Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   2   3   4   5   6   7   8   9   ...   14

 

16 



      

Həzrət  Nəbəvinin  Qasım,  Abdullah,  İbrahim 

namlarında  üç  nəfər  övladi-zükuru  olmuşdur.  Qasım  ilə 

Abdullah 

Məkkədə, Maryə Qıbtiyyədən təvəllüd etmiş olan 

İbrahim Mədinədə vəfat etmişlərdir. 

     

Fatimədən başqa doğma qızı yox idi. Zeynəb, Külsüm, 



Rüqi

yyə həzrət Risalətpənahın ögey qızları idi. 

     

Hicrətin  on  birinci  ilində  Həzrət  məriz  olub  düşənbə 



günü  səfər  ayının  iyirmi  səkkizində  aləmi-bəqaya  rehlət 

buyurub Mədineyi-müəzzəmədə

1

 

kəndi hücrəsində mədfun 



olmuşdur. 

     


Likən  (lakin)  intixabi-xilafətdə  mühacirin  ilə  ənsar 

beynində  hadis  olan  münaziə  (xəlifənin  seçilməsində 



mühacirlərlə  ənsarlar  arasında  baş  verən  münaqişə

səbəbilə əshabi-kiramın çoxu həzrət Risalətpənahın təğsil*, 

təkfin*, namaz və dəfninə hazır olamamışlardır. Ömri-şərifi 

altmış üç il olmuş, bundan qırx il risalətdən əvvəl, on üç ili 

risalətdən  sonra  Məkkədə  cərəyan  etmişdir.  On  il  dəxi 

Mədineyi-münəvvərədə 

təvəqqüf 

buyurmuşlardır 

(

qalmışlardır).    Həzrət  Nəbəvinin  vəqti-rehlətlərində* 

sədəqat üçün on nəfər amilləri var idi ki: Abdullah bin Övf 

bəni-Kilabda, Üdeyy bin Xatəm Teyy qəbiləsində, Ütbə bin 

                                                 

1

 

Aləmi-islamın  Məkkeyi-mükərrəmədən  sonra  ismi  Yəsrib 



olduğu halda bə’dəl-hicrə Mədinətün-nəbi və ya Mədinətür-rəsul 

tərkibində ixtisarən bu isimlə şöhrət bulmuşdur. 

  

Mədineyi-münəvvərə  Məkkeyi-mükərrəmədən  sonra  Hicazın 



ikinci  şəhəri  olub.  Məkkənin  340  kilometr  şimalında  və  bəhri-

Əhmərdə*  iskələsi  olan  yənbə’ül-bəhrin  200  kilometr  şərq-

şimalında olaraq 20 dəqiqə 25 dərəcə ərzi-şimali ilə 3 dəqiqə 37 

dərəcə tuli-şərqidə və üç tərəfdən dağlarla mühat (əhatə) olduğu 

halda cənuba doğru uzanan az mütəməvvic və münbit bir ovanın 

kənarında vaqedir. 




 

17 



Hüsey

n Fərarda, Əyas bin Qeys Əsədi bəni Əsəddə, Vəlid 

bin 

Üqbə  bəni-Müstəliqdə,  Haris  bin  Övf  Məzni  bəni-



Mərvədə, Məsud bin Rəcil Əşcə’i bəni-Əşcə’də, Əbbas bin 

Mərdas  bəni-Səlimdə,  Zöhhak  bin  Süfyan  Kilabi  bəni-

Kilabda. 

     


Həzrətin  qırx  nəfər  də  katibi  olmuşdur:  o  cümlədən 

həzrət  Əmirülmöminin  əleyhissalam  katibi-vəhy  və 

qiyabətlərində Əbi bin Kə’b, Zeyd bin Sabit şu vəzifəni ifa 

edirdilər.  Zübeyr  bin  Əvam,  Cəhm  bin  əs-Sülb  sədəqat, 

H

üzeyfə bin əl-Yəmani nəxilat, Müğirə bin Şü’bə, Hüseyn 



bin Nümeyr müamilati-

ticariyyə və Abdullah bin əl-Ərqəm 

təqsimati-idariyyə katibləri idilər. 

     


Həzrət  Risalətpənah  lüzumsuz  yerə  laqqırdı  etməz. 

Əhali  arasında  zühur  edən  ixtilafları  yatışdırır  və  hər 

qövmün  rəisinə  ehtiram  edər  və  onu  kəndilərinə  hakim 

qərar  verər,  kimsəyə  əziyyət  etməz  və  səhabənin  halını 

sorar  və  araşdırar.  Kəndisi  mütələvvinül-məzac  və 

müsamihəkar  (fikri tez-tez  dəyişən  və  səhlənkar)  deyildi. 

Adil  (

ədalətli)  və  əksər  xalqın  məlamətinə  rəğmən  haqqı 

müdafiədən qalmazdı. Və nəzərlərində ən iyi adam əhalini 

müvasat (

əl tutma) və nəsihət edən idi. Kəndiləri xəstələrin, 

füqəranın  görüşünə  gedər,  təşyi’i-cənazəyə  (cənazəni 



müşayiət etmə) hazır olur, kölələr ilə bərabər süfrədə təam 

edər,  kəndisinə  hörmətən  ayaq  üzrə  qalxmaqdan 

xoşlanmaz,  yerdə  təam  etməyi  arzu  edər,  çocuqlara  salam 

edər,  salam  vermək  üçün  başqalarına  təqəddüm  edər 

(

başqaları  qabaqlayar)  və  kəndini  qayət  mütəvazi  və 

ümumi-


səhabə  ilə  müsavat  (bərabərlik)  üzrə  göstərir.  O 

dərəcədə  ki,  bulunduğu  məclisə  bir  qərib  varid  olsa  idi, 

peyğəmbərimizi  digəlrərindən  fərq  edəməzdi.  Qəhqəhə  ilə 



 

18 



gülməz, üzü nurani və mütəbəssim, qaşları incə və keşidə, 

mübarək  saqqalı  qalın  və  siyah,  kəmərli  burunlu,  badam 

gözlü,  buğdayı  rəngli,  orta  boylu  və  siması  son  dərəcə 

sevimli bir zati-

sütudəsifat idilər. 

     


Əxlaqü övsafi-şərifələri haqqında cildlər dolusu kitablar 

y

azılmış, likən yenə də bəhəqqi-tərifü tovsif olunmamışdır. 



     

Vəq’eyi-merac  (merac  hadisəsi)  və  sair  möcüzati-

risalətpənahiləri  (peyğəmbərlik  möcüzələri)  və  qəzəvatı 

kafeyi-


mömininə  məlum  olduğundan  şu  müxtəsər  kitabda 

zikri lazım görülməmişdir. 

 

Həzrət Əmirülmöminin Əli ibn Əbi Talib 

əleyhissalamın tərcümeyi-halı 

 

     


Əimmeyi-isna-əşərin* 

birincisi, 

həzrət 

Xatəmülənbiyanın  sevgili  əmucəzadəsi  (əmisi  oğlu)  olub 



Əbu  Talib  və  Əsəd  bin  Haşimin  qızı  Fatimədən  ammül-

Filin  (Fil ilinin

otuz sənə keçmiş rəcəb ayının on üçündə 

cümə  günü  çaşt  (günorta)  vaxtı  Məkkeyi-müəzzəmədə 

Beyti-

şərifin  içində  rəxameyi-həmranın



1

 

bərabərində 



təvəllüd etmişlərdir. Bütün ümmətin ittifaqilə o Həzrətdən 

başqa  kimsə  bu  mövqeyi-şərifdə  təvəllüd  etmək  şərəfinə 

nail olmamışdır. 

 

 



 

Beyt 

        

Təvafe-xaneye-Kə’be əz an şod bər həme vaceb 

                                                 

1

 



Rəxameyi-həmra o məkandır ki, qırmızı daş ilə fərş olunmuş. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə