda görmüşlərdir. 

     


On  birinci  yaxud  on  ikinci  ildə  Mədinə  əhlindən:  Sə’d 

(Əs’əd?) bin Zürarə, Övf bin Haris, Rafe’ bin Malik, Cabir 

bin  Abdullah, 

Qütbə  bin  Amir,  Üqbə  bin  Amir  bin  Hədid 

namlarında  altı  kişi  Məkkəyə  gəldiklərində  Həzrətə  iman 

gətirdikdən sonra yenə Mədinəyə övdət* etmişlər və həzrət 

Risalətpənahın  be’sət  xəbərini  bütün  Yəsrib  əhlinə  ittila 

vermişlərdir  (bildirmişlərdir).  Həzrətin  siti  (şöhrəti)  o 

yerlərdə  müntəşir  olaraq  (yayılaraq)  çoxlarının 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə